Mühazirələrdə çıxış edənlər öz çıxışlarını daha diqqətçəkən daha rəngarəng edirlər



Yüklə 0,94 Mb.
səhifə10/12
tarix11.06.2023
ölçüsü0,94 Mb.
#116645
növüMühazirə
1   ...   4   5   6   7   8   9   10   11   12
Ms PowerPoint 2019

İcmal (Review) Tab


Bu tabın qəbulda bizə lazım olacaq bütün əmrləri Word Proqramının əmrləri ilə eynidir. Məsələn, Spelling. Oarda da orfoqrafiya və qrammatikanı yoxlayır, burada da. Orada da onun qısa yolu F7- dir, burada da.


Görünüş (View) Tabı

View tabı Presentation Views (Təqdimat Baxış Rejimləri), Master Views(Usta Görünüş Rejimləri), Show (Görünüş), Zoom(Miqyas), Color/Grayscale (Rəngli/boz rəng), Windows(Pəncərə), Macros(Makros) tab qruplarından ibarətdir.


    • Presentation Views(Təqdimata Baxış Rejimləri) qrupunu şərh edək.

  1. Normal - Görünüş rejimi haqda artıq danışmışıq. Bu rejimdə işçi sahənin sağ tərəfində cari slayd, sol tərəfində isə Slides Bölməsi yer alır. Cari slaydın aşağı hissəsində isə notlar qeyd etmək üçün zolaq olur. Slaydlar adətən bu rejimdə hazırlanır.

  2. Outline View Normal görünüş rejiminə bənzəyir. Tək fərq odur ki, sol tərəfdəki kiçik ölçülü slaydların yerində həmin slaydların daxilində olan mətn yer alır. Mətndən başqa heç nə olmur. Sağ tərəfi isə eynilə Normal rejimdəki kimi olur.

  3. Slide Sorter(Slayd Çeşidləyicisi) - Bu rejimdə bütün slaydlar kiçik ölçüdə görünür. Buradan slaydların yerini dəyişmək slaydın üzərində keçid effektinin zamanını və səs yazısının olub olmamasını aydın şəkildə görmək olur. Burada miqyas minimum 20, maksimum isə 200 faiz olur.

  4. Notes Page(Qeydlər Səhifəsi) - Bu rejimdə slaydlara əlavə olunmuş notlar görünür. Həmçinin buradan da slaydlara rahat şəkildə qeydlər əlavə etmək olar. Əslində not əlavə etmək üçün Normal görünüş rejimindən də istifadə edirik, lakin orada qeyd aparmaq üçün yer kifayət etmədiyindən Notes Page görünüş rejimi bizim köməyimizə gəlir.


  5. Yüklə 0,94 Mb.

    Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə