Mühazirə və ona verilən tələblər Praktik məşğələ və ona verilən tələblər Tələbələrin müstəqil işi və elmi yaradıcılığı



Yüklə 87,56 Kb.
səhifə27/38
tarix08.06.2023
ölçüsü87,56 Kb.
#116048
növüMühazirə
1   ...   23   24   25   26   27   28   29   30   ...   38
DOC-20230526-WA0029.

Təhsilverici funksiya ali məktəbdə verilən profilə uyğun olaraq tələbələri sistemləşdirilmiş elmi biliklərlə, peşə-ixtisas hazırlığına müvafiq bacarıq və vərdişlərlə silahlandırmaqda ifadə olunur. Bunun üçün tələbələrə hazır informasiyaların ötürülməsi azdır; onların özlərinin müstəqilliyini artırmaq, onları yaradıcı axtarışlara geniş cəlb etmək vacibdir. Təhsildə ağırlıq hafizəyə, yaddaşa yox, daha çox təfəkkürə, sərbəst fikrə düşməlidir. Müəllim tələbələrə “Nədir?”, “Nəyə deyilir?”, “Hansılardır?” suallarından daha çox “Nə üçün?”, “Nə ilə fərqlənir?”, “Hansı fikir düzgündür?”, “Sən bu haqda nə fikirləşirsən?” və s. bu kimi suallara müraciət etməklə təlim materiallarının şüurlu mənimsənilməsinə, müstəqil və tənqidi təfəkkürün inkişafına şərait yaratmış olur. Hər bir müəllim öz fənni daxilində tələbələrdə özünütəhsil tələbatı tərbiyə etməlidir. İlk növbədə, müəllim tələbələr üçün dərin bilik, geniş erudisiya, ağıl, intellekt, elmi maraqların zənginliyi nümunəsi olmalıdır. V.A.Suxomlinskinin təbirincə desək, əgər müəllim tək bircə gün öz intellektual inkişafından qalarsa, o, yetirmələri üçün bilik məşəli olmaqdan məhrum olacaqdır.
Tərbiyedici funksiya bütün vasitələrlə – təhsilin məzmunu, təşkili prosesi, metod və priyomlarla tələbələrdə mütəxəssis üçün zəruri olan fərdi və peşə keyfiyyətlərinin formalaşmasına, onların yetkin şəxsiyyət kimi inkişafına kömək göstərməkdə ifadə olunur. Ali məktəb müəllimi hansı elmi tədris etməsindən asılı olmayaraq hər şeydən əvvəl, tərbiyəçidir. Ən başlıcası isə, ali məktəb müəllimi, bir ziyalı kimi, öz şəxsiyyəti ilə tələbələr üçün tərbiyə nümunəsi olmalıdır, çünki şəxsiyyət – şəxsiyyətlə, vicdan – vicdanla, inam – inamla, düzlük – düzlüklə tərbiyə olunur.
Tərbiyə funksiyası bir çox vasitələrlə, o cümlədən müəllim-tələbə münasibətlərinin düzgün qurulması yolu ilə reallaşır. Müəllim tələbəni bir şəxsiyyət kimi qəbul etməli, onunla şəxsiyyət kimi rəftar etməli, onda şəxsi ləyaqət, özünəhörmət hisslərini formalaşdırmağa, onu özünətərbiyəyə cəlb etməyə çalışmalıdır. Əsl tərbiyə – insanı özünütərbiyəyə sövq etməkdir.

Yüklə 87,56 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə