MİLLİ GÖRÜŞ
49
a) “Digər şəhər” ifadəsinin işləndiyi
rəvayətdə Yerin ən uzaq nöqtəsində yerləşən
şəhərlərin də nəzərdə tutulması məsələsinin uzaq
görüş təsəvvür edilməsi.
b) Ürfün Ayın doğuş vaxtlarının fərqlənməsinin
Günəşin müxtəlif vaxtlarda çıxması ilə müqayisə
və təşbih edilməsinə israr və təkid etməsi;
Baxmayaraq ki, bu müqayisə batildir. Lakin
hər halda bu ürfi inam kəlamın zahirinin bütün
şəhərləri əhatə etməsi anlayışından insiraf
etməsinə səbəb olur. Və bu məsələ səbəb olur
ki, əgər həqiqətdə “digər şəhər” deyildikdə istər
bir-birinə yaxın, istərsə də uzaq məsafədə olan
şəhər nəzərdə tutulsaydı, o halda rəvayətlərdə
yaxın, yaxud uzaq şəhər arasında heç bir fərqin
olmadığının aydınlaşdırılması lazım gələrdi.
Rəvayətlərdə belə bir izah və aydınlaşdırma
olmadığı üçün “digər şəhər” ifadəsindən yalnız
yaxın şəhərin başa düşülməsindən ibarət olan ürfi
inam və anlayış qəbul edilmişdir.
Görünmənin kifayət etməsinə tərəfdar
olanların “Qədr” surəsindən dəlil gətirmələrinə
cavab olaraq deyilmişdir ki, ola bilsin ki, o gecə
Allahın elmində yalnız bir gecədən ibarətdir
və bu məsələ hökmi-zahiri ilə bu şəhərlə digəri
arasında fərqlənir. Onların Peyğəmbərin sözünə
əsaslanmalarına ola bilsin belə cavab verilə bilər
ki, hökm külli və ümumi olmasına baxmayaraq,
çoxlu fərdlərin və şəhərlərin ölçüsü ilə bu hökm
də ləğv olunur və çoxalır, ələlxüsus qeyd olunan
“insiraf qaydası”nı nəzərə almağımız lazımdır.
Bu yolla da zikr etdikləri digər dəlillərdən
cavab verilmiş olur. Bunlardan əlavə, rəvayətlərin
sənədində də zəiflik vardır. Həmçinin deyirlər ki,
rəvayətlər üfüq birliyi haqqında danışmamış,
heç bir söz deməmiş və bu mövzunun üzərindən
sükutla keçmişdir. Bu sükut görünmənin kifayət
etməsinə tərəfdar olanların əleyhinə bir dəlil ola
bilər, çünki bu rəvayətlər uzaq və yaxın şəhərlər
arasında fərqin olmadığını bəyan etməmişdir,
halbuki camaat arasında bu fərqin varlığı
ənənəvidir (adidir). Deməli, rəvayətlər yaxın
şəhəri uzaq şəhərdən fərqləndirməmək istəsəydi,
bu fərqin olmadığını bəyan etməsi lazım gələrdi.
Hər bir halda bu məsələnin mənşəyi
kəlamın zahirinin başa düşülməsi ilə
əlaqədardır. (Diqqət edilsin – X. Q. ) Deməli,
qəti bir dəlil ortaya qoymaq mümkün deyil, çünki
məsələ barəsində dəqiq bir mətn yoxdur. Buna
əsasən biz belə bir qənaətə gəlirik ki, qəməri
ayların vahidləşdirilməsi məsələsi ixtilaflar
mövcud olduqca uyğun gəlməyən bir işdir,
faydalanması və ümumi bir nizamın yaradılması
mümkün deyil. İstər ictihad qapısının açıq
olmasına, istərsə də bağlı olmasına qail olaq,
çünki fikirlərin ərz edilməsi ilə görürük ki, bu
məsələdə məzhəblər arasında müxtəliflik var
və ictihad qapısının açıq olmasına tərəfdar
olan müctəhidlərin də fikirləri müxtəlifdir və
pərakəndə şəkildədir. Vəziyyət belə olduqca fərd
və ya dövləti bəzən inanmadığı xüsusi bir nizama
məcbur etmək mümkün deyil. Ayın başlamasının
vahidliyi haqqında necə bəyanat vermək olar?!
Lakin bu barədə müsəlman icmasının rəhbərinin
(Vəliyyi-Əmri-Müslimin) göstəriş verməsi
istisnadır.
1. “Bir şəhərdə hilalın görünməsinin digər şəhərlər üçün
kifayət etməsinə tərəfdar olanların dəlilləri” bölməsindəki
4-cü və 5-ci hədislərə baxılsın.
2. İzah: Bəzi üsul alimləri “insiraf”ı “mütləqə bağlanmanın
maneəsi” kimi başa düşmüş və belə demişlər: “Zehnin, ləfzin
bəzi misdaqlarına, yaxud bəzi qisimlərinə doğru dönməsi
(insirafı) mütləqə bağlanmanın maneəsidir, hətta hikmət
müqəddimələri kamil olsa da belə”.
3. Ayətullah Mühəmmədəli Təsxirinin dediyi bu fikir şiə
alimləri arasındakı məşhur bir fikirdir, lakin dini rəhbər Seyid
Mühəmmədhüseyn Fəzlullah hilalın felən görünməsə də
yaxınlaşdırıcı cihazlarla görünməsinin mümkünlüyünü şəri-
qəməri ayın başlanmasının əsaslarından biri hesab edir və
belə fitva verir: “... Görmənin adi (çılpaq) gözlə olması şərt
deyildir, eynək və ondan qeyrisi kimi yaxınlaşdırıcı vasitələrə
də etimad etmək səhihdir. ...” (“Əhli-Beyt Məzhəbində
Namaz və Oruc”; s. 236)
4. “Bir şəhərdə hilalın görünməsinin digər şəhərlər üçün
kifayət etməsinə tərəfdar olanların dəlilləri” bölməsindəki
4-cü və 5-ci hədislərə baxılsın.
5. “İstibsar”; c. 2, s. 64, 206-cı hədis
6. s. 20
7. “Müstəmsik”; c. 8, s. 481
8. “Minhacus-Salehin”; c.1, c. 274
9. “əl-Fətavəl-Vadihə”; s. 519
10. “Təhrirül-Vəsilə”; c. 1, s. 297
11. s. 162
12. c. 1, s. 232
13. “Biharul-Ənvar”; c. 55, s. 356
14. “Vəsailuş-Şiə”; c. 4, “Əbvabu Əhkami Şəhri Rəməzan”;
f. 5, h. 13
15. “Vəsailuş-Şiə”; f. 12, h. 1
16. “Təhzibul-Əhkam” c. 4, s. 178, h. 493
17. “İstlbsar”; c. 2, s. 64, h. 206
18. “Təhzibul-Əhkam” c. 4, s. 317, h. 966
19. “Təhzibul-Əhkam”; c. 4, s. 164, h. 462
20. “Minhacus-Salehin”; c. 1, s. 283
MİLLİ GÖRÜŞ
50
HİLALIN (AYIN) TƏSBİT
EDİLMƏSİNƏ
DAİR ARAŞDIRMA
Orucun vaxtı ərəb qəməri ayları ilə
mülahizə olunduğu üçün hilalın (ayın) təsbit
edilməsini araşdıraq.
HİLAL (AY) NECƏ DOĞUR
Ayın yer ətrafında dövrəsi 29 gün 12 saat
44 dəqiqədə tamamlanır. Baş verən bəzi
dəyişiklikləri nəzərə alsaq, bu 13 saata çatır.
Bu isə o deməkdir ki, qəməri ay gah 30 gün,
gah da 29 gün olur. Bu camaat arasında da
belə bilinir və heç vaxt 28 gün olmur. Bu
elmi cəhətdən də doğrudur və onun bəhs
zamanı üzə çıxacaq şəri nəticələri var.
Ayın dövriyyəsinin bir mərhələsində
onun diski Günəşlə Yer arasında kölgədə
tamamən yoxa çıxır. Günəşlə Yer onun
qarşısını iki cəhətdən kəsir və gözdən itir. Bu
məqam “muhaq”
1
adlanır. Həmin kölgənin
əhatəsindən çıxdığı zaman üzərinə günəş
işığı düşür və bu görüntü “viladət”
2
adlanır.
Bu doğuşla təbii-qəməri ay başlanır. Və ay
“hilal” deyə tanınan bir şəklə düşür.
Ayın əvvəlində hilal Günəşin batdığı vaxt
zahir olur və qərb üfüqü üzərində azacıq
görünür. Bu üfüqün altında gizlənənədək
çox qalmır. Və buna görə də görüntü aydın
olmur və çox vaxt onu görmək olduqca çətin
olur. Bəzi hallarda hər hansı bir səbəb, yaxud
başqa bir şeyə görə görmək mümkün olmur.
Necə ki, Ayın bu parlaq hissəsinin yerlə
qarşı-qarşıya gəlməsi tamam olduqda, sonra
gözdən itir və günəşin qürubundan əvvəl
üfüqün altında gizlənir.
Bu vaxt Günəş mövcud olduqca onun
görünməsi mümkün olmur, yaxud qürubdan
sonra özünü göstərir və lakin qürubdan sonra
onun dayanmasının müddəti çox az olur.
Belə ki, onu qürub etməkdə olan Günəşin
işığı arasından seçmək qeyri-mümkün olur,
yaxud Ayın yerlə üzbəüz olan bu işıqlı
hissəsi vaxt etibarı ilə muhaq halına bir
dərəcə yaxın olduğu üçün zəif olur. Ona görə
də adi insan gözü ilə onu görmək mümkün
olmur. Bütün bu hallarda qəməri ayın təbii
dövrəsi, hilalın görünməsi mümkün olmasa
da başlamış olur.
Lakin hilalın görünməsi mümkün
olmayan bu hallarda şəri-qəməri ay təbii-
qəməri ayla bərabər başlamır. Şəri-qəməri
ayın başlanması iki əsasa dayanır:
Birinci, Ayın muhaqdan çıxması və
bu çıxış Ayın yerlə Günəş arasına daxil
olmasından sonra hərəkət etməklə başlayır.
HİLALIN (AYIN)
TƏSBİT EDİLMƏSİ
BARƏSİNDƏ SEYİD
FƏZLULLAHIN RƏYİ