rəncamlarma, Azərbaycan Respublikası mərkəzi icra
hakimiyyəti orqanlarının aktlarına zidd olmamalıdır.
V I
f ə s i l .
NAXÇIVAN MUXTAR RESPUBLİKASININ
KONSTİTUSİYASINA DƏYİŞİKLİKLƏR
VƏ ƏLAVƏLƏR
Maddə 50. Naxçıvan Muxtar Respublikasının
Konstitusiyasına
dəyişikliklərin
və
əlavələrin qəbul edilmə qaydası
I.
Naxçıvan Muxtar Respublikası Konstitusiyasına
dəyişikliklər və əlavələr Naxçıvan Muxtar Respublikasının
Ali Məclisində 35 səs çoxluğu ilə qəbul edildikdən sonra
təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Milli
Məclisinə təqdim edilir.
II.
Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına
dəyişikliklər və əlavələr haqqında təklif Naxçıvan Muxtar
Respublikasının Ali Məclisində 2 dəfə səsə qoyulur. İkinci
səsvermə birinci səsvermədən 3 ay sonra keçirilir.
III.
Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına
dəyişikliklər və əlavələr haqqında Konstitusiya qanunları həm
birinci, həm də ikinci səsvermədən sonra təklif qanunlar üçün
nəzərdə tutulmuş qaydada Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin sədrinə imzalamaq üçün təqdim olunur.
IV.
Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına
dəyişikliklər və əlavələr Naxçıvan Muxtar Respublikası
Konstitusiyasının ayrılmaz hissəsidir və Naxçıvan Muxtar
Respublikası
Konstitusiyasının
əsas
mətninə
zidd
olmamalıdır.
— 653 —
KEÇİD MÜDDƏALARI
1.
Naxçıvan Muxtar Respublikasının Konstitusiyası
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən
qəbul edildikdən və Azərbaycan Respublikası Milli Məclisi
tərəfindən təsdiq edildikdən sonra rəsmən dərc olunduğu
gündən qüvvəyə minir. Bu Konstitusiyanın qüvvəyə mindiyi
gündən 1978-ci il mayın 30-da qəbul edilmiş Naxçıvan
Muxtar Respublikasının Konstitusiyası (Əsas Qanunu)
qüvvədən düşür.
2.
Naxçıvan Muxtar Respublikasının xalq deputatlarının
səlahiyyətləri yeni seçilmiş Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin ilk iclas günü başa çatır.
Yeni seçilmiş Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin ilk iclası Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin azı 31 deputatının seçildiyinin elan edildiyi
gündən sonra bir ay ərzində keçirilir.
3.
1995-ci il sentyabrın 12-də qəbul edilmiş "Naxçıvan
Muxtar Respublikasının Ali Məclisinə seçkilər haqqında"
Naxçıvan Muxtar Respublikası Qanununun 79-cu maddəsi
bu Qanun əsasında seçilmiş Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin 1-ci çağırışının səlahiyyətləri bitənədək
qüvvədədir.
4.
Bu Konstitusiyanın qəbul edildiyi günədək Naxçıvan
Muxtar Respublikasının ərazisində qüvvədə olan Naxçıvan
Muxtar Respublikasının qanunları və başqa normativ- hüquqi
aktları bu Konstitusiyaya zidd olmayan hissədə öz qüvvəsini
saxlayır.
654
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə
müvəkkili (ombudsman) haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ
KONSTİTUSİYA QANUNU
I f ə s i l
İNSAN HÜQUQLARI ÜZRƏ MÜVƏKKİLİN
(OMBUDSMANIN) FƏALİYYƏTİNİN VƏ
TƏYİN EDİLMƏSİNİN ƏSASLARI
Maddə 1. İnsan hüquqları üzrə müvəkkilin
fəaliyyətinin əsasları
1.1.
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə
müvəkkili vəzifəsi (bundan sonra "Müvəkkil" adlandırılacaq)
Azərbaycan Respublikası Konstitusiyasında və Azərbaycan
Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə
təsbit olunmuş və Azərbaycan Respublikasının dövlət və yerli
özünüidarə orqanları, vəzifəli şəxsləri tərəfindən pozulan
insan hüquqları və azadlıqlarının bərpa edilməsi üçün təsis
edilir.
1.2.
Müvəkkilin
fəaliyyəti
insan
hüquqlarının
müdafiəsini, pozulmuş insan hüquq və azadlıqlarının
bərpasını
təmin
edən
digər
dövlət
orqanlarının
səlahiyyətlərini məhdudlaşdırmır və əvəz etmir.
1.3.
Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan
Respublikası Milli Məclisinin deputatlarının və Azərbaycan
Respublikası hakimlərinin fəaliyyətinin yoxlanılması
Müvəkkilin səlahiyyətlərinə aid deyil.
— 6 5 5 —
1.4.
Müvəkkil əfv, vətəndaşlıq, siyasi sığınacaq verilməsi
məsələlərinin həlli ilə bağlı Azərbaycan Respublikası
Prezidentinə təkliflər verə bilər.
1.5.
Müvəkkil
Azərbaycan
Respublikasının
Milli
Məclisinə insan hüquq və azadlıqlarının təmin edilməsi
məqsədilə qanunların qəbul edilməsinə və ya yenidən
baxılmasına dair təkliflər verə bilər. Müvəkkil Azərbaycan
Respublikasının Milli Məclisinə amnistiya elan edilməsi
barədə təklif verə bilər.
1.6.
Müvəkkilin
məhkəmələrdə
süründürməçilik,
sənədlərin itirilməsi və vaxtında verilməməsi, habelə
məhkəmə qərarlarının icrasının gecikdirilməsi ilə əlaqədar
insan hüquqlarının pozulmasına dair şikayətlərə baxmaq
hüququ vardır.
1.7.
Müvəkkilin fəaliyyəti aşkarlıq, şəffaflıq, qanunçuluq,
ədalət, qərəzsizlik prinsipləri əsasında qurulur.
Maddə 2. Müvəkkilin seçilməsi
2.1.
Müvəkkili Azərbaycan Respublikası Prezidentinin
təqdim etdiyi üç namizəd arasından Azərbaycan
Respublikasının Milli Məclisi 83 səs çoxluğu ilə seçir.
2.2.
Azərbaycan
Respublikasının
Milli
Məclisi
Müvəkkilin seçilməsi ilə bağlı qərarı qəbul etmədikdə,
Azərbaycan Respublikasının Prezidenti 15 gün müddətində
digər üç şəxsin namizədliyini Azərbaycan Respublikasının
Milli Məclisinə təqdim edir.
Maddə 3. Müvəkkilin namizədliyinə aid tələblər
3.1.
Yaşı 30-dan aşağı olmayan, ali təhsilli, insan hü-
quqlannm müdafiəsi sahəsində təcrübəyə və yüksək əx- laqi
keyfiyyətlərə malik olan Azərbaycan Respublikasının
vətəndaşı Müvəkkil vəzifəsinə seçilə bilər.
— 656 —
Dostları ilə paylaş: |