Mühazirələr konspekti Bakı 2020 Dİaqnostik məlumatlarin əsas nöVLƏRİ


Avadanlıqların planlı-xəbərdarlıq təmir sistemi



Yüklə 11,09 Mb.
səhifə25/68
tarix17.05.2022
ölçüsü11,09 Mb.
#87239
növüMühazirə
1   ...   21   22   23   24   25   26   27   28   ...   68
Müh

Avadanlıqların planlı-xəbərdarlıq təmir sistemi
Avadanlıqların düzgün istismarı onların vaxtlı-vaxtında saxlanmasını, tez yeylənhissələrin dəyişilməsini. Zəruri tənzimləmə, təmir və texniki xidmət işlərinin yerinə yetirilməsini tələb edir. Onların iş qabiliyyətini saxlamaq üçün lazım olan təşkilati-texniki tədbirlərin yəni planlı surətdə avadanlıqlara qulluq, nəzarət və təmir işlərinin planlı surətdə yetirilməsi üçün planlı xabərdarlıq təmir sistemi yaradılır. Bu sistemdə işlər planlı surətdə, yəni əvvəlcədən tərtib olunmuş qrafik üzr apaılır.

Planlı xabərdarlıq təmir sistemində aşağıdakı tədbirlərin həyata ke?irilməsi nəzərdə tutulur:

1)avadanlıqları daimi işçi vəziyyətdə saxlamaq. Hissə və düyünlərin yeyilməsinin və qəza vəziyyətinə düşməsinin vaxtında qarşısını almaq;

2) vaxtında və keyfiyyətlə ke?irilən texniki xidmət və təmir hesabınaayrı-ayrıhissə və düyünlərin uzunömürlülüyünü artırmaq, təmir texnologiyası və üxullarını təkmilləşdirmək;

3) istismar və təmir zamanı boşdayanmaların ixtisar olunması hesabına avadanlıqların daha səmərəli istifadəsini təmin etmək;

4) təmirə hazırlıq və onun qısa müddətdə və az vəsait şərtilə yerinə yetirmək.

Planlı xabərdarlıq təmir sisteminin əsas xüsusiyyətləri aşağıdakılardır:

1.Texnoloji avadanlıqlar planlı surətdə müəyyən maşın-saat və ya texniki normativlə təyin olunmuş təqvim-günlər işlədikdən sonra təmir olunurlaar.

2.Ardıcıl olaraq növbə ilə təkrar olan plana uyğun təmir növləri dövri təmir tsikli yaradır.

3.Hər bir plan üzrə dövrü təmir avadanlığın plan üzrə növbəti təmirə qədər normal işini təmin etməlidir.

4.Hər bir avadanlığa planlı dövrü təmirlər arası müddətdə texniki baxış keçirilir və bu zaman təmizlənməsi, tənzinlənməsi və yağlanması həyata ke?irilir və növbəti planlı dövrü təmir üçün hazırlanmalı hissələrin nomenklaturu (siyahısı) müəyyən olunur.

Planlı-xəbərdarlıq qabaqcadan tərtib olunmuş və təsdiq olunmuş plan üzrə yerinə yetirilir. Bunun ???n ilkin sənəd təmir normativlərinə uyğun tərtib olunmuş illik planlı-xəbərdarlıq qrafikləri əsasında avadanlığın aparılacaq təmir növündəki boş dayandığı təqvim günləri qeyd olunur.

Avadanlıqların təmir və texniki xidmət işlərinin həcmi, strukturu və təmir müddəti və təmirlər arası müddət normativ ədəbiyyatlarda göstərilir.Təmirin növündən asılı olmayaraq avadanlığın bərpa prosesi bir sıra texnoloji əməliyyatlardan ibarətdir:

1.Avadanlığın təmirə hazırlamnası: elektrik sisteminin ayrılması, yanacaq və su təchizatı sisteminin ayrılması, karterin boşalılması, yuma. Avadanlığın təmirə düzgün hazırlanmasından təmirin keyfiyyəti və təmir işlərinin təhlükəsizliyindən asılıdır.

2.Avadanlığın bütövlükdə (tamamilə) və ya ayrı-ayrı blok və ya düyünlərin sökülməsi (təmirin növündən asılı olaraq);

3.Hissə və düyünlərin yuyulması

4.Yeyilmənin dərəcəsinə nəzarət və hissələrin təmir tələb etməyən, təmir tələb edən və utilə göndərilən növlərə ayrılması

5.Yeyilmiş hissələrin bərpası və utilə göndərilən hissələrin ehtiyat hissələrlə əvə olunması

6.Avadanlığın yığılması

7.Avadanlığın iş qabiliyyətinin yoxlanması və təmirin keyfiyyətinin quymətləndirilməsi üçün sınaqdan keçirilməsi

8.Avadanlığın rənglənməsi.


Yüklə 11,09 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə