Mühazirələr konspekti Bakı 2020 Dİaqnostik məlumatlarin əsas nöVLƏRİ


YEYİLMƏNİN ÜMUMİ QANUNA UYĞUNLUQLARI



Yüklə 11,09 Mb.
səhifə32/68
tarix17.05.2022
ölçüsü11,09 Mb.
#87239
növüMühazirə
1   ...   28   29   30   31   32   33   34   35   ...   68
Müh

5.YEYİLMƏNİN ÜMUMİ QANUNA UYĞUNLUQLARI

5.1Yeyimə haqqında umumı anlayış


Bərk cismin səthindən materialın ayrılması və dağılma prosesi, eləcə də cismin forma və ( yaxud ) ölçülərinin tədriclə dəyişməsi ilə aşkarlanan, sürtünmə zamanı qalıq deformasiyanın yığılıb toplanması prosesinə yeyilmə deyilir. Yeyilmənin əsas kəmiyyət xarakteristikaları bunlardır: yeyinti, yeyilmə sütəti, yeyilmə intensivliyi.

Yeyinti yeyilmənin nəticəsi olub müəyyən vahidlərlə təyin olunur. Yeyinti mütləq və ya nisbi olmaqla yeyilmə neticəsində həndəsi ölçülərin ( xətti yeyinti ), kütlənin ( çəki yeyinti ) yaxud hissəsinin həcminin ( həcmi yeyinti ) dəyişməsini xarakterizə edir və uyğun vahidlərlə ölçülür. Həddi ve buraxılan yeyinti anlayışları fərqləndirilir. Yeyinti memulatlari yaxud onun tərkib hissəsinin həddi vəziyyətinə uyğun gələn yeyintiyə həddi yeyinti deyilir. Memulatın işləmə qabiliyyətini saxladığı yeyintiyə buraxılan yeyinti deyilir. Buraxılan yeyinti hemişə qiymətcə həddi yeyintidən az olur.

Yeyilmə sürəti vj (m saat, q/saat, m3/saat) yeyintinin İ, yeyilmə baş verən zaman müddətinə olan nisbətidir.

Vj = İ/ 

Yeyilmə intensivliyi isə yeyintinin yeyilmə baş verdiyi yola, yaxud həcmə olan nisbətinə deyilir:

Y = İ/L


Xətti yeyinti zamanı yeyilmə intesivliyi ölçüsüz kəmiyyətdir, ceki yeyintisi zamanı isə vahid sürünmə yoluna düşən kütlə ilə ölşülür.

Müəyyən sürtünmə şəraitində materialın yeyilməyə müqavimət göstərmək xassəsi yeyilməyə davamlılıqla xarakterizə olunur. Yeyilməyə davamlılıq yeyilmə sürıtinə yaxud yeyilmə intensivliyinə əks kəmiyyət olaraq müvafiq vahidlərlə ifadə olunur.

Maşının iş prosesində hissələrin və qovuşmanın yeyilə göstəriciləri sabit qiymətlərdə qalmır. Hissələrin yeyintilərinin zamana görə dəyişməsi ümumi şəkildə V.F.Lorentsin təklif etdiyi model şəklində təsvir edilə bilər.

Işin başlanğıc dövründə hissələrin tez yeyintisi müşahidə olunur. Bu dörün davam etməsi səthlərin keyfiyyət və mexanizmin iş rejimi ilə əlaqədardır və sürtünmə düyünün iş ehtiyatının adətən 1,5 . . . 2 % - ni təşkil edir.

Işlənmə dövründən sonra qovuşmanın uzunömürlülüyünü müəyyən edən qərarlaşmış yeyilmə rejmi dövrü gəlir. 3-cü dövür təhlükəli yeyilmə dövrüdür. Bu dövür mexanizmin həddi vəziyyətini xarakterizə edir və iş ehtiyatını mehdudlaşdırır. Şəkildə təsvir olunmuş qrafiklərdən görünür ki, yeyilmə prosesi maşının sürtünmə düyünlərində nasazlıqlara və imtinaların yaranmasına, bir başa və həll edici təsir göstərir. Etbarlılıq göstəricilərinin deyişməsi eynilə yeyilə göstəricilərinin dəyişməsi ilə üst – üste düşür. 2ci məntəqədə m =  ( ) və c =  ( ) əyrilərinin daha yüksək əyriliklə dəyişməsi onunla izah olunur ki,işlənmə ilə əlaqədar yeyinti, yorğunluq, korroziya dağılması yaxud plastik deformasiya ilə yaranan imtinalar baş verir.

Başlanğıc sürtünmə dövründə materialın səthinin laylarında fiziki – kimyəvi xassələrinin və sürtünmə səthinin həndəsəsinin dəyişilmə prosesinə işlənmə deyilir. Bu dövür sürtünmə qüvvəsinin, temperaturun və yeyilmə intensivliyinin azalması kimi sabit xarici şəraitdə aşkarlanır. Işlənmə prosesi sürtünmə səthindən yeyinti məhsullarının intensiv ayrılması, yüksək istilik ayrılması və səthlərin mikrohəndəsəsinin dəyişməsi ilə səciyələnir.

Sürtünmə sərhədlərində temperaturun yüksəlməsi materialın səth laylarında fiziki – mexaniki xassələrinin dəyişməsini törədir.

Təcrübə yolu ilə müəyyən olunmuşdur ki,müttəlif şəraitdə və müxtəlif sütünmə cütlüərində işlənmədən sonra həmişə eyni nahamarlıq yaranır.



Yüklə 11,09 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə