Mühazirələr i.ü. f d., İsmayılova H. Q. Bakı – 2020


Azərbaycanın təbii resurslarındankompleks istifadədə beynəlxalq əməkdaşlığın



Yüklə 439,4 Kb.
səhifə169/169
tarix31.12.2021
ölçüsü439,4 Kb.
#82008
növüMühazirə
1   ...   161   162   163   164   165   166   167   168   169
C fakepathetraf muhitin iqtisadiyyat muhazire

2. Azərbaycanın təbii resurslarındankompleks istifadədə beynəlxalq əməkdaşlığın

rolu.
Azərbaycanın müstəqillyi sərbəst şəkildə dünya bazarına çıxmağa və beynəlxalq əhəmiyyətli resurslardan müştərək şəkildə istifadə olunmasına zəmin yaratmışdır. XX əsrin axırlarında və XXI əsrin əvvəllərində Azərbaycanın bir sıra beynəlxalq təşkilatlara üzv olması iqtisadi, siyasi və strateji sahədə əməkdaşlığın inkişafına təsir göstərmişdir. Bu ilk

növbədə ölkədə maye yanacaq resurslarının, kənd təsərrüfatı sahələrinin inkişafı üçün əlverişli təbii iqtisadi şəraitin olması, filiz və qeyri-filiz sərvətlərinin zənginliyi bir çox xarici ölkələrin tanınmış şirkətlərinin həmin sahələrdə əməkdaşlığına zəmin yaratmışdır. Bir çox beynəlxalq layihələrin həyata keçirilməsi aqrar sahədə resurs potensialından və maye yanacaq təbii sərvətlərindən istifadəni daha da intensivləşdirmişdir. Həyata keçirilən işlərin nəticəsində Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərza və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Dünya Bankının Kənd Təsərrüfatı İnkişafı üzrə Beynəlxalq Fondu (İFAD), Beynəlxalq İnkişaf Assosasiyası (GTZ), Türk İş Birliyi və Kalkınma Aynası (TİKA) və s. beynəlxalq təşkilatlarla iqtisadi əməkdaşlığın yaradılması aqrar sahədə nailiyyətlərin inkişafına təsir göstərmişdir. Azərbaycan istər təbii mühitin mühafıizəsində, istərsə də təbii resursların istifadəsində beynəlxalq əməkdaşlıqda nailiyyətləri böyükdür. Xüsusi ilə ölkəmizin beynəlxalq əlaqələrinin son dövrlərdə inkişaf etdirilməsi sayəsində bir sıra mühüm beynəlxalq konvensiyalara qoşulmasına real şərait yaranmışdır. Bunlara BMT-nin İqlim Dəyişmələri Üzrə Çərçivə Konvensiyası; Rio-De-Janeyro - 1992; Su Konvensiyası, Helsinki- 1992;, Bioloji Müxtəliflik Üzrə Konvensiya, Rio-De-Janeyro- 1992; Təhlükəli tullantıların şəhərlərarası daşınmasına və zərərsizləşdirilməsinə nəzarət haqqında Bazel Konvensiyası, Paris- 1994 və s. daxildir. Dünyada ərzaq istiqamətli kənd təsərrüfatı tədqiqatları ilə məşğul olan elm mərkəzlərinin fəaliyyətini əlaqələndirən, onları maliyyələşdirən Beynəlxalq Kənd Təsərrüfatı Tədqiqatları Məsləhət Qrupu (CÇİAR), həmin məsləhət qrupuna daxil olan quraq zonalarında Kənd Təsərrüfatı Tədqiqatları Beynəlxalq Mərkəzləri (İCARDA), (İPŞRİ) və s. mühüm elmi təşkilatlarla əlaqələr yaradılmış və bu təşkilatlarla əməkdaşlıq proqramları çərçivəsində aqrar islahatların reallaşmasına şərait yaratmışdır.

Respublika iqtisadiyyatının inkiaşfında dövlətlərarası iqtisadi münasibətlərin formalaşmasında eləcə də aqrar təhlükəsizliyin xüsusi ilə əhalinin ərzaq məhsulları ilə təmin olunmasında iqtisadi təşkilatların rolu böyükdür.

Müasir şəraitdə təbii resurs potensialından istifadə etmək üçün beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi siyasəti həyata keçirilir. Bu sahədə dünyanın TASİS və Traseka proqramları, Beynəlxalq Valyuta Fondu (BVF), Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (BYİB) və s. təşkilatlarla əlaqələrin inkişaf etdirilməsi təbii resurslardan dayanıqlı istifadə üçün əlverişli zəmin yaradır. Hazırda Azərbaycan təbii sərvətlərin istifadəsində, təbiətin mühafizəsində dünyanın 15-dən çox təşkilatı ilə əlaqə saxlayır və həmin təşkilatların üzvüdür.

Eyni zamanda Azərbaycan maye yanacaq təbii resurslarından səmərəli istifadə etmək məqsədi ilə bir çox beynəlxalq müqavilələrin iştirakçısıdır. Bağlanmış beynəlxalq səviyyəli müqavilələrə: "Azəri-Çıraq- Günəşli", "Qarabağ", "Şahdəniz", "Əşrəfı Dan Ulduzu", "Lənkəran-Dəniz" və s. yataqlar üzrə bağlanmış müqavilələrdən daxildir. Əsas iştirakçı kompaniyaların da "ARDNŞ", "AMOKO", "YUNOKAL", "PENZOYL", "EKSON", "BP", "RAMKA", "LUKOYL", "TPAO", "DELTA" və s. neft istehsalında öz payları vardır. Istehsal olunmuş neft və təbii qaz beynəlxalq əhəmiyyətli nəql olunma imkanları realdır. Hazırda Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə dünya bazarına ildə 40-50 milyon ton neft ixrac olunur. Eyni zamanda Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) üzvü olması qarışıq nəqliyyat nəql etmək imkanlarına malik olmuşdur.

Azərbaycanın Demokratiya və İqtisadi İnkişaf Təşkilatın - GUAM-ın üzv olması Xəzər dənizi; Qara dəniz və Baltik dənizi ölkələrarası əməkdaşlığin yaranması maye yanacaq resurslarından istifadə etməyə zəmin yaratmışdır. Respublikanın digər filiz və qeyri-filiz resurslarından istifadə etmək məqsədi ilə bir çox ölkələrlə iqtisadi əməkdaşlıq əlaqələri yaranır və müəyyən qrup ölkələrin şirkətləri tərəfındən həmin sahələrə ayrılan investisiyalar təbii resursların istehsal dövriyyəsinə cəlb olunması üçün real imkanlar yaratmışdır.

Son dövrlərdə dünya ölkələrində təbii resursların istehsal dövriyyəsinə cəlb olunması sənaye və kənd təsərrüfatı sahələrinin inkişafı ilə yanaşı, təbiəti mühafizə sahəsində qlobal ekoloji problemlər yaratmışdır. Milli səviyyədə həyata keçirilən ekoloji tədbirlər planetar səviyyədə ətraf mühitin mühafizəsi və təbii resurslardan davamlı inkişaf məsələlərini həll etmək imkanlarına malik deyildir. Qeyd olunmalıdır ki, milli hüquq çərçivəsindən kənarda olan müəyyən qrup təbii sərvətlər (okean suları, Antarktidanın buzlaqları, atmosferdə olan resurslar və s.) dünyanın inkişaf etmiş ölkələri tərəfındən istismara məruz qalır. Digər tərəfdən müəyyən qrup ölkələr ərazilərində olan təbii sərvətlərdən istifadə etməklə ekoloji cəhətdən ətraf ölkələrin mühitinə ziyanlar vururlar. Ekoloji cəhətdən ən çox çirklənmələr tranzit çaylara məruz qalan ölkələrin ərazisində müşahidə edilir. Həmçinin iqtisadi cəhətdən inkişaf etmiş sənaye ölkələrində atmosferə buraxılan zəhərli tullantıların xüsusi çəkisinin artması hava axınları vasitəsi ilə digər qonşu ölkələrin ərazilərinə ziyan verməklə təbii mühitdə (meşələrin quruması, səhralıqların əmələ gəlməsi, torpaqların çirklənməsi, müxtəlif xəstəliklərin yayılması və s.) deqradasiyaya səbəb olur. Bu cəhətdən təbiəti mühafızə sahəsində və ekoloji cəhətdən davamlı sosial-iqtisadi inkişafın təminatında beynəlxalq əməkdaşlığın böyük rolu vardır. Ətraf mühitin mühafızəsi sahəsində dünyanın bir çox aparıcı beynəlxalq təşkilatları; BMT-nin Ətraf Mühit Proqramı, Ekologiya Fondu, Dünya Bankı, Avropa İttifaqının TASİS Proqramı, Ümumdünya Vəhşi Təbiət Fondu, BMT-nin İqtisadi və Sosial Şurası (İQSOS), YUNESKO, YUNEP, FAO, ÜST, UNİDO, MAQATE, AENBA, Avropa Şurası (AŞ) və s. fəaliyyət göstəririlər. Qeyd olunan beynəlxalq təşkilatların ətraf mühitin mühafizəsinə və sosial iqtisadi inkişafın davamlılığına dair müvafiq proqramlar tərtib edirlər. Ekoİoji cəhətdən davamlı inkişaf anlayışı ilk dəfə 1972-ci ildə Ərtaf Mühit Üzrə Stokholm Konfransında irəli sürülmüşdür. Bu konfransda ətraf mühitin pişləşməsi ilə əlaqəli olaraq BMT tərəfındən müstəqil orqan olan "Ərtaf Mühit Üzrə BMT Proqramı" yaradılır və YUNEP adını alır.

YUNEP-in əsas vəzifəsi daha qabarıq olan ekoloji problemlər: torpaqların çirklənməsi, meşələrin qırılması, səhralaşma, şirin su ehtiyanın azalması, okeanların, dənizlərin və çayların çirklənməsi və s. üzrə tövsiyyələr vermək, təbiəti mühafızə ilə əlaqəli proqramları hazırlayıb həyata keçirməkdən ibarətdir. Eyni zamanda ekoloji sahədə olan ziddiyyətlərin həlli üçün müəyyən bir mexanizmin yaradılması tələb olunurdu. Bu cür mexanizm 1992-ci ildə Rio-De-Janeyro şəhərində BMT-nin "Ətraf Mühit və Davamli İnkişafa aid Konfransın qərarlarına əsasən yaradıldı. (R.M.Məmmədov, Bakı 2009). Eyni zamanda konfransda davamlı inkişaf üzrə mühüm sənəd olan "Agenda 21" ("XXI əsrin gündəliyi") proqramı qəbul olunur.

"Agenda 21" dörd bölmədən ibarətdir.

"Sosial-iqtisadi aspektlər" adlanan birinci bölmədə inkişaf etməkdə olan ölkələrdə davamlı inkişafı sürətləndirmək üçün beynəlxalq səviyyədə yoxsulluqla mübarizə; tələbat strukturunun dəyişilməsi; əhalinin dinamikası və davamlı inkişafı; insan sağlamlığının qorunması; yaşayış məskənlərinin davamlı inkişafına yardım məsələləri irəli sürülür.

İkinci bölmədə təbii resurslardan səmərəli istifadə və onların mühafızəsi adlanır. Burada əsasən atmosferin mühafızəsi; torpaq resurslarından istifadəyə kompleks yanaşma; meşələrin qırılmasına qarşı mübarizə; səhralaşma və quraqlığa qarşı mübarizə; dağ rayonlarının davamlı inkişafı; kənd təsərrüfatının və kənd rayonlarının inkişafına kömək; biomüxtəlifliyin qorunub saxlanılması; şirin su ehtiyatının və keyfıyyətinin qorunması; təhlükəli tullantıların ekoloji cəhətdən təhlükəsiz şəraitdə kənarlaşdırılması və s. məsələlər öz əksini tapmışdır.

"Əsas insan qrupları rolunun möhkəmləndirilməsi" adlanan üçüncü bölmədə: davamlı və ədalətli inkişafın təmin olunması naminə, qadınların mənafeyi naminə qlobal fəaliyyət; davamlı inkişafın təmin edilməsi prosesində uşaq və gənclərin maraqlarının nəzərə alınması; yerli icma və qeyri-hökumət təşkilatlarının rolunun möhkəmləndirilməsi; yerli idarəetmə orqanlarının (bələdiyyələrin) təşəbbüskarlığı və fəallığı nəzərdə tutulur.

"Agenda 21" -in dördüncü bölməsində irəli sürülən məsələlərin həyata keçirilməsi üçün maliyyə ehtiyatları və mexanizmləri; ekoloji cəhətdən təmiz texnologiyaların əldə edilməsi sahəsində əməkdaşlıq; davamlı insan inkişafının təmin olunmasında elmin rolu; kadr hazırlığı; beynəlxalq təşkilatların mexanizmləri; beynəlxalq hüquq sənədləri və mexanizmləri nəzərdən keçirilir.

RİO-92 konfransında "RİO Bəyannaməsi" qəbul edildi ki, burada hər bir dövlər BMT-nin Nizamnaməsi və beynəlxalq hüquqi prinsiplərinə müvafıq olaraq öz təbii resurslarından istifadə etmək hüququna malikdir. Həmçinin ərtaf mühit və inkişaf məsələləri sahəsində öz müstəqil siyasətini aparmaq hüququna malikdir.

YUNESKO əsasən "insan və biosfer" proqramını həyata keçirir. Insanlarla ətraf mühir arasında qarşılıqlı əlaqə və inkişafın sosial iqtisadi amilləri üzrə tədqiqatlar aparır. Digər sahələrdə isə savadsızlıqla mübarizə, təhsilin planlaşdırılması, insan hüquqları sahəsində və dünyada sülhün möhkəmlənməsi üzrə tədqiqatlar aparır. 180-ə qədər üzvü var. Qərargahı Paris şəhərindədir (Fransa).

FAO-BMT-nin ərzaq və Kənd Təsərrüfatı Təşkilatl (Food and Agricultral Organization of the Nations, FAO) 1945-ci ildə yaradılmışdır. Dünyada aclıqla mübarizə, insanların qidalanması və həyat şəraitinin yaxşılaşdırılması, kənd təsərrüfatında, balıqçılıqda, meşəçilik sahələrində məhsuldarlığın artırılmasına kömək etmək məqsədilə yaradılmışdır. Eyni zamanda kənd təsərrüfatı məhsullarının istehsalı və emalının yaxşdaşdırılması, torpaq və su resurslarından, gübrələrdən istifadə üçün işlər aparır.

ÜST- Ümumdünya Səhiyyə Təşkilatı olub, bütün xalqların sağlamlığının ən yüksək səviyyəyə çatdırılması məqsədilə 1946-cı ildə yaradılmış və 1948-ci ildən fəaliyyət göstərir. Müxtəlif xəstəliklərin ləğvi üçün beynəlxalq əməliyyatlar təşkil edir. Dərman preparatlarının keyfıyyətinə, narkotik maddələrin yayılmasına, təmiz su və qida məhsullarına, ümumi ekoloji təhlükəsizlik məsələlərinə nəzarət edir. Qərargah Cenevrə şəhərindədir.

UNİDO- sənayenin inkişafı üzrə təşkilatdlr. əsas məqsədi qlobal, regional, milli və sahəvi səviyyədə sənayenin inkişafına və yeni beynəlxalq iqtisadi qanunların yaradılmasına köməklik göstərilməsi məsələləri ilə məşğul olur.

MAQATE- radioaktiv maddələrin daşınması və saxlanılmasının təhlükəsizliyinin təmin olunması, tullantıların təkrar istehsalı daxil olmaqla ümumi radiasiyadan müdafıə və təhlükəsizliyin təmin edilməsi üzrə ixtisaslaşmışdır.

AENBA- Atom Enerji Üzrə Beynəlxalq Agentlik təşkilatıdır. 1957-ci ildə atom enerjisinin sülh məqsədilə istifadə edilməsi sahəsində beynəlxalq əməkdaşlığın inkişafı üçün yaradılmışdır.

Eyni zamanda nüvə təhlükəsizliyi üçün müvafiq normalara əməl olunmasına, nüvə enerjisinin hərbi məqsədlər üçün istifadə olunmasında nəzarət edir. Agentlik nüvə qurğularının təhlükəsizliyi, şüalanmadan müdafıə, insanların sağlamlığı, radiaktiv tullantıların saxlanılması, nüvə yanacağından istifadə olunması və s. məsələlər daxil olan geniş təhlükəsizlik proqramı qəbul etmişdir. Agentliyin qərargahı Vyana (Avstriya) şəhərində yerləşir.

Avropa Şurası (AŞ) - öz fəaliyyətini daha çox demokratik prinsiplərin həyata keçirilməsinə, insan hüququnun əsas prinsiplərinə riayət olunmasına, Avropa vətəndaşlarının həyat səiyyəsinin yüksəldilməsinə, ekologiya və informasiya sahəsində əməkdaşlığa yönəltmişdir. Avropanın nüfuzlu təşkilatlarından biri olub, 1949-cü ildə yaradılıb. Qərargah Strasburqda yerləşir.

Aparılan təhlillərdən aydın olur ki, təbiətdən istifadədə, ekoloji sahədə yaranan beynəlxalq əməkdaşlıq təbii resurslardan səmərəli istifadə etmək və onun gələcək nəsillər üçün qorunub saxlanılmasında mühüm iqtisadi əhəmiyyət kəsb edir. Həmçinin ekoloji sahədə yaranan qlobal problemləri həll etməkdə beynəlxalq səviyyədə qəbul olunmuş proqramlar təbii mühitin saflaşmasına təsir etməklə gələcək nəsillərin sağlamlığının qorunmasmda və təmiz ekoloji mühitin formalaşmasında əhəmiyyət kəsb edən sahələr kimi qiymətləndirilir. Beynəlxalq əməkdaşlığın digər mühüm cəhəti ondadır ki, təbii və əmək resurslarından istifadəyə əlverişli şərait yaratmaqla bərabər, insanların həyat şəraitinin yaxşılaşması məqsədi ilə xüsusi proqramlar hazırlanır, həyata keçirilir.

Təbii sərvətlərin, ətraf təbii mühitin saflığına, insanların sağlamlığının mühafızəsinə olan diqqət və qayğının artırılmasına yönəldilmiş beynəlxalq tədbirlərin əhəmiyyəti ildən-ilə artır. Bu ondan irəli gəlir ki, əvvəllərdə məlum olmayan yeni-yeni kimya məhsulları və müxtəlif tərkibli materiallar, maddələr, elementlər istehsal olunur, onların təbii mühitə təsir dairəsi planetar miqyasda genişlənir. Təbətdən alınan, onun sərvətlərindən istehsal edilən yeni məhsullar ictimaiyyətə xeyir gətirir, xalq təsərüfatının inkişafını surətləndirir, əhalinin bu və ya digər məhsullara olan tələbatını ödəyir, Bununla belə həmin məhsulların kütləvi surətdə istehsalı geniş miqyasda materiyanın təbii balansını pozur, ətraf mühitin mühafızəsində çətinlik törədən maddələrin miqdarını artırır, ayrı-ayrı sənaye sahələrində, mərkəzlərində sağlamlığı təhlükə altına alır.

BMT-nin ətraf təbii mühitin mühafızəsi Proqramına əsasən planetimizdə 4 milyondan artıq müxtəlif tərkibli kimya, sənaye məhsulları və maddələri istifadə edilir. Hər il dünya bazarına 700 növ belə yeni məhsul daxil olur. Bununla belə həmin məhsulların insanlara və ətraf təbii mühitə təsir dairəsinin dərəcəsi hələ də dəqiq öyrənilməmişdir. Onların kanseroji (xərçəng xəstəliyi törədən), mutaji (insanın və başqa canlı orqanizmlərin təbii törədici mexanizminin pozulması) və ya başqa bioloji inkişafa mənfı təsir dairəsinin dəqiqliyi lazımi qədər öyrənilməyib. Buna görə təbiətdən, onun sərvətlərindən alınan yeni-yeni məhsullara ekoloji baxımdan və təbabət baxımından dəqiq nəzarət qoyulmalıdır.

Qeyd etmək lazımdır ki, balıq ovu donanmasında texniki silahlanmanın xeyli artmasına baxmayaraq dünya okeanında balıq tutulmasının həcmi son zamanlar azalmaq üzrədir. Əgər 1970-ci ildə dünya okeanından 52,7 mln.ton balıq tutulmuşsa, indi bunun həcmi xeyli azalmışdır. Heyvanlar aləminin, xüsusilə vəhşi heyvanların dünyada surətlə azalması indi böyük həyəcan doğurur. Son 2000 ildə dünyada təxminən 106 növ iri məməli heyvanın, 139 növ quş və başqa heyvanların nəsli kəsilmişdir.

Mütəxəssislər belə qərara gəlmişlər ki, indi min növdən artıq onurğalıların məhv olması təhlükə altındadır. Vəhşi heyvanların və yabanı bitkilərin ticarəti üzrə konvensiya katibliyinin məlumatına əsasən, indi dünyada hər il mühafızə altında saxlanılan Afrika fıllərinin 700 t-dan çox sümüyü satılır. Belə qanunsuz ticarət onsuz da sayı kəskin surətdə azalan fıllərin surətlə qırılmasına səbəb olur. Bu qədər sümüyü əldə etmək üçün minlərlə fıl öldürülür. Bundan başqa hər il Afrikada, Braziliyada 2 min timsah dərisi aşılanıb satışa verilir. İndi nadir tapılan quş və heyvanların qiyməti çox bahalaşmışdır. Məsələn, danışan tutu quşunu çox baha, o cümlədən AFRdə 15 min markaya satırlar. Cənubi Amerikada yaşayan atselatdan hazırlanan manto ( buna 10 dəri gedir) 75 min markaya satılır ki, bu da «Mersedes» markalı minik avtomaşınının qiymətinə bərabərdir.

Təbii sərvətlərdən səmərəli istifadə edilməsi, ətraf təbii mühitin mühafızəsi son yüz ildə dünya ictimaiyyətinin həmişə diqqət mərkəzində olmuşdur. Müharibədən sonrakı dövrdə ictimai fıkrin təsiri altında bir çox dövlətlər bu haqda təsirli tədbirlər və qərarlar qəbul etmişlər. Qeyd etmək lazımdır ki, hələ XX əsrin əvvəllərindən bəri təbiətin mühafızəsi xüsusilə vacib məsələ kimi qarşıda durur. 1910-cu ildə Qratsda (Avtriya) keçirilmiş ÜII Beynəlxalq Zoologiya konqresi, 1913-cü ildə Beri şəhərində Təbiətin Beynəlxalq mühafızəsi üzrə çağırılmş konfransda mühüm təcrübi əhəmiyyət daşıyan məsələlərdən başqa, təbii sərvətlərin gələcək nəsil üçün saxlanılmasına, onların mühafızəsinə dair bir sıra vacib vəzifələr irəli sürülmüşdür.

Əsrimizin 60-cı və 70-ci illərində təbiətin mühafızəsi üzrə dünya ictimai fıkir mübadiləsi daha geniş miqyas alır. Dünya ölkələrinin əksəriyyətinin təklifınə və təkidinə görə 1968-ci ildə BMT-nin YUNESKO təşkilati xətti ilə Paris şəhərində keçirilmiş biosferin və onun sərvətlərinin mühafızəsi üzrə beynəlxalq konfransı, Avropa iqtisadi komissiyasının 1971-ci ildə Praqa şəhərində ətraf mühitin mühafızəsinə həsr olımmuş konqresi və 1972-ci ildə BMTnin Stokholm şəhərində insanı əhatə edən mühitin mühafızəsinə dair konfransı cəmiyyətin qarşısında təbiətin mühafızəsi sahəsində mühüm vəzifələr qoymuşdur.

