Mühazirələr konspekti Bakı 2020 Dİaqnostik məlumatlarin əsas nöVLƏRİ


Avadanlıqlara texniki xidmət sisteminin strukturu



Yüklə 11,09 Mb.
səhifə24/68
tarix17.05.2022
ölçüsü11,09 Mb.
#87239
növüMühazirə
1   ...   20   21   22   23   24   25   26   27   ...   68
Müh

Avadanlıqlara texniki xidmət sisteminin strukturu
Avadanlıqların istismarı zamanı müxtəlif daxili və xarici amillərin təsiri səbəbindən tədricən hissə vədüyünlərin köhnəlməsi, dağılması və nəticə etibarilə iş qabiliyyətinin qismən və ya tamamilə itirilməsi prosesləri baş veri. Avadanlıqların iş qabiliyyətinin bərpası üçün təmir və texniki xidmət növləri tətbiq olunur.

Texniki xidmət sisteminin strukturu aşağıdakı bölmələri və təmir və texniki xidmət növlərini nəzərə alır6

1) Təmirlər arası texniki xidmət dövrü və tələbata görə xidmət növlərindən ibarətdir:

a) Dövrü texniki xidmətə profilaktika (yağlama, tənzimləmə və təmizləmə). Hissə və düyünlərin texniki vəziyyətinin diaqnostik üsullarla müayinəsi və gündəlik texniki xidmət əməliyyatları daxildir.

b)Tələbata görə texniki xidmətə gündəlik texniki xidmət əməliyyatları, imtina və qaza zamanı aparılan təmir və texniki xidmət növləri daxildir.

2)Dövrü təmir: cari və əsaslı təmir növlərindən ibarətdir.

a) Cari təmir ki?ik və orta təmir növlərinə ayrılır. Cari təmir bilavasitə avadanlıqların quraşdırıldığı yerdə (yəni, iş yerində aparılır, bu zaman avadanlığın vəziyyəti yoxlanılır, tez yeyilən hissələr dəyişdirilir, lazım gəldikdə yağ dəyişdirilir, mürəkkəb düyünlərin sökülməsini tələb etməyən qüsurlar aradan qaldırılır. Cari təmirdən sonra avadnlığın işi yoxlanılır, düyünlər və mexanizmlərin işi təmin olunur.

b) Əsaslı təmir daha mürəkkəb və əmək tutumlu təmir növüdür, bu təmir zamanı avadanlıq tam sökülür, yeyilmiş hissə və düyünlər təmir olunur və ya tamamilə dəyişdirilir və cari təmir əməliyyatları təkrar olunur. Əsaslı təmir nəticəsində avadanlığın texniki xarakteristikası tamamilə bərpa olunur.

Beləliklə, avadanlıqlara texniki xidmət strukturunda nəzərdə tutulan kompleks tədbirlərin həyata ke?irilməsi nəticəsində onların texniki sazlığı, iş qabiliyyəti və istismara hazırlığı təmin olunur. Texniki xidmət sisteminin təşkilində əsas məsələ az vaxt və vəsait şərtilə avadanlıqların təmir olunmasıdır.


Yüklə 11,09 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə