Mundəricat I böLMƏ. Konstitusiya hüququnun ümumnəzəri


§ 2. Konstitusiya anlayışı, konstitusiyanın funksiyaları



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə18/237
tarix15.03.2018
ölçüsü5,1 Mb.
#32102
1   ...   14   15   16   17   18   19   20   21   ...   237

§ 2. Konstitusiya anlayışı, konstitusiyanın funksiyaları 

xüsusiyyətləri 

Konstitusiya  sözünün  hərfi  mənası  «qurmaq,  yaratmaq, 

əsasını  qoymaq»  deməkdir.  Konstitusiya  hər  bir  ölkədə 

mövcud  ictimai-siyasi  sistemin  əsaslarını  təsbit  edir  və  bir 

qədər  obrazlı  deyilsə,  «siyasi  səhnədə  oyun  qaydalarını» 

müəyyən  edir.  Konstitusiya  hakimiyyətin  əldə  edilməsinin 

sivil  və  ümumqəbulolunmuş  yolunu  müəyyənləşdirir, 

hakimiyyətin  sosial  subyektlər  arasında  paylanmasının 

əsaslarını  və  məqsədlərini,  üsullarını  müəyyən  edir. 

Konstitusiya cəmiyyətin bütün üzvlərinin hüquqi statusunun 

əsasını müəyyən edir və bununla da dövlətlə fərd arasındakı 

əlaqələrin ümumi konturlarını cızır. 

Konstitusiya  bütün  ölkədə  norma  yaradıcılığının 

əsaslarını,  qanunvericilik  sistemini  formalaşdırır  və  bütün 

qanunvericilik sisteminin başında durur. Bu sistemdə yaranan 

boşluqlar,  problemlər  ilk  olaraq  konstitusiyanın  müddəaları 

nəzərə alınmaqla aradan qaldırılır. 

Konstitusiyanın  qəbul  olunmasında,  təbii  ki,  onun 

universallığına bir çox siyasi qüvvələr birbaşa maraqlı olur. 

Ölkədəki  siyasi  qüvvələr  onun  hazırlanmasına  müəyyən 

qədər  təsir  göstərir  və  buna  görə  də  konstitusiya  həmin 

konkret hal üçün ölkədə olan qüvvələr nisbətini dolayı yolla 

əks  etdirir.  Lakin  demək  olar  ki,  bu  hiss  olunmur,  çünki 

konstitusion normalar siyasətdən kifayət qədər təcrid olunur. 

Siyasət ona deyil, əksinə, o, siyasətə təsir edir. 

Konstitusiyada  dövlətin  daxili  təşkilatlanmasının  da 

əsasları  müəyyənləşdirilir.  Hakimiyyətin  təşkilatlanmasında 

və dövlətin ərazi quruluşunun müəyyən edilməsində təzahür 

edən bu xüsusiyyət onu deməyə əsas verir ki

— 58 — 



konstitusiya dövlətin təbiətini və mahiyyətini müəyyən edir. 

Konstitusiya  cəmiyyət,  dövlət,  şəxsiyyət  və  kollektiv 

arasındakı  əsas  münasibətləri  müəyyən  edən  və  qanunve- 

riclikdə ən yüksək hüquqi qüvvəyə malik normalar sistemidir. 

Bu normalar sistemi xüsusi müdafiə ilə təmin olunur, çünki 

onlar  dəyişdikdə  bütün  sistemə  təsir  göstərir.  Konstitusiya 

dövlətçilik  ənənələrini  bəşəriyyətin  dövlət  quruculuğu 

təcrübəsi  ilə  əlaqələndirən,  fərdin  hüquqda  yerini  müəyyən 

edən  və  dövlət  quruluşunda  sabitliyi,  varisliyi  təmin  edən 

xüsusi aktdır. 

Konstitusiya müxtəlif funksiyalara malikdir. Onun əsas 

funksiyası  hüquqi  funksiyadır.  O,  nə  qədər  müxtəlif  sosial 

hadisələrlə  əlaqədar  olsa  da,  konstitusiya  hüquq  normalan 

sistemidir  və  bütün  hüquq  sisteminə  xas  olan  tənzimləmə, 

qoruma funksiyalarını yerinə yetirir. O həm də qanunvericilk 

sistemində bütün digər normaların keyfiyyət və xarakterinin 

müəyyən  edilməsi  üçün  başqa  heç  bir  hüquqi  aktın  malik 

olmadığı 

funksiyanı 

hüquq 



normalarının 

hüquqauyğunluğunun 

qiymətləndirilməsi, 

müəyyənləşdirilməsi funksiyasını yerinə yetirir. 

Konstitusiyanın 

ikinci 


funksiyası 

onun 


sosial 

funksiyasıdır. Konstitusiya ölkədəki sosial təbəqələrin  ortaq 

mənafe  və  maraqlarını  aşkara  çıxarır.  O,  sosial  sistemin 

başlıca  ünsürlərini  bir-birilə  əlaqələndirir  və  onlara  hüquq 

çərçivəsində  davranış  imkanı  verir,  onları  təşkilatlandırır. 

Ailə,  din  kimi  sosial  təsisatlara,  atalıq,  analıq  kimi  sosial 

dəyərlərə  təsir  göstərərək,  bütün  sosial  sistemdə  mövcud 

münasibətlərə təsir edir və yeni dəyərlərin formalaşması üçün 

zəmin  yaradır. Konstitusiya sosial sistemin sabitliyini təmin 

edir,  onun  inkişafının  ümumi  əsaslarını  müəyyənləşdirir. 

Təhsil, elm kimi sosial sistemin yaşamasına 

— 59 — 



birbaşa təsir göstərən ünsürlərə dair müddəalar təsbit etməklə 

konstitusiya  bu  sistemin  həyati  əhəmiyyətli  maraqlarının 

müdafiəsini öz üzərinə götürmüş olur. 

Üçüncü  funksiya  ölkənin  siyasi  sistemi  ilə  bağlı  olan 

siyasi 

funksiyadır. 



Konstitusiyanın 

bu 


funksiyası 

hakimiyyətin təşkili və dövlətin əsasları ilə birbaşa bağlıdır. 

Konstitusiya  fərdlərin  siyasi  sistemdə,  siyasi  durumda 

davranış  qaydalarını  müəyyən  edir,  siyasi  qüvvələrin 

hakimiyyəti əldə etməsinin sivil forma və üsullarını təsbit edir 

və nəhayət, siyasi partiyaların təşkili və fəaliyyətinin hüquqi 

əsasını  formalaşdırır.  Siyasi  sistemə  giriş-çıxış  birbaşa 

konstitusiyadan  asılıdır  desək,  yəqin  ki,  yanılmarıq.  Siyasi 

sistemin  əsas  «oyun  qaydaları»  burada  müəyyənləşdirilir. 

Məhz  konstitusion  normalar  bütün  siyasi  qüvvələr  üçün 

ümumi  imperativlər  müəyyən  edir  və  siyasi  sistemdə  bu 

imperativlərə riayət olunmasına nəzarət edir. 

Dördüncü  funksiya  tərbiyəvi  funksiyadır.  Bu  funksiya, 

hər şeydən əvvəl, hər bir insanda konstitusiyaya, qanunlara, 

insan və vətəndaşın hüquq və azadlıqlarına və dövlətə hörmət 

ruhu aşılayır. O eyni zamanda müəyyən dünyagörüşünü ifadə 

edir. 

Tərbiyəvi  funksiya  həm  də  insan-cəmiyyət-dövlət 



münasibətlərinin qarşılıqlı əlaqəsini və onların məsuliyyətini 

müəyyən etməkdə böyük rol oynayır. 

Konstitusiyanın tərbiyəvi funksiyasından danışarkən "12 

Noyabr  -  Azərbaycan  Respublikasının  Konstitusiyası 

gününün qeyd edilməsi haqqında" Azərbaycan Respublikası 

Prezidentinin  fərmanını  xüsusi  olaraq  qeyd  etmək  yerinə 

düşərdi.  Bu  fərmanda  Azərbaycanda  1995-ci  il  noyabrın 

12-də  ümumxalq  səsverməsində  müstəqil  Azərbaycanın  ilk 

Konstitusiyasının  qəbul  edilməsinin  Azərbaycanın  milli 

dövlətçiliyi tarixində müstəsna əhəmiyyə 



— 60 — 


Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə