MİLLİ GÖRÜŞ
44
Araşdırma aparmaqda məqsəd ondan
ibarətdir ki, əgər yeni ayın təbii dövriyyəsi
başlasa, lakin biz onu görə bilməsək, yaxud
bir şəhərdə Ay görünərsə, lakin digər şəhərdə
görünməzsə, nə etmək lazımdır? Əgər
bir şəhərdə ayın görünməməsinin səbəbi
yalnız havanın buludlu olmasıdırsa, digər
bir şəhərdə ayın görünməsi əvvəlki şəhərin
sakinləri üçün kifayət edər. Bəzən görünmə
barəsindəki ixtilafın səbəbi iki şəhərin
üfüqlərinin fərqli olmasıdır ki, bu halda dini
mətnlər araşdırılmalıdır. Bu barədə həm əhli-
sünnə, həm də şiə arasında müxtəlif fikirlər
və ixtilaflar vardır.
Şiə alimlərinin yetkin rəyi budur ki, Ayın
həmüfüq, yaxud yaxın üfüqlü şəhərlərdə
görünməsi hilalın isbatı üçün kifayət edir.
Lakin bilinən uzaq üfüqlü şəhərlər üçün
kifayət etmir. Amma bəzi müasir etimadlı
fəqihlər onu kifayət bilirlər. Muğniyənin
kitabında deyilir ki, sünni alimləri arasında
hənəfilər, malikilər və hənbəlilər Yerin hər
hansı bir yerində görünməni kifayət bilirlər,
lakin şafeilər bunun kifayət etmədiyinə
inanır, şəhərlərin yaxın üfüqlü olmasını
kifayət etmənin şərti hesab edirlər. Uzaq
üfüqlü şəhərlər üçün görünmənin kifayət
etdiyinə tərəfdar olanlar aşağıdakı dəlilləri
irəli sürürlər:
“Qədr” surəsinə əsasən, Qədr gecəsi
bütün yer əhli üçün birdir. Müxtəlif ifadələrlə
ölçünün “görmək”dən ibarət olmasını
qərarlaşdıran hədisi-şəriflərdəki mütləqlik,
bir məntəqədə görmənin kifayət etməsinin
səbəbidir və “digər şəhər”
1
də görünmənin
kifayət etməsinin ifadə olunması bütün
şəhərlərə şamil edilir.
Müxaliflərin dəlilləri isə bundan ibarətdir:
Ayın bir şəhərdə görünməsinin digər bir şəhər
üçün kifayət etməsi ifadəsindən mütləqlik
başa düşülmür, əksinə həmüfüq və yaxud
yaxın üfüqlü şəhərlərə “ürfi insiraf” (yəni ürfi
baxımdan yönəlmə) mövcuddur
2
. Həmçinin
“digər şəhər” ifadəsini, hətta Yerin ən uzaq
nöqtəsində yerləşən bir şəhərə necə şamil edə
bilərik?
Hər bir halda hilalın vaxtının vəhdəti
barəsində qəti bir dəlil ortaya qoymaq
mümkün deyil. Deməli, hər hansı bir fərdi,
yaxud dövləti hilalın vaxtının təyininə məcbur
edə bilmərik. Bu barədə dünya adamlarından
da qorxmamalıyıq, əksinə öz üsullarımıza və
dəlillərimizə uyğun hərəkət etməliyik.
Hər ay Ayın Yerlə Günəş arasındakı öz
MİLLİ GÖRÜŞ
45
yerindən çıxması ilə başlayır (Bu elə bir
vaxtdır ki, Ayın qaranlıq tərəfi Yerin qarşısında
qərar tutur və bu səbəblə Ay Yerin sakinlərinə
görünmür). Ayın bu yerdən çıxması ilə yeni
ay başlamış olur ki, onun işıqlı yarı tərəfi hilal
şəklində görünməyə başlayır (Bu vəziyyət
“iqtirani hərəkətin başlaması” adlanır). Ay
özünün gizlənmə zamanından nə qədər
uzaqlaşırsa, bizə görünən hissənin ölçüsü
böyüməyə başlayır və onun bütöv yarısı bədr
şəklində bizə görünür. Bu vaxt Yer Ay ilə
Günəş arasında qərar tutur.
Ayın başlanğıcında hilal Günəşin batdığı
yerdə zahir olur, bu vəziyyətdə bir qədər
üfüqün üstündə dayanır, sonra gözdən itir.
Buna görə də bəzən Ayın görünməsi aşağıdakı
mövzular kimi çətin, yaxud qeyri-mümkün
olur:
a) Hilal Günəş batdıqdan sonra qərb
üfüqünün üstündə az bir zaman görünür,
ondan sonra qərb üfüqünün altında gözdən
itir ki, bu surətdə aydın şəkildə görünmür və
çox vaxt onun görünməsi çətin, yaxud qeyri-
mümkün olur.
b) Hilalın işıqlı hissəsi Yerlə üzbəüz
dayanır və sonra Günəşin batmasından əvvəl
üfüqün altında gözdən itir ki, bu vaxt Günəş
mövcud olduqca hilalı görmək mümkün
olmur.
c) Ayın Yer ilə üzbəüz olan işıqlı hissəsi
çox zəif olur, çünki muhaq (Ayın batması)
halından çıxışın başlanğıcındadır və bu vaxt
adi gözlə görünmür.
Bu üç vəziyyətin hamısında həqiqətdə
Ayın təbii dövriyyəsi başlamış olur, lakin
biz ona baxa bilmirik. Lakin şəri ay hələ
başlamamışdır. Şəri ayın başlamasının yalnız
iki əsası vardır:
1. Ay muhaqdan çıxmağa başlamalı və
onun işıqlı hissəsi Yer ilə üzbəüz dayanmalıdır.
2. Ayın işıqlı hissəsi adi gözlə görünməlidir.
Buna görə də, şəri-qəməri ay təbii-qəməri
aydan bir qədər geri qalır.
İslam şəriətində meyar Ayın yalnız gözlə
görünməsidir, nəinki cihazla olmasına
baxmayaraq hər bir şəkildə görünməsi ki,
bu surətdə bulud və duman kimi maneələrin
varlığı görünməyə heç bir zərər vura
bilməyəcək.
Həmçinin meyar Ayın elmi cihazlarla
görünməsi deyildir, əsas meyar yalnız adi
gözlə və cihazsız görməkdən ibarətdir
3
.
AYIN GÖRÜNMƏSİNDƏ ŞƏHƏRLƏRİN
FƏRQLƏNMƏSİ MƏSƏLƏSİ
Bəzən Ayın hilalı bir şəhərdə göründüyü
halda, digər bir şəhərdə görünmür. Bu
vəziyyətdə hökm nədir?
Cavab budur ki, bəzən Ay havanın buludlu
olması kimi bir maneənin olması ucbatından
görünmür. Bu halda hilalın bir şəhərdə
görünməsi buludlu səması olan bir şəhər
üçün də kifayət edir.
Bəzən isə hilalın görünməməsi üfüqlərin
fərqlənməsi səbəbindən olur. İstər bu
fərqlənmə uzunluq dairəsində, yaxud en
dairəsində olsun, istərsə də hər ikisində olsun.
Əvvəldə də qeyd etdik ki, şəri baxımdan
Ayın görünməsi yalnız iki əsasa bağlıdır:
Ayın muhaqdan çıxması və onun adi gözlə
görünməsinin mümkünlüyü. Elə buna görə
də, ayın öz şəri məfhumu ilə başlaması nisbi
bir iş olacaq. İstər biz inanaq ki, reallıqda
Ayın muhaqdan çıxması nisbi bir işdir, yaxud
təkrar olunmayan təbii və vahid bir işdir,
çünki muhaq məfhumu və Ayın gözdən itməsi
vəziyyəti barəsində iki nəzəriyyə vardır.
Bəziləri deyir ki, bu vəziyyət Ayın mərkəzinin
Yerin və Günəşin mərkəzi arasında çəkilən
xətt üzərində qərar tutması nəticəsində
yaranır ki, bu halda Ay bütün yer əhlinin
gözündən itir. Bəziləri də belə inanırlar ki,
Ayın muhaq vəziyyəti onun qaranlıq tərəfinin
Yerin bir məntəqəsi ilə üzbəüz qərarlaşması
əsasında baş verir ki, bu, nisbi bir işdir.
Hər bir halda Ayı görmədəki nisbilik