Mühazirə 21.
Diaqnostik əlamətlər və parametrlər.
Nəqliyyat vasitəsinin (avtomobilin) istənilən mexanizminin və ya sisteminin texniki
vəziyyəti özünün struktur parametrləri ilə qiymətləndirilir. Bu parametrlər mexanizmin
elementləri arasmda əlaqəni və qarşılıqlı hərəkəti təyin edən göçtəricilərdir. Struktur parametri -
mexanizmin texniki vəziyyətinin keyfiyyət göstəricisidir. Başqa sözlə desək, struktur parametrlər
mexanizmin struktur sistemini (elementlərin bir-birinə nəzərən yerləşdirilmə xüsusiyyətlərini)
xarakterizə edir. Məsələn, val-yastıq birləşməsi üçün struktur parametrlər yastığm və sapfanın
(valın yastıq oturan hissəsi) ölçüləridir. Bu parametrlərlə də onlar arasındakı araboşluq,
konusluq, eynioxluluq və s. texniki şərtkır müəyyən edilir.
Struktur parametrbr
əsas
və
ikinci
dərəcəli olmaqla iki qrupa bölünürlər. Mexanizmin normal
işləmə qabiliyyətinə təsir edən parametrlərə əsas, təsir etməyən parametrlərə isə (obyektin xarici
görünüşünü qiymətləndirən) ikinci dərəcəli struktur parametrlər deyilir.
Diaqnostik əlamətləri və parametrləri nəzərdən keçirək.
Şəkil 1. Diaqnostik parametrlərin təsnifatı:
a- yaranma prinsipinə görə; b-məlumatın növünə görə; v- yürüşdən asılı olaraq dəyişmə
funksiyasına görə; q- struktur parametrin dəyişmə funksiyasına görə.
Hər bir hərəkət tərkibi fərdi etibarlılığa malik olduğu üçün struktur parametrlərin avtomobilin
işləmə qabiliyyətinə təsiri də xüsusi xarakter daşıyır. Avtomobil üçün struktur parametrlərdən
danışdıqda onun aqreqat, mexanizm və sistemlərinin struktur parametrlərinin yekunu nəzərdə
tutulur. Avtomobil əsasən bir funksiyanı (daşımaları) yerinə yetirdiyi halda onun aqreqat və
mexanizmləri müxtəlif işçi proseslərinə məruz qalır. Bu proseslərə bəzən çıxış və yaxud xarici
proseslər də deyilir. Çıxış prosesbri özbrinin işçi parametrləri (xarakteristikaları) ilə
qiymətləndirilirlər. İşçi parametr nəzarət altında olan (diaqnostika edibn obyektin) işləmə
xüsusiyyətinin xarici təzahürünün keyfiyyət göstəricisinə deyilir. Məsələn, mühərrik üçün belə
parametr işlənmiş qazların tərkibi, transmissiyanın aqreqatları üçün titrəmələr, tormoz sistemi
üçün tormozlamanın keyfiyyəti və s. ola bibr. Bu cür xüsusiyyətlər mexanizmin texniki vəziyyəti
haqqında müəyyən mülahizələr yürütməyə imkan verir və özləri də diaqnostik simptomplar
(siqnallar) və ya əlamətlər adlandırılırlar. Diaqnostik əlamət kimi mexanizmlərin rəqsi
proseslərindən, istilik hallarından, birləşmələrin kiplik dərəcələrindən və s.-dən istifadə edilir.
Diaqnostik parametrlər
İşçi proseslərin
Müşayiət edən proseslərin
Həndəsi ölçülər
Geniş məlumatlı(Kompleks)
Dar məlumatlı (Lokal)
Determinə olunmuş,
tək və ya cəm reallaşdırılan
Diskret
(rəqsi və ya reley tipli)
Xətti
Dərəcəli
Törəmə tipli:
)
53
Hər bir diaqnostik əlamət müşahidə altmda olan obyekt üçün dəyərli məlumatlar daşıyır və
özü də müvafıq diaqnostik parametrlərlə qiymətbndirilir. Məsələn, mühərrikin effektivliyi onun
gücü və yanacaq sərfi, tormozlarm təsiri tormozlama yolu və yavaşıma təcili, ilişmə muftasınm
sazlığı sürüşmə dərəcəsi (%-lə), sükan idarəsinin texniki vəziyyəti çarxın lüftü və ona tətbiq
edilən qüvvə ilə qiymətləndirilirlər.
Əgər diaqnostik parametrbr avtomobilin texniki vəziyyətini bütövlükdə qiymətbndirirsə
bunlara
ümumi
(hər 100 km. yürüşə sərf edilən yanacağm miqdarı, titrəmələrin, səslərin,
rəqslərin amplitudaları və s.), konkret mexanizmin texniki vəziyyətini xarakterizə edirsə (sürətlər
qutusunda və reduktorda səslər, tormoz sistemində tormozlama yolu, kardan ötürməsində valm
vurması və s.) bunlara isə
xüsusi
diaqnostik parametrlər deyilir.
Diaqnostik simptomplar və parametrlər
diaqnostika edilən obyektin nasazlığı və ya
imtinası haqqında verdikləri informasiynın
həcminə, xarakterinə və qarşılıqlı asılılığına görə üç
qrupa bölünür:
-
xüsusi
diaqnostik simptomplar( parametrlər)- digər parametrlərdən asılı olmayaraq
qovşaq və ya mexanizmin konkret nasazlığını göstərir;
-
ümumi
, inteqral
diaqnostik simptomplar( parametrlər)-
diaqnostika obyektinin
texniki
vəziyyətini bütövlükdə xarakterizə edir.
İnteqral
simptomplar konkret nasazlığı göstərmir;
-
Dostları ilə paylaş: |