Mühazirələr konspekti Bakı 2020 Dİaqnostik məlumatlarin əsas nöVLƏRİ



Yüklə 11,09 Mb.
səhifə22/68
tarix17.05.2022
ölçüsü11,09 Mb.
#87239
növüMühazirə
1   ...   18   19   20   21   22   23   24   25   ...   68
Müh

Kimyəvi-termiki emal –səthi termiki emalın bir hövü olaraq hissələrin səth qatının kimyəvi tərkibi, strukturu və xassələrini dəyişdirir. Səth qatının kimyəvi tərkibinin dəyişməsi ətraf mühitdən kimyəvi elementlərin –karbon, azot, alüminium, bor və digərlərinin hissənin qızdırılmış səthinə nüfuz (diffuziya) etməsi nəticəsində baş verir.

Kimyəvi-termiki emalın aşağıdakı növləri mövcuddur:

*sementləşdirmə

*azotlaşdırma

*alüminiumlaşdırma

*sianlaşdırma

*boriumlaşdırma

Sementləşdirmə- tərkibində 0,1-0,2 % karbon olan poladların səthlərini karbonlaşdıraraq bundan sonra tablaşdırma əməliyyatıdır.
Avadanlıqların texniki xidmət sisteminin mahiyyəti
Texnoloji avadanlıqların daimi texniki sazlığının və istismara hazırlığının təmin olunması üçün, eləcə də qəza və nasazlıqların qarşısının alınması üçün avadanlıqlara texniki xidmət sistemi təşkil olunmalıdır. Texniki xidmət avadanlıqlarının normativ-texniki sənədlərində göstərilən qaydalara riayət olunması nəzərdə tutulur.

Düzgün təşkil olunmuş texniki xidmət sistemi təmirlərarası müddətdə hissə və düyünlərin işdən çıxması səbəbli avadanlıqların boşdayanmalarının qarşısını əhəmiyyətli dərəcədə alır.

Avadanlıqların etibarlılıq göstəriciləri təmir və texniki xidmət sisteminin təşkilindən asılıdır. İstənilən avadanlıq üçün bu sistem aşağıdakı prinsiplər əsasında təşkil olunur:

*istismarın və təmirin planlaşdırılmasının əlverişli və münasib olması üçün avadanlıqların dövrü olaraq təmir və profilaktik tədbirlərin aparılması üçün dayandırılması nəzərdə tutulur.

*avadanlıqların dövrü təmiri zamanı iş qabiliyyətlərinin bərpası üçün gələcək işlərin həcmi onların köhnəlmə dərəcəsindən asılı olaraq müxtəlifdir.

Avadanlıqların iş qabiliyyətinin bərpası bu işin daha az vaxt və vəsait sərfilə aparılmasına imkan yaradan təmir və texniki xidmət sistemi yaradılmasını tələb edir. Təmir və texniki xidmət sistemi işlənib hazırlanarkən aşağıdakılar nəzərə alınmalıdır:

*avadanlıqların hər birində imtinaya qədər geniş diapazonda potensial xidmət müddətinə (işləmə qabiliyyətinə) malik hissə və elementlər vardır.

*müasir texniki imkanlar avadanlıqların istənilən imtinaları zamanı onların təmirinin və iş qabiliyyətlərinin bərpasının həyata ke?irilməsinə qadirdir (avadanlığın tam sıradan çıxdığı fəlakət halları müstəsna olmaqla); burada söhbət ancaq sərf olunan vaxt və vəsaitin hə?mindən gedə bilər;

*təmir və texniki xidmət sistemi işlərinin xarakter və ardıcıllığında avadanlığın iş qabiliyyətinin və etbarlılığının normal səviyyəsini təmin edən parametrlər nəzərə alınmalıdır.

*avadanlıqların iş qabiliyyətinin bərpa olunmasında hissələrin başqası ilə əvəz olunması və ya təmir olunması yox, əvəz və ya təmir olunana hissəsi yexniki şərtlərə uyğun olmalıdır.

*avadanlıqların təmiri və texniki xidməti üzrə yexnoloji iş prosesləri işlənib hazırlanarkən birinci növbədə bi işlərin hissə və düyünlərin keyfiyyət göstəricilərinə təsiri nəzərə alınmalıdır.


Yüklə 11,09 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə