II.
Naxçıvan Muxtar Respublikası Prokurorluğu ərazi
prokurorlarının Naxçıvan Muxtar Respublikası Prokuroruna
və Azərbaycan Respublikasının Baş prokuroruna tabeliyinə
əsaslanan vahid mərkəzləşdirilmiş orqandır.
III.
Naxçıvan
Muxtar
Respublikası
Prokurorunu
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin təklifi
əsasında Azərbaycan Respublikası Baş prokurorunun
təqdimatı ilə Azərbaycan Respublikasının Prezidenti
vəzifəyə təyin edir.
IV.
Ərazi və ixtisaslaşdırılmış prokurorları Naxçıvan
Muxtar Respublikası Ali Məclisi sədrinin Azərbaycan
Respublikası Prezidentinə verilmiş təklifi və Azərbaycan
Respublikası Prezidentinin razılığı ilə Azərbaycan
Respublikasının Baş prokuroru vəzifəyə təyin və azad edir.
V
f ə s i l .
QANUNVERİCİLİK SİSTEMİ
Maddə 47. Naxçıvan Muxtar Respublikası
Konstitusiyasının hüquqi qüvvəsi
I.
Naxçıvan Muxtar Respublikasının Konstitusiyası
Naxçıvan Muxtar Respublikasının digər normativ hüquqi
aktları arasında ən yüksək hüquqi qüvvəyə malikdir.
II.
Naxçıvan Muxtar Respublikasının Konstitusiyası
birbaşa hüquqi qüvvəyə malikdir.
III.
Naxçıvan Muxtar Respublikasının Konstitusiyası
Naxçıvan Muxtar Respublikası qanunvericilik sisteminin
əsasıdır.
— 650 —
Maddə 48. Naxçıvan Muxtar Respublikasının
qanunvericilik sistemi
I.
Naxçıvan Muxtar Respublikasının qanunvericilik
sistemi
Azərbaycan
Respublikasının
qanunvericilik
sisteminin tərkib hissəsidir.
II.
Naxçıvan Muxtar Respublikasının qanunvericilik
sistemi Azərbaycan Respublikası qanunvericilik sisteminə
uyğundur.
III.
Naxçıvan Muxtar Respublikasının qanunvericilik
sistemi Naxçıvan Muxtar Respublikasının aşağıdakı
normativ-hüquqi aktlardan ibarətdir:
1)
Naxçıvan Muxtar Respublikasının Konstitusiyası;
2)
Naxçıvan Muxtar Respublikasının qanunları;
3)
Naxçıvan Muxtar Respublikasının Ali vəzifəli şəxsinin
fərmanları;
4)
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin
qərarları;
5)
Naxçıvan Muxtar Respublikasının mərkəzi icra
hakimiyyəti orqanlarının nonnativ aktları.
Maddə 49. Naxçıvan Muxtar Respublikasının
normativ-hüquqi aktları
I.
Normativ-hüquqi aktlar hüquqa və haqq-ədalətə
(bərabər mənafelərə, bərabər münasibətə) əsaslanmalıdır.
II.
Naxçıvan
Muxtar
Respublikasının
qanunları
Azərbaycan
Respublikasının
Konstitusiyasına
və
qanunlarına,
Naxçıvan
Muxtar
Respublikasının
Konstitusiyasına zidd olmamalıdır, yalnız dərc edilmiş
qanunların
tətbiqi
və
icrası
Naxçıvan
Muxtar
Respublikasında bütün vətəndaşlar, icra hakimiyyəti və
məhkəmə hakimiyyəti, hüquqi şəxslər və bələdiyyələr üçün
məcburidir.
— 651 —
III.
Naxçıvan Muxtar Respublikasının Ali vəzifəli
şəxsinin
fərmanları
Azərbaycan
Respublikası
Konstitusiyasına
və qanunlarına, Naxçıvan Muxtar
Respublikasının
Konstitusiyasına
və
qanunlarına,
Azərbaycan Respublikası Prezidentinin fərman və
sərəncamlarına,
Azərbaycan
Respublikası
Nazirlər
Kabinetinin qərar və sərəncamlarına zidd olmamalıdır,
Naxçıvan Muxtar Respublikasının Ali vəzifəli şəxsinin
fərmanları yalnız dərc edildikdə Naxçıvan Muxtar
Respublikasında onların tətbiqi və icrası vətəndaşlar, mərkəzi
və yerli icra hakimiyyəti orqanları, hüquqi şəxslər üçün
məcburidir.
IV.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin
qərarları Azərbaycan Respublikasının Konstitusiyasına və
qanunlarına,
Naxçıvan
Muxtar
Respublikasının
Konstitusiyasına və qanunlarına, Azərbaycan Respublikası
Prezidentinin fərman və sərəncamlarına, Azərbaycan
Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarına,
Naxçıvan Muxtar Respublikası Ali vəzifəli şəxsinin fərman
və sərəncamlarına zidd olmamalıdır. Naxçıvan Muxtar
Respublikası Nazirlər Kabinetinin qərarları yalnız dərc
edildikdə Naxçıvan Muxtar Respublikasında onların tətbiqi
və icrası vətəndaşlar, mərkəzi və yerli icra hakimiyyəti
orqanları, hüquqi şəxslər üçün məcburidir.
V.
Naxçıvan Muxtar Respublikasının mərkəzi icra
hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikasının
Konstitusiyasına və qanunlarına, Naxçıvan Muxtar
Respublikasının
Konstitusiyasına
və
qanunlarına,
Azərbaycan Respublikası Prezidentinin fərman və
sərəncamlarına,
Azərbaycan
Respublikası
Nazirlər
Kabinetinin qərar və sərəncamlanna, Naxçıvan Muxtar
Respublikasının Ali vəzifəli şəxsinin fərman və
sərəncamlarına, Naxçıvan Muxtar Respublikası Nazirlər
Kabinetinin qərarlarına və sə-
- 652 —