MİLLİ GÖRÜŞ
34
Birinci hissənin sonunda islami əlamətlər haqqında
bir qədər danışıldığına görə əlamətlərin içində ən parlaq
və möhtəşəmi olan şərafətli ramazan haqqında olan bu
ikinci hissədə onun bəzi hikmətləri zikr ediləcəkdir.
Bu ikinci hissə şərafətli ramazan ayının bir çox
hikmətlərindən doqquz hikməti bəyan edən “Doqquz
nöqtə”dir.
RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ!
“... Ramazan ayı elə bir ay¬dır ki, insanları
hidayət edən və hidayətin və haqla batili bir-
birindən ayır¬manın açıq-aşkar dəlilləri olan
Quran o ayda nazil olmuşdur...”
1
BİRİNCİ NÖQTƏ
Şərafətli ramazan ayının orucu İslamiyyətin beş
əsas qanunlarından (rüknlərindən) biridir. Həm də
İslamiyyətin əzəmətli əlamətlərindəndir.
Şərafətli ramazan ayının orucunun Cənabı-Haqqın
rübubiyyətinə (tərbiyəçiliyinə), insanın ictimai və
şəxsi həyatına, nəfsin tərbiyəsinə və ilahi nemətlərin
şükrünə aid olan çoxlu hikmətləri vardır.
Orucun Cənabı-Haqqın rübubiyyətinə aid olan
hikmətlərindən biri də budur ki, Cənabı-Haqq yer
üzünü nemət süfrəsi şəklində xəlq etmiş və bütün
növ nemətləri o süfrədə “min heysu lə yəhtəsib”
(“gözlənilməyən bir yerdən gəlmə”) şəklində düzmüş
və rübubiyyətinin, rəhmaniyyətinin və rəhimiyyətinin
kamilliyini o şəkildə ifadə etmişdir. İnsanlar qəflət
pərdəsi arxasında və digər səbəblər üzündən o
vəziyyətin ifadə etdiyi həqiqəti tam görmür, bəzən isə
unudurlar.
Şərafətli ramazan ayında isə iman əhli intizamlı bir
ordu şəklini alır. Əzəli Sultanın ziyafətinə dəvət edilmiş
bir halda axşama yaxın “Buyurun!” əmrini gözləyirlər
kimi bir növ übudiyyət (bəndəlik) göstərirlər. Bununla
da şəfqətli, əzəmətli və tükənməz rəhmaniyyətə
qarşı intizamlı bir übudiyyətlə (bəndəçiliklə) qarşılıq
verirlər.
Əcəba, bu şəkildə ülvi bəndəçilik və şərəfli lütf
və ehsanda iştirak etməyən insanlar insan adına
layiqdirlərmi?
İKİNCİ NÖQTƏ
Mübarək ramazan ayının orucunun Cənabı-Haqqın
verdiyi nemətlərə görə şükrə aid olan hikmətlərindən biri
budur ki; – Birinci sözdə deyildiyi kimi – bir padşahın
mətbəxindən bir aşpaz gətirdiyi yemək üçün bir qiymət
istər. Aşpaza bəxşiş verildiyi halda, həddən ziyadə
qiymətli olan o nemətləri qiymətsiz zənn edib onu bizə
əta edəni tanımamaq sonsuz dərəcədə bir axmaqlıq
olduğu kimi, Cənabı-Haqq hər növ nemətlərini bəşəriyyət
MİLLİ GÖRÜŞ
35
üçün yer üzündə yaymışdır. Bunun müqabilində isə o
nemətlərin qiyməti olaraq şükr istəyir.
O nemətlərin zahiri səbəbləri aşpaz hökmündədirlər.
O aşpazlara bir bəxşiş veririk. Onlara minnətdar oluruq;
hətta layiq olmadıqları bir çox hörmət və təşəkkürlər
edirik. Halbuki Həqiqi Nemət Verən o səbəblərdən hədsiz
dərəcədə həmin nemətlərə görə şükrə layiqdir. Buna
görə də Ona təşəkkür etmək, həmin nemətləri doğrudan-
doğruya Ondan bilmək, o nemətlərin qiymətini tərif
etmək və o nemətlərə öz ehtiyacını hiss etməklə olur.
Bunun üçün də şərafətli ramazan ayının orucu həqiqi,
xalis, əzəmətli və ümumi bir şükrün açarıdır, çünki digər
vaxtlarda məcburiyyət altında olmayan insanların çoxu
həqiqi aclıq hiss etmədikcə bir çox nemətlərin qiymətini
dərk etmirlər. Bir parça quru çörək tox olan adamlara
– xüsusən də zəngin olarsa, – nemət dərəcəsi kimi
anlaşılmaz. Halbuki iftar vaxtlarında o quru çörək bir
möminin nəzərində çox qiymətli bir ilahi nemət olduğuna
dadbilmə qüvvəsi şahidlik edir. Padşahdan tutmuş ən
fəqirə qədər hər kəs şərafətli ramazan ayında o nemətlərin
qiymətlərini başa düşməklə mənəvi bir şükrə məzhər
olurlar.
Həm gündüz yemək yeməkdən imtina etməklə “O
nemətlər mənim mülküm deyil. Mən bunları yeməkdə
azad deyiləm. Deməli, başqasının malı və nemətidir.
Onun əmrini gözləyirəm”, – deyə neməti nemət bilir.
Mənəvi bir şükr edir.
Bunun üçün də oruc çox cəhətlərdə insanlığın həqiqi
vəzifəsi olan şükrün açarı hökmünə keçir.
ÜÇÜNCÜ NÖQTƏ
Orucun insanın ictimai həyatına aid olan cəhəti ilə
bir çox hikmətlərindən biri də budur ki, insanlar məişət
baxımından müxtəlif surətdə xəlq edilmişlər. Cənabı-
Haqq o fərqliliyə əsasən, varlıları kasıbların yardımına
dəvət edir. Halbuki zənginlər fəqirlərin acınacaqlı aclıq
hallarını orucdakı aclıqla tam hiss edə bilirlər.
Əgər oruc olmasa, bir çox nəfspərəst varlılar ola bilər
ki, aclıq və fəqirliyin nə qədər dərdli olduğunu və onların
şəfqətə nə qədər möhtac olduğunu dərk etməsinlər. Buna
görə insanlıqdakı həmcinsinə şəfqət həqiqi şükrün bir
əsasıdır. Hansı şəxs olursa-olsun, özündən bir qədər də
fərqli daha fəqirini tapa bilər. Ona qarşı şəfqət göstərməyə
məcburdur.
Əgər nəfsinə aclıq dadızdırmaq məcburiyyəti
qarşısında qalmasa, şəfqət vasitəsilə yardım etməyə
mükəlləf olduğu ehsanı və yardımı edə bilməz. Etsə də,
tam (sonadək) etməz, çünki o halı, həqiqətən, özündə hiss
etmir.
DÖRDÜNCÜ NÖQTƏ
Şərafətli ramazan ayının orucunun nəfsin tərbiyəsi
ilə bağlı bir çox hikmətlərindən biri də budur ki, nəfs
özünü azad və sərbəst istər və belə qəbul edər. Hətta
vahiməli bir rübubiyyət və kefi istəyən hərəkəti fitri
olaraq arzu edər. Hədsiz nemətlərlə tərbiyə olunduğunu
düşünmək istəməz. Xüsusən, dünyada sərvət və qüdrət
də olsa, qəflət daha da kömək etmişsə, əldə edəcək
ilahi nemətləri tam qəsbkarcasına və tamahla heyvan
kimi udar.
Buna görə də şərafətli ramazan ayında ən varlıdan
ən kasıba qədər hər kəsin nəfsi başa düşür ki, onun özü
malik (sahibkar) deyil, əksinə başqasının mülküdür,
azad deyil, quldur; əmr olunmazsa, ən adi və ən rahat
bir şeyi də edə bilməz; əlini suya uzada bilməz deyə
xəyali ağalığı sınar, bəndəlik libasını geyinər, həqiqi
vəzifəsi olan şükrə bağlanar.
BEŞİNCİ NÖQTƏ
Şərafətli ramazan ayı orucunun nəfsin tərbiyə və
islah olunmasına və dikbaşcasına davranışlarından vaz
keçməsi yönünə aid olan çox hikmətlərindən biri də budur;
insan nəfsi qəflətlə özünü unudur. Özündə olan hədsiz
acizliyi, sonsuz ehtiyacı və ən üstün dərəcədəki qüsurunu
görə bilmir və görmək istəmir. Həmçinin nə qədər zəif
və zavala məruz qalacaq və müsibətlərə hədəf olacaq, tez
xarab olacaq, dağılacaq ət və sümükdən ibarət olduğunu
düşünə bilmir. Sanki poladdan bir vücudu vardır kimi və
heç ölməyəcək kimi özünün əbədi olduğunu xəyal edərək
dünyaya hücum edir. Şiddətli bir tamah və acgözlüklə,
şiddətli bağlılıq və sevgi ilə dünyaya atılır. Ləzzətli və
mənfəətli olan hər şeyə bağlanır. Həmçinin onu tam
bir şəfqətlə tərbiyə edən Xaliqini unudur. Həmçinin
həyatının nəticəsini və axirət həyatını düşünmür, çirkin
əxlaq içində çabalayır.
Bax, şərafətli ramazan ayındakı oruc ən qafil və
inadcıl insanlara zəifliyini, acizliyini və ehtiyacını hiss
etdirir. Aclıq vasitəsilə mədəsini düşünür, mədəsindəki
ehtiyacını başa düşür. Zəif vücudunun nə dərəcədə çürük
olduğunu xatırlayır. Nə dərəcədə mərhəmətə və şəfqətə
möhtac olduğunu başa düşür. Nəfsin fironluğundan əl
çəkir, əgər qəflət qəlbini pozmamışdırsa, tam bir acizlik
və möhtaclıqla ilahi qapıya sığınmağa bir arzu hiss edir
və mənəvi bir şükr əli ilə rəhmət qapısını döyməyə
hazırlaşır.
ALTINCI NÖQTƏ
Şərafətli ramazan ayının orucunun Quran-kərimin
nazil olması ilə bağlı və şərafətli ramazan ayının Quran-
kərimin ən mühüm nüzul (nazil olma) vaxtı ilə bağlı çox
hikmətlərindən biri də budur ki; Quran-kərim ramazan
ayında nazil olduğu üçün o Quranın nazil olmasına
hazırlaşacaq. O səmavi kitabı gözəl şəkildə qarşılamaq
üçün şərafətli ramazan ayında nəfsin dəyərsiz və
niyyətsiz (məqsədsiz) istəklərindən uzaq ... yemək və
içməkdən çəkinməklə mələktək pak vəziyyətə bənzəmək
... və bir şəkildə o Quranı yeni nazil olan bir şəkildə
oxumaq, dinləmək və ondakı ilahi müraciəti nazil
olduğu zamandakı kimi dinləmək, o müraciəti Rəsuli-
Əkrəmdən (s) eşitdiyi kimi dinləmək, bəlkə, Cənab
Cəbrayıldan, bəlkə də, Mütəkəllimi-Əzəlidən (Əzəli
Danışan) dinləyən bir müqəddəs hala məzhər olur.
Özü tərcüməçilik edib başqasına qulaq asdırmaq, Quranın
nazil olma hikmətlərindən bir dərəcəni göstərməkdir.