70-ci illərdə ətraf təbii mühitin mühafızəsi, təbii sərvətlərdən istifadə edilməsi üzrə dövlətlərarası beynəlxalq əlaqələr xeyli genişləndirilmişdir. Siyasi, iqtisadi, mədəni, elmi-texniki əməkdaşlıq sahəsində dövlətlərarası əlaqələr təkmilləşir və inkişaf edir. Dövlətlərin, müvafıq beynəlxalq təşkilatların, siyasi, elm xadimlərinin, mütəxəssislərin köməyi ilə təbiət problemləri üzrə elmi cəhətdən əsaslı ölçülüb-biçilmiş tədbirlərin həyata keçirilməsi mühüm məsələ kimi qarşıda durur. Göstərilən müddətdə dəniz və okeanların, atmosferin, bir çox ölkələrdən keçən və ölkələrdaxili tranzit çayların mühafızəsinə dair ciddi qərarlar və təkliflər qəbul edilmişdir. Heyvanlar aləminin, xüsusilə suda yaşayan məməli heyvanların, ağ ayıların, Arktika suitilərinin, bütün köçəri heyvanların, onların yaşayış mühitinin mühafızəsinə dair müvafıq qərarlar qəbul edilir. Təbii mühitin mühafızəsinin təşkili problemində BMT-nin 1972-ci ildə insanı əhatə edən mühitin mühafızəsi üzrə konfransı proqramının fəaliyyətdə olmasının, BMT-nin Baş Məclisinin bir sıra təkliflərinin, məsələn, Avropada təhlükəsizlik və əməkdaşlıq aktı (1975-ci il) qərarlarının həyata keçirilməsinin böyük təsiri olmuşdur.

İqtisadi cəhətdən inkişaf etmiş rayonlarda, məsələn, Şimali Amerikada, qərbi Avropada, Yaponiyada, keçmiş SSRİ-də ətraf təbii mühitin mühafızəsi ilə baglı daha çox tədbirlər irəli sürürlər. Bu ölkələrin sərhədləri boyu ekoloji mühitin saflığı uğrunda tranzit çayların çirklənməsinə qarşı mübarizədə mühüm işlər görülmüşdür. Avropa regional beynəlxalq təşkilatları dairəsində, məsələn, Avropa Şurası, İqtisadi əməkdaşlıq, inkişaf və başqa beynəlxalq təşkilatların fəaliyyəti sayəsində ətraf təbii mühitin mühafızəsi, təbii sərvətlərdən, iqtisadi, texniki imkanlardan səmərəli istifadə edilməsi barəsində bir sıra müqavilələr bağlanmış, qərarlar qəbul edilmişdir. Avropanın bir sıra beynəlxalq təşkilatlarında ətraf təbii mühitin mühafızəsinə dair xüsusi bölmələr yaradılmışdır. Afrikada, Latın Amerikasında, Cənubi-Şərqi Asiyada və Sakit okean hövzəsi ölkələrində təbii sərvətlərin mühafızəsi üzrə beynəlxalq miqyasda mühüm işlər həyata keçirilməkdədir.

Son 10-12 ildə beynəlxalq miqyasda təbətin mühafızəsinə dair tədbirlər üzrə əldə edilmiş mühüm nailiyyətlərdən biri BMT dairəsində bu sahədə dövlətlərarası işlərin uzlaşdırılması və maddi cəhətdən maraqlandırılması olmuşdur. 1972-ci ildə BMT tərəfindən Stokholm şəhərində insanı əhatə edən mühitin mühafızəsi probleminə həsr edilmiş konfrans öz tarixi əhəmiyyətinə görə mühüm yer tutur. Bu konfransın yekunları üzrə BMT-nin Baş Məclisinin XXÜII sessiyasında uzunmüddətli əhəmiyyətə malik olan nizamnamə qəbul edilmişdir.

Göstərilən nizamnaməyə əsasən BMT-nin daxilində ətraf təbii mühitin mühafızəsi ilə məşğul olan YUNEP adlı xüsusi təşkilat yaradılmışdır.

Stokholm konfransından başqa əhali məskunlaşması (Buxarest, 1974-cu il), ərzaq problemi (Roma, 1974-cü il), yaşayış məntəqəsi (Vankuver, 1976-cı il), su sərvətləri( Mindel Plata,1977-ci il) problemlərinə həsr edilmiş konfransların qərarları mühüm yer tutur. Göstərilən konfransların mühüm əhəmiyyətindən biri də beynəlxalq səpgidə hüquqi həyatın ayrılmaz hissəsinə çevrilməsidir. Bununla yanaşı təbiəti mühafızə sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsində bir sıra çətinliklər vardır. Bu çətinliklər təbii mühitin mühafızəsində ayrı-ayrı dövlətlərin mənafelərinin toqquşmasından, kapitlist istehsal münasibətləri şəraitində təbii sərvətlərdən plansız istifadə edilməsindən, imperialist dairələrin mürtəce siyasəti nəticəsində hərbi silahların və xərclərin ildən-ilə artırılmasından irəli gəlir.

Müasir dövrdə ekologiyanın və iqtisadiyyatın qarşılıqlı inkişafı vacib problemə çevrilmişdir. «Ekoinkişaf» adlanan bu konsepsiya bütün beynəlxalq müşavirələrdə, konqreslərdə ictimaiyyətin diqqət mərkəzində durmuşdur. YUNEP-in idareəedici şurasının ikinci sessiyası ( 1974-cü il) qərara almışdır ki, «ekoinkişafın» konsepsiyasını və metedologiyasını gələcəkdə də inkişaf etdirmək zəruridir.

Beynəlxalq konfranslar təbiətin mühafızə edilməsi sahəsində dünyada əməkdaşlığı ənənəvi və ən səmərəli formalarından biridir. Lakin bu konfransların qərarları, onun iştirakçılarının hüquqi cəhətdən fəaliyyəti məcburi deyildir, lakin onlar təbiətin mühafızəsi üzrə siyasi, beynəlxalq qaydaların icrasına yardım edirlər. Təbiətin mühafızəsi sahəsində mühüm forum olan beynəlxalq konfransların keçirilməsi əsasən XX əsrin əvvəllərindən başlanmışdır. İsveçrənin dəvəti ilə konfransda 17 dövlətin nümayəndəsi iştirak edirdi. Bunlar: Avstriya, Almaniya, ABŞ, Argentina, Belçika, Böyük Britaniya, Danimarka, İsveç, İsveçrə, İspaniya, İtaliya, Macarıstan, Niderlandiya, Norveç, Portuqaliya, Rusiya, Fransa idi. Konfrasda təbiətin sərvətlərinin istifadə edilməsi, təbiətin mühafızəsi sahəsində bütün məlumatların toplanmasının və nəşr edilməsinin təşkilindən ibarət idi. Konfransda əsas mühazirə ilə İsveçrə alimi Pol Sarazin çıxış etmişdir. O, ayrı-ayrı dövlətlər tərəfindən təbiətin korlanması haqqında danışaraq, dənizlərdə, okeanlarda yaşayan məməli heyvanların təkrar istehsalına şərait yaradılmasını qarşıda qoydu. Pol Sarazin dünyada təbiətin mühafızəsi ideyasını, yəni beynəlxalq və milli ruhda ətraf mühitin saflığının təmin edilməsi haqqında qarşılıqlı sistemlərin yerinə yetirilməsi məsələlərini irəli atdı.





Yüklə 439,4 Kb.

Dostları ilə paylaş:
1   ...   161   162   163   164   165   166   167   168   169




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə