IV.
Cinayət məhkəmə icraatında Naxçıvan Muxtar
Respublikasının Prokurorluğu və müdafiə tərəfi iştirak edir.
V.
Məhkəmə quruluşu və məhkəmə icraatı qaydası
qanunla müəyyən olunur.
VI.
Məhkəmələrin
səlahiyyətlərinin
dəyişdirilməsi
məqsədi ilə müəyyən olunmamış hüquqi üsulların tətbiq
edilməsi və fövqəladə məhkəmələrin yaradılması qadağandır.
VII.
Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini
təmin etməlidir.
Maddə 44. Naxçıvan Muxtar Respublikasının Ali
Məhkəməsi
I.
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi ümumi
və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid edilən mülki,
cinayət və digər işlər üzrə ali məhkəmə orqanıdır; o,
Naxçıvan Muxtar Respublikasının ərazisində apellya- siya
qaydasında ədalət mühakiməsini həyata keçirir.
II.
Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi
Naxçıvan Muxtar Respublikasında Konstitusiya nəzarətini
tə'min edir. O, Naxçıvan Muxtar Respublikasının Ali vəzifəli
şəxsinin, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin,
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin,
Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin
sədrinin və Naxçıvan Muxtar Respublikası Prokurorluğunun
sorğusu əsasında aşağıdakı məsələləri həll edir:
1)
Naxçıvan Muxtar Respublikasının qanunlarının,
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarlarının,
Naxçıvan Muxtar Respublikası Ali vəzifəli şəxsinin fərman
və sərəncamlarının, Naxçıvan Muxtar Respublika
— 647 —
sı Ali Məclisi sədrinin qərarlarının, Naxçıvan Muxtar
Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarının,
Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının Naxçıvan Muxtar
Respublikasının Konstitusiyasına uyğunluğu;
2)
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
qərarlarının, Naxçıvan Muxtar Respublikası Ali vəzifəli
şəxsinin fərman və sərəncamlarının, Naxçıvan Muxtar
Respublikası Ali Məclisi sədrinin qərarlarının, Naxçıvan
Muxtar Respublikası Nazirlər Kabinetinin sərəncamlarının,
Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının Naxçıvan Muxtar
Respublikasının qanunlarına uyğunluğu;
3)
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin
qərarlarının, Naxçıvan Muxtar Respublikası mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının
Naxçıvan Muxtar Respublikası Ali vəzifəli şəxsinin fərman
və sərəncamlarına uyğunluğu.
III.
Hər kəs onun hüquq və azadlıqlarını pozan
Naxçıvan Muxtar Respublikasının qanunvericilik və icra
hakimiyyəti orqanlannm normativ hüquqi aktlarından bu
maddənin II hissəsinin 1-3-cü bəndlərində göstərilən
məsələlərin Naxçıvan Muxtar Respublikasının Ali
Məhkəməsi tərəfindən həll edilməsi üçün, habelə bələdiyyə
və məhkəmə aktlanndan Naxçıvan Muxtar Respublikasının
Ali Məhkəməsinə pozulmuş insan hüquq və azadlıqlarının
bərpa edilməsi məqsədi ilə qanunla müəyyən edilmiş
qaydada şikayət verə bilər.
IV.
Naxçıvan Muxtar Respublikasında Konstitusiya
nəzarətinin həyata keçirilməsi ilə bağlı Naxçıvan Muxtar
Respublikası Ali Məhkəməsinin aktlarından qanunla
— 648 —
müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsinə şikayət verilə bilər.
V.
Naxçıvan Muxtar Respublikasının məhkəmələri insan
hüquq və azadlıqlarının həyata keçirilməsi məsələləri ilə bağlı
Naxçıvan Muxtar Respublikası qanunlarının şərh edilməsi
haqqında qanunla müəyyən edilmiş qaydada Naxçıvan
Muxtar Respublikasının Ali Məhkəməsinə müraciət edə bilər.
VI.
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin
hakimlərini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
sədrinin təklifi ilə Azərbaycan Respublikası Prezidenti təyin
edir.
VII.
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin
qərarları dərc edilməlidir.
Maddə 45. Naxçıvan Muxtar Respublikasının İqtisad
məhkəməsi
I.
Naxçıvan Muxtar Respublikası İqtisad Məhkəməsi
iqtisadi mübahisələrə baxılması üzrə məhkəmə orqanıdır.
II.
Naxçıvan Muxtar Respublikasının İqtisad Məhkəməsi
hakimlərini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
sədrinin təklifi ilə Azərbaycan Respublikasının Prezidenti
təyin edir.
Maddə 46. Naxçıvan Muxtar Respublikası
Prokurorluğu
I.
Naxçıvan Muxtar Respublikası Prokurorluğu qanunla
nəzərdə tutulmuş qaydada və hallarda qanunların icra və
tətbiq olunmasına nəzarət edir, qanunla nəzərdə tutulmuş
hallarda cinayət işləri başlayır və istintaq aparır, məhkəmədə
dövlət ittihamını müdafiə edir, məhkəmədə iddia qaldırır,
məhkəmə qərarlarından protest verir.
— 649 —