Mühazirələr konspekti Bakı 2020 Dİaqnostik məlumatlarin əsas nöVLƏRİ



Yüklə 11,09 Mb.
səhifə28/68
tarix17.05.2022
ölçüsü11,09 Mb.
#87239
növüMühazirə
1   ...   24   25   26   27   28   29   30   31   ...   68
Müh

2.2 Xarici sürtünmәnin mahiyyәti

Maşın hissәlәrinin istismar xassәlәri xeyli dәrәcәdә onların sәthinin vәziyyәtindәn asılı olur. Real sәthdә mexaniki e'maldan sonra hәmişә müxtәlif forma vә hündürlükdә nahamarlıqlar olur. E'mal edilmiş sәthlәrdә nahamarlıqların yerlәşmәsi, forması vә istiqamәti e'mal rejimindәn, materialın kimyәvi tәrkibindәn vә mikrostrukturundan, alәtin konstruksiyasından, hәndәsәsindәn vә kәsmә qabiliyyәtindәn, avadanlığın, yardımçı alәt vә tәrtibatların tipindәn vә vәziyyәtindәn asılı olur.

Xarici sürtünmәnin mahiyyәti haqqında düzkün tәsәvvür yaratmaq üçün bәrk cismin fiziki vә mexaniki xassәlәrilә yanaşı sәthin hәndәsәsini dә nәzәrә almaq lazımdır.

S
әthin hәndәsi xarakteristikalarına onun nәzәri sәthdәn makrohәndәsi vә mikrohәndәsi meyllәri, mexaniki e'maldan sonra әmәlә kәlәn nahamarlıqların dalğalığı vә istiqamәti aiddir. .

Makrohәndәsi meyl (şәkil 1) sәthin nәzәri formasının sәthin uzunluğunun meylin hündürlüyünә nisbәtinin çox böyük qiymәtilә (L/H>1000) xarakterizә olunan tәk-tәk, müntәzәm tәkrar olunmayan meyllәnmәsinә deyilir.

Mikrohәndәsi meyllәr ovallığı, konusluğu vә hәndәsi formadan digər meyllәnmәlәri xarakterizә edir.

Sәthin dalğalığı (şәkil 1) dövrü surәtdә tәkrar olunan vә Lb/Hb=50....1000 olan kirinti vә çıxıntıların cәmindәn ibarәtdir. Dalğalıq texnoloji sistemin vibrasiyası vә kәsmә prosesinin qeyrimüntәzәmliyi nәticәsindә әmәlә kәlir.

Mikrohәndәsi meyllәr (şәkil 1) vә ya mikronahamarlıqlar kәsici alәtin e'mal edilәn sәthә tә'sirindәn, hәmçinin kәsmә prosesindә e'mal edilәn materialın plastik deformasiyası nәticәsindә yaranır. Mikrohәndәsi meyllәr mikronahamarlıqların addımının hündürlüyünә nisbәtinin kiçik qiymәtilә (L/H<50) xarakterizә olunur.

Mikronahamarlıqlar e'mal edilәn sәthin kәlәkötürlüyünü muәyyәn edir. ГОСТ 2789 üzrә kәlәkötürlük parametrlә rinin aşağıda verilәn әdәdi qiymәtlәrini tә'min edәn 14 kәlәkötürlük sinfi nәzәrdә tutulmuşdur: profilin orta әdәdi meyli Ra=0,008...100 mkm; 10 nöqtәdә profilin nahamarlıqlarının hündürlüyü Rz=0,025...1600 mkm; profilin nahamarlığının әn böyük hündürlüyü Rmax=0,025.. .1600 mkm; profilin nahamarlıqlarının orta addımı S=0,002...12,5 mkm.

Sәth nahamarlıqları uzununa vә eninә nahamarlıqlara bölünür. Uzununa nahamarlıqlar kәsmәnin baş hәrәkәti istiqamәtindә, eninә nahamarlıqlar ona perpendikulyar istiqamәtdә ölçülür.

Sәth nahamarlıqlarının istiqamәti sәthin kәlә-kötürlüyünün eyni parametrlәrindә sürtünmә vә yeyilmәyә müxtәlif çür tә'sir edir.

Alәtin kәsiçi tiyәsinin forması vә verişin qiymәti eninә kәlә-kötürlüyün әmәlә kәlmәsinә tә'sir etdiyi halda uzununa kәlә-kötürlüyün әmәlә kәlmәsinә tә'sir etmir. Ona görə dә eninә kәlә-kötürlüyün ölçüsü uzununa kәlә-kötürlükdәn 2-3 dәfә artıq olur. Odur ki, sәthin kәlә-kötürlüyü eninә kәlәkötürlüyün ölçülmәsilә qiymәtlәndirilir.

Nisbi hərəkətin mövcudluğuna görə sükunət sürtünməsi, hissələrin nisbi hərəkətlərinin xarakterinə görə sürüşmə sürtünməsi və diyirlənmə sürtünməsi, sürtgü yaglarının mövcudluğuna görə sürtgü materialsız sürtünmə və sürtkü materiallı sürtünmə fərqləndirilir.

Sükunət sürtünməsi mikroyerdəyişmələrdən nisbi hərəkətə kecene qeder, hərəkət sürtünməsi isə nisbi hərəkətdə olan iki cismin sürtünməsidir.

Sürüşmə sürtünməsi toxunma nöqtəsində cisimlərin sürətlərinin qiymət və istiqamətcə, yaxud ancaq qiymətcə, yaxud ancaq istiqamətcə, müxtəlif hərəkət sürtünməsidir. Bu növ sürtünmə sürüşmə dayaqları və istiqamətləndiriciləri üçün səciyyəvidir.

Diyirlənmə sürtünməsi toxunma nöqtələrində sürətləri qiymət və istiqamətcə eyni olan iki bərk cismin hərəkət sürtünməsinə deyilir.

Sürtünmənin əsas kəmiyyət göstəriciləri sürtünmə qüvvəsidir və sürtünmə əçsalıdır.

Iki cismin arasındakı ümumi sərhəddə toxunan istiqamətdə yönəlmiş xarici qüvənin təsiri altında bir cismin başqa cismin səthi üzərində nisbi hərəkəti zamanı yaranan müqavimət qüvvəsiniə sürtünmə qüvvəsi deyilir.

Sürüşmə sürtünmə qüvvəsi

Fsür = f Fn

Burada f – ölçüsüz sürüşmə sürtünmə əmsalı,

Fn – xarici qüvvələrin normal təşkiledicisidir.

Hələ XV əsrdə sürtgü materialı olmadan bərk cisimlərin sürtünməsi tədqiq edilmiş və nəticədə sürüşmə sürtünməsinin klassik qanunları formalaşmışdır:

1.Sürtünmə qüvvəsi yüklənməyə mütanasibdir;

2.Sürtünmə əmsalı toxunmanın nominal sahəsindən asılı deyil;

3.Sükunət sürtünmə əmsalı hərəkət sürtünmə əmsalından böyükdür;

4.Sürtünmə əmsalı sürüşmə sürətindən asılı deyil.

Daha mükəmməl cihazların köməyi ilə aparılmış müasir tədqiqatlar imkan verdi ki, klassik qanunların doğru olduğu sərhəd şərtləri müəyyən olunsun. Belə ki, birinci qanun yüksək yükləmələrdə faktiki təmas sahəsi nominala yaxın olduğu hal istisna olmaqla bütün hallarda doğrudur. Ikinci, üçüncü, dördümcü qanunlar elastik özlülüklü xassələrə malik materiallar üçün ödənilmir.

Maşın elementlərində diyirlənmə sürtünməsinə də tez- tez rast gəlinir.

Diyirlənmə sürtünməsinin fiziki mahiyyəti aşağıdakınnan ibarətdir. Slindirin müstəvi ilə qarşılıqlı təsiri zamanı qüvvənin təsiri altında slindrin materialı A – B məntəqəsində sıxılır, müstəvinin materialı isə bu sahədə dartılır. Beləliklə, slindrin diyirlənməsi zamanı onu A – B məntəqəsindəki səthinin nöktələri bir birinə yaxınlaşmağa calışacaq, müstəvinin uyğun nöqtələri isə çalışacaq ki, bir birindən uzaqlaşsın. Bu hadisə slindr və müstəvi sərhədlərinin nisbi sürüşməsinə girib çıxacaqdır. Belə növ sürtünmə kürəcikli və diyircəkli diyirlənmə yastıqlarında, diyircək istiqamətləndirici qovuşmasında istifadə olunur.

Diyirlənmə sürtünmə qüvvəsi Fk = fk Fn R diyirlənmə sürtünmə əmsalından fk, slindrin radiusundan R və xarici qüvvələrin normal təçkiledicisindən Fn asılıdır.

Diyirlənmə sürtünmə əmsalı xətti ölçülü olub materialın A –B sıxılma zonasının yarımvətərini ifadə edir. Onun qiyməti qovuşan hissələrin materialının elastiki xassələrindən asılıdır.

Yığım vahidlərinin sürtünmə düyünlərində eyni zamanda diyirlənmə və sürüşmə sürtünmələri baş verir. Bu, ən çox dişli çarx elementləri üçün səciyyəvidir.

Nəzərdən kecirilən sürtünmə növləri bərk cisimlərin qarşılıqlı təsiri zamanı müşayiət olunur. Bununla yanaşı nisbi yerdəyişməyə müqavimət bərk cismin maye və qazlarla qarşılıqlı təsiri zamanı da yaranır. Mexaniki sistemlərdə sürtünmənin belə növləri yastıqlarda, maşının hidravliki yaxud pnevmatik elementlərində rast gəlinir. Belə hallarda sürtünmənin xarakteri bərk səthin mikrohendəsəsi ilə, axının parametri ilə ( sürət, hücum bucağı, mayenin və ya qazın sərfi) eləcə də işci mühitin xassələri ilə ( özlülük, sıxlıq,temperatur) müəyyən olunur.

Yuxarıda baxılan qarşılıqlı təsir prosesləri xarici sürtünmənin müxtəlif variantlarıdır. Mühəndis məsələlərinin həllində çox zaman materialın daxilində yaranan sürtünmə hadisəsi ilə qarşılaşma zərurəti yaranır. Iki cismin sürtünməsi zamanı sürtgü materialı qatının nisbi yerdəyişməsinin müqavimət qüvvəsi onun özlülüyü ilə düz mütanasibdir. Bərk cisimlər üçün materialın daxilində geden sürtünmə prosesi cisimə mexaniki enerji verildikdə istiliyin artması ilə müşayiət olunur. Bu proses xarici sürtünməli bərk cisimlər toplusunda da baş verə bilər. Mühəndis təcrübəsində belə hal məsələn, metalların təziqi altında emalı zamnı müşayiət olunur.

“Sürtünmə” və “hərəkət” anlayışları bir-birindən ayrılmazdır. Cisimlərin hər hansı nisbi yerdəyişməsi sürtünmə ilə müşayiət olunur. Sürtünmə qüvvələrinin bu və ya digər formada dəf olunmasına hazırkı vaxtda dünya enerji ehtiyarlarının üçdə birindən yarısına qədər hissəsi sərf olunur. Ona görə də sürtünmə qüvvələrinin dəf olunması ilə əlaqədar olan proseslərin və bütünlüklə sürtünmənin tədqiqi çox vacib problemlərdən biridir.



Yüklə 11,09 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə