qarşılıqlı asılı
(simptomo-komplekslər) diaqnostik simptomplar( parametrlər) – yalnız
eyni zamanda aşkar edilmiş və ölçülmüş bir neçə parametrin məcmuusuna(yekununa) görə
nasazlığı xarakterizə edir.
Diaqnostik parametrinin həddi qiyməti - elmi-tədqiqat işlərinin və istismar məlumatlarınin
əsasında üç əsas meyara görə təyin olunmalıdır:
- texniki meyar- qovşaq və ya qovuşmanın həddi vəziyyətinin çatmasını nəzərə alır:pərçim
olmaq, dağılma (sınma), siyrilmə,cızılma,qopma və s.;
- effektivlik meyarı (texniki-iqtisadi meyar) – avtomobilin (obyektin) buraxılabilən həddən
aşağı vəziyyətdə istismar etdikdə onun istifadə effektivliyinin (səmərəliliyinin) azalmasını nəzərə
alır.(məsələn, gücün azalması, yanacaq və yağ sərfinin artması, cari təmir və ehtiyat hissələrinə
xərclərin normalar müqabilində artması;
- funksional meyar – avtomobilun idarə olunma rahatlığının pisləşməsini, hərəkət
təhlükəsizliyinin azalmasını nəzərə alır.
İstismar zamanı detallann forma və ölçübri dəyişdiyi üçün onlann struktur parametrlərinə
müvafıq olaraq diaqnostik parametrləri də dəyişir. Buna görə struktur və diaqnostik parametrlər
arasındakı əlaqə statistik xarakter daşıyır, yəni diaqnostik parametrər də struktur parametrlər
kimi təsadüfi kəmiyyətlərdir.
Nəqliyyat prosesində diaqnostik parametrlər avtomobilin yürüşündən asılı olaraq artır
(titrəmələr, yanacaq sərfı, araboşluq və s.) və ya azalırlar (yağm təzyiqi, mühərrikin gücü və s).
Bebliklə, aydın görünür ki, hər hansı sistemin və ya mexanizmin struktur parametrləri ilə
diaqnostik parametrləri arasında sıx əlaqə var. Daha doğrusu, diaqnostik parametrlər struktur
parametrlərin dolayı yolla və müəyyən miqyasla, özü də mexanizmi sökmədən təyin edilmiş
qiymətləridir. Struktur parametrlərin təyini isə mexanizmin tam və ya natamam sökülməsi ilə
əlaqədardır. Struktur və diaqnostik parametrlər arasmdakı müəyyən əlaqə obyektin sazlıq
dərəcəsinin və işləmə, qabiliyyətinin qiymətləndirilməsinə imkan verir.
Sistemin texniki
vəziyyətinin düzgün qiymətləndirilməsi və diaqnostikanın qənaətliliyi baxımından diaqnostik
parametrlərin yararlıq dərəcəsi aşağıdakı tələblərlə müəyyənləşdirilir: həssaslıq; birmənalılıq;
stabillik; informativlik.
54
1. Diaqnostik parametr
Dostları ilə paylaş: |