Mundəricat I böLMƏ. Konstitusiya hüququnun ümumnəzəri



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə24/237
tarix15.03.2018
ölçüsü5,1 Mb.
#32102
1   ...   20   21   22   23   24   25   26   27   ...   237

hər  bir  norma  dövlətin  əsaslarını  ifadə  edir.  Bütün  digər 

normalar  7-ci  maddəyə  münasibətdə  dəqiqləşdirilir  və  on- 

lann  əsasları  7-ci  maddədə  ümumi,  yığcam  şəkildə  əks 

olunur.  Dövlətin  əsasları  cəmiyyət  həyatının  ən  əsas 

sahələrinə  dövlət  münasibətini  və  onun  siyasətini  nəzərdə 

tutur.  Cəmiyyət  bir  vahiddir  və  onun  bir  çox  ünsürləri  bir- 

birilə  sıx  bağlıdır.  Buna  görə  Konstitusiyada  təsbit  olunan 

nonnalar  da  bir-biri  ilə  sıx  bağlıdır  və  onların  aid  olduğu 

konkret  sferanın  digər  həlqələri  ilə  əlaqəli  olduğu  nəzərə 

alınmalıdır. Bəzən də eyni bir sahə ilə bağlı bir çox normalar 

nəzərdə  tutulur.  Bu  da  ondan  irəli  gəlir  ki,  sahə  daxilində 

bir-birindən  kəskin  fərqlənən  və  dövlət  üçün  əhəmiyyətə 

malik 

müəyyən 


ünsürlər 

mövcuddur. 

Bunların 

konstitusiyalarda  ayrıca  təsbit  olunması  bu  ünsürlərin 

xüsusiyyətlərinin  nəzərə  alınması  zərurətindən  doğur. 

Məsələn,  Azərbaycan  Respublikasının  Konstitusiyasında 

dövlətin iqtisadi əsaslan ilə bağlı 13-cü, 14-cü, 15-ci, 19-cu 

və 


20-

 

ci  maddələri,  dövlətin  sosial  əsasları  ilə  bağlı  isə 



Konstitusiyanın  16-cı,  17-ci,  18-ci  maddələrini  göstərmək 

olar.  Nəzərə  almaq  lazımdır  ki,  bu  əsaslar  bir-biri  ilə  sıx 

bağlıdır  və  onlar  eyni  zamanda  həyatın  bir  çox  başqa 

sahələrinin  də  əsaslarını  müəyyən  edir.  Məsələn,  dövlətin 

sosial  əsaslan  həm  də  din  vasitəsilə  cəmiyyətdəki  mənəvi 

sahəyə 


müdaxilə 

edir 


(Azərbaycan 

Respublikası 

Konstitusiyasının  18-ci  maddəsi).  Burada  təhsillə  bağlı 

norma da vardır, çünki təhsil mənəvi biliklərin formalaşması 

ilə sıx bağlıdır. 

Konstitusiyanın 

bu 

fəslində 



dövlətin 

atributiv 

əlamətlərindən biri olan ərazinin də rejimi müəyyənləşdirilir, 

dövlətin siyasi-hüquqi əsasları (7-ci, 8-ci, 9-cu, 10-cu, 12-ci, 

21-

 

ci,  22-ci,  23-cü  maddələr)  göstərilir.  Bu  əsaslarda  təş- 



kilati-hüquqi və siyasi məsələlər müəyyənləşdirilir. 

— 76 — 


Nəzərə  almaq  lazımdır  ki,  dövlətin  istənilən  hər  hansı 

normativ  hüquqi  aktda  təsbit  olunan  əsasları,  onların 

məzmunu və konstruksiyası inkişafın təsiri altında dəyişir və 

dövrün  tələblərini  əks  etdirir.  Məsələn,  sosializm 

quruluşunun  intensiv  inkişaf  etdiyi  və  «kulminasiya 

nöqtəsi»nə  çatdığı  zaman  qəbul  olunan  sosialist 

konstitusiyalarında 

dövlətin 

sosial 

əsası 


marksizm 

nəzəriyyəsinə  müvafiq  şəkildə,  lakin  sinfi  aspektdən 

nəzərdən keçirilirdi. 

Qeyd  edək  ki,  dövlət,  cəmiyyət  və  şəxsiyyət  arasındakı 

əlaqələrin 

ən 


əsas 

faktorlarının 

yığcam 

şəkildə 


konstitusiyalarda  nizamlanması  meyli  yalnız  son  illərdə 

müşahidə  olunur.  Buna  qədər  müxtəlif  dövrlərdə  qəbul 

olunmuş  konstitusiyalarda  dövlətin,  cəmiyyətin  və 

şəxsiyyətin  qarşılıqlı  münasibətlərinin  əsas  faktorları, 

parametrləri  vahid  kompleks  kimi  nəzərdən  keçirilmirdi  və 

buna  görə  də  bir-  biri  ilə  əlaqələndirilməmiş  halda 

konstitusiyaların müxtəlif hissələrində təsbit edilirdi. 

Dövlətin  konstitusion  əsasları  bütün  digər  normalara 

münasibətdə ilkindir, çünki üç əsas subyektin  - şəxsiyyətin, 

cəmiyyətin, dövlətin qarşılıqlı münasibətlərinin ən əsas, vacib 

parametrlərini müəyyən edir. Dövlətin əsaslarını şərti olaraq 

aid olduğu sahələrə görə qruplaşdırmaq olar. Belə ki, dövlətin 

əsaslarına  hüquqi-siyasi,  iqtisadi  və  sosial  əsaslar  aiddir. 

Əlbəttə, bu bölgü şərtidir, çünki bütün bu əsaslar bir-birindən 

təcrid olunmamış şəkildə, ayrılmaz əlaqədə mövcuddur. 

Dövlətin  hüquqi-siyasi  əsaslarına  dövlətin  ərazisi  və 

quruluşunu,  dövlətin  başçısı  kimi  prezidenti,  dövlət 

hakimiyyətinin  təşkili  əsaslarını,  əsas  dövlət  təsisatlarından 

biri  kimi  silahlı  qüvvələri,  o  cümlədən  beynəlxalq 

münasibətlərin  prinsiplərini,  dövlətin  ali  məqsədini, 

demokratiyanı, dünyəviliyi, dövlət dilini, paytaxt və rəmzləri 

aid 


— 77 — 


etmək  olar.  Dövlətin  iqtisadi  əsaslanna  mülkiyyəti,  pul 

vahidini, təbii ehtiyatları,  borclara  qoyulan məhdudiyyətləri 

göstərmək  olar.  Dövlətin  sosial  əsaslan  kimi  ailəni,  dini, 

sosial  inkişafı  göstərmək  olar.  Bu  əsaslan  nəzərdə  tutan 

normalar  içərisində  bəziləri  əsas,  digərləri  isə  ona 

münasibətdə  konkretləşdirici  xarakter  daşıyır.  Məsələn, 

Konstitusiyanın  16-cı  maddəsində  dövlətin  sosial  inkişafı 

ümumi şəkildə nəzərdə tutulur, digər normalar isə (17-ci və 

18-ci maddələr) ona münasibətdə dəqiqləşdiricidir. Eləcə də 

15-ci  maddə  dövlətin  iqtisadi  inkişafının  əsaslarını  ümumi 

şəklidə başlıca müddəalarla müəyyən edir, digər normalar isə 

(məsələn,  19-cu  və  20-ci  maddələr)  konkretləşdiricidir. 

Konstitusiyanın  7-ci  maddəsi  isə  bütün  digər  normalara 

münasibətdə əsasdır. 



§ 3. Demokratiklik 

Demokratiya  müasir  dövrdə  siyasi-hüquqi  fikir  tarixinin 

ən əsas ideyalarından biridir. Kökü eramızdan əvvələ gedib 

çıxan demokratiya anlayışı yalnız müasir dövrdə geniş intişar 

tapmış,  konstitusionalizmin  əsas  meyarlanndan  birinə 

çevrilmişdir. Bu anlayışın tarixən məzmunu da inkişaf etmiş 

və  dəyişmişdir.  İlk  dəfə  Fukidid  tərəfindən  işlədilən 

demokratiya aniyışı xalq hakimiyyətini ifadə edirdi (demos - 

xalq, 

kratos-hakimiyyət). 



Qədim  yunan  polislərində 

(şəhərlərində) bütün ictimai işlər xalq yığıncaqlarında və ya 

onların  təşkil  etdikləri  xüsusi  orqanlarda  bilavasitə  əhalinin 

özünün  iştirakı  ilə  həll  edildiyindən,  həmin  dövrdə 

demokratiya  aniyışı  bilavasitə  xalq  yığıncaqları  vasitəsilə 

həyata keçirilən hakimiyyəti - ictimai işlərin azad  yaşlı kişi 

əhali tərəfindən birgə həll edilməsini nəzərdə tuturdu. Qeyd 

etmək lazımdır ki, «demokratiya» anlayışı məhz qədim yunan 

müəlliflərinin əsərlərində ət 

— 78 — 



Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə