Mühazirələr i.ü. f d., İsmayılova H. Q. Bakı – 2020


MÖVZU15. TƏBİƏTDƏN İSTİFADƏ SAHƏSİNDƏ BEYNƏLXALQ ƏMƏKDAŞLIQ



Yüklə 439,4 Kb.
səhifə168/169
tarix31.12.2021
ölçüsü439,4 Kb.
#82008
növüMühazirə
1   ...   161   162   163   164   165   166   167   168   169
C fakepathetraf muhitin iqtisadiyyat muhazire

MÖVZU15. TƏBİƏTDƏN İSTİFADƏ SAHƏSİNDƏ BEYNƏLXALQ ƏMƏKDAŞLIQ

1. Təbii resurslardan istifadədə beynəlxalq əməkdaşlıq.

2. Azərbaycanın təbii resurslarındankompleks istifadədə beynəlxalq əməkdaşlığın

rolu.



1. Təbii resurslardan istifadədə beynəlxalq əməkdaşlıq.
XX əsrin 50-ci illərindən başlayaraq dünya ərazisində olan təbii resurslardan istifadə daha intensiv xarakter almışdır. Yeraltı və yer üstü təbii resursların istismarının intensivləşdirilməsi təbiəti mühafizə ilə əlaqəli qlobal problemlərin inkişafına təsir göstərmişdir. Təbii resursların istifadəsində XX əsrin sonunda və XXI əsrin əvvəlindən başlayaraq dünya ölkələrinin ərazilərində olan resurslarından səmərəli istifadə olunmasında beynəlxalq əməkdaşlıq mühüm iqtisadi əhəmiyyət kəsb etmişdir. Beynəlxalq əhəmiyyətli təbii resurslara mineral və maye yanacaq resursları, torpaq və su ehtiyatları, meşə resursları və atmosferdə olan resurslar daxil edilir. Qeyd olunan resursların hər hansı ölkənin ərazisində yerləşməsindən asılı olaraq istehsal dövriyyəsinə cəlb olunmasında beynəlxalq müqavilələr təsir edici rola malikdir.

Yuxarıda qeyd olunan resurslar içərisində beynəlxalq əməkdaşlıq əsasında istifadə olunan ən çox mineral və maye yanacaq resursları üstünlük təşkil edir.Aparılan iqtisadi təhlillərə görə mineral yanacaq resursların dünya üzrə ümumi ehtiyatı 14810 milyard ton təşkil edir. Ümumi ehtiyatın 60%-i daş kömür, 40%-i isə boz, qonur kömür təşkil edir. Mineral yanacaq resursları Avropa və Asiya ölkələrində əsasən istifadə olunması bu ölkələrin yanacağa və iqtisadi sahələrin inkişafına təsir etməklə yanaşı ekoloji cəhətdən daha çox çirklənmələrə səbəb olur. Son dövrlərdə dünyada nisbətən mineral yanacaq resursların xüsusi çəkisi maye yanacaq resursları ilə müqayisədə aşağı düşür. Ekoloji problemlər neft hasil olunan regionlarda daha qabarıq şəkildə özünü biruzə verir. Bu cür ərazilərə cənub qərbi Asiya ölkələri, Avropa ölkələri, MDB ölkələrindən Rusiya, Ukrayna, Belarusiya, Türkmənistan, Azərbaycanı misal göstərmək olar. Burada neftin və təbii qazın hasilatı deyil, eyni zamanda emal prosesində yaranan ekoloji problemlərdə nəzərədə tutulur. Qeyd olunmalıdır ki, dünyanın bütün ölkələrində bu və ya digər təbii resursların istehsalı istər-istəməz təbiəti mühafizə ilə əlaqəli problemlərin həllini tələb edir. Bu cür problemlərin həlli ayrılıqda bir ölkənin problemi deyil, ümumilikdə dünya ölkələrinin problemləri çərçivəsində həll olunmalıdır. Ətraf mühitin mühafizəsi sahəsində beynəlxalq əməkdaşlıq prinsipləri ilk dəfə 1972-ci ildə İsveçin Stokholm şəhərində Birinci Ümumdünya Konfransında irəli sürülmüşdür. Həmin prinsiplərdə hər hansı ölkə öz ərazilərində mövcud resurslardan sərbəst istifadə etmək hüququna malik olmaqla bərabər, istər daxili, istərsə də ətraf ölkələrin təbii mühitinə ekoloji cəhətdən zərər verməməlidir. Eyni zamanda hava, su, torpaq, bitki və heyvanat aləmindən elə istifadə olunmalıdır ki, onların qorunub gələcək nəsillərə saxlanılması əsas məsələ kimi irəli sürülmüşdür.



Aparılan hesablamalara görə iqtisadi sahələrin inkişafı üçün səmərəli sayılan 250-dən çox müxtəlif çeşidli faydalı qazıntı, 200-dən çox müxtəlif qiymətli mineral sərvətlər yer kürəsinin müxtəlif regionlarında inkişaf tapmışdır. Həmin resurslar zaman-zaman insanlar tərəfindən istifadə olunmuş iqtisadi sahələrin inkişafına zəmin yaratmışdır. Dünya ölkələrinin iqtisadi inkişafının resurs təminatında mineral resursların üstünlük təşkil etməsi aşkar olunmuşdur. Bu cür resurslar quru ilə yanaşı, dəniz və okeanların dərinliklərində daha çox ehtiyata malikdir. Həmin resurslar içərisində mineral yanacaq resursları iqtisadi baxımdan üstünlük təşkil etdiyindən beynəlxalq səviyyədə dünyanın 80 ölkəsini özündə birləşdirən "Dünya Energetika Şurası" tərəfindən müzakirə olunur. Mineral yanacaq resursları cəhətdən üstünlüyü Rusiya, ABŞ və Çin təşkil etməklə ümumi ehtiyatın 80%-dən çoxunu özündə cəmləşdirir.

