Mühazirələr i.ü. f d., İsmayılova H. Q. Bakı – 2020



Yüklə 439,4 Kb.
səhifə145/169
tarix31.12.2021
ölçüsü439,4 Kb.
#82008
növüMühazirə
1   ...   141   142   143   144   145   146   147   148   ...   169
C fakepathetraf muhitin iqtisadiyyat muhazire

Təbii ehtiyatların artırılması və mühafizəsinə görə ödəmə cəlb edilmiş təbii ehtiyatların bərpasına çəkilən xərclərdir.

Təbii ehtiyatlardan istifadəyə görə ödəmələrin növləri aşağıdakılardan ibarətdir:

- yerin təkindəki ehtiyatların istifadəyə görə ödəmələr;

- mineral-xammal bazasının artırılmasına görə ödmələr;

- meşə gəliri (meşədən istifadəyə görə);

- sənaye müəssisələrinin su götürməsinə görə ödəmələr;

- torpaqdan istifadəyə görə torpaq vergisi;

- heyvanların ovlanmasına (icazəyə) görə ödəmə;

- təbiətdən istifadəyə görə lisenziya verilməsinə görə ödəniş.

Yerin təkindən istifadə edilərkən aşağıdakı ödəmə növləri həyata keçirilir:

- müsabiqədə iştiraka görə yığım və lisenziya almağa görə rüsum;

- mineral-xammal bazanın bərpası üçün tutulma.

Yerin təkindən istifadəyə görə bəzən aşağıdakı ödəmələr də vardır:

- faydalı qazıntı yataqlarının axtarışı və kəşfiyyatına görə ödəmələr;

- faydalı qazıntıların hasilatına görə ödəmələr;

- yerin təkindən başqa məqsədlər üçün istifadəyə görə ödəmələr.

Ödəmələrin formaları birdəfəlik və hasilatdan sonra müntəzəm olur. Bu ödəmələrin son (yekun) ölçüləri Yerin təkindən istifadə üçün lisenziya ilə tənzimlənir. Mineral-xammal bazasının artırılması üçün ödəmələr satılmış məhsulun qiymətindən pay (faiz) kimi tutulur. Yerin təki üçün ödəmələr müxtəlif ölkələrdə müxtəlif səviyyəli olmaqla büdcələrə daxil olur. Yer təkinin istifadəsinin növündən asılı olaraq vəsaitin mərkəzləşdirilməsi və ya büdcələr arasında paylanması müvafiq qaydalarla müəyyən edilir. Rusiyada geniş yayılmış faydalı qazıntılara (qum, gil, çınqıl, çaqıl, qumca, gilcə və s.) görə 100 % yeraltı ödəmə (Yerin təkindən istifadə hüququna görə ödəmə) yerli büdcələrə daxil olur. Geniş yayılmayan faydalı qazıntıların hasilatı zamanı ödəmələrin paylanması aşağıdakı kimi olur – yerli büdcəyə - 50 %, regional (vilayət) büdcəyə - 25 %, federal büdcəyə - 25 %. Azərbaycanda hələlik bütün ödəmələr mərkəzi büdcəyə daxil edilir.




Yüklə 439,4 Kb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   ...   169




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə