Mühazirə və ona verilən tələblər Praktik məşğələ və ona verilən tələblər Tələbələrin müstəqil işi və elmi yaradıcılığı



Yüklə 87,56 Kb.
səhifə21/38
tarix08.06.2023
ölçüsü87,56 Kb.
#116048
növüMühazirə
1   ...   17   18   19   20   21   22   23   24   ...   38
DOC-20230526-WA0029.

İqtisadi tərbiyə. İqtisadi tərbiyə dedikdə, böyüyən nəsli təsərrüfatçılıq, sahibkarlıq, qənaətcillik ruhunda formalaşdırmaq, onları iqtisadi fəaliyyətə hazırlamaq məqsədi ilə aparılan kompleks təsirlər sistemi başa düşülür. İqtisadi tərbiyə qarşısında aşağıdakı vəzifələr durur:
- gənc nəsildə iqtisadiyyat, onun cəmiyyətdə rolu, təsərrüfatçılıq, sahibkarlıq haqda təsəvvürlər, iqtisadi təfəkkür formalaşdırmaq;
- gənc nəsli psixoloji və əməli cəhətdən iqtisadi fəaliyyətə hazırlamaq;
- gənclərdə qənaətcillik, ictimai mülkiyyətə, xalq əmlakına, məktəb avadanlığına, suya, enerjiyə, çörəyə qayğılı münasibət tərbiyə etmək;
- israfçılığa, təsərrüfatsızlığa, əməyə və əmək məhsuluna laqeydliyə, məsuliyyətsizliyə qarşı barışmazlıq tərbiyə etmək. İqtisadi təhsil və tərbiyə müxtəlif yollarla və vasitələrlə həyata keçirilir. Bu sahədə təlim prosesi böyük imkanlara malikdir. Müxtəlif fənlərdə gənclər cəmiyyətin iqtisadi inkişafının qanunları ilə tanış olur, iqtisadi təsəvvürlərə yiyələnirlər. İqtisadi təhsil və tərbiyə sahəsində təlimdə aparılan iş auditoriyadankənar tədbirlər yolu ilə möhkəmləndirilir və daha da dərinləşdirilir. İctimai-faydalı və məhsuldar əmək zamanı gəncləri iqtisadi münasibətlərə qoşmaq, iqtisadi məsələlərin praktik həllinə cəlb etmək mühüm şərtdir. Vaxtaşırı olaraq fakültələrdə tələbə təşkilatları xətti ilə qənaətcillik reydləri və ayları keçirmək, bu zaman dövlət əmlakına, elektrik enerjisinə, suya qənaət edilməsi vəziyyətini öyrənmək, reydlərin nəticələrini kollektivdə müzakirə etmək qənaətcillik, təsərrüfatçılıq baxımından əhəmiyyətlidir



  1. Tələbə kollektivinin şəxsiyyətə təsiri

Kollektiv anlayışı, onun funksiyaları, təşkili. Şəxsiyyətinin formalaşmasına təsir göstərən amillər içərisində kollektiv mühüm yer tutur. O, insan həyatını təşkil etməyin səmərəli formalarından biridir. Kollektiv sosial qrupun yüksək təşəkkül tapmış formasıdır. Kollektivə belə tərif vermək olar: kollektiv ictimai-faydalı məqsədlər naminə birgə fəaliyyət göstərən, qarşılıqlı asılılıq münasibətlərinə daxil olan, özünüidarə orqanlarına (müvəkkillərə) və ictimai rəyə malik olan insanların mütəşəkkil birliyi, yüksək təşəkkül tapmış sosial qrupdur. Kollektivin funksiyaları aşağıdakılardan ibarətdir:
a) tərbiyə funksiyası;
b) stimullaşdırma və tənzimləmə funksiyası;
c) təşkilatçılıq funksiyası.
Kollektivin öz funksiyalarını yerinə yetirməsi üçün onu düzgün təşkil etmək, tərbiyə və inkişafı qeydinə qalmaq lazımdır. Kollektiv düzgün təşkil edildikdə tərbiyə işində təsirli vasitə ola bilər. Kollektivin təşkili üçün səlahiyyətlərin, ictimai vəzifələrin düzgün bölünməsi mühüm şərtdir. Vəzifələrin təyin etməklə yox, seçki yolu ilə tutulması daha səmərəlidir. Kollektivin təşkilinin digər şərti mümkün qədər daha çox tələbəni ictimai vəzifələrə cəlb etməkdən ibarətdir. Bu halda kollektivdə bərabərlik, qarşılıqlı asılılıq şəraiti yaranır ki, bu da sağlam kollektivin vacib şərtidir. Kollektivin təşkili müəyyən prinsiplərə əsaslanır. Bu prinsiplərə demokratiya (kollektivin həyatında və idarə olunmasında hamının seçkili orqanlar vasitəsilə iştirakının təmin olunması), aşkarlıq (işlərin gizli, qapalı yox, aşkarlıq şəraitində icrası), plüralizm (fikir müxtəlifliyinə, azadfikirliliyə şərait yaradılması), çoxluğun rəyinin əsas götürülməsi və azlığın rəyinə hörmət edilməsi və s. prinsiplər daxildir. Həmin prinsiplər əsasında sağlam, demokratik kollektiv yaratmaq və onu tərbiyənin təsirli subyektinə çevirmək olar. Bunun üçün müəyyən mərhələlərlə iş aparmaq lazımdır.

Yüklə 87,56 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə