3.2.
İkili vətəndaşlığı olan, başqa dövlətlər qarşısında
öhdəliyi olan, qanunvericilik, icra və məhkəmə hakimiyyəti
sistemlərində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq
fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul
olan, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq
edilən, ağır və xüsusilə ağır cinayətlərə görə məhkum
olunmuş şəxs Müvəkkil ola bilməz.
3.3.
Müvəkkil siyasi fəaliyyətlə məşğul ola və heç bir
siyasi partiyanın üzvü ola bilməz. Müvəkkil hər hansı
qeyri-hökumət təşkilatının rəhbərliyində təmsil oluna bilməz.
3.4.
Müvəkkil vəzifəsinə seçildiyi gündən 5 gün
müddətində onun statusuna uyğun olmayan fəaliyyəti
dayandırmalıdır.
3.5.
Müvəkkil vəzifəyə seçildiyi gün Azərbaycan
Respublikası Milli Məclisinin iclasında and içir: "Azərbaycan
Respublikasının İnsan hüquqlan üzrə müvəkkili vəzifəsində
səlahiyyətlərimi şərəf və ləyaqətlə yerinə yetirəcəyimə,
Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına
əməl
edəcəyimə,
müstəqil
və
qərəzsiz
fəaliyyət
göstərəcəyimə and içirəm".
Maddə 4. Müvəkkilin səlahiyyət müddəti
4.1.
Müvəkkil 7 il müddətinə seçilir.
4.2.
Eyni şəxs Müvəkkil vəzifəsinə iki dəfədən artıq
seçilə bilməz.
4.3.
Müvəkkilin səlahiyyət müddəti bitdiyi gün yeni
Müvəkkil seçilmədikdə, o, səlahiyyətlərinin icrasını davam
etdirir. Bu halda onun səlahiyyət müddəti yeni Müvəkkilin
seçildiyi gündən bitmiş hesab olunur.
— 657 —
Maddə 5. Müvəkkilin müstəqilliyinin təminatları
5.1.
Müvəkkil müstəqildir və yalnız Azərbaycan
Respublikası Konstitusiyasına və qanunlarına tabedir.
5.2.
Müvəkkilin müstəqilliyinə aşağıdakı təminatlar
verilir:
5.2.1.
dəyişilməzliyi;
5.2.2.
toxunulmazlığı;
5.2.3.
hər hansı dövlət və ya yerli özünüidarə orqanı,
vəzifəli şəxs tərəfindən onun fəaliyyətinə müdaxilə
edilməsinin yolverilməzliyi;
5.2.4.
maddi və sosial təminatlar.
5.3. Fövqəladə və ya hərbi vəziyyətin elan edilməsi
Müvəkkilin fəaliyyətini dayandırmır və ya məhdudlaşdırmır.
Maddə 6. Müvəkkilin toxunulmazlığı
6.1.
Müvəkkil səlahiyyət müddəti ərzində toxunulmazdır.
6.2.
Müvəkkil səlahiyyət müddəti ərzində cinayət başında
yaxalanma hallarından başqa, cinayət məsuliyyətinə cəlb
edilə bilməz, tutula və saxlanıla bilməz, onun barəsində
məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə
bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə
bilməz. Müvəkkil cinayət başında yaxalanarsa, onu tutan
orqan bu barədə 24 saat müddətində Azərbaycan
Respublikası
Baş
prokuroruna
və
Azərbaycan
Respublikasının Milli Məclisinə xəbər verməlidir.
6.3.
Müvəkkilin toxunulmazlığına yalnız Azərbaycan
Respublikası Baş prokurorunun təqdimatına əsasən
Azərbaycan Respublikası Milli Məclisinin 83 səs çoxluğu ilə
qəbul edilmiş qərarı ilə xitam verilə bilər.
— 658 —
6.4.
Müvəkkilin
toxunulmazlığı
həmçinin
onun
mənzilinə, xidməti otağına, nəqliyyat və rabitə vasitələrinə,
poçt-teleqraf yazışmalarına, şəxsi əmlakına və sənədlərinə də
şamil edilir.
6.5.
Müvəkkil işləmiş şəxs vəzifədən getdikdən sonra
Müvəkkil səlahiyyətlərini həyata keçirdiyi dövrdəki
fəaliyyətinə və söylədiyi fikirlərə görə toxunulmazdır. Bu
dövrdə törətdiyi cinayətlərə və məhkəmə qaydasında inzibati
tənbeh tədbirləri nəzərdə tutulmuş hüquq pozuntularına görə
həmin şəxsin məsuliyyətə cəlb edilməsi bu Qanunun 6.3-cü
maddəsində müəyyən olunmuş qaydada həyata keçirilir.
Maddə 7. Müvəkkilin səlahiyyətlərinə vaxtından əvvəl
xitam verilməsi
7.1.
Müvəkkilin
səlahiyyətlərinə
Azərbaycan
Respublikası Milli Məclisinin təşəbbüsü ilə və ya Azərbaycan
Respublikası Prezidentinin təqdimatı əsasında Azərbaycan
Respublikası Milli Məclisinin 83 səs çoxluğu ilə qəbul
edilmiş qərarı ilə aşağıdakı hallarda vaxtından əvvəl xitam
verilir:
7.1.1.
Müvəkkilə aid tələblər pozulduqda;
7.1.2.
Müvəkkil
öz
səlahiyyətlərini
icra
etmək
qabiliyyətini
tamamilə itirdikdə;
7.2.
Azərbaycan Respublikası Milli Məclisinin iclasında
aşağıdakı hallar elan edildikdə, Azərbaycan Respublikası
Milli Məclisinin sədri öz sərəncamı ilə Müvəkkilin
səlahiyyətlərinə vaxtından əvvəl xitam verir:
7.2.1.
Müvəkkil vəfat etdikdə;
7.2.2.
Müvəkkil barəsində məhkəmənin qanuni qüvvəyə
minmiş
ittiham hökmü olduqda;
— 659 —