Mundəricat I böLMƏ. Konstitusiya hüququnun ümumnəzəri



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə20/237
tarix15.03.2018
ölçüsü5,1 Mb.
#32102
1   ...   16   17   18   19   20   21   22   23   ...   237

ifadə edir. Hüquq normaları bir sistem olduğuna görə onların 

tətbiqi  və  hüquqi  qüvvəsi  də  bir-birindən  asılıdır.  Elə  buna 

görə  də  hüquqda  birbaşa  hüquqi  qüvvə  və  dolayı  hüquqi 

qüvvə  anlayışları  vardır.  Bir  qayda  olaraq,  aktlar  birbaşa 

hüquqi  qüvvəyə  malikdir.  Birbaşa  hüquqi  qüvvə  onu  ifadə 

edir  ki,  aktın  nəzərdə  tutulmuş  fakta  tətbiqi  üçün  başqa  bir 

akta ehtiyacı yoxdur və özü konkret hala təsir edə bilər. Başqa 

sözlə, birbaşa hüquqi qüvvədə hüquqi nizamasalma, sadəcə, 

aktın öz gücü, öz imkanları hesabına həyata keçirilir. Dolayı 

hüquqi  qüvvə  isə,  əksinə,  onu  ifadə  edir  ki,  aktın  nəzərdə 

tutulmuş  konkret  hala  tətbiqi  üçün  başqa  hüquqi  akt  da 

olmalıdır 

və 

həmin 


akt 

olmadan 


onun 

tətbiqi 


qeyri-mümkündür.  Burada  aktın  realizə  olunması  bir  başqa 

aktla  şərtləndiyinə  görə  ona  dolayı  hüquqi  qüvvə  deyilir. 

Dolayı  hüquqi  qüvvəsi  olan  akt  ortaya  çıxmış  konkret  halı 

tənzimləmək üçün bir başqa aktın olmasını tələb edir. Lakin 

burada  aktın  dolayı  hüquqi  qüvvəsi  ilə  fərdi  hüquqi 

tənzimləməni qarışdırmaq olmaz. Ümumiyyətlə, bütün hüquq 

sistemi reallığa iki cür təsir edir: 1) normativ nizamasalma; 2) 

fərdi  hüquqi  nizamasalma.  Fərdi  hüquqi  nizamasalma 

hüququn tətbiqi prosesinə aid olub, aktın hüquqi qüvvəsindən 

asılı  deyil  və  bir  çox  hallarda  tətbiq  olunur.  Fərdi  hüquqi 

nizamasalma  mərkəzləşdirilmiş  qaydada,  yalnız  dövlət 

orqanları  tərəfindən  həyata  keçirilə  və  ya  fərdlərin  özləri 

tərəfindən  realizə  oluna  bilər.  Məsələn,  əmək  müqaviləsi, 

mülki  müqavilə  fərdlərin  özləri  tərəfindən  həyata  keçirilən 

fərdi  hüquqi  nizamasalma  vasitəsidir.  Fərdi  hüquqi 

nizamasalma  vasitəsi  qanunun  tələblərini  reallığa  çevirmək 

üçün  baş  vermiş  faktı  incəliklərinə  qədər  tənzim  edən 

hüququn  tətbiqi  mərhələsidir.  İstənilən  məhkəmə  qərarı, 

hökmü fərdi hüquqi tənzimləmə vasitəsidir. 

— 64 — 



Dolayı  hüquqi  qüvvəyə  malik  olan  aktın  realizə  olunmaq 

üçün  fərdi  hüquqi  nizamasalmaya  deyil,  normativ  hüquqi 

nizamasalmaya  ehtiyacı  olur.  Başqa  sözlə,  dolayı  hüquqi 

qüvvəyə  malik  aktın  -  qanunun  tətbiq  olunması  üçün 

sərəncam,  əmr  verilməmişdən  əvvəl  (fərdi  hüquqi 

nizamasalma vasitəsi) mütləq başqa bir normativ hüquqi akt 

verilməlidir. 

Artıq qeyd etdiyimiz kimi, bütün hüquqi aktlar, bir qayda 

olaraq,  birbaşa  hüquqi  qüvvəyə  malik  olur.  Dolayı  hüquqi 

qüvvəyə malik olma müxtəlif səbəblərdən törəyir. Bura aktın 

özündən,  xarakterindən  doğan  obyektiv  səbəb  və  onun 

hazırlanması  zamanı  yol  verilən  nöqsanlar  aiddir.  Aktın 

hazırlanmasında baş verən nöqsan, adətən, onda ifadə olunur 

ki,  akt  nizama  salınan  vasitəni  hərtərəfli  və  kifayət  qədər 

dəqiq nəzərdə tutmur və nəticədə həyatda yaranmış konkret 

hala tətbiq oluna bilmir. Başqa sözlə, akt 

0

 qədər ümumiliyə 



malik olur ki, bu ümumilikdən çıxış edərək konkret həyati hal 

haqqında heç bir real qərar qəbul etmək olmur və ya bir-birinə 

zidd  ola  bilən  bir  neçə  qərar  qəbul  edilir.  Bu  zaman  aktın 

özünün təbii çatışmazlıqları ucbatından onu təfsir yolu ilə də 

konkretləşdirmək  mümkün  olmur  və  ya  təfsir  yolu  ilə 

konkretləşdiril-  dikdə,  qanundan  çox  kənara  çıxma  və  yeni 

norma, ona zidd göstəriş yaratma təhlükəsi ortaya çıxır. Bir 

sıra  hallarda  akt  özünün  xüsusiyyətinə  görə  bu  cür  birbaşa 

tətbiq  olunmaya  imkan  vermir.  Adətən,  bu  hal  hüquq 

iyerarxiyasında pillənin daha yuxarı mövqelərində qərar tutan 

aktlarda baş verir. Belə aktlarda məsələnin ən vacib tərəfləri 

nəzərə alınaraq müəyyən hal tənzim olunur, lakin sonradan bu 

cür  hallar  reallıqda  o  qədər  konkret  özünəməxsusluqlara, 

incəliklərə  malik  olur  ki,  qanunun,  sadəcə,  əsaslan 

tənzimləyən, ümumi tərəfləri müəyyən edən 

— 65 — 



normasını  nəzərə  almaqla  məsələni  həll  etmək  qeyri- 

mümkün olur və probelmin həllinin daha da dəqiqləşdirilmiş 

vasitələrini  özündə  nəzərdə  tutan  yeni  normaya  ehtiyac 

yaranır. Bir qayda olaraq, bu cür problemlər əsas qanunlarda - 

konstitusiyalarda 

yaranır. 

Azərbaycan 

Respublikası 

Konstitusiyasının  35-ci  maddəsi  (əmək  hüququ)  birbaşa 

tətbiq  oluna  bilər.  Lakin  56-cı  maddənin  (seçki  hüququ) 

birbaşa  tətbiq  olunması  problem  məsələdir,  çünki  seçki 

qanunu, seçki prosesi olmadan kimsə kiməsə səs versə belə 

(birbaşa hüquqi qüvvə normanın konkret hala heç bir vasitəçi 

olmadan  tətbiqini  tələb  edir),  onun  nəticələri  barədə  nəsə 

demək  qeyri-mümkün  olacaqdır.  Bunun  üçün  seçki  qanunu 

qəbul edilməli və orada da kimin kimə, hansı şərtlərlə və necə 

səs verə biləcəyi və s. müəyyənləşdirilməlidir. 

Azərbaycan  Respublikası  Konstitusiyasının  147-ci 

maddəsinə  görə,  konstitusiya  Azərbaycan  Respublikasında 

ən  yüksək  və  birbaşa  hüquqi  qüvvəyə  malikdir.  Bu  o 

deməkdir  ki,  heç  bir  akt  konstitusiyaya  zidd  ola  bilməz  və 

konstitusion müddəalar birbaşa praktikada tətbiq edilir. Yəni 

hər  hansı  qanunun  olub-olmamasından  asılı  olmayaraq, 

vətəndaş konstitusion normaların realizə edilməsini tələb edə 

bilər. Konstitusiyanın əsas normaları birbaşa tətbiq olunmaq 

imkanına  malikdir.  Burada  isə  əsas  problemlərdən  biri 

norma-prinsiplərin birbaşa təsbit olunmasıdır. 

Konstitusiyanın 

birbaşa 

tətbiqində 

məhkəmə 

hakimiyyətinin  rolu  xüsusilə  yüksəkdir.  Məhz  məhkəmə 

pozulmuş  hüquq  və  azadlıqlan  müdafiə  edir  və  hüququn 

tətbiqi ilə də ən çox elə o məşğuldur. 



— 66 — 


Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə