Mundəricat I böLMƏ. Konstitusiya hüququnun ümumnəzəri



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə19/237
tarix15.03.2018
ölçüsü5,1 Mb.
#32102
1   ...   15   16   17   18   19   20   21   22   ...   237

ti  nəzərə  alınaraq,  kütləvi  informasiya  vasitələrində 

Konstitusiyanın  mahiyyətini  işıqlandıran  materialların  dərc 

olunması,  elm  və  təhsil  müəssisələrində  hər  il 

Konstitusiyanın  öyrənilməsi  və  izahı  ilə  bağlı  elmi-nəzəri 

konfransların və digər tədbirlərin keçirilməsi nəzərdə tutulur. 

Bütün  bunların  nəticəsində  konstitusiyanın  yalnız  ona 

məxsus  olan  xüsusiyyətləri  aşkara  çıxır.  Bu  xüsusiyyətlər 

konstitusiyanı başqa hüquqi aktlardan fərqləndirən meyarları 

özündə əks etdirir və ona yüksək status verilməsinin səbəbini 

təşkil  edir,  konstitusiyanın  hüquqi  müdafiəsi  üçün  fərqli 

hüquqi  rejimin  təsbit  edilməsinə,  ona  xüsusi  diqqət 

yetirilməsinə  səbəb  olur.  Harada  qəbul  olunmasından  asılı 

olmayaraq, konstitusiyalarda az-çox dərəcədə əks olunan bu 

xüsusiyyətlərə aşağıdakılar aiddir: 

1)

 

Konstitusiyanın xüsusi subyekt - xalq tərəfindən qəbul 



edilməsi. Qeyd etmək lazımdır ki, konstitusiya digər üsullarla 

da  qəbul  olunur.  Konstitusiya  xalq  tərəfindən  qəbul  olunsa 

da,  bəzən  yuxarıdan  (mütləq  monarxiyalarda)  bir  növ 

bağışlanılır. Lakin bu istisnadır və demokratik konstitusiyalar 

üçün xarakterik deyildir. 

2)

 



Konstitusiyanın  təsisedici  xarakterə  malik  olması. 

Konstitusiyalar cəmiyyət, dövlət və şəxsiyyət arasındakı əsas 

əlaqələrin  özəyini  qurur.  O,  əsas  sosial-siyasi  institutlara 

verilən  tələbləri  müəyyən  etməklə  onları  formalaşdırır  və 

bununla  da,  belə  demək  mümkünsə,  bütün  sistemin  əsasını 

təşkil  edir.  O,  qanunvericilik  sisteminin  yaradılması  və 

dəyişdirilməsi qaydalarını, onun məzmununu müəyyən edir. 

Bir 


sözlə, 

konstitusiya  mövcud  sistemin  ən  əsas 

xüsusiyyətlərini müəyyən etməklə sistemin necə olduğunu və 

necə olmalı olduğunu ortaya qoyur. 



— 61 — 


3)

 

Konstitusion 



nizamasalmanın 

hərtərəfliliyi. 

Göstərildiyi kimi, Konstitusiya çox geniş və mürəkkəb olan 

sosial-siyasi sistemin əsaslarını müəyyənləşdirir. Aydındır ki, 

bir sahəni əhatə etməklə konstitusiya bütün sistemi müəyyən 

edə bilməz. Onun bir norması bəzən bir neçə sahə üçün çıxış 

nöqtəsi  rolunu  oynayır.  Məsələn,  mülkiyyət  hüququ  bütün 

iqtisadi  sistem  üçün  müstəsna  əhəmiyyətə  malik  olmaqla 

onun çıxış nöqtəsini təşkil edir. Seçki sistemi siyasi sistemin 

əsasını  təşkil  edən  çox  mühüm  elementlərdən  biridir.  Elə 

buna görə də konstitusion normalar bir çox hallarda konkret 

olmur və aid olduğu məsələnin ən  əsas tərəflərini müəyyən 

edir. 

4)

 



Bu 

xüsusiyyətlərdən 

konstitusiyanın 

hüquqi 


xüsusiyyətləri 

törəyir. 

Bu 

hüquqi 


xüsusiyyətlərə 

konstitusiyanın  aliliyi,  xüsusi  müdafiə  rejimi  və  s.  aiddir. 

Konstitusiyanm aliliyi onun normalarının bütün normalardan 

üstün 


hüquqi 

qüvvəyə 


malik 

olması 


deməkdir. 

Konstitusiyanm  müdafiəsi  digər  normaların  müdafiəsindən 

bir  qədər  fərqlidir.  Onun  müdafiə  rejimi  xüsusilə  ciddi 

qaydalar  nəzərdə  tutur.  Belə  ki,  konstitusiyanm  qəbulu  və 

dəyişdirilməsinin, ona əlavələr edilməsinin xüsusi qaydaları 

vardır. Konstitusiyanm aliliyinin təmin olunması üçün xüsusi 

olaraq  yaradılan  konstitusion  orqan  -  Konstitusiya 

Məhkəməsi  bütün  qanunvericilik  sisteminin,  konstitusiya 

hüquq 

münasibətlərinin 



subyektlərinin 

fəaliyyətinin 

konstitusiyaya uyğunluğuna nəzarət edir. 

Konstitusiyanm  yuxarıda  göstərilən  xüsusiyyətlərindən 

doğan  ayrıca  hüquqi  xassələri  də  mövcuddur.  Bunlara 

legitimlik, reallıq və stabillik xassələri aiddir. 

Konstitusiyanm legitimliyi dedikdə aşağıdakılar nəzərdə 

tutulur: 

— 62 — 



1.

 

Konstitusiyanın 



xalq 

tərəfindən 

seçilmiş 

ali 


nümayəndəli hakimiyyət orqanı tərəfindən qəbul edilməsi. 

2.

 



Ümumxalq  səsverməsi  (referendum)  yolu  ilə  qəbul 

edilməsi (Azərbaycan Respublikasının Konstitusiyası). 

3.

 

Xüsusi təsis yığıncağı tərəfindən qəbul edilməsi. 



Konstitusiyanın reallıq xassəsinə aşağıdakılar daxildir: 

1.

 



Konstitusiya  müddəalarının  nizama  saldığı  ictimai 

münasibətlərin xarkterinə uyğun gəlməsi. 

2.

 

Konkret tarixi şəraitdə tarixi, siyasi, etnoqrafik, iqtisadi 



xüsusiyyətlərin nəzərə alınması. 

3.

 



Konstitusiya 

müddəalarının 

sosial 

nəticələrini 



əvvəlcədən görmək (məqsəd və nəticə). 

4.

 



Konstitusiyanın real təminat verməsi. 

Qeyd 


etdiyimiz 

kimi. 


Konstitusiyanın 

hüquqi 


xassələrindən  biri  də  onun  stabilliyidir.  Konstitusiya  uzun 

müddət  üçün  nəzərədə  tutulan  normativ  hüquqi  sənəd 

olduğuna  görə 

0

,  konstitusion  tənzimləmənin  obyekti  olan 



ictimai  münasibətlərə  məqsədyönlü  təsir  etməlidir.  Bunun 

üçün cəmiyyətdə aşağıdakı şərtlərin olması zəruridir: 

1.

 

Qanunçuluq rejiminə ciddi əməl olunmalıdır. 



2.

 

Hər  hansı  hüquq  pozuntusuna  qarşı  dözümsüzlük 



tərbiyə edilməlidir. 

3.

 



Konstitusiyanın 

səmərəli 

müdafiə 

mexanizmi 

olmalıdır. 

§ 3. Konstitusiyanın hüquqi qüvvəsi 

Konstitusiyanın  hüquqi  qüvvəsi  məsələsi  son  illər 

konstitusiya  hüquq  elmində  aktiv  müzakirə  olunan 

məsələlərdən biridir. Bu ondan irəli gəlir ki, konstitusiyanın 

hüquqi  qüvvəsi  onun  xüsusiyyətlərinə  görə  digər  aktların 

hüquqi  qüvvəsindən  fərqlənir.  Hüquqi  aktların  qüvvəsi 

onların nəyə və necə, hansı dairədə tətbiq olunmasını 

— 63 — 



Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə