Mühazirələr konspekti Bakı 2020 Dİaqnostik məlumatlarin əsas nöVLƏRİ


Dislokasiyalar və kristalların alınması



Yüklə 11,09 Mb.
səhifə59/68
tarix17.05.2022
ölçüsü11,09 Mb.
#87239
növüMühazirə
1   ...   55   56   57   58   59   60   61   62   ...   68
Müh

Dislokasiyalar və kristalların alınması

Bəzi hallarda kristal göyərdilməsində dislokasiyalar əsas rol oynayır. Müşahidə olunmuşdur ki, kristalları çox cuzi doyma şəraitində (1% tərtibində) göyərtikdə, göyərmə sürətinin təcrübədə müşahidə olunan qiyməti ideal kristal üçün nəzəri hesablanmış qiymətdən xeyli böyük olur (bəzi hallarda bu sürət hətta e3000 dəfə nəzəri qiymətdən böyül olub). Qöyərmə sürətinin təcrübədə alınan böyük qiymətlərinin izahını Frank vermişdir.

İdeal kristalların göyərdilməsi nəzəriyyəsinə (Qibbs, Folmen, Bekker) əsasən doyma (buxarın verilən təzyiqinin tarazlıqlı təzyiqinə nisbəti kristal rüşeymlərinin yaranması üçün 10 tərtibdə, maye damcılarının yaranması üçün 3 tərtibdə, ideal kristalın səthində ikiölçülü monomolekulyar rüşeymlərin yaranması üçün isə 1.5 tərtibdə olmalıdır.

Ancaq Folmer və Şulte yod buxarlarının doyma tərtibi 1% və ondan az olanda da yod kristallarının göyarməsini müşahidə etmişlər, göyərtmə sürətinin ən kiçik təcrübi qiyməti isə ideal kristallar üçün nəzəri hesablanmış qiymətdən e3000 dəfə böyük olmuşdur. Nəzəriyyə ilə təcrübə arasındakı belə uyğunsuzluq fizika tarixində görünməmiş hadisədir.

Bu uyğunsuzluğun səbəbini Frank izah etmişdir. Kristalın səthi mükkəməl olduqda o səthdə yeni monomolekulyar rüşeymli lay yaratmaq həddindən artıq çətinləşir. Ancaq əgər kristalın səthində vint dislokasiya vardırsa (şək. 7.23) onda yeni layın yaranmasına heç bir ehtiyac yoxdur, çünki kristal, pilləkənin kənarından speralvari olaraq göyərir. Bu mexanizmə əsasən kristalın göyərmə sürətini hesabladıqda, təcrübədə müşahidə olunan nəticələrə uyğun qiymətlər alınır. Ona görə də belə hesab etmək olar ki, təbiətdə , doymanın kiçik qiymətlərində göyərən bütün kristallarda dislokasiyalar mövcuddur, əks halda onlar göyərə bilməz.

Kristalların göyərməsinin dislokasiya mexanizmi sxemində vintin addımının qapalı halqaya çevrilməsi şəkil 7.24-də göstərilib.

Qriffent və başqaları optik və elektron mikroskoplarından istifadə edərək, bir sıra kristalların səthində spiral göyarmənin fotoşəklini çəkmişlər. Alınan fotoşəkillər dislokasiyaların mövcudluğunu inandırıcı olaraq sübüt edir.




Yüklə 11,09 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə