MüNDƏRİcat ramazan ayi – İlahi TƏqva üZƏRİNDƏ İradəNİn təRBİYƏ olunmasi ayi



Yüklə 5,24 Mb.
Pdf görüntüsü
səhifə26/43
tarix03.08.2018
ölçüsü5,24 Mb.
#60681
1   ...   22   23   24   25   26   27   28   29   ...   43

MİLLİ GÖRÜŞ

41

 



ərəfəsində sübh azanından bəri orucu pozan işləri icra 

etməyibsə, niyyət edib oruc  tutması vacibdir. Həmin 

gün tutduğu oruc düzdür.

Sual:  Əgər  müsafir,  səfərdə  olduğu  üçün  səfəri 

ərzində orucu pozan işləri icra edibsə, bu halda günorta 

azanından əvvəl şəhərin ilk evlərinə yaxınlaşsa, oruc 

tutmalıdırmı?



Cavab: Xeyr! Həmin gün oruc tuta bilməz. Sonra 

o günün qəzasını tutmalıdır. 



Sual: Bəs müsafir şəhərin ilk evlərinə günorta 

azanından  sonra  daxil  olarsa,  yolda  orucu  pozan 

işləri  yerinə  yetirməyibsə,  həmin  günün  orucunu 

tutmalıdırmı?

Cavab:  Həmin  günün  orucunu  tuta  bilməz. 

Tutarsa, oruc düz deyildir. Sonra qəzasını tutmalıdır. 



ORUCUN NİYYƏTİ

Sual: Oruca necə niyyət edilir?

Cavab: “Allah rizası üçün oruc tuturam” şəklində 

niyyət edilməlidir. 



Sual:  Ramazan  ayının  orucu  üçün  nə  vaxt 

niyyət edilməlidir?

Cavab:  Ramazan  ayının  niyyətinin  vaxtı  sübh 

azanındadır. Bu o deməkdir ki, insan sübh azanına qədər 

oruca  niyyətlənməlidir.  “Niyyət  sübh  azanı  vaxtında 

olmalıdır”, – deyildikdə belə başa düşülməməlidir ki, 

bu vaxt niyyət etmək üçün insan oyaq olmalıdır, əksinə 

axşam yuxudan əvvəl də bunu etmək kifayətdir. Əgər 

yuxu sübh azanından sonraya qədər davam etsə, niyyət 

düzgündür. 



Sual:  Gün  ərzində  orucun  niyyətində  qalmaq 

vacibdirmi? 

Cavab:  Bəli,  gün  ərzində    orucun  niyyətində 

qalmaq vacibdir. 



Sual:  Əgər  gün  ərzində  orucun  niyyətindən 

dönsə, hökm nədir? 

Cavab: Orucu pozan işləri görməyi istəməklə də 

olsa  belə  orucunu  yarımçıq  qoymaq  qərarına  gəlsə, 

orucu pozan işləri yerinə yetirməsə də, orucu batildir. 

ORUCU POZAN İŞLƏR

Sual: Orucu pozan işlər hansılardır? 

Cavab: Orucu pozan işlər aşağıdakılardır:

– Az və çox olmasından asılı olmayaraq, yemək 

və içmək; 

– Müalicə üçün olsa belə maye ilə imalə etmək;

– Çarəsizlikdən olsa belə qəsdən qusmaq; 

– Cinsi yaxınlıqda olmaq; 

– Cinsi əlaqədən başqa işlər, məsələn, onanizm, 

yaxud  təxəyyüllər,  ya  da  müşahidələr  vasitəsilə 

məninin (spermanın) xaric olması;

–  Qəsdən  cənabət,  heyz  və  nifas  halı  üzərində 

qalmaq və sübh azanına kimi qüsl etməmək;

Sual: İynə vurdurmaq orucu pozurmu?

Cavab:  Xəstənin  qidalanması  üçün  yox, 

dərmanın  bədənin  başqa  yerlərinə  tez  bir  zamanda 

çatmasını  təmin  etmək  üçün  dərman  məqsədilə 

vurulan iynə orucu pozmur. 



Sual:  Ağızda  yığılmış  tüpürcəyin,  –  istər  az 

olsun, istərsə də çox, – udulması orucu pozurmu?

Cavab: Tüpürcəyin udulması orucu pozmur.

Sual: Oruclu şəxs ağzını yaxalaya bilərmi? 

Cavab:  Oruclu  şəxs  suyu  boğaza  çatdırmamaq 

şərtilə ağzını yaxalaya bilər, lakin dəstəmazdan başqa 

vəziyyətdə  boş  yerə  ağzı  yaxalamaq,  məkruhdur 

(yəni bəyənilməyən bir işdir). 



Sual:  Oruc  tutmuş  şəxs  qulağına,  gözünə, 

burnuna dərman tökə bilərmi? 

Cavab: Dərmanın dadının yemək borusunda hiss 

olunmasına  baxmayaraq,  qulağa  və  gözə  dərman 

tökməyin  heç  bir  qorxusu  yoxdur,  lakin  dərmanın 

damcı  şəklində  buruna  tökülməsinə  gəlincə  onunla 

oruc pozular.

Sual:  Yuxarıda  qeyd  edildiyi  kimi,  maye 

ilə  imalə  etmək  orucu  pozar.  İnsan  xəstəliyini 

müalicə  etmək  istəyirsə,  anus  dəliyinə  şam  daxil 

edə bilərmi?

Cavab:  Bəli,  tibbi  şamların  istifadəsi  orucu 

pozmaz.  Hətta  maye  halında  olmayan  başqa 

məlhəmlərdən də istifadə etmək orucu pozmaz.  

Sual:  Oruc  tutmuş  kişi  öz  tənasül  üzvünü 

və  oruc  tutmuş  qadın  uşaqlıq  yolunu  imalə  edə 

bilərmi?

Cavab: Bəli, imalə edə bilərlər və oruc pozulmaz. 

Sual: Əgər gəyirincə oruclu şəxsin mədəsindən 

ağız boşluğuna qida gələrsə, hökm nədir? 

Cavab:  Əgər  özündən  asılı  olmayaraq,  yaxud 

diqqətsizlikdən qida yenidən udulsa, oruc pozulmaz, 

lakin  qida  boğaz  boşluğuna  çatdıqda  onu  tüpürə 

biləcəyi bir halda ixtiyari olaraq qəsdən udsa, orucu 

pozular. 

Sual: Oruclu olan ər-arvad gecə cinsi əlaqəyə 

girə bilərmi? 

Cavab:  Gecələr  cinsi  yaxınlıq  icazəlidir. 

“Bəqərə” surəsinin 187-ci ayəsində buyurulur: “Oruc 

gecəsi  qadınlarınıza  yaxınlaşmaq  sizə  halal  edildi. 

…” Lakin yuxarıda deyildiyi kimi, sübh azanına kimi 

cənabət qüslü verilməlidir. 

Sual: Əgər qüsl etmək üçün mənzildə su olmasa, 

nə etməlidirlər? 

Cavab:  Radiusu  təqribən  440  metr  olan  dairədə 

ya  özləri,  ya  da  başqa  bir  şəxs  vasitəsilə  su  axtarışı 

aparmalıdırlar.  Əgər  bu  məsafənin  xaricində  suyun 

olduğu  bilinsə,  ona  yetişmək  rahat  olarsa,  o  suyun 

dalınca  getmək  vacibdir.  Əgər  radiusu  təqribən  440 

metr olan dairədə su tapılmasa, yaxud bu məsafənin 




  

   


MİLLİ GÖRÜŞ

42

 



xaricində  olan  suyun  rahatlıqla  əldə  edilməsi 

mümkün olmasa, həmin şəxslər cənabət qüslü əvəzinə 

təyəmmüm etməlidirlər.

Sual:  Əgər  tapılan  su  soyuq  olarsa,  nə 

etməlidirlər? 

Cavab:  Əgər  vaxt  vardırsa,  suyu  qızdırıb  qüsl 

etməlidirlər.  Suyu  qızdırıb  qüsl  etmək  üçün  vaxt  az 

olarsa, orucun düz olması üçün təyəmmüm etməlidirlər. 

Sual: Ümumiyyətlə, su olsa da belə onun istifadəsi 

zərərli olarsa, cünub halında olan ər-arvad, yaxud 

heyz və ya nifasdan təmizlənmiş qadın nə etməlidir?

Cavab: Təyəmmüm  etməlidirlər.  Burada  da  zərər 

barəsində  dəqiq  tibbi  məlumatın  olması  vacib  deyil. 

Zərər qorxusu və ona ehtimal vermək kifayət edir. 

Sual:  Cünub  halında  olan  şəxs  gecə  qüsl 

etməmişdən əvvəl yata bilər?

Cavab:  Sübh  azanından  əvvəl  adəti  oyanmaq 

olan, yaxud onu oyadacaq zəngli saat qoyan şəxs qüsl 

etməmişdən əvvəl yata bilər.

Sual: Əgər təsadüfən oyanmasa hökm nədir?

Cavab:  Əgər  təsadüfən  oyanmasa,  buna 

baxmayaraq  orucunu  tutmalıdır  və  orucu  düzdür  və 

üzərində heç bir şey yoxdur.

Sual:  Əgər  insan  yuxuda  ondan  sperma  xaric 

olmaqla cünub olarsa, hökm nədir?

Cavab:  Əgər  yuxuda  sperma  xaric  olmaqla 

cünub olsa və sübh azanına qədər oyanmasa, orucunu 

tutmalıdır və orucu düzdür. 

Sual: Bəs sübh azanından əvvəl oyansa necə? 

Cavab:  Qüslu  niyyət  etmədən  və  oyanmağa 

adətkərdə  deyildirsə,  vacib  ehtiyata  əsasən  yatması 

düzgün  deyil. Yuxarıda  deyilən  hökmlərə  əsasən  qüsl 

etməlidir. 



Sual:  Sübh  azanından  əvvəl  qüsl  etmək  üçün 

vaxt dar olarsa, insan cinsi yaxınlığa girə bilər?

Cavab: Xeyr! Bu halda cinsi əlaqəyə girə bilməz. 

Sual:  Bəs  hökmə  qarşı  üsyan  edərək,  yaxud 

səhvən cinsi əlaqəyə girərsə, nə etməlidir?

Cavab:  Sübh  azanından  əvvəl  dərhal  təyəmmüm 

etməlidir.  Orucu  düzdür  və  boynunda  heç  bir  şey 

yoxdur.

Sual:  Hər  bir  halda  sübh  azanından  əvəl 

cənabət,  heyz  və  nifas  hallarından  təmizlənmək 

lazımdır, yəni qüsl etmək lazımdır. Bəs qüsl üçün 

vaxt dar olarsa necə?

Cavab: Qüsl etmək üçün vaxt dar olarsa, orucun 

düz  olması  üçün  qüsl  əvəzinə  təyəmmüm  etmək 

lazımdır. Sübh azanından sonra imkan və güc olduğu 

təqdirdə namaz üçün qüsl etmək lazımdır.



Sual: Bəs təyəmmüm necə edilir? 

Cavab:  Təyəmmüm  aşağıdakı  şəkildə  yerinə 

yetirilir:



1. İki əlin içini birlikdə torpaq, yaxud daş, yaxud 

narın qum, yaxud quru palçıq, yaxud sement, yaxud 

əhəng  və  yaxud  da  kərpic  kimi  üzərinə  təyəmmüm 

etmək düzgün hesab olunan şeyə vurmaq



2.  İki  əlin  içi  ilə  birlikdə  bütün  alın  və  onun  iki 

tərəfini  başın  tük  çıxan  yerindən  burnun  yuxarı 

hissəsinə qədər çəkmək; 

3. Sol əlin içi ilə sağ əlin üstünə və sağ əlin içi ilə 

sol əlin üstünə məsh çəkmək;



Sual: Orucu pozan işlər orucu nə vaxt pozur? 

Cavab:  Orucu  pozan  işlərlə  oruc  o  zaman 

pozulmuş olur ki, bilərək və qəsdən edəsən. 



Sual: “Bilərək” deyiləndə nə nəzərdə tutulur?

Cavab:  “Bilərək”  deyiləndə  görülən  işin  orucu 

pozan bir iş olduğunun bilinməsi nəzərdə tutulur. Əgər 

insana  çatdırılan  şeyi  yaxşı  başa  düşmədən,  yaxud 

öyrəniləcək şəxs olmadığına görə öyrənə bilmədiyinə 

görə, bəzən də öyrənməyə diqqət edilmədiyinə görə, 

məsələn, cinsi əlaqənin, yaxud maye ilə imalə etməyin 

orucu pozan bir iş olduğunu bilməyən şəxs bu işlərdən 

birini görərsə, orucu pozulmaz.



Sual: Qəsdən deyiləndə nə nəzərdə tutulur?

Cavab: “Qəsdən” deyiləndə işin diqqətli və şüurlu 

şəkildə  yerinə  yetirilməsi  nəzərdə  tutulur.  Deməli, 

qafilcəsinə  və  səhvən,  yaxud  unutqanlıqla  qəsdsiz 

və  diqqətsiz  orucu  pozan  işləri  yerinə  yetirən  şəxsin 

orucu pozulmur. 

Sual:  Oruc  tutmuş  şəxsin  hansı  işləri  yerinə 

yetirməsi məkruhdur?

Cavab:  Oruclu  şəxsin  aşağıdakı  işləri  yerinə 

yetirməsi məkruhdur, yəni bəyənilməyəndir:

– qadını əlləmək, öpmək və mazaqlaşmaq;

–  zəifləməyə  səbəb  olarsa,  qan  aldırmaq;  zəiflik 

yaratmazsa ziyanı yoxdur. 

– xoşiyli hər bir bitkini iyləmək; xoşiyli ətirlərlə 

ətirlənmək məkruh deyil.

– əyində olan paltarı islatmaq; 

– qadının suda oturması;

– maye halında olmayan dərmanla imalə etmək;

– zərurət halı istisna olmaqla diş çəkdirmək, yaxud 

hər hansı bir səbəbə görə ağzı qanatmaq;

– yaş çubuqla diş sürtmək;

– dəstəmazdan başqa boş yerə ağzı yaxalamaq; 

–  məsumlar  barəsindəki  mərsiyə  və  mədhiyyələr 

(qəsidələr) istisna olmaqla şeir demək



ORUC TUTMAĞI TƏRK ETMƏKDƏ

ÜZRLÜ OLAN ŞƏXSLƏR

Sual:  Şəriət  hansı  şəxslərə  orucu  tutmamağa 

icazə vermişdir və güzəştlər kimə aid edilir?

Cavab: Şəriət bəzi şəxslərə oruc tutmamağa icazə 

vermişdir və bu güzəştlər aşağıdakılara aid edilir;

– qüvvələrinin zəifləməsindən və fəaliyyətlərinin 

dayanmasından  əziyyət  çəkən  şəxslər:  belə  ki,  bu 

şəxslər oruc tutsa, oruc onlar üçün çətinlik yaradaraq 

onların zəifliyini artıracaq və həmin şəxslər tutduqları 

oruca görə ayağa qalxa, yeriyə və gündəlik işlərini icra 

edə bilməyəcəklər. 

–  70  yaşına  çatmış  şəxslər:  o  həm  kişilər,  həm 

də  qadınlar  üçün  qocalıq  mərhələsidir  ki,  əgər  bu 




Yüklə 5,24 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə