raflı işlənmiş və ona müxtəlif münasibətlər əks olunmuşdu.
Qədim dövr Yunanıstanı üçün demokratiyanın dövlət
idarəetmə forması kimi nəzərdən keçirilməsi xarakterik idi.
Qədim yunan müəllifləri tərəfindən (Aristotel, Platon)
demokratiya dövlətin idarəetmə forması kimi həmişə 3 əsas
idarəetmə formasından biri hesab edilirdi (aristokratiya,
demokratiya, oliqarxiya). Aristotel ənənəsinin təsiri altında
dövlət idarəçilik formalannı düzgün və yanlış formalara bölür
və demokratiyanı da bu aspektdən qiymətləndirirdilər.
Demokratiya anlayışında həmişə xalq kütlələri, çoxluq və
bərabərlik nəzərə alınmışdır. Herodot demokratiyanı
bərabərliyə əsaslanan dövlət hesab edirdi. Fukidid hesab
edirdi ki, demokratiya vətəndaşların azlığına deyil,
çoxluğuna əsaslanır. T.Hobbsun fikrincə, demokratiya elə
dövlət formasıdır ki, burada ali hakimiyyət istisnasız olaraq
bütün vətəndaşlara məxsusdur. Ş.L.Mon- teskyönün fikrincə,
respublikada hakimiyyət xalqa məxsus olan zaman
demokratiya da mövcud olur.
Demokratiyaya heç də bütün mütəfəkkirlərin münasibəti
müsbət olmamışdır. Qədim dövrdə Sokrat, yeni dövrdə isə
Çörçil demokratiyanı optimal idarəetmə kimi qəbul
etmirdilər. Hazırda demokratiya müxtəlif mənalarda işlədilən
bir anlayışdır. Onun konkret olaraq sərhədlərini müəyyən
etmək qeyri-mümkündür. Bununla belə, bu anlayışın əsas
prinsipləri işlənib hazırlanıb və dünya dövlətlərinin
praktikasında tətbiq olunur. Əsas demokratiya prinsiplərinə
aşağıdakılar aid edilir:
1)
Xalq
hakimiyyətinin,
xalqın
suverenliyinin
tanınması. Bu prinsipə görə, hakimiyyətin mənbəyi xalqdır
və dövlət bu hakimiyyəti xalqın mənafeyi naminə həyata
keçirir. Xalq suverenliyin daşıyıcısı kimi öz dövlətinin
taleyini özü həll edir.
— 79 —
2)
Əsas dövlət orqanlarının seçkili olması. Dövlətin əsas
orqanları (qanunverici, icra) xalq tərəfindən seçilir və xalqdan
mandat almayan (təyin olunan) bütün digər orqanlar seçkili
orqanların nəzarəti altında olur.
3)
Dövlət
idarəetməsində
vətəndaşların
hüquq
bərabərliyi. Bütün vətəndaşlann dövlətin idarə olunmasında
hüquqları bərabərdir. Hakimiyyət açıq sistemdir və hər bir
kəs qanunla müəyyən edilmiş tələblərə cavab verdiyi təqdirdə
bilavasitə dövlətin idarə olunmasında, hakimiyyətin realizə
edilməsində iştirak edə bilər (Azərbaycan Respublikası
Konstitusiyasının 55-ci maddəsi).
4)
Əsas qərarların çoxluq tərəfindən qəbul edilməsi.
Çoxluq kifayət qədər nisbi anlayışdır. Əsas məsələ qərarların
qəbulu zamanı maksimum konsensusa nail olunmasıdır.
Çoxluq referendumda iştirak edən geniş xalq kütlələrindən
tutmuş, qanunverici orqanla məhdudlaşana qədər ən müxtəlif
saylı şəxsləri əhatə edir. Qərarlar bilavasitə çoxluğun
iradəsilə qəbul edilməli və xalqın fikrini, iradəsini ifadə
etməlidir.
Demokratiya müxtəlif ölkələrdə fərqli şəkillərdə inkişaf
etmişdir. Demokratiyanın formalaşmasına milli dövlətçilik
ənənələri, milli şüur və s. faktorlar təsir edir. Bir sıra hallarda
demokratiya müxtəlif nəzəriyyələrlə birləşdirilmiş və
özünəməxsus hibrid yaradılmışdır. Bu xüsusilə də müəyyən
ideologiyanı rəsmən qəbul edən dövlətlərə aiddir. Vaxtilə
Sovet İttifaqında mövcud olan sosialist demokratiyası, bir
sıra islam dövlətlərində islam demoki'atiyası və s. buna misal
ola bilər. Demokratiya ilə bağlı vahid anlayış yoxdur. Bu
anlayış dövlət formasını, rejimini, hüquqa münasibəti və s.
məsələləri də özündə ehtiva edir. Bəzən demokratiyaya
fərdlərin, xalqın səsvermədə etimadını qazanmaq üçün
rəqabətə əsaslanan idarəetmə forması ki
— 80 —
mi anlayış da verilir. Lakin yuxanda göstərildiyi kimi,
demokratiya tarixən dəyişmiş və inkişaf etmişdir. Buna görə
də demokratiyadan danışarkən demokratiya haqqında tam
təsəvvürün formalaşması üçün onun tarixi inkişafda keçdiyi
yolu
da
bilmək
lazımdır.
Demokratiya
realizə
xüsusiyyətlərinə görə tarixi inkişafda aşağıdakı növlərə
bölünür:
1)
ibtidai demokratiya;
2)
hərbi demokratiya;
3)
antik demokratiya;
4)
yeni dövrün klassik demokratiyası;
5)
müasir demokratiya.
Nəzərə almaq lazımdır ki, bu bölgü şərtidir və tarixi-
xronoloji
ardıcıllığı
deyil,
demokratiyanın
özünün
inkişafındakı xüsusiyyətlərə görə ardıcıllığı əks etdirir.
Demokratiya heç də hər yerdə bu sxemdə göstərilən ardıcıllıq
üzrə inkişaf etməmişdir. Qədim yunanlarda antik
demokratiya mövcud olan zaman Şərqi Sibirdə və bir çox
türk xalqlarında onların məişətinə, həyatına uyğun olaraq
hərbi demokratiya hökm sürürdü. Qərb ölkələrində artıq
müasir klassik demokratiya intişar tapdığı vaxt bir çox şərq
ölkələrində bu ideyalar hələ yeni-yeni əmələ gəlirdi.
İbtidai demokratiya ilkin demokratiya forması hesab
olunur. Bu dövrdə, yəni qəbilə icması dövründə şəxsiyyətin,
ümumiyyətlə, bir fərd kimi özünü icmadan ayırma- ması,
izafi məhsulun olmaması və kollektiv əməyin zəruriliyi bütün
icma üzvlərini icmanın idarə olunmasında da bərabər edirdi.
Hər bir icma üzvü icmanın işlərində və onun idarə
olunmasında aktiv, bərabər şəkildə iştirak edirdi və icma da
elə bu şəxslərin əlaqələri üzərində qurulurdu. İcmanın
bütövlüyü, əmək bölgüsünün olmaması, xüsusi mülkiyyətin
və izafi məhsulun olmaması ibtidai demokratiyanın
mövcudluğunu saxlayan əsas amillər idi.
— 81 —
Dostları ilə paylaş: |