İqtisadi davamlı sosial inkişafın resurs təminatında maye yanacaq resursları üstünlük təşkil edir. Dünya ölkələrinin istər sənaye, istərsə də enerji təminatında yanacağın bir növü kimi neft mühüm rola malikdir. Sənaye üsulu ilə neftin emalından hazırda 100-dən artıq müxtəlif çeşidli məhsullar alınır. Dünyada kəşf olunmuş neft ehtiyatının həcmi BP neft şirkətinin məlumatına görə 1188,6 milyard barel təşkil edir. Hazırda dünya neft hasilatında OPEK-in payı 60%-dən çoxdur. Britiş Petrolent Şirkətinin "Statistical Review of World Energu" nəşrinin ekspertlərinin fikrincə neftin indiki hasilatı bu tendensiya ilə geoloji ehtiyatlarının ən azı 42 il hasilatına imkan verir. Eyni zamanda Küveytdə - 128 ilə, Səudiyyə Ərəbistanda- 85 ilə, İranda - 67 ilə, Venesuelada - 58 ilə, Liviyada - 43 ilə, Rusiyada – 22 ilə, Türkmənistanda- 12 ilə, ABŞ-da- 10 ilə, Azərbaycanda isə - 67 ilə çatacağı irəli sürülür. Ümumilikdə dünya neft ehtiyatının 3/.4 hissəsi OPEK ölkələrinin, 9/10 hissəsi isə inkişaf etməkdə olan ölkələrin payına düşür. Dünya ölkələrinin təbii resursları içərisində torpaq və su resurslarından istifadə əsas yer tutur. Xüsusi ilə əhalinin maddi tələbatını təmin etmək və ərzağa olan tələbatını ödəmək üçün torpaq resurslarından səmərəli istifadə etmək ən vacib problemlərdən hesab olunur. Dünyanın ümumi torpaq fondu 149 milyon km2 təşkil edir. Ümumi torpaq fondunun 30,3 milyon km2 Afrika, 27,7 milyon km Xarici Asiya, 22,1 milyon km2 MDB, 22, milyon km2 Şimali Amerika, 8,5 milyon km2 Avstraliya və Okeaniya, 5,1 milyon km2 -i isə Xarici Avropanın payına düşür. Əkin sahələri isə 15 milyon km2 təşkil edir. Aparılan iqtisadi təhlillər göstərir ki, dünyada hər adam başına düşən əkin sahəsi azalmağa meyl edir. XX əsrin ikinci yarısında əhali artımı ilə əlaqədar adam başına düşən torpaq 1980-cı ildə 0,34 ha təşkil edirdisə, 1990-cı ildə həmin göstərici 0,29 ha-a düşmüşdür. Iqtisadi göstəricilərdən aydın olur ki, ümumilikdə əkin sahələri azalmağa doğru meyl edir. Dünyada ərzaq təhlükəsizliyinin təmin olunması ilk növbədə torpaqların deqradasiyasının qarşısının alınmasını tələb edir. Bu da özlüyündə torpaqların münbitləşdirilməsi, məhsuldarlığın artırılması yolu ilə mümkünlüyü müəyyən olunmuşdur. Torpaqların deqradasiyası əsasən eroziya, çirklənmə, şoranlaşma, səhralaşma, məhsuldarlığın aşağı düşməsi əlamətləri ilə səciyyələnir. Bu səbəbdən hesablamalara görə 2 milyard hektardan çox məhsuldar torpaqlar sıradan çıxmışdır. Təbii və antropogen faktorların qismən də olsa qarşısının alınması ilə torpaq resurslarından istifadənin çəkisini artırmaq mümkündür. Bəşəriyyətin qlobal problemlərindən biri suya olan tələbatın ödənilməsidir. Yer kürəsində su ehtiyatlarının zəngin olmasına baxmayaraq şirin su ehtiyatı 2,8% təşkil edir. Aparılan hesablamalara görə yer kürəsinin ümumi su ehtiyatı 1387 milyon kub km təşkil edir. Ümumi ehtiyatın 96,5%-i dünya okeanlarının, 3,5%-i isə yeraltı, buzlaq və göllərin payına düşür. Hər nəfərə dünyada 230 milyon kub metr su düşür. Təbii resurslar içərisində bioloji resurslar üstünlük təşkil edir. Dünyada 500 mindən artıq bitki, o cümlədən 30 mindən çox ağac və kol bitkiləri vardır. Həmçinin meşələr yer kürəsində 385 milyard kub metr ehtiyatına malikdir. Təhlil olunan təbii resurslar dünyanın ayrı-ayn regionlarında iqtisadi sahələrin formalaşmasında mühüm əhəmiyyət kəsb edən resurs mənbəyi kimi qiymətləndirilir. Beynəlxalq səviyyədə təbii resurslardan istifadə zamanı ətraf mühitə ziyan verə bilən ölkələrin sənaye və kənd təsərrüfatı sahələrinə BMT-nin müvafiq təşkilatları tərəfindən nəzarət olunur.


Yüklə 439,4 Kb.

Dostları ilə paylaş:
1   ...   161   162   163   164   165   166   167   168   169




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə