Mühazirələr Orta Ixtisas Təhsil müəssisələrində fənnin tədrisi üçün nəzərdə tutulub



Yüklə 409,43 Kb.
səhifə31/34
tarix31.12.2021
ölçüsü409,43 Kb.
#81828
növüMühazirə
1   ...   26   27   28   29   30   31   32   33   34
SRTFM-1-MÜHAZİRƏ

Tərif. İxtiyari boş olmayan nöqtələr çoxluğuna həndəsi fiqur deyilir.

Deməli, nöqtə, düz xətt, müstəvilər ayrılıqda və ya bir-biri ilə birləşmiş şəkildə götürüldükdə həndəsi fiqur əmələ gətirir. İxtiyari həndəsi fiqurun hissəsi də həndəsi fiqurdur. Qeyd edək ki, həndəsi cism, fəzadan səthlə, səthin hissəsi qonşu hissədən xətlə, xəttin hissəsi isə qonşu hissədən nöqtə ilə ayrılır. Nöqtə düz xətt. Həndəsənin əsas anlayişları nöqtə və düz xətdir. Bu anlayişlar ilkin olduğundan onlara tərif verilmir. Qələmin ucunun kağızda buraxdığı iz nöqtə təsəvvürü verir. Nöqtə latın əlifbasının böyük hərfləri ilə işarə edilir. Məsələn, A,B,C....

Xətt nöqtələr çoxluğu olub, sonsuzdur. Hərəkət edən nöqtənin izini xətt kimi təsəvvür etmək olar. Tarım çəkilmiş ip düz xətt təsəvvürünü verir. Düz xətt ümumi şəkildə iki

nöqtə ilə göstərilir və latın əlifbasının iki böyük hərfi və ya bir kiçik hərfi ilə işarə edilir. Məsələn, AB, DC ....və ya a, b, c Düz xətt sonsuzdur. Yəni düz xəttin başlanğıc və

son nöqtəsi yoxdur.

A B a



Nöqtə və düz xəttin qarşılıqlı vəziyyətini səciyyələndirən aşağıdakı xassələri vardır:



  1. Hər hansı düz xətt üzərində olan nöqtələr və onun üzərində olmayan nöqtələr nöqtələr var.

  2. Hər hansı iki nöqtədən yalnız və yalnız bir düz xətt keçirmək olar.

  3. Düz xətt üzərində hər hansı üç nöqtədən bir və yalnız biri qalan ikisi arasında yerləşir.

  4. İki müxtəlif düz xətt ya kəsişmir, ya da ancaq bir nöqtədə kəsişirlər.

Şüa parça. a düz xətt üzərində ixtiyari O nöqtəsini qeyd edək. O nöqtəsi a düz xəttini iki hissəyə ayırır. Bu hissələrin hər biri yarım düz xətt və ya şüa, O nöqtəsi isə bu şüaların başlanğıc nöqtəsi adlanır. Onda şüanın tərifini aşağıdakı kimi vermək olar: Tərif. Düz xəttin verilmiş nöqtəsindən bir tərəfdə olan bütün nöqtələrindən ibarət hissəsinə şüa deyilir.

O a



Tərifə görə hər bir nöqtə düz xətti iki şüaya ayırır və O nöqtəsi bu şüaların ortaq başlanğıcı adlanır. Şüa da düz xətt kimi latın əlifbasının kiçik hərfi (məsələn, a şüası) , ya da birinci nöqtə şüanın başlanğıc nöqtəsi, ikinci nöqtə isə bu şüanın başlanğıc nöqtədən fərqli ixtiyari nöqtəsi olan iki böyük latın hərfi ilə (məsələn, OA şüası) işarə edilir.



Tərif. Düz xəttin iki tərəfdən məhdud edilmiş hissəsinə düz xətt parçası və ya sadəcə olaraq parça deyilir. Düz xətt parçasının başlanğıc və son nöqtələri bu parçanın özünə daxildir.

A B
AB nöqtələri parçanın ucları adlanır. Parçanın ucları arasındakı məsafəyə onun uzunluğu deyilir. Uzunluqları eyni olan parçalara bərabər parçalar deyilir. Belə parçaları bir-birinin üzərinə qoyduqda onların başlanğıc və son nöqtələri üst-üstə düşür. Parçaların bərabərliyi AB=CD kimi yazılır.

Parçaların ölçülməsi xassəsi: Hər bir parçanın sıfırdan böyük müəyyən uzunluğu var, yəni uzunluq vahidi seçməklə hər bir parçanın uzunluğunu ölçmək olar.

Parçaların toplanması xassəsi: Parçanın uzunluğu, onun hər hansı daxili nöqtəsi ilə bölündüyü parçaların uzunluqları cəminə bərabərdir. Parçanın daxili nöqtəsi onu iki bərabər parçaya bölürsə, bu nöqtəyə həmin parçanın orta nöqtəsi deyilir. AB parçasının uzunluğuna A və B nöqtələri arasındakı məsafə də deyilir. A və B nöqtələri üst-üstə düşdükdə onlar arasında məsafə sıfır hesab olunur.

Parçaların ayrılması xassəsi: Şüanın başlanğıcından, uzunluğu verilmiş, bir və yalnız bir parça ayırmaq olar.



Müstəvi. Müstəvi də həndəsədə ilk anlayışlardan olduğuna görə ona tərif verilmir. Stolun səthini, sakit havada gölün səthini, pəncərə şüşəsini və s. müstəvi kimi təsəvvür etmək olar. Müstəvilər adətən yunan əlifbasının hərfləri ilə işarə olunur: .




Müstəvi və düz xəttin qarşılıqlı vəziyyəti haqqında aşağıdakı xassələri qeyd edək: 1. İki nöqtəsi müstəvi üzərində olan düz xətt bütünlükdə həmin müstəvi üzərindədir. 2.



Müstəvi üzərində yerləşən düz xətt, bu müstəvini hər biri yarımmüstəvi adlanan iki hissəyə bölür.

Bucaq.

Tərif. Nöqtə və bu nöqtədən çıxan iki müxtəlif şüanın əmələ gətirdiyi fiqura bucaq deyilir. A

O

B

Deməli, ortaq başlanğıclı iki OA və OB şüaları bucaq əmələ gətirir . O başlanğıc nöqtəsi bucağın təpəsi, həmin şüalara isə bucağın tərəfləri deyilir. Bucaq təpədə qoyulmuş bir hərflə və ya təpədə və tərəflərdə qoyulmuş üç hərflə oxunur. Məsələn,



kimi yazılır.

Iki bucaq bir-birinin üzərinə qoyulduqda üst-üstə düşərsə, bu bucaqlar bərabər hesab olunur. Bucaqlar transportirin köməyi ilə dərəcələrlə ölçülür. Bucaqların ölçülməsinin aşağıdakı xassələri vardır:



  1. Hər bir bucağın sıfırdan böyük dərəcə ölçüsü vardır. 2. Bucağın dərəcə ölçüsü , onun daxili şüası ilə bölündüyü bucaqların dərəcə ölçüləri cəminə bərabərdir.

Hər bir bucaq müstəvini iki hissəyə bölür. Bu hissələrdən biri bucağın tərəfləri arasında yerləşən bütün nöqtələr çoxluğundan, digəri isə tərəflərin xaricində yerləşən nöqtələr çoxluğundan ibarətdir. Bucağın təpəsi və tərəfləri bu hissələrin heç birinə aid edilmir və bu iki hissənin sərhəd nöqtələri çoxluğunu təşkil edir. Birinci hissə buçağın daxili oblastı, ikinci hissə isə bucağın xarici oblastı adlanır. Şəkildə A,B,C nöqtələri daxili, D,E nöqtələri xarici nöqtələrdir.




Bucağın tərəfləri bir-birini düz xəttə tamamlayan şüalar olduqda, bu bucağa açıq bucaq deyilir.

A O B



Bütün açıq bucaqlar bir-birinə bərabərdir Açıq bucağın



yarısına düz bucaq deyilir . Düz bucaqda tərəflər bir-birinə perpendikulyardır.

A
Bucaqları dərəcə ölçülərinə görə müqayisə etmək olar. Düz bucaqdan kiçik olan bucağa iti, böyük olan bucağa isə kor bucaq deyilir.


P

L M Q S


Bucağı yarıya bölən şüaya həmin bucağın tənböləni deyilir. Yəni bucağın tənböləni onun tərəflərindən eyni uzaqlıqda yerləşən nöqtələrin həndəsi yeridir.
B

Tərifə görə AOC = BOC

O C
A
İki bucağın bir tərəfi ortaq, digər iki tərəfi açıq bucaq əmələ gətirirsə, belə bucaqlara qonşu bucaqlar deyilir ( AOB və BOC)

Qonşu bucaqların cəmi açıq bucaq verir.

İti bucaqdan birinin tərəfləri o birinin tərəflərinin tamamlayıcı yarım düz xətləri olarsa, onlara qarşılıqlı bucaqlar deyilir. Qarşılıqlı bucaqlar bərabərdir.

Göründüyü kimi AB və CD düz xətləri kəsişdikdə iki cüt qarşılıqlı bucaq alınır AOD və COB; AOC və DOB. Dörd cüt qonşu bucaq alınır DOA və AOC; AOC və

COB; COB və BOD; BOD və DOA.



Yüklə 409,43 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə