Mühazirələr i.ü. f d., İsmayılova H. Q. Bakı – 2020


Təbii ehtiyatlardan istifadəyə görə ödəniş



Yüklə 439,4 Kb.
səhifə144/169
tarix31.12.2021
ölçüsü439,4 Kb.
#82008
növüMühazirə
1   ...   140   141   142   143   144   145   146   147   ...   169
C fakepathetraf muhitin iqtisadiyyat muhazire

4. Təbii ehtiyatlardan istifadəyə görə ödəniş

Təbii ehtiyatlara görə ödəmələrin təyin edilməsinin konkret prinsipləri ola bilər. Xərclər üsulu, nəticə (renta) üsulu və yenidən bərpa. Xərclər üsulu sənaye müəssisələrinin su götürməyə görə ödəmələrini təyin edərkən istifadə edilir. Bu zaman hasilat, mənimsəmə və istifadəyə çəkilən xərclər nəzərə alınmalıdır. Yüksək keyfiyyətli ehtiyatın istehsal prosesinə cəlb edilməsi az xərc tələb edir, onun dəyəri az olur. Lakin istehlak qiyməti yüksək olur. Bu ətraf mühitdən səmərəli istifadəni stimullaşdırmır.

Nəticə (yekun) üsulunda əsasən yalnız gəlir gətirən sərvətlərə qiymət verilir. Lakin, zaman keçdikcə, qiymətə malik olmayan resurs (sərvət), qiymətli sərvətə çevrilə bilər və deməli, həmin sərvət potensial qiymətə malik ola bilər.

Bir sıra ehtiyatlar dinamikliyinə görə, ödəmə təyin etmək məsələsində mürəkkəbdir. Məsələn, bioehtiyatlar və su bir çox halda əhali yaşayan ərazinin yerləşməsi və inzibati-ərazi bölgüləri ilə uyğunlaşmır.

Ümumiyyətlə, təbii ehtiyatlara görə ödəmələr özündə aşağıdakıları əks etdirir:

1) təbii ehtiyatlardan istifadə hüququna görə ödəmə;

2) təbii ehtiyatların mühafizəsi və artırılması üçün ödəmə.

Təbii ehtiyatlardan istifadə hüququna görə ödəmə, mülkiyyətin realizasiya forması kimi mütləq, həm də diferensial rentanın alınması deməkdir. Bir halda ki, nəticələr müəssisənin fəaliyyətindən asılı deyil, deməli onlar alınmalıdır. Ödəmələrin mütləq qiyməti ya müsabiqə yolu ilə müəyyən edilə bilər, ya da bank faizinin səviyyəsi ilə bağlana bilər.




Yüklə 439,4 Kb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   169




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə