MİLLİ GÖRÜŞ
30
fars əfsanələrindən edilən tərcümədən artıq bir şey
deyildir. Lakin Cəmşid
22
, Mənuçehr, Əfrasiyab
və Zərdüşt adlarının yerinə hədisin mövzusu ilə
uyğun gələn adlar, məsələn Adəm, Nuh, İbrahim və
Mühəmməd (ə) qoyulmuşdur.
Nümunə olaraq bunu deyə bilərik ki, Avesta
kitabında bu günün ayinləri barəsində qısa şəkildə
belə deyilir ki, hər bir zərdüşti o gündə yeni və bahalı
paltarlar geyinməli, camaatla görüşə çıxmalı, hədiyyə
verməli, on üç gün işləməməli və “yeddi göy”ün
allahlarını, yaxud “yeddi müqəddəs”i razı salmaq üçün
“həftsin süfrəsi”
23
açmalıdır. Balıq suda yaşayanların
allahının razılığını, su dənizlərin allahının razılığını
və səbzə (bir növ yaşıl quru kişmiş) isə əkin allahının
razılığını təmin edər
24
, çünki bu gün Cəmşid atəşi
yenidən tapmış
25
, Mənuçehr Turanlılarla barışmış və
onlara hökmranlıq etmiş, Əfrasiyab Hindistana qalib
gəlmiş və Zərdüşt isə Əhrimənləri tutub həbs etmişdir.
Qədim fars əfsanələrində və əsatirlərində də
yuxarıdakı mənaya aid müəyyən işarələr verilmişdir
ki, onların mətni yuxarıda İmam Cəfər Sadiq
əleyhissəlama nisbət verilən rəvayətin məzmununa
uyğundur. “İranlıların etiqadı bu idi ki, Xudavənd bu
gündə dünyanı yaratmaqda sərbəst oldu. Müştərini
(Yupiter planetini) yaratdı, Zərdüşt Xudavəndə
minacat müvəffəqiyyətini əldə etdi, Keyxosrov
asimana üruc etdi (yüksəldi). ...
Həmçinin novruzun yaranmasının səbəbi
haqqında deyirlər ki, divan Cəmşidin fərmanı ilə
bir taxt düzəltdi və onu çiyinlərinə götürdülər və
Dəmavənddən Babilə apardılar. ... Bu əmr fərvərdin
ayının ilk günündə oldu. Buna görə də camaat onun
taxtının ətrafında toplandı və hamı dedi: “Bu, yeni bir
gündür”. Cəm buyruq verdi ki, bu gün və ondan sonra
beş gün bayram etsinlər. ...
Farslar fərvərdin bayramı üçün evi təmizləyir,
mərasim keçiriləcək otağı bəzəyir, stolun üstünə su
kuzəsi, güldan və atəş qabı qoyurdular. Atəşi səndəl
ağacı
26
və digər xoşiyli ağaclarla qüvvətləndirirdilər.
Hər bir kəs öz əli ilə atəşə ağac qoymalı və öz
ölülərinin adını saymalı idi. ... Bir-birinin əlinə su
tökər və novruz gününün sübhündə qüsl edərdilər.
Bunun səbəbini belə bilirdilər ki, bir vaxt Cəmşidin
zamanında ölüm-itim olmadığına görə yer üzü
canlılar üçün dar oldu. Xudavənd onu üç dəfə böyütdü
və camaata əmr etdi ki, günahlardan təmizlənsinlər
deyə su ilə qüsl etsinlər. Həmçinin deyirlər ki, bu
gün su mələyi olan Həruzaya bağlı olduğuna görə bu
cəhətdən camaat dan yeri ağararkən quyu suyu ilə
yuyunurdular. Yeni paltar geyinmək, həftsin süfrəsi
açmaq, göyərti və yeddi növ taxıl əkmək bu günün
digər ənənələrindən hesab olunur”.
2. Yuxarıdakı rəvayətdə “And olsun Məkkədəki
Beyti-Ətiqə...” andı İmam Sadiqin dilindən
verilmişdir, halbuki İmam Baqir əleyhissəlamdan
nəql olunan bir rəvayətdə buyurulur: “Allah
məxluqatından istədiyinə and içər, lakin
məxluqatı Ondan başqasına and içə bilməz!”
27
Fiqhdə də icma vardır ki, şəri and yalnız
Xudavəndi-aləmin adı ilə və “Vəllahi, təllahi və
billahi” ləfzləri ilə bağlanır və şərilik qazanır.
3. Bu rəvayətlə əvvəldə qeyd etdiyimiz və İmam
Musa əl-Kazimdən nəql olunan rəvayət arasında
ziddiyyət vardır. Əllamə Məclisi bu ziddiyyəti
yada salmış, lakin bu iki rəvayətdən “şöhrət”
(“məşhurluq”) dəlili ilə Müəllanın rəvayətinə
üstünlük vermişdir
28
. Halbuki bu məqamda
“şöhrət”in şərtləri həqiqət tapmır, çünki:
Əvvələn, rəvayətin məşhurluğu o vaxt
mötəbərdir ki, rəvayət və onun raviləri bütün
mötəbərlik şərtlərini daşımış olsun.
Saniyən, bu rəvayətin məşhurluğu (şöhrəti)
yoxdur. Dəlili də budur ki, Şeyx Tusi, Şeyx Səduq
və onun atası, Əllamə Kuleyni və “Qummilər” kimi
keçmiş alimlərdən heç biri onu qeyd etməmişlər.
Mərhum Məclisi onu adını zikr etmədiyi bir kitabda
tapmış və bu barədə buyurmuşdur: “Bəzi mötəbər
kitablarda gördüm. ...” “Bihar” kitabının özündə
isə bu mövzunun haşiyəsində belə qeyd edilir:
“Müəlla rəvayətində zatən “höcciyyət” (“dəlil
olma”) şərtlərinin olmaması və onun bu rəvayətlə
(İmam Musa əl-Kazimdən nəql olunan rəvayətlə)
ziddiyyətdə olması rəvayətin qüvvət və şöhrəti
üçün heç bir yer buraxmır”
29
. Üçüncüsü, Həzrət
İmam Kazim əleyhissəlam sırf hökmü bəyan
etməklə iktifa etməmiş, əksinə İslam dinində belə
bir bayramın mövcud olmadığı və İslamın da bu
adətin məhvinə iqdam etməsi (təşəbbüs etməsi)
dəlili ilə bu günün böyük tutulmasının haram olması
nəticəsini çıxarmışdır. Buyurmuşdur ki: “Mən bu
bayram haqqında heç bir xəbər tapa bilmədim.
Novruz farsların adətidir və İslam onu məhv
(ləğv) etmişdir. İslamın məhv etdiyi bir şeyi ehya
etməkdən Allaha pənah aparırıq!”
4. Rəvayətin sənədi zəifdir, çünki hədisin
raviləri arasında qulat, müğeyrilər, yalançılar kimi
etimad edilməsi mümkün olmayan şəxslər, yaxud
zəif və məchululhal (vəziyyəti bilinməyən) fərdlər
gözə dəyir. O fərdlər bunlardır: