Xalqın konstitusiyada təsbit olunan daha bir əlaməti onun
vahidliyidir. Xalqın vahidliyi hüquqi əlamət olmaqla
gündəlik mətbuatda işlədilən birlik, vahidlik anlayışından
fərqlənir. Əgər tarixi-siyasi proseslərdə xalqın vahidliyi
yüksək həmrəylik səviyyəsi ilə müşahidə olunursa, hüquqi
mənada xalqın vahidliyi bundan asılı deyildir. Hüquqda
xalqın vahidliyi vətəndaşların hüquqi statusunun əsaslarının -
konstitusion hüquqi statusunun, hamı üçün eyniliyi hesabına
təmin edilir. Xalq vətəndaşların məcmusu kimi başa
düşüldüyündən, xalqın vahidliyi də ilk öncə vətəndaşları
bir-biri ilə əlaqələndirən, onları ümumiləşdirən müəyyən
hüquqi kateqoriya vasitəsilə realizə oluna bilər. Çoxsaylı
mürəkkəb hüquq münasibətləri fövqündə bir-birindən
fərqlənən sahə hüququ statuslarından kənarda belə vahidliyin
yeganə təmin edilmə vasitəsi konstitusion hüquqi statusdur.
Konstitusion hüquqi status şəxsiyyətin hüquqi statusunun
əsaslarını təşkil edir və məhz o, konkret münasibətlərdə
tutduğu mövqedən asılı olmayaraq, bütün vətəndaşlarda
bərabərdir, fərqlənmir. Məhz konstitusion status vətəndaşlara
hüquqi mənada xalq kimi baxmağa imkan verir. Çünki
sosial-demoqrafık əlamətlərin əhəmiyyət daşımadığı bir
hüquqi anlayışda sırf praktik nöqteyi-nəzərdən vahidliyi
təmin edə bilən yeganə faktor hüquqi statusun eyniliyidir.
Vahidlik istənilən xalqın əlamətidir. Dil, mədəniyyət, milli
şüur ümumiliyi xalqı birləşdirən, onu bütöv kimi
formalaşdıran amillərdir. Aydındır ki, hüquqi mənada da xalq
vahid olmalıdır. Xalq anlayışı bilavasitə coğrafi ərazi ilə sıx
bağlıdır. İstənilən xalqın vahid, bütöv bir etnos kimi özünü
dərk etməsində milli şüur, dil, mədəniyyətlə yanaşı, tarixi
ərazi də mühüm əhəmiyyətə malikdir və xalqın uzun əsrlər
boyu fi- ziki-ruhi baxımdan bütövlüyü, onun kompakt bir
ərazidə
— 73 —
yaşaması hesabına də təmin edilir. Aydındır ki, ərazi xalq
üçün xüsusi əhəmiyyətə malik olan bir amildir və xalqın
tarixi onunla əlaqəlidir. Onun üçün də konstitusiyanın xalqın
vahidliyini əks edirən 5-ci maddəsinin II hissəsində birbaşa
göstərilir ki, «Azərbaycan Respublikası bütün Azərbaycan
Respublikası vətəndaşlarının ümumi və bölünməz vətənidir».
Bu vətənin qorunmasında hamı eyni dərəcədə dövlət və xalq
qarşısında borcludur və hamının da bu torpağa eyni dərəcədə
haqqı vardır. Xalq hakimiyyətinin mənimsənilməsi
konstitusiya ilə qadağan edilir və xalqa qarşı ən ağır cinayət
kimi
müəyyənləşdirilir
(Azərbaycan
Respublikası
Konstitusiyasının
6-cı
maddəsi).
Hakimiyyətin
mənimsənilməsi o deməkdir ki, artıq hakimiyyət təyinatı üzrə
deyil, şəxsi və qrup mənafelərinin realizə olunması üçün
istifadə edilir. Bu isə həm dövlətin, həm də xalqın
mənafelərinə ziddir və ciddi mənfi nəticələr yaradır. Bu
norma müəyyən edilərkən konstitusiya tarixən özünü təsdiq
etmiş belə bir aksiomdan çıxış edir ki, hakimiyyəti
mənimsəmə yalnız fərdin, qrupun öz mənafeləri naminə
həyata keçirilir və bunun üçün bir çox hallarda hakimiyyəti
mənimsəyən fərd və ya qrup birbaşa qeyri-konstitusion
üsullara əl atır (silah tətbiqi, konstitusion hakimiyyətin
devrilməsi). Bundan sonra hakimiyyət özgələşir və dövlətlə
xalq arasında böyük sosial dəyişmələrə aparan qarşıdurma
yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
275-ci (Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən
və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə
tutulmuş digər silahlı birləşmələrdən Azərbaycan xalqına və
konstitusiyah dövlət orqanlarına qarşı istifadə etmə) və
278-ci maddələri (hakimiyyəti zorla ələ keçirmə və ya onu
zorla saxlama) bilavasitə hakimiyyətin mənimsənilməsinə
qarşı yönəlmişdir.
— 74 —
§ 2. Dövlətin əsasları
Dövlət siyasi sistemin əsas ünsürlərindəndir. Dövlətlə
bağlı konstitusiyalarda nəzərdə tutulan normalar təkcə onunla
şəxsiyyət arasındakı əlaqələri xarakterizə etmir. Bu normalar
eyni zamanda dövlətin öz quruluşunu, idarəetmə formasını,
onun digər xarakterik xüsusiyyətlərini müəyyən edir. Bu cür
normalar dövləti xarakterizə etsə də, əslində bu normalar
onun cəmiyyət və şəxsiyyətlə qarşılıqlı münasibətlərini
dolayı da olsa səciyyələndirir. Bu da ondan irəli gəlir ki,
dövlət, cəmiyyət və şəxsiyyət aynimazdır və dövlətin bir çox
keyfiyyətləri məhz cəmiyyətə və şəxsiyyətə münasibət
üzərində müəyyənləşir. Məsələn, despotik dövlətlərdə dövlət
hakimiyyəti xalqdan özgələşir və xalqa qarşı çevrilir. Hüquqi
dövlətdə isə, əksinə, şəxsiyyətin hü- quqlan təmin olunur,
qanunun aliliyi tanınır. Göründüyü kimi, hər iki halda dövlət
xalq və şəxsiyyət kateqoriyası nəzərə alınmaqla
qiymətləndirilir. Bunlardan kənarda dövlət anlayışı
düşünülməzdir. Ona görə də konstitusiyalann bir çoxunda
dövlətin keyfiyyət əlamətləri, məhz həmin dövləti xarakterizə
edən əlamətlər öz əksini tapır. Bu əlamətlər dövlətin öz
quruluşunu birbaşa əks etdirir və onun şəxsiyyət və
cəmiyyətlə əlaqələrinin ümumi əsaslarını dolayısı ilə də olsa
göstərir. Məsələn, demokratiklik əlaməti Azərbaycan
Respublikası Konstitusiyasının 7-ci maddəsində dövləti
xarakterizə edən əlamət kimi göstərilir. Lakin aydındır ki,
demokratiyanın şəxsiyyətin hüquqi statusuna birbaşa
aidiyyəti var və dövlət özünün demokratik olmasını
göstərməklə həm də dolayı yolla şəxsiyyətlə onun arasında
qurulacaq əlaqələrin ümumi prinsipini müəyyən etmiş olur.
Konstitusiyanın 7-ci maddəsinin «Azərbaycan dövləti»
adlanmasma baxmayaraq, II fəsildə əks olunan
— 75 —
Dostları ilə paylaş: |