Mühazirələr i.ü. f d., İsmayılova H. Q. Bakı – 2020


Ekologiyaya yönəldilmiş vergi sistemində 4 aspekti ayırmaq olar: sahə, texnologiya, region və məhsul üzrə



Yüklə 439,4 Kb.
səhifə141/169
tarix31.12.2021
ölçüsü439,4 Kb.
#82008
növüMühazirə
1   ...   137   138   139   140   141   142   143   144   ...   169
C fakepathetraf muhitin iqtisadiyyat muhazire

Ekologiyaya yönəldilmiş vergi sistemində 4 aspekti ayırmaq olar: sahə, texnologiya, region və məhsul üzrə. İqtisadiyatın dayanıqlı inkişafı, onun ekoloji təhlükəsizliyi səviyyəsinin artması baxımından, vergi sistemi təbiət-məhsul zəncirinin başlanğıcında duran təbiəti-istismar sahə və sektorlara vergilərin artırıl-masını nəzərdə tutmalıdır. Bu halda vergilər ekoloji cəhətdən təhlükəli və resurs tutumu fəaliyyətləri sıxışdıran və yaxud bu fəaliyyəti ekoloji balanslaşdırılmış hala yönəldici rolunu oynaya bilərlər.

Öz növbəsində, təbiət-məhsul zəncirinin axırına yaxın yerləşən emaledici və xidmət sahələrinə onların inkişafını həvəsləndirən aşağı səviyyədə vergilər qoyul-malıdır. Bu cür vergi sistemi ətraf mühitdən istifadənin iqtisadi mexanizmlərinin həvəsləndirici və sərt tiplərinə xasdır.

Bütövlükdə, vergi sisteminin təkmilləşdirilməsi dedikdə vergilərin təbii-ehtiyat payının əhəmiyyətli dərəcədə yüksəldilməsi istiqamətini ayrıca qeyd etmək olar. Müasir vergi sistemləri dünyada və o cümlədən Azərbaycanda əsasən, əhalidən, gəlirdən əlavə dəyərdən və s. vergilərin tutulmasından ibarətdir. Ətraf mühitdən istifadəyə görə vergilər ən yaxşı halda büdcənin gəlir hissəsinin bir neçə faizini təşkil edir. Bununla təbiətin istismar edilməsi ilə bağlı fəaliyyət həvəsləndirilir. Vergilərin ümumi məbləğinin saxlanması şərtilə, onun quruluşunda ətraf mühitdən istifadə ilə əlaqədar, hər şeydən əvvəl təbii ehtiyatlardan istifadə hüququ üçün (“yaşıl vergilər”) vergilərin xüsusi çəkisinin artırılması yolu ilə nis-bətin dəyişdirilməsi məqsədə uyğun olardı. Bu isə öz növbəsində müəssisələrin ətraf mühitə təsir səviyyəsini nəzərə almağa, ekoloji təhlükənin və iqtisadiyyatın resurs tutumunun aşağı salınmasına maraq yaratmağa imkan verər.

Xarici amillərin təsiri nəticəsində əmələ gələn yanlışlıq şəxsi xərclərlə ictimai xərclərin düz gəlməməsindən baş verir. İngilis alimi A.Pigou (1920) sübut edirdi ki, vergi tutulması yolu ilə (və ya dotasiyaların müsbət xarici effektləri olduğu təqdirdə) şəxsi və ictimai xərclərin fərqi miqdarında allokasiya səmərəliliyi bərpa edilə bilər. Əvvəlki qiymətin və verginin cəmi ictimai xərclərə uyğun gəlir, vəsaitlərin səmərəli istifadəsi üçün zəmin bərpa olunur. Belə vergi növü Pigou vergisi adlanır. Bu verginin tutulması ona gətirir ki, ekoloji qanun pozanlar öz şəxsi maraqlarından çıxış edərək ətraf mühitin çirkləndirməsinin səviyyəsini azaldırlar ki, ekoloji ziyanın qarşısının alınması xərcləri vergi normasından aşağı olsun. Bu halda qanun pozanlar hansı iqtisadi metodun yararlı olduğunu özləri seçirlər. Əgər vergi tarifi, ətraf mühitin qorunmasına çəkilən əlavə xərclər, ətraf mühitin qorunmasından qənaət olunan xərclərə bərabər olan qayda ilə seçilərsə, onda ətraf mühitin qorunmasının ictimai optimal ölçüsünə nail olunur. Nail olunmuş allo-kasiya birinci göstərilmiş mənasında səmərəli olur (məhsulun texnologiya və son istehlakçı ilə əlaqəsi).

Bu sadə nəticə əhəmiyyətli məna kəsb edir. O göstərir ki, heç olmazsa nəzəriyyədə bazar mexanizminin durğunluğunu vergi tutulmasından əmələ gələn xarici səmərələrin hesabına aşmaq olar. Buna baxmayaraq bu təklifin praktiki tətbiqində xeyli problemlər yaranır. Vergi sisteminin optimal formalaşması üçün ətraf mühitin müxtəlif növ və müxtəlif ölçüdə çirklənməsi nəticəsində əmələ gələn ziyan və bu ziyanın qarşısının alınmasının bütün xərclərini bilmək lazımdır. Belə halda istehsalat texnologiyaları və ekoloji ziyanın qarşısının alınması, ətraf mühitin keyfiyyətinin cəmiyyət üzvləri arasında qiymətləndirilməsi, həmçinin təsərrüfat fəaliyyətinin texniki və təbii əlaqələri, zərərli maddələrin atılması və ətraf mühitin çirklənməsi haqqında məlumatı tapmaq və təhlil etmək lazımdır. (bazar iqtisadiyyatının planlı təsərrüfatdan üstünlüyü ondadır ki, ona bazar iqtisadiyyatı yaxşı işlədiyi müddətdə bölgü haqqında qərar qəbul edilməsi məlumatı lazım deyil). Alınan nəticələri ekoloji siyasətin alətlərinin təkmilləşdirilməsində istifadə etmək lazımdır.

Ətraf mühitin çirklənməsində olan xərclər ekoloji vergi modelinin yenidən qurulmasını göstərir. Onların praktikada tətbiq olunması bir sıra məsələlərin həlli ilə bağlıdır:

- birincisi, bütün zərərli maddələrin tullantılarının nəzarət sisteminin qurulması tələb olunur. Bəzi hesaba alınmayan çirkləndiricilər verginin azalmasına gətirib çıxarır;

- ikincisi, vergi hesablamaları üçün normativ metodik bazaların hazırlanması tələb olunur;

- üçüncüsü, vergi tarifi elə olmalıdır ki, müəssisə üçün tullantıları azaltmaq vəsait ödəməkdən daha sərfəli olsun. Buna yalnız vergi tarifinin çirklənmə səviy-yəsinin azaldılmasına çəkilən xərclərdən artıq olduğu halda nail olmaq olar.

Bunu hər müəssisə üçün etmək lazımdır, çünki onların nail olduqları tullantı səviyyələri və onların azalmasına olan xüsusi xərcləri müxtəlifdir. Bundan başqa hər bir müəssisə üçün və hər növ çirklənmə üçün müntəzəm və mərhələli vergi tarifinin yenidən baxılması sistemi nəzərə alınmalıdır. Bu müəyyən qanunauyğunluğa tabe olan çirkləndiricilərin və çirklənmənin dinamik xərclərinin spesifik azalması ilə bağlı olub, tullantıların yüksək dərəcədə aradan qaldırılmasında nail olunmuş xərclərin artması ilə səciyyələndirilir.

Ekoloji vergilər həm ekoloji balanslaşdırılmış istehsalın və fəaliyyət növlərinin inkişafı üçün, həm də təbiət tutumlu fəaliyyətin qarşısını almaq üçün sti-mullaşdırıcı rolu yerinə yetirə bilər. Burada dövlət vergi vasitəsilə qiymətə təsir etməklə ilkin başlanğıca təkan verir, bütün qalanlarını isə ideyaya görə, bazar mexanizmləri həll etməlidir. Yəni istehsalçının və istehlakçının davranışı, məhsul, onun ekolojilik dərəcəsindən asılı olaraq tələblərə və təkliflərə təsir etməlidir.

2. Ümumi halda istehsalçılar üçün vergi güzəştləri təbiət qoruyucu tədbirlərin aparılması və fəaliyyət növlərinin ekolojiliyi səviyyələri nəzərə alınmaqla müəyyən edilməlidir. Təbiət qoruyucu fəaliyyət səmərəli həyata keçirildikdə mənfəətdən vergi tutulmalarını azaltmaq məqsədəuyğundur. Buna misal olaraq, təbiəti mühafizə məqsədilə müəssisəyə qoyulan investisiyanın miqdarı qədər mənfəətdən verginin tutulmasını ixtisar etmək olar. Bəzi hallarda vergilər tutulmaya da bilərlər. Məsələn, ekoloji fondların vergidən azad olması. Bu cür si-yasəti habelə müəssisələrin müxtəlif növ təkrar xammal ehtiyatları və tullantıların

utiləşdirilməsindən alınan gəlirlər üçün və təbiəti mühafizə məqsədlərinə görə ve-rilmiş Respublika və xarici qrantlar üçün aparmaq lazımdır;

3. Ekologiyaya yönəldilmiş vergilər sistemində dörd: sahə, texnoloji, ərazi və məhsul-istiqamətlərini ayırmaq olar. Öz növbəsində ―təbiət-məhsul‖ xəttinin so-nunun yaxınlığında olan emaledici, xidmətedici və infrastruktur sahələrinin inkişafını stimullaşdırmaq üçün onlardan azaldılmış vergilər tutulmalıdır. Azaldılmış vergilər ehtiyat qoruyucu və aztullantılı texnologiyalara tətbiq edilməlidir. Texnogen və təbiəttutumlu istehsallar və texnologiyalara yüksəldilmiş vergilər qoyulmalıdır. Vergi güzəştləri təbiəti mühafizə edən və ekoloji avadan-lıqlar, materiallar istehsal edən və ekoloji xidmətlər göstərən (təbiəti mühafizə obyektləri tikən və rekonstruksiya edən) dövlət və özəl təşkilatlar və müəssisələrə şamil edilməlidir;

4. Bütün vergi sisteminin təkmilləşdirilməsi haqqında söhbət gedərkən, vergidə təbii ehtiyatların payının əhəmiyyətli artırılması istiqamətini ayırmaq lazımdır. Bu hər şeydən əvvəl təbii resursların istifadə edilməsi hüququna görə ödəmələrə və ekoloji vergilərə aid edilməlidir. Bu ətraf mühitə təsirlərin daha adekvat qiymətləndirilməsi, iqtisadiyyatın təbiət tutumluğunun azaldılması üçün stimul yaradır.

Bu vergilər və ödəmə alətləri istehsalçıların həvəsləndirmə vasitələri ilə istehsalın səmərəliliyinə təsir edən və cəmiyyətin mənafeyini qoruyan düzgün ekoloji balanslaşdırılmış davranışın yaranması üçün vacibdir. Azərbaycan Respublikasının Qanunlarına müvafiq olaraq təbiəti mühafizə fəaliyyətinin iqtisadi mexanizmi aşağıdakı alətlər sistemini özündə birləşdirir:

- vergi sistemi;

- subsidiyalar və güzəştli vergilər;

- təbiəti mühafizə təyinatlı fondların surətli amortizasiyası;

- çirkləndirməyə görə hüquqların verilməsi (lisenziyalaşdırma);

- “girovqoyma-qaytarma” prinsiplərinin istifadə edilməsi;

- cərimələr;

- çirkləndirməyə və tullantıların yerləşdirilməsinə görə ödəmələr.

Dünya ölkələrində bu istiqamətlərin çoxunun tətbiqi artıq özünün ekoloji səmərəliliyini göstərmişdir.



Yüklə 439,4 Kb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   169




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə