Mühazirə və ona verilən tələblər Praktik məşğələ və ona verilən tələblər Tələbələrin müstəqil işi və elmi yaradıcılığı


Ali məktəbdə fiziki tərbiyənin təşkili formaları



Yüklə 87,56 Kb.
səhifə20/38
tarix08.06.2023
ölçüsü87,56 Kb.
#116048
növüMühazirə
1   ...   16   17   18   19   20   21   22   23   ...   38
DOC-20230526-WA0029.

Ali məktəbdə fiziki tərbiyənin təşkili formaları. Fiziki tərbiyənin həyata keçirilməsi səmərəli formalar seçib tətbiq etməyi tələb edir. Belə formalara bədən tərbiyəsi məşğələləri, gün rejimində idman-sağlamlıq tədbirləri, fiziki tərbiyə üzrə auditoriyadankənar tədbirlər daxildir.
Ekoloji tərbiyə. “Ekologiya” yunan sözü olub, yurd (məkan) haqda təlim deməkdir. Ekologiya bir elm kimi ətraf mühit amillərinin – cansız, canlı (biotik) və antropogen (insan və onun yaratdığı maddi-mədəni, elmi-texniki, iqtisadi-sosial) alimlərin qarşılıqlı əlaqələrini öyrənir. Ekoloji tərbiyənin əsasını təbiətə sevgi, onun mühafizəsi işi təşkil edir. Ekoloji tərbiyədə aşağıdakı vəzifələr həyata keçirilir: - böyüyən nəsildə ekoloji şüuru formalaşdırmaq; - doğma təbiətə, ətraf mühitə məhəbbət və qayğılı münasibət, onun korlanmasına qarşı barışmazlıq hissləri aşılamaq; - təbiəti mühafizə üzrə zəruri bacarıq və vərdişlər formalaşdırmaq, gənc nəsli fəal ekoloji fəaliyyətə hazırlamaq. Ekoloji tərbiyə işində müxtəlif yollardan, forma və metodlardan istifadə edilir. Təlim prosesi ekoloji tərbiyənin çox mühüm yoludur. Ayrı-ayrı fənlərin tədrisində ekoloji təhsil və tərbiyə üçün böyük imkanlar vardır. Ekologiya və təbiəti mühafizə sahəsində fənlərin tədrisində mövcud imkanlardan səmərəli istifadə edilməli, hər bir elmin ekoloji istiqaməti, tətbiqi aspektləri diqqət mərkəzində durmalıdır. Ekoloji tərbiyə sahəsində tədrisdə aparılan iş auditoriyadankənar tədbirlər yolu ilə daha da dərinləşdirilir, təbiəti mühafizə işinin müxtəlif formalarından istifadə olunur: ekoloji dərnək və klublar, ekologiya üzrə olimpiada və viktorinalar, tələbə ekologiya cəmiyyəti, ekologiya dəstələri, ekologiya ayları, ekologiya reydləri və s. belə maraqlı formalardandır. Təhsil müəssisələrində və yaşayış yerlərində yaşıllıq iməciliklərinin, ekoloji müsabiqələrin təşkili kimi tədbirləri ənənə şəklinə salmaq lazımdır.
Hüquq tərbiyəsi. Hüquq tərbiyəsi şəxsiyyətin ahəngdar inkişafına yönələn ideya-tərbiyə işləri kompleksinin mühüm bir istiqamətini təşkil edir. “Hüquq” ərəbcə “haqq söz” deməkdir. Hüquq ictimai şüurun bir forması olub, dövlət tərəfindən müəyyən edilən və mühafizə olunan, ictimai münasibətləri tənzimləyən məcburi davranış qaydaları sistemidir. Hər cür fəaliyyətdə olduğu kimi, hüquqi fəaliyyət də insanın hüquqi düşüncəsi, inamı və hüquqi davranışının vəhdəti kimi özünü göstərir. Hüquq normalarına dair biliklər və onlara müsbət münasibət əsasında hüquqi əqidə və davranış mövqeyi, yəni hüquqauyğun davranışa hazırlıq və səy formalaşır. Hüquq tərbiyəsi gənc nəslin hüquqi şüur və davranışını, habelə hüquq normalarına münasibətini formalaşdırmaq məqsədi güdən planlı və mütəşəkkil fəaliyyət prosesidir. Hüquq tərbiyəsi qarşısında aşağıdakı vəzifələr durur:
a) gənc nəsildə hüquqi şüur, hüquqa və qanunçuluğa dair biliklər, baxış və təsəvvürlər aşılamaq;
b) hüquqi davranış təcrübəsi, birgəyaşayış qaydalarına uyğun düzgün davranış bacarıqları formalaşdırmaq;
c) sosial-hüquqi fəallıq, hüquqazidd hallarla mübarizə əzmi tərbiyə etmək.
Hüquq tərbiyəsi müxtəlif forma və metodlarla həyata keçirilir. Bu formalar içərisində təlim əsas yer tutur. Tədris prosesində tələbə gənclərdə hüquqa dair biliklər, hüquq psixologiyası – qanunlara, birgəyaşayış qaydalarına hörmət və onlara əməl etməyə daxili tələbat yaratmaq hüququn aliliyinə dair təsəvvür və baxışlar aşılamaq diqqət mərkəzində durmalıdır. Bu işdə fənlərarası əlaqələrin yaradılması da mühüm əhəmiyyət kəsb edir. Hüquq tərbiyəsi üzrə təlim prosesində aparılan işlərlə yanaşı, auditoriyadankənar işlər də böyük əhəmiyyət kəsb edir. Hüquq tərbiyəsi ilə bağlı auditoriyadankənar işlər müxtəlif formalarda təşkil edilir. Məqsəd və məzmununa görə onları iki qrupa bölmək olar:
a) hüquq təbliğatı və hüquqi şüurun formalaşmasına xidmət edən formalar;
b) hüquq-mühafizə fəaliyyətinin təşkili formaları.

Yüklə 87,56 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə