MİLLİ GÖRÜŞ
46
onun adi və çılpaq gözlə görünməsinin
mümkünlüyündən qaynaqlanır. Ona görə də,
şəri mətnlərə müraciət etmək lazımdır ki,
daha dəqiq bilək müqəddəs şəriət Ayın Yerin
bir məkanında görünməsinin mümkünlüyünü
yeni ayın başlanması məsələsində digər
məkanlar üçün kifayət bilir, yaxud belə bir
görünməni digər məkanlar üçün mötəbər
bilmir?
Bu sahədə mətnlərin araşdırılmasında
daim alimlər arasında müxtəlif ixtilaflar
yaranmışdır. Bu alimlər arasındakı ixtilafın
sirrinin mətnlərin “insiraf”ı səbəbi ilə olması
mümkündür ki, bu da “digər şəhərdə ayın
görünməsi”
4
cümləsində öz əksini tapmışdır.
Bəziləri deyirlər ki, bu ifadənin mütləq
olması doğrudur. Lakin bu mütləqliyin üfüqi
baxımdan hilalın göründüyü şəhərlə yaxınlığı
olan bir şəhərə insirafı vardır.
Bəziləri isə bu insirafı qəbul etməmiş və
demişlər: “Həmüfüq, yaxud yaxın üfüqlü
şəhərlər olmasa da, “digər şəhər” ifadəsi
digər bir şəhərə şamil edilir, çünki bu ifadə
mütləq olaraq qeydsiz zikr olunmuşdur”.
ŞİƏ ALİMLƏRİNİN GÖRÜŞÜ
Bütün şiə alimləri bu fikirdə ittifaq
edirlər ki, Ayın bir şəhərdə görünməsi yaxın
üfüqlü şəhərlər üçün də kifayət edir, çünki
belə bir vəziyyətdə yaxın üfüqlü şəhərlərdə
Ayın görünməməsinin bir maneədən
qaynaqlanması barədə elm (qəti bilgi) əldə
edilmiş olur. Lakin müxtəlif üfüqləri olan uzaq
şəhərlər barəsində deyilmişdir ki, keçmişdə
alimlər bu məsələni qəbul etməmişlər. Amma
müasir dövrdə alimlərin məşhur rəyi budur ki,
hilalın bir şəhərdə görünməsi o şəhərlə üfüq
fərqi olan digər şəhərlər üçün kifayət etmir və
onu digər şəhərlər üçün şəri ayın başlanğıcı
hesab edə bilmərik. Əlbəttə, bir çox şiə
alimləri və tədqiqatçıları belə inanırlar ki, bir
şəhərdə Ayın görünməsi digər şəhərlər üçün
də kifayət edir. Bu fikri mərhum Əllamə Helli
“Təzkirə” adlı kitabda bəzi alimlərdən nəql
etmiş və özü də “Müntəha” kitabında tam və
açıq şəkildə bu fikri əxz etmişdir. Şəhid Əvvəl
də “Durus” kitabında bu fikri ağlabatan hesab
etmiş, həmçinin mərhum mühəddis Kaşani
də “Vafi” kitabında bu fikri açıq şəkildə əxz
etmiş və bu barədə aşağıdakı rəvayəti qeyd
etmişdir: “Bəsri deyir: “Şaban ayının
29-u hava bizim üçün buludlu olduğu
vaxt ramazan ayının hilalı barəsində
İmam Sadiqdən soruşdum. İmam cavab
verdi: “Hilalı görməmiş oruc tutma. Əgər
digər bir şəhərin sakinləri o gündə Ayın
göründüyünə dair şahidlik etsələr, o günün
orucunu qəza et!”
5
Mərhum Feyz Kaşani bu rəvayətin
haşiyəsində deyir: “İmamın
“Əgər digər
bir şəhərin sakinləri o gündə Ayın
göründüyünə dair şahidlik etsələr, o günün
orucunu qəza et!” – deməsinin səbəbi budur
ki, əgər bir şəhərdə bir fərd ayı görərsə, bu
o deməkdir ki, həqiqətdə min nəfər insan
Ayı görmüşdür. Deyildiyi kimi, zahirən
Ayın göründüyü şəhərin görünməyən şəhərə
nisbətən yaxın, yaxud uzaq olması arasında
heç bir fərq yoxdur, çünki əvvəla təklif
görünmənin mümkünlüyü üzərində yox,
görünmənin özü üzərində bina olunmuşdur.
İkincisi, (şəhərin) yaxın və uzaq olması
ümumi camaat üçün məlum deyil. Üçüncüsü,
ləfz (“digər bir şəhər” ifadəsi) mütləq olaraq
gətirilmiş və “digər şəhər” ifadəsi qeydsiz
zikr olunmuşdur. Bizim müasir fəqihlərimiz
arasında geniş yayılan fikir bu olmuşdur ki,
yaxın üfüqlü, yaxud uzaq üfüqlü şəhər bir-
birindən fərqlənir və bunun ardınca ictihad
vasitəsi ilə uzaq və yaxın olmağın təfsirində də
fəqihlərin kəlamının bir-birindən fərqlənməsi
əsassızdır”
6
.
Mərhum Şərani Feyz Kaşaninin
yazdıqlarını şərh edərək belə deyir: “Şəriət
qəməri ayı görünmənin mümkünlüyü
ilə əlaqələndirmişdir. Gərək diqqət
edək ki, hər bir məntəqədəki ayı həmin
məntəqədə görünmənin mümkünlüyü
ilə
əlaqələndirmişdir,
ya
bütün
məntəqələrdəki ayı hər hansı bir
məkanda görünmənin mümkünlüyü ilə
əlaqələndirmişdir? Şəri dəlillərdən başa
düşdüyümüzə əsasən reallığa yaxın olan
odur ki, görünmə bir məkanda mümkün
olarsa, bütün məntəqələr üçün kifayət edər.
Deməli, əgər hilal bir şəhərdə görünərsə,
digər şəhərlərdə də sübuta yetmiş olur”.
Həmin fikri Şeyx Yusif Bəhrani (h.q.
MİLLİ GÖRÜŞ
47
1107-1186) “Hədaiq” kitabında təsdiq
etmiş, “Cəvahir” kitabının müəllifi (Şeyx
Mühəmmədhəsən) də bu fikrə meyil etmişdir,
baxmayaraq ki, bu fikri qəbul etdiyini izah
etməmişdir. Həmçinin Nəraqi “Müstənəd”
kitabında, Seyid Əbutürab Xansari “Nicatul-
İbad” kitabının şərhində, Seyid Həkim
“Müstəmsik” kitabında bu fikrə meyil etmişlər.
Kitabdakı mətn belədir: “Uzunluq dairəsi
üfüqündə iki şəhərin bərabər olmasının
bilinməsi ilə iki şəhərdən birində hilalın
görünməsinin bəyyinəsinin digər bir şəhər
üçün dəlil olmasında heç bir şübhə yoxdur.
Əgər hilal şərq şəhərlərində görünərsə, bu
halda qərb şəhərləri üçün daha yaxşı bir
yolla sübuta yetmiş olur. Lakin hilal qərb
şəhərlərində görünərsə, rəvayətin mətninin
(“digər şəhər” ifadəsinin) mütləqliyinə
əsaslanmaq uzaq görüş deyil. (Lakin
digər şəhərlərdə görünmədiyi barədə elm
əldə edilməsi istisnadır. Bu vəziyyətdə
hökmi-zahiri üçün heç bir macal qalmır).
Və “insirafi-ləfz” iddiası etmək və onu
iki yaxın üfüqlü şəhərə münhəsir etmək
sübuta yetməmişdir” .
7
Əbülqasım Xoyi “Minhacus-Salehin”
kitabında həmin fikri irəli sürmüş və təsdiq
etmişdir: “Bu fikir (yəni bir şəhərdəki
görünmənin
üfüq
fərqi
olmasına
baxmayaraq, digər bir şəhərdə hilalın
sübuta yetməsi üçün kifayət etməsi fikri)
daha qüvvətli və daha aydın bir fikirdir”
8
.
Mərhum Seyid Mühəmmədbaqir Sədr
“əl-Fətavəl-Vadihə” kitabında bu fikri
bəyənmişdir
9
.
Mərhum Şeyx Kaşifulğita “əl-Firdausul-
Əla” kitabında yazır: “Sual: Əgər asimanda
maneə olmasa, şəhərdəki bəyyinə hilalın
sübuta yetməsi üçün dəlildir, ya yox?
Cavab: Bu sualda bir növ icmal vardır.
Lakin külli (ümumi) qayda budur ki,
bəyyinənin höcciyyətinin (dəlil olmasının)
dəlilləri mütləqdir və onun mövzusu həqiqət
tapdıqdan sonra bəyyinənin uzaq olması,
yaxud onda şəkk edilməməsi ilə müqəyyəd
deyildir. Lakin insanın bəyyinənin səhv
olmasını bilməsi istisnadır. Deməli,
hilalın görünməsi barəsindəki bəyyinənin
şəhərin özündə, yaxud xaricində, şəhərdən
uzaqda və yaxud onun yaxınlığında olması
arasında heç bir fərq yoxdur”.
Digər bir rəy isə bunun kifayət etməməsi
rəyidir. Bu fikrin də tərəfdarları vardır. İmam
Xomeyni bu fikri izah etmişdir. Belə deyir:
“Əgər bir şəhərdə hilal sübuta yetərsə,
lakin başqa bir şəhərdə sübuta yetməzsə,
əgər hər iki şəhər də üfüq baxımından bir-
birinə yaxın olsa, yaxud həmüfüq şəhərlər
olsalar, kifayət edir, əks halda kifayət
etmir”
10
.
SÜNNİ ALİMLƏRİNİN GÖRÜŞÜ
Əllamə Muğniyə özünün “Beş Məzhəbə
Əsasən Fiqh” kitabında yazır:
“... Hənəfilər,
malikilər və hənbəlilər deyirlər ki, hilalın
görünməsi Yerin bir bölgəsində sübuta
yetərsə, yaxın və uzaq olması arasında
heç bir fərq olmadan digər bölgələrin
sakinlərinə də vacibdir. Şiələr və şafeilər
deyirlər ki, əgər bir şəhərin əhalisi Ayı
görsə, lakin başqa şəhərin əhalisi onu
görməsə, əgər o şəhərlər Ayın doğduğu
yer baxımından yaxın olsalar (yəni yaxın
üfüqlü şəhərlər olsalar), onların hökmü
birdir, lakin mətlə baxımdan (yəni üfüq
və Ayın doğduğu zaman baxımından)
fərq olarsa, hər bir şəhərin özünə məxsus
hökmü vardır”
11
. Lakin biz bildik ki,
üfüq fərqi olduqda şiə alimlərinin də fikri
müxtəlifdir. Müğniyənin dediyi şiə alimləri
arasındakı məşhur fikirdir.
İmam Mühəmməd Qəzali “İhyaud-Din”
kitabında yazır: “Əgər hilal bir şəhərdə
göründüyü bir halda, digər bir şəhərdə
görünməzsə və məsafə baxımdan o ikisi
arasındakı ölçü fasiləsi iki günlük yoldan
az olarsa, hər iki şəhərin əhalisinin oruc
tutması vacibdir. Lakin məsafə çox olarsa,
hər bir şəhərin özünə məxsus hökmü
vardır. Bu vəziyyətdə orucun vacibliyi bir
şəhərdən digər bir şəhərə sirayət etmir”
12
.
BİR ŞƏHƏRDƏ HİLALIN GÖRÜNMƏSİNİN
DİGƏR ŞƏHƏRLƏR ÜÇÜN KİFAYƏT
ETMƏSİNƏTƏRƏFDAR OLANLARIN
DƏLİLLƏRİ
Hər şeydən əvvəl “Qədr” surəsini xatırladırlar
ki, bu, Yer sakinlərinin şəhərlərinin üfüqlərində