Mühazirələr konspekti Bakı 2020 Dİaqnostik məlumatlarin əsas nöVLƏRİ



Yüklə 11,09 Mb.
səhifə39/68
tarix17.05.2022
ölçüsü11,09 Mb.
#87239
növüMühazirə
1   ...   35   36   37   38   39   40   41   42   ...   68
Müh

6.3 Antifriksion materiallar ( AFM )

Antifriksion materialların sərhədində mexaniki xassələrin müsbət qradientini təmin eden müdafiə qatı maye, konsistent və bərk sürtgülərlə yaradılır. Ancaq sürtgü olmadıqda müsbət qradient AFM – in özünün səth qatı ilə yaradılmalıdır. Bunun üçün bir yol mövcuddur:



  1. material əsasa nəzərən daha plastik oksid əmələ gətirir;

  2. plastik və asan əriyən pərdə əmələ gətirmək üçün material öz kompanentlərindən bir yaxud bir necəsini ayırır

  3. materialın səthinə az bərklikli asan əriyən maddələrdən ibarət örtük çəkilir ( metal, plastik kütlə, bərk sürtgü ).

R.M. Matveyevski antifriksion qatlarla mexaniki xassələrin müsbət qradientini təmin etmək üçün ümumi model təklif etmişdir. Bu, kimyəvi qarşılıqlı təsir məticəsində sürtünən səthlərdə sürtgü qatarlarının adgeziya bərkidilməsidir ki, sürüşmə zamanı enerji məsrəflərinin minimumunu təmin etmək ücün sürüşmə səthinə paralel struktur olsun.

AFM – in strukturu onun xassələrinə və davamlılığına böyük təsir göstərə bilər. Belə ki, eyni şəraitdə olan ərintilərdə iri dənəli struktur materiala yüksək plastiklik,asan emal olunmaq imkanı verir, lakin yeyilməyə dayanıqlılığı az olur.

AFM – in aşağıdakı növləri mövcuddur:


  1. metal

  2. tebii

  3. polimer

  4. özünü yağlayan kompozisiyalar

  5. metal – keramik

Babitlər ötən yüzilliyin 40 – cı illərində Babbit tərəfindən yaradılmış ərintilərdir. Birinci babbitlər qalay ərintisinə mis və stibium qatmaqla alınırdı. Sonra əsasına mis, sürmə, kadmium, nikel, tellur, maqnezium və arsen qatmaqla yeni tərkibli babitlər alındı. Babbitlər sürüşkən yastıqların içliklərin işci səthinə nazik qat şəklində çəkirlər. Onlar yaxşı yağlama şəraitində aparıcı yağ pazı əmələ gətirməklə işləyirlər.

Babbitlər sənayedə bir çox onilliklər istifadə olunmuşdu. Diyircəkli yastıqlar kəşf olunduqdan sonra onların istifadəsi mehdudlaşmağa başladı. Buna baxmayaraq indi də bir çox daxili yanma mühərriklərində ondan istifadə olunur.

Mis əsasındakı ərintilər bürünc və tuncdur. Bürünc misin qalayla ərintisidir, tunc isə mislə sinkin ərintisindən əmələ gəlir. Əsas kompanentlərdən əlavə bu ərintilər fosfor, nikel, manqan, dəmir, alimünium və başqa əlavə kompanentləri öz tərkibində birləşdirir. Bürüncə eləcə də qurğuşun əlavə olunur. Son zamanlara qədər bürünclər yavaş gedişli sürüşkən yastıqların əsas materialı idi. Bürünc tozu polimerlərin və bərk sürtgülərin tərkibinə də daxil edilir. Ən geniş yayılmış bürünclərdə 2 . . . 14% sink, 1. . . 30% qurğuşun, 3% - ə qədər nikel olur. Mexaniki xassələrin müsbət qradientinin yaranmasında poladla zəif qarşılıqlı təsirdə olan metal oksidlərinin plastik pərdəsi böyük rol oynayır.

Mis əsaslı ərintilər sürtünmə cütlerində yeyintisiz cüt əmələ gətirmək qabiliyyətinə malikdirlər. Kifayət qədər sürtgü olmadığı bir şəraitdə bürünc düyünün işləmə qabiliyyətini təmin edir, lakin bu zaman onların sürtünmə əmsalı çox böyük olur.

Alüninium əsaslı ərintilərin iki növ əlavəsi var: çətin əriyən və asan əriyən. Çətin əriyən əlavələr: xrom, dəmir, manqan, silisium. Asan əriyən - qalay, stibium, qurğuşun, kadmium, maqnezium. Bu ərintilərin müsbət keyfiyyəti: ucuz olması, möhkəmliyi, yaxşı istilik kecirmə qabiliyyətinə malik olmalarıdır. Çatışmayan cəhətləri isə böyük istilik genişlənmə əmsalının və tutulmağa meyilli olmalarıdır.

Son illər tərkibində 30. . . 40% - ə qədər qurğuşun yaxud qalay olan alüminium əsaslı ərintilər işlənilir.

Antifiriksion çuqunlara: möhkəm qraftli boz çuqunlar, qrafitli modofokasiya olunmuş çuqunlar, döymə cuqunlar daxildir. Tərkibində qrafitin artırılması çuqunun antifriksionun keyfiyyətini artırır. Onun şatışmayan cəhəti yüksək sürtünmə əmsalının və yeyilməyə az davamlı olmasıdır. Ona görə də çuqunlar çox da məsul olmayan düyünlərdə və alçaq temperatur və sürüşmə sürətlərində işlədilir. Onun sürtünmə əmsalının əmsalının qiyməti sərhəddə yerləşdiyindən çuqunun həm friksion, həm də antifriksion materiallara aid edirlər.

Təbii antifriksion materiallara ağac liflərini və bahalı daşlara adi edirlət. Ağac lifi təmiz halda nadir halda işlənilir. Adətən o, sürtgü yaöları ilə, suspenziya ilə hopturulur.

Daxil edilən sürtgünün xarakterindən asılı olaraq materiallar üç qrupa bölünürlər. Birinci qrupa özülü yağ popdurulması nəticəsində alınan materiallara aid olunur. Onların xidmət müddəti sürtgü ehtiyatı qurtarana qədərdir. Ikinci qrup materiallarin tərkibində kiçik dənəli qrafit, molubden disulfit,ftorplast olan yaölarla hopturulur. Üçünce qrupun doldurucuları onların yağlarının plastik qarışığı və polivalent metalların stearatlarıdır, yəni sabun daxil edilmiş sürtgülərdir. Bu halda yüksək friksion xassə əldə etmək olar. Üstün cehetləri: asan emal olunur, az yeyilir, özü – özünə yağlayır, ucuzdur. Çatışmayan cəhətləri: aşağı bərklikli və istilik kecirməyi, nəmli mühitdə şişməsidir. Ona, görə də ağac lifləri zəif yüklənmiş quruluşlarda tətbiq oluna bilər.

Bahalı daşlar: almaz, yaqud, sapfir və s. – çox bahalı antifriksion materiallardır, onlar cihazlarda, griskoplarda və s. yerlərdə sürüşmə dayaqları üçün tətbiq edilir. Son zamanlar yuxarıda göstərilən daşların sintetik yolla hasil olunmuş kristallar geniş tətbiq olunur. Bahalı daşların üstün cəhətləri: bərk cisimlərlə zəif molekulyar qarşılıqlı təsirdə olması, faktiki təmas sahəsinin azlığı və nəticə etibar ilə kiçik sürtünmə əmsalı və sərhəd yağlaması olduqda yüksək yeyilməyə davamlılığıdır.

Süni polimer antifriksion materiallar poliamid, karbon zəncirli polimerlər, fenolformaldehid və epoksid qətranlar,ftorplast əsasında hazırlanır. Fenolformaldehid qətranlar katalizatorun iştirakı ilə fenolun aldehidlərlə polikondensasiya yolu ilə alınır.

Özünü yağlayan materiallar adətən əsas kompanent kimi qrafit və disulfitlərdən, diselenidlərdən, metalların ditelluridlərindən təşkil olunur. Bütün bunlar təbəqəli quruluşda yerləşirlər. Qrafitdən aşağı temperatur şəraitində işləyən yastıqların seperatorları hazırlanır, ağır yüklənmiş dişli çarxlar və digər sürtünmə düyünləri yağlamaq üçün tətbiq olunan sürtgülərin tərkibinede qrafit vurulur. Amerika firmalarından biri qrafitdən, molibdenitdən, qızıl və natrium silikatdan təşkil olunmuş AFM buraxılır. Bu material vakuumda - 60  . . . 80  temperatur həddində və temasda 350 Mpa təzyiqə qədər işləməni təmin edir. Onun sürtünmə əmsalının orta qiyməti 0,1 - ə bərabərdir.

AMAN adlı AFM öz yüksək keyfiyyəti ilə seçilir. Bu material polimer petranların bərk sürtgü kompanentləri və metallarla birgə kompozisiyasıdır. Onlar prresləmə üsulu ilə hazırlanır və epoksid qətranla sürtünmə düyünü hissələrinin aparıcı səthinə yapışdırılır.

Aşağı və stabil sürtünmə əmsalına malik olan materiallar: ftorplast, molibden, qrafit, disulfidlər, diselenidlər və b. Antifriksion metal – keramiklərin vacib kompanentləridir. Onlar kiçik sürtünmə əmsalına və yüksək yeyilməyə davamlılığa malik olub sürtgüsüz bərk qarışıqla çirklənmiş şəraitdə işləyə bilərlər. Belə məmulatlar üç növdə buraxılır:



    1. dəmir və qarafit (dəmirqrafit), bürünc və qrafit ( bürüncqrafit), alüninium və qrafit ( alüminoqrafit) əsasında hazırlanmış boşluqlu ərintilər. Dəmirqrafit ən geniş yayılanıdır və 15 Mpa təzyiq və 80 . . . 100  temperaturlarda işləyə bilər.

    2. Dəmir, mis və digər metal əsaslı müxtəlif plastik kütlələrlə, əsasən ftorplastla doldurulmuş ərintilər. Bunlarda demirqrafit kimi işlədilir, ancaq 150  temperaturunadək işləyə bilər.

    3. Ikiqatlı və üçqatlı lent sıkilindəki materiallar: metal altlığa bir yaxud iki qat uyğun materialın tozu bişirilir. Bişmədən sonra toz ftorplast yaxud babbitlə hopdurulur.

Məmulatın alınma texnologoyası aşağıdakı əməliyyatları birləşdirir:

  1. Tozların qarışdırılması

  2. Presləmə

  3. Bişirmə

  4. Hopdurma

  5. Mexaniki elam

Müasir texnikada hissələrin səthinə cəkilmiş antifriksion örtüklər geniş tətbiqini tapmışdır.


Yüklə 11,09 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə