Mühazirə və ona verilən tələblər Praktik məşğələ və ona verilən tələblər Tələbələrin müstəqil işi və elmi yaradıcılığı



Yüklə 87,56 Kb.
səhifə19/38
tarix08.06.2023
ölçüsü87,56 Kb.
#116048
növüMühazirə
1   ...   15   16   17   18   19   20   21   22   ...   38
DOC-20230526-WA0029.

Fiziki tərbiyə. Fiziki tərbiyə insanın sağlamlığını möhkəmlədən, şəxsiyyətin fiziki və mənəvi-iradi keyfiyyətlərini inkişaf etdirən təsirlər sistemidir. Fiziki tərbiyə şəxsiyyətin ahəngdar inkişafının mühüm şərtini təşkil edir. O, əqli və mənəvi inkişafa kömək edir: iradəni möhkəmlədir, insanda dözümlülük, intizam, kollektivçilik, yoldaşlıq və dostluq kimi keyfiyyətlər tərbiyə edir. Fiziki tərbiyə insanı əməyə və Vətən müdafiəsinə hazırlayır. O, estetik tərbiyə ilə də sıx bağlıdır. Fiziki tərbiyənin məqsədi fiziki cəhətdən sağlam, gümrah nəsil tərbiyə etməkdən, onları əməyə və fəal ictimai həyata hazırlamaqdan ibarətdir. Bu ümumi məqsədə nail olmaq üçün fiziki tərbiyə qarşısında aşağıdakı konkret vəzifələr durur:
a) gənc nəslin normal fiziki inkişafını və sağlamlığını təmin etmək;
b) gənclərə həyat üçün zəruri olan bacarıq və vərdişlər (düzgün yeriş, qaçış, tullanmaq, üzmək və s.) aşılamaq;
c) gənclərdə bədən tərbiyəsi və idmanla müntəzəm məşğul olmağa tələbat yaratmaq;
ç) iradi-mənəvi keyfiyyətlər (dözümlülük, çeviklik, cəldlik, qüvvə) tərbiyə etmək.
Fiziki tərbiyənin məzmunu “Əməyə və müdafiəyə hazıram” (ƏMH) kompleksində və bədən tərbiyəsi və idman proqramında öz əksini tapmışdır. Məktəbdə fiziki tərbiyə müxtəlif vasitə və formalarla həyata keçirilir. Fiziki tərbiyənin vasitələrinə fiziki təmrinlər, təbii və gigiyenik amillər daxildir. Fiziki təmrinlərə gimnastika, oyun, idman və turizm daxildir. Tələbəlik illərində bunlara xüsusi yer ayırmaq lazımdır. Fiziki tərbiyənin mühüm bir vasitəsi təbii amillərdən istifadə etməkdir. Təbii amillər (günəş, hava, su) təbiətin sağlamlaşdırıcı qüvvələridir. İnsan orqanizminin təmiz havaya (oksigenə), suya, günəş şüasına böyük ehtiyacı vardır. Gigiyenik amillər fiziki tərbiyə, sağlamlıq baxımından böyük əhəmiyyətə malikdir. Gigiyenik amillərə qida, yuxu, istirahət, bədənə qulluq, normal mənzil və iş şəraiti, rejim, rahat geyim və s. daxildir. Sağlamlıq üçün normal qida vacib şərtdir. Yemək müəyyən hədd daxilində olmalıdır; həddən çox və az yemək zərərlidir. 1-ci hal piylənməyə, 2-ci hal isə qanazlığına səbəb olur. Normal yuxu da sağlamlıq üçün mühüm şərtdir. O, yorğunluğu götürür, orqanizmin iş qabiliyyətini bərpa edir. Gigiyenik amillər içərisində düzgün gün rejimi də böyük əhəmiyyətə malikdir. Rejim insanın həyat tərzini nizama salan qaydaların məcmusudur. O, iş və istirahəti tənzim edir, insanda intizamlılıq, səliqəlilik, dəqiqlik, təşkilatçılıq tərbiyə edir, müsbət adətlər yaradır, iradəni möhkəmləndirir. Ailədə və məktəbdə sanitar-gigiyenik tələblərə ciddi əməl edilməlidir. Ailədə iş otağı, məktəbdə dərs otaqları gigiyenik tələblərə (optimal həcmi, hava tutumu, işıq və istilik rejimi, havasının dəyişilməsi, əşyaların yaş əsgi ilə silinməsi və s.) cavab verməlidir.

Yüklə 87,56 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə