MüNDƏRİcat



Yüklə 1,37 Mb.
səhifə6/11
tarix26.09.2017
ölçüsü1,37 Mb.
#1920
1   2   3   4   5   6   7   8   9   10   11

Ədəbiyyat


  1. al-Alwani Taha Cabir. Issues in Contemporary Islamic Thought. London-Washington. 2005.

  2. Bilqamıs dastanı / Tərcüməçi İ.Vəliyev. Bakı: Gənclik, 1985.

  3. Fəlsəfi etüdlər // Fəlsəfə və sosial-siyasi elmlər jurnalı. № 3-4, 2006, s. 125.

  4. İbn Miskəveyh. əl-Hikmətu’l-xalidə (Cavidan Xi­rad), Beyrut, 1983, s. 375-376 // Bax: İlhan Kutluer. İslamın kla­sik çağında felsefe tasavvuru. İstanbul, İz yayıncılık, 2001.

  5. İqbal Məhəmməd. Bilik və təcrübə // Fəlsəfə və sosial-siyasi elmlər, № 4, 2008.

  6. İqbal Məhəmməd. İnsan “mən”i, onun azadlığı və əbə­di­liyi // Fəlsəfə və sosial-siyasi elmlər, № 3, 2009.

  7. İqbal Məhəmməd. İslam mədəniyyətinin ruhu // Fəlsəfə və sosial-siyasi elmlər, № 1, 2009.

  8. Kutluer İlhan. İslamın klasik çağında felsefe tasavvuru. İstanbul, İz yayıncılık, 2001.

  9. Xəlilov Səlahəddin. İslam fəlsəfəsi nə vaxtdan baş­layır // Fəlsəfə və sosial-siyasi elmlər, № 1, 2010.

  10. Xəlilov Səlahəddin. Kəsilməz tarix və dövlətçilik ən­ə­nələri // İpək yolu, Beynəlxalq elmi ictimai-siyasi jur­nal, № 1, 2001.




  1. Агаев И.А. Исмаилиййа. Историко-философские очерки становления основных концепций. Баку: Еко, 1996.

  2. Гегель Г.В.Ф. Философия духа / Энциклопедия философских наук: В 3-х т. Т. 3, Москва: Мысль, 1977.

  3. Кузанский Н. Сочинения: В 2-х т. т. 1, Москва: Мысль, 1979.

  4. Кулизаде З.А. Хуруфизм и его представители в Азербайджане. Баку: Элм, 1970.

  5. Наср Сейид Хусейн. Что такое традиция // http://www.newatropatena.narod.ru/p22.htm

  6. Пифагор. Золотой канон. Фигуры Эзотерики. М., ЭКСМО-Пресс, 2001.

  7. Платон. Государство. Законы. Политик. Москва, Мысль, 1998.

  8. Платон. Тимей // Платон. Диалоги книга первая. Т.1. М., ООО Изд-во ЭКСМО, 2008.

  9. Платон. Федон. // Платон. Диалоги книга первая. Т.1. М., ООО Изд-во ЭКСМО, 2008.

  10. Роузентал Ф. Торжество знания. Концепция знания в средневековом Исламе / Перев. с англ. С.А.Хомутова. Москва: Наук, 1978.

  11. Taylan N. İslam düşüncesinde din felsefeleri. İstanbul: M.İ.İlahiyyat, fakültesi Vakfı, 1997.

  12. Экхарт М. Духовные проповеди и рассуждения / Перев. с нем. М.В.Сабашникова. Санкт-Петербург: Азбука, 2000.

  13. Gökberk.M. Felsefe tarihi. İstanbul: Remzi Kitabevi, 1999.




  1. .1946 ﺍﺣﻳﺎﺀ ﺍﻟﻜﺗﺏ ﺍﻟﻌﺭﺑﻳﺔ. ﺍﺒﻥ ﻋﺮﺒﻲ ﻣﺣﻲ ﺍﻟﺩﻳﻥ. ﻓﺼﻭﺹ ﺍﻟﺣﻛﻡ. ﺍﻟﺗﻌﻟﻳﻗﺎﺕ ﻋﻟﻳﻪ ﺒﻗﻟﻡ ﺍﺑﻭ ﺍﻟﻌﻼ ﻋﻓﻳﻓﻲ. ﺩﺍﺭ

  2. ﺃﺧﺑﺎﺮ ﺍﺤﻼﺝ. ﻨﺷﺮ ﻮﺗﺻﺤﯾﺢ ﻞ. ﻣﺎﺳﻴﻨﯾﻮﻦ ﻮﺏ. ﮐﺮﺍﻮﺲ, ﺑﺎﺮﻳﺲ, ﻣﮑﺘﺑﺔ ﻻﺮﻮﺯ, ﻣﻃﺑﻌﺔ ﺍﻠﻗﻠﻡ, 1936

  3. ﺍﻟﻃﻮﺴﻲ ﺍﺒﻮ ﻧﺼﺮ ﺍﻟﺴﺮﺍﺝ. ﺤﻗﻗﻪ ﻮﻗﺪﻢ ﻟﻪ ﻮﺧﺮﺝ ﺃﺣﺎﺪﯾﺛﻪ ﻋﺑﺩ ﺍﻠﺣﻠﯾﻢ ﻣﺣﻣﻮﺩ ﻮﻁﻪ ﻋﺑﺩ ﺍﻠﺑﺎﻗﻲ ﺴﺮﻮﺮ ﺩﺍﺮ ﺍﻠﮑﺘﺏ ﺍﻠﺤﺩﻴﺛﺔ ﺒﻤﺻﺮ, ﻤﮑﺘﺑﺔ ﺍﻠﻤﺛﻨﻰ ﺒﺒﻐﺩﺍﺩ, , .1960

  4. ﺍﻠﻣﻳﺎﻧﺟﻲ ﺍﻠﻬﻣﺪﺍﻧﻲ ﺍﺑﻭ ﺍﻠﻣﻌﺎﻠﻲ ﻋﺑﺪ ﺍﷲ ﺑﻦ ﻣﺣﻣﺪ ﺑﻦ ﻋﻠﻲ ﺑﻦ ﺍﻠﺣﺳﻳﻦ ﺑﻦ ﻋﻠﻲ ﺍﻠﻣﻠﻗﺏ ﺑﻌﻳﻦ ﺍﻠﻗﻀﺎﺓ. ﺯﺑﺩﺓ ﺍﻠﺣﻗﺎﺌﻕ. ﺗﻗﺪﻳﻡ ﻭ ﺗﺣﻗﻳﻕ ﻉ.ﻋﺳﻳﺮﺍﻥ .44ﻃﻬﺮﺍﻥ. ﭼﺎﭙﺧﺎﻧﻪ ﺩﺍﻧﺷﮕﺎﻩ. 1341 ﻫ. ﺼ.

  5. ﺍﻠﻣﻳﺎﻧﺟﻲ ﺍﻠﻬﻣﺪﺍﻧﻲ ﺍﺑﻭ ﺍﻠﻣﻌﺎﻠﻲ ﻋﺑﺪ ﺍﷲ ﺑﻦ ﻣﺣﻣﺪ ﺑﻦ ﻋﻠﻲ ﺑﻦ ﺍﻠﺣﺳﻳﻦ ﺑﻦ ﻋﻠﻲ ﺍﻠﻣﻠﻗﺏ ﺑﻌﻳﻦ ﺍﻠﻗﻀﺎﺓ. ﺗﻣﻬﻳﺩﺍﺕ. ﺗﻗﺪﻳﻡ ﻭ ﺗﺣﻗﻳﻕ ﻉ.ﻋﺳﻳﺮﺍﻥ .ﻃﻬﺮﺍﻥ. 181ﮔﻟﺷﺎﻥ. 1373 ﻫ . ﺼ.


The “Sources” of the Truth

in the History of Philosophy

(summaru)
This article explores the cognition of three sources -sacred book (revelation), nature and human being- of true nature of Idea, that is to say Absolute Truth. The author analyses the well-known philosophers` ideas about Absolute Truth beginning from Ancient time and compares these ideas with S. Khalilov`s conception of the “equivalence of three books”. The author who assumes the unity of Idea and its continuity as a basis, concludes that the salvation way of the West and the East is the right approach to the sources of true nature of the Truth.
Key words: The book of nature, revelation, human being, Absolute Truth, the East, the West.


«Источники» Истины в истории философии

(резюме)
В статье обосновывается мысль о существовании трех источников по­зна­­ния Абсолютной Истины – божественного откро­ве­ния, природы и че­ло­ве­ка. Результаты поиска Истины великими философами, начиная от антич­ности и кончая современными, автор сопоставляет с концепцией трех эк­ви­ва­лент­ных книг, выдвинутой С. Халиловым. Исходя из принципа Единства и непре­рыв­­ности Идеи, автор обосновывает мысль о том, что единственным путем со­хра­нения как Западом, так и Востоком своей собственной специфики и вы­хо­да из кризиса является формирование правильного отношения к ис­точ­никам сущ­ности Идеи.
Ключевые слова: книга природы, божественное откровение, Истина, Восток, Запад.

Felsefe Tarihinde Hakikat “Kaynakları”

(özet)
Makalede vahid ve kesintisiz ideanın mahiyetinin, dolayısıyla mutlak ha­ki­ka­tin idrakinin üç kaynağı – vahiy, doğa ve insan – olduğu temellendirilmektedir. Ya­zar Antik dönemden günümüze kadar en önemli filozofların Hakikat arayışlarının sonuşlarını S. Halilov tarafından ileri sürülen üç kitabın eşdeğerliliği öğretisiyle kı­yas­lamaktadır. Yazar hem Doğu’nun, hem de Batı’nın içinde bulundukları buh­ran du­rumundan kurtulmanın yolunun İdea’nın, Hakikat’in mahiyetinin kay­nak­la­rı­na, doğru yaklaşımın biçimlenmesi olduğunu ileri sürmektedir.
Anahtar kelimeler: Doğa Kitabı, vahiy, insan, Hakikat, Doğu, Batı.


Sosial-siyasi elmlər

Cəmiyyətin həyatında informasiyanın və informasiya mübadiləsinin əhəmiyyəti



Aslan Aslanov
Sürətlə qloballaşan müasir dünyanın beynəlxalq münasibətlər sis­te­min­də informasiya inkişafın hərəkətverici qüvvəsinə çevrilmişdir. Yeni dün­ya düzənində mass-medianın elmi-nəzəri və praktik konsepsiyasını araş­dı­ran alimlərin tədqiqatlarında belə bir fikrə tez-tez rast gəlmək olur ki, hazır­da dünyanın güc mərkəzlərinin siyasətini məhz informasiya formalaşdırır. İn­di istər qabaqcıl dövlətlər, istərsə də inkişaf etməkdə olan ölkələr bey­nəl­xalq əlaqələr sistemində münasibətlərin prioritetlərini toplanmış və təhlil edil­miş informasiya əsasında müəyyənləşdirir.

Bu amili nəzərə alan tədqiqatçılar yazırlar ki, hələ ötən əsrin 60-70-ci illərindən başlayaraq sənaye cəmiyyəti kompyuter texnologiyalarının sü­rət­li inkişafa yol açdığı yeni epoxaya daxil olmuşdur. Futuroloq A.İoseliani “İn­formasiya cəmiyyəti” adlı əsərində qeyd edir ki, bu epoxaya keçid bi­la­va­sitə informasiya iqtisadiyyatının yaranması zərurəti ilə əlaqədardır (9, 325).

Elmi ədəbiyyatda informasiya cəmiyyəti, onun sosioloji, fəlsəfi və fu­tu­roloji mahiyyəti barədə müxtəlif fikirlər vardır. Bəziləri onu informasiya iq­tisadiyyatının, bir başqaları modernləşdirmənin, digərləri postindustrial sis­te­min meydana gətirdiyini yazırlar. İnformasiyanın bəşəriyyətin həyatın­da həlledici amilə çevrilməsi barədə konseptual proqnozların patriaxlarından olan Elvin Toffler yazır ki, informasiya cəmiyyəti haqqında müxtəlif elmi kon­sepsiyaların ortaya çıxmasında postindustrial pradiqması əsas götü­rül­müşdür (13, 67).

Görkəmli filosof alim, akademik Ramiz Mehdiyev “Azərbaycan: qlo­bal­laşma dövrünün tələbləri” adlı fundamental əsərində yazır: “Mo­dern­ləş­mə dünya birliyinə nüfuz edərək, “ikinci dalğa”nı – industrial svilizasiyanı təd­ricən əvəzləyir. Dünya sivilizasiyasının dalğaları əvəzlənərək, tarixi inki­şa­fın qatlarına yeni münasibətlər, iqtisadi prioritetlər və imkanlar, habelə si­yasi normalar və təsisatlar gətirir, fərdin sosial simasını dəyişdirir. İndi dün­ya­nın üçüncü Toffler dalğasının qoynunda olduğu bir vaxtda, informasiya cə­miyyətinin reallıqlarını təzəcə mənimsəyən yeni müstəqil dövlətlərdə təbii modernləşmə başlayır” (12, 63).

Bu konsepsiyalardan irəli gələn qənaəti ümumiləşdirərək, informasi­ya­nın cəmiyyət həyatındakı əhəmiyyətini qısaca belə ifadə etmək olar: cə­miy­yətin inkişafının yeni mərhələsində iqtisadiyyatın və sosial həyatın əsas re­surslarından biri informasiyadır.

Müasir dünyamızda informasiya həm də çox baha qiymətə satılan, mü­badilə edilən və kifayət qədər etibarlı vasitələrlə qorunan məhsuldur. Bu­nun­la bərabər, digər resurslardan fərqli olaraq, informasiya maddi sərvət­lə­rin elə yeganə növüdür ki, o, heç vaxt tükənmir, əksinə, getdikcə daha da ar­tır, işləndikcə köhnəlmir, keyfiyyətcə yeniləşir, eyni zamanda, ondan təbii əm­təə növlərindən səmərəli faydalanmaqda, onların qorunmasında, yeni­lə­ri­nin yaradılmasında istifadə olunur. Çünki informasiyanın ehtiva etdiyi elmi və təcrübi biliklər olmadan təbii sərvətlərin hasilatı, emalı və bazara – isteh­lakçıya çatdırılmasının yeni üsullarını yaratmaq mümkün deyildir.

Digər mühüm məqam ondan ibarətdir ki, maddi sərvətlərlə bağlı söv­dələşmələr rəqabət doğurduğu halda, informasiya mübadiləsi əmək­daş­lı­ğa rəvac verir və burada meydana çıxan rəqabət intellektual mahiyyət daşı­yır. Bu mənada informasiya elə sərvətdir ki, onu təəssüflənmədən başqaları ilə bölüşmək olar. İnformasiya istehsalı və istehlakının digər üstün xüsu­siy­yəti də vardır: maddi sərvətlərin istehsalı və istehlakı ətraf mühitə ciddi zi­yan vurduğu halda, informasiyadan istifadə texnogen təhlükə doğurmur, ey­ni zamanda, insanlarda ekoloji bilikləri artırır, təbiət haqqında təsəv­vür­lər­dəki qeyri-müəyyənliyə aydınlıq gətirir.

İnformasiya resursları bütövlükdə insanın intellektual fəaliyyəti prose­sin­də yaranan və formalaşan məlumatlar toplusundan ibarət olduğuna görə, hər bir ölkənin inkişaf istiqamətlərini müəyyənləşdirməkdə, qərarların qəbul edilməsində, strateji, taktiki və operativ məsələlərin həllində ondan geniş istifadə edilir. Bəs bütün informasiyalardan bu məqsədlə istifadə etmək olarmı? Suala birmənalı olaraq “yox” cavabı veriləcəkdir. Problem bəzi hal­lar­da informasiyanın yoxlanılmamış, ilk mənbədən dəqiqləşdirilməmiş fakt­lar əsasında və ya qərəzli mövqedən yazılması ilə bağlıdır. Hazırda qlobal in­ternet şəbəkəsində hər gün kifayət qədər çox sayda informasiya yer­ləş­di­ri­lir. Ancaq bu məlumatların heç də hamısı nəinki işə yaramır, hətta fərdin şüu­runa zərərli təsir göstərir, sivilizasiyalar və dövlətlər arasında nifaq to­xu­mu səpir. Müasir dünyada maraq qrupları bu qəbil informasiyalardan öz məq­sədləri üçün məharətlə istifadə edirlər.

Bu amili nəzərdə tutan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev AzərTAc-ın 90 illik yubiley mərasimində və MDB ölkələri Milli İn­for­masiya Agentlikləri Rəhbərləri Şurasının iclasında iştirak edən nü­ma­yən­də heyətlərinin başçıları ilə görüşdə demişdir: “Ölkələr və xalqlar arasında qar­şılıqlı anlaşmanın möhkəmləndirilməsində informasiya agentliklərinin, kütləvi informasiya vasitələrinin fəaliyyətindən çox şey asılıdır. Həqiqi mə­lu­matın vaxtında verilməsi operativ qərarların qəbulu, proseslərin düzgün şərh edilməsi, ölkələr arasında ikitərəfli və çoxtərəfli əlaqələrin qurul­ma­sın­da mühüm rol oynayır... Lakin təəssüf ki, bəzən əksinə də olur. Bəzən hansı­sa yoxlanılmamış və ya qərəzli informasiya, yaxud sifariş xarakterli infor­ma­siya ikitərəfli münasibətlərə müəyyən dərəcədə zərər də vura bilər. Buna görə də KİV nümayəndələri öz vəzifələrinə məsuliyyətlə yanaşmalıdırlar” (4, 1).

Buradan aydın görünür ki, tarixi inkişafın müasir mərhələsində küt­lə­vi informasiya vasitələrinin cəmiyyət həyatında rolu və əhəmiyyəti qeyri-adi də­rəcədə artmış, mass-medianın qarşısında qoyulan ictimai-siyasi tələblər və peşəkarlıqla bağlı meyarlar dəyişmişdir. Vaxtilə inkişaf etmiş ölkələrdə, o cümlədən keçmiş SSRİ-də dövlətin siyasətinə uyğun olan informasiyanı ic­timai şüura aşılamağa xidmət edən xüsusi qurumlar var idi. Bu qurumlar informasiyanın həqiqi elmi-ictimai məzmunundan daha çox onun təbliğati-ideoloji mahiyyətinə əhəmiyyət verirdi. Kütləvi şüura yalnız dönə-dönə süz­gəc­dən keçirilmiş faktlar deyil, həm də həmin faktların geniş ictimaiyyət tə­rə­findən qavranılması üsulları yeridilirdi, yəni əslində, auditoriyaya əv­vəl­cə­dən formalaşdırılmış fikirlər təlqin olunurdu.

Totalitar rejimin süqutundan sonra birqütblü dünyada mətbuat nəinki ideoloji buxovlardan azad olmuş, yeni keyfiyyətlərlə zənginləşərək ən müx­tə­­lif mövzularda saysız-hesabsız informasiyanın yer aldığı qlobal şəbəkəyə çev­­rilmişdir. İnternet adlanan bu planetar şəbəkəyə məcazi mənada “Ümu­mdünya hörümçək toru” tərifini verənlər haqlıdırlar. Tarix elmləri doktoru Əli Həsənov yazır: “Elmi-texniki inqilabın və elektron texnologiyaların sü­rət­lə informasiya və kommunikasiya sahələrini əhatə etməsi üçüncü minil­li­yin başlanğıcında planetin geosiyasi məkanını “vahid məkan-zaman çər­çi­və­si­nə” salaraq bütövləşdirmiş və virtuallaşdırmışdır… Dünyanın transmilli küt­ləvi informasiya vasitələri ölkələrin milli hüdudlarını aşaraq vahid, virtu­al informasiya və təbliğat məkanı yaratmışdır” (8, 486).

Bu virtual məkanda hər kəs nəinki onu maraqlandıran informasiyanı əldə edə, hətta fikir mübadiləsi apara, şərh verə bilər. Təsadüfi deyil ki, mət­bu­atın müasir tipoloji sistemlərinin təsnifatını verməyə çalışan tədqiqatçılar mass-medianın qlobal, yaxud regional, rəsmi, yaxud qeyri-formal, ciddi, ya­xud bayağı-bulvar, demokratik, yaxud totalitar, yazılı, yaxud audiovizial cüt­lərini təklif edilər. Bu təsnifatdan aydın görünür ki, cəmiyyət həyatının elə bir sahəsi yoxdur ki, mətbuatda bu barədə informasiya olmasın. Buna gö­rə də “informasiya cəmiyyəti” termininin yaranması və ona önəm veril­mə­si tamamilə təbiidir. Çünki informsiya cəmiyyətini əvvəlki sosial quru­luş­lardan mahiyyətcə fərqləndirən ən əsas cəhət bu cəmiyyətin iqtisadi sis­temində informasiyanın həlledici əhəmiyyətə malik olmasıdır.

Lakin informasiya cəmiyyəti haqqında elmi konsepsiyalarda bu iki sö­zün ehtiva etdiyi anlayışa genetik mənada yanaşmalara da rast gəlmək müm­kündür. Məsələyə belə yanaşanlara görə, informasiya cəmiyyətinin ya­şı bütövlükdə bəşəriyyətin yaşından heç də az deyildir: cəmiyyətin inki­şa­fı­nın bütün mərhələlərində informasiya onun zəruri atributlarından biri ol­muşdur.

Əlbəttə ki, hətta ibtidai sivilizasiyalarda da, digər formasiyalarda da tə­kamülün əsas aktorlarından biri informasiya olmuşdur. “Böyük Rusiya En­siklopediyası”nda deyildiyi kimi, cəmiyyətin inkişafının ilk mərhələsində ya­şamaq uğrunda mübarizədə, evlərin inşasında, geyimlərin hazırlan­ma­sın­da, ərzaq təminatında, məhsul ehtiyatlarının yaradılmasında və qorun­ma­sın­da, müharibə-müdafiə və hərbi yürüşlərdə təchizat və silahlanmada, təba­bə­tin meydana gəlməsində və inkişafında mövcud biliklərin toplanması, ötü­rül­məsi və ondan təkamülün təminedici vasitəsi kimi istifadə olunması la­büd hala çevrilmişdi. İlk texniki avadanlığın meydana gəlməsi, nəqliyyat va­si­tələrinin getdikcə təkmilləşdirilməsi, metaldan istifadə və bu sahələrdə möv­cud təcrübələrin öyrənilməsi informasiyasız mümkün ola bilməzdi. Cə­miy­yətin inkişafında istehsalın artmasının sənayeləşdirməyə gətirib çıxar­ma­sı kimi böyük təkamüldə informasiyanın nə dərəcədə mühüm rol oy­na­dı­ğı­nı təsəvvür etmək mümkündür. Bu, formalaşmaqda olan postindustrial si­vi­lizasiyası ilə sosial quruluşun ən qədim formaları arasında genetik əlaqə­nin olmasını göstərir. Təəccüblü deyil ki, indiyə qədər hələ heç bir iqtisadçı ib­tidai icma dövrü ilə müasir sivilizasiya arasındakı varislik əlaqəsini izlə­mə­yə cəhd göstərməmişdir. Halbuki müasir cəmiyyətlə müqayisədə bizim uzaq əcdadlarımızın həyatında informasiyanın əhəmiyyəti heç də az ol­ma­mış­dır. Çünki informasiya bütün dövrlərdə işə yaramış və ictimai trans­for­ma­siyanın başlıca mənbəyi olmuşdur (6, 490).

Əgər “informasiya ...ictimai transformasiyanın başlıca mənbəyi ol­muş­­dur”sa, alimlər nə üçün “informasiya cəmiyyəti” konsepsiyasını əsas­lan­dırmaq üzərində bu qədər baş sındırırlar? İnformasiya cəmiyyəti tarixi re­al­lıqdır, yoxsa utopiya? “Həqiqət müqayisədə meydana çıxır” prinsipi ilə ya­naşsaq, suala “tarixi reallıqdır” cavabını verməli olacağıq. Çünki infor­ma­si­ya cəmiyyəti kateqoriyasını sənaye cəmiyyəti və ondan əvvəlki cə­miy­yət­lərlə müqayisə edəndə, artıq yeni sosial quruluşun tarixi reallıq olduğu aydın görünür.

Sənaye cəmiyyətindən əvvəlki cəmiyyətlərin tarixinə diqqət yetirsək görərik ki, insanların yaşamaq uğrunda mübarizəsinin rəhni əzələ qüvvəsi idi. Belə cəmiyyətdə rifah təbii amillərdən – yağışdan və quraqlıqdan, tor­pağın vəziyyətindən, iqlimin sərt və ya mülayim keçməsindən asılı olurdu.

Sənaye cəmiyyəti isə çevikdir, istehlak tələbatını istehsal vasitələrini in­kişaf etdirməklə tənzimləyir. Bu cəmiyyətdə insan təbiəti dəyişdirmək is­tə­yən qüvvəyə çevrilir, dünya texniki xüsusiyyət qazanır və daha da ras­ional olur, həyatın ritmi insan zəkasının məhsulu olan ən müasir texnikanın sürəti və iş ahəngi ilə ölçülür.

Bəs informasiya cəmiyyətini fərqləndirən xüsusiyyətlər hansılardır? İnformasiya cəmiyyəti zəngin və daha geniş, çoxçeşidli xidmətlərə əsas­la­nır. Bu cəmiyyətdə əsas rol oynayan yalnız əzələ qüvvəsi və enerji deyil, onu tənzimləyən və inkişafa təkan verən, yol göstərən informasiyadır. Ha­zır­da ətraf aləm haqqında biliklərin toplanmasının da aid olduğu infor­ma­si­ya xarakterli proseslər, əslində, cəmiyyətin inkişaf istiqamətini və sürətini mü­əyyən edir. Buna görə də “informasiya cəmiyyəti” termininin yaranması və ona böyük önəm verilməsi tamamilə təbiidir.

Dünyada informasiyanın əhəmiyyəti durmadan artır, hazırda bu sektor bütövlükdə iqtisadiyyatın digər sahələrindən daha sürətlə inkişaf edir. Bu sa­hənin inkişafı Azərbaycanda da sürətlə gedir. Təsadüfi deyil ki, Azərbay­can­da sənayenin neft-qaz sektorundan sonra inkişaf sürətinə və yatırılan sər­ma­yələrin həcminə görə informasiya-kommunikasiya texnologiyaları sahəsi ikinci yerdədir. “Azərbaycan Respublikasında rabitə və informasiya texno­lo­gi­yalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı”nda de­yi­lir: “Hazırda İKT sektorunun inkişaf tempi bu sahədə ümumdünya göstəri­ci­lərini təxminən üç dəfə qabaqlayır. Dünya İqtisadi Forumu tərəfindən 2008-2009-cu illər üçün hazırlanmış “İnformasiya texnologiyalarının qlobal in­kişafı haqqında hesabat”da Azərbaycan 134 ölkə sırasında 60-cı yeri tut­maq­la bir çox nüfuzlu ölkələri qabaqlamışdır və MDB-nin iştirakçısı olan döv­lətlər arasında lider olmuşdur” (5, 2). Azərbaycanda biliklərə əsaslanan informasiya cəmiyyəti qurulması istiqamətində görülən işlərin təməli Pre­zi­dent Heydər Əliyevin 2003-cü il 17 fevral tarixli Sərəncamı ilə təsdiq edil­miş “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kom­mu­ni­kasiya texnologiyaları üzrə Milli Strategiya” ilə qoyulmuşdur (3, 144).

Milli Strategiyanın əsas məqsədi “informasiya və kommunikasiya tex­no­logiyalarından geniş istifadə etməklə ölkənin demokratik inkişafına kö­mək etmək və informasiya cəmiyyətinə keçidi təmin etməkdir” (3, 148). Bu məq­sədə çatmağın yolları da Milli Strategiyada konkret göstərilmişdir: “Öl­kə­nin informasiyalaşdırılması yolu ilə informasiya cəmiyyətinin for­ma­laş­dı­rıl­ması təşkilati, sosial-iqtisadi, elmi-texniki, texnoloji və ən başlıcası, siyasi amil­lərə malik olan mürəkkəb prosesdir, onun müvəffəqiyyətlə həyata ke­çi­ril­məsinə cəlb olunan siyasi-inzibati, maliyyə, insan, texniki və s. re­surs­lar­dan səmərəli istifadə olunmasını, prioritetlərin və fəaliyyət istiqamətlərinin düz­gün müəyyən edilməsini, görülən işlərin tənzimlənməsini və əlaqə­lən­di­ril­məsini tələb edir” (3, 149).

Milli Strategiyada informasiya cəmiyyəti quruculuğunun əsas istiqamətləri aşağıdakı kimi təsnif edilmişdir:

– qlobal informasiya mühitinin yaradılması;

– informasiya və kommunikasiya texnologiyalarından kütləvi istifadə edilməsi, sosial və iqtisadi fəaliyyətin yeni formalarının yaranması;

– informasiyanın əmtəəyə çevirlməsi, informasiya və bilik bazarının yaradılması və inkişafı;

– təhsil sisteminin təkmilləşməsi, beynəlxalq, milli və regional sə­viy­yə­də informasiya mübadiləsi sistemlərinin imkanlarının genişlənməsi he­sabına peşə və ümumi mədəniyyət səviyyəsinin artması;

– demokratik inkişafın vacib şərti sayılan vətəndaşların və sosial təsisatların məlumat almaq, onu yaymaq və istifadə etmək kimi hüquqlarını təmin edən mühitin yaradılması.

Milli Strategiyanın qəbul olunmasından bir müddət sonra – 2003-cü il de­kabrın 10-da Cenevrədə İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev demişdir: “Bu gün biz yeni informasiya cəmiyyəti haqqında söhbət edirik... Hesab edirəm ki, bu sammitin sənədlərinin Azərbaycan üçün xüsusi əhəmiyyəti vardır” (7, 164).

Son illərdə Azərbaycanda informasiya cəmiyyətinin qurulması və bu­nun tərkib hissəsi kimi informasiya-kommunikasiya texnologiyalarının ge­niş tətbiq edilməsi istiqamətində məqsədyönlü iş gedir. “Sahənin nor­ma­tiv-hü­quqi bazası inkişaf etdirilmiş, telekommunikasiya infrastrukturu müa­sirləşdirilmiş, ən yeni texnologiyaların tətbiqi genişləndirilmişdir” (5, 2).

Aparılan araşdırmalara əsasən bu qənaətə gəlmək olar ki, informasiya cəmiyyətinin yeni mərhələsində “kütləvi mətbuat və kütləvi mədəniyyət” kommersiyalaşır, “müxtəlif tipli informasiya məhsullarının genişmiqyaslı istehsalının biznesin maraqlarına tabe etdirilməsi meyli” meydana gəlir. Əs­lin­də, burada cəmiyyətdə yeni təfəkkürün yaranmasından söhbət gedir. Yəni in­formasiya cəmiyyətinin inkişaf səviyyəsi dövlətin inkişafının iqtisadi, si­ya­si, hərbi və başqa sahələrinə təsir göstərir. Bu da artıq dünyada və ölkədə sər­hədsiz informasiya məkanının formalaşdığını göstərir. Bu məkanda in­for­ma­siyanın toplanması, işlənməsi, saxlanması və insanlar, təşkilatlar və döv­lət­lər arasında maneəsiz, sərhədsiz, razılaşdırılmış, tarazlaşdırılmış mübadi­lə­si baş verir.

İnformasiya məkanının formalaşdığını bir sıra əsas komponentlər təsdiq edir. Bunlardan birincisi qlobal və milli informasiya resurslarıdır. İkin­ci əsas komponent müasir tələblərə cavab verən informasiya-tele­kom­mu­nikasiya infrastrukturudur. Üçüncü komponent kütləvi informasiya sis­te­mi­dir. Dördüncüsü informasiya məhsulları və xidmətləri bazarıdır. Bu kom­po­nent növbəti amili - açıq dünya şəbəkələri ilə əlaqəni şərtləndirir. Nəha­yət, sonuncu komponent mükəmməl informasiya qanunvericiliyi sisteminin qurul­masıdır. Bu komponentlərin hamısı Azərbaycanda vardır və deyə bi­lə­rik ki, ölkəmiz dünya informasiya məkanının fəal subyektlərindən biridir.

Proqnozlara görə, 10-15 ildən sonra iqtisadi potensial getdikcə daha sü­rətlə tükənməkdə olan xammal ehtiyatları və enerji resursları ilə deyil, ye­ni elmi texnologiyaların inkişaf səviyyəsi ilə müəyyən ediləcəkdir. Artıq dün­yada informasiya texnologiyaları hazırlayan şirkətlərin göstəriciləri də bunu sübut edir.

Tədqiqatçı alim V.Kuznetsov dörd il əvvəlin statistikasına istinad edə­rək yazır ki, hazırda ABŞ-da resursların təqribən 60 faizi və məşğul əhalinin 80 faizi informasiyanın işlənməsi ilə əlaqədar sahələrin payına düşür. İn­for­ma­siyanın inkişafı baxımından ABŞ başqa ölkələri 8-10 il qa­baq­layır və dünyada total hökmranlığı əldən verməməyə çalışır. ABŞ-da 5 min­dən çox firma ictimaiyyətlə əlaqələrin öyrənilməsi və məsləhət xid­mət­ləri ilə əla­qə­dar sahədə çalışır. Onların illik gəliri yüz milyonlarla ölçülür. İri firmaların ha­mısında ictimaiyyətlə əlaqə şöbələri fəaliyyət göstərir. Bu sahədə 250 min­dən çox reklamçı və 30 mindən çox jurnalist çalışır. 200-dən çox univer­si­tet və kollecdə bu sahə üçün mütəxəssis hazırlanır (10, 47).

Göründüyü kimi, ABŞ-da informasiyanın istehsalı və mübadiləsi üçün mükəmməl elmi, texniki, sosial, siyasi və iqtisadi mexanizmlər yara­dıl­mışdır. Bu mexanizmlərin hər biri öz funksiyası çərçivəsində dünyada ge­dən proseslərə dair informasiyaları toplayıb təhlil etmək, super dövlətin qlo­bal məkanda nüfuz dairəsini möhkəmləndirmək və genişləndirmək işinə xid­mət edir. Həmin iş digər vasitələrlə yanaşı, həm də informasiyanın mü­badiləsi üzərində qurulur.

İnformasiya mübadiləsi ölkə daxilində yerli qanunverilicik aktları, bey­nəlxalq aləmdə isə dövlətlər, transmilli qurumlar arasında imzalanmış mü­qavilələr və sazişlər əsasında həyata keçirilir. İnformasiya mübadiləsi ilə əla­qədar ilk beynəlxalq sazişlər XIX əsrə aiddir. O vaxt bu müqavilələr əsa­sən teleqraf rabitəsinə aid idi. Radionun, sonradan televiziyanın kəşfi nə­ti­cə­sində yayım şəbəkəsinin qanunvericilik yolu ilə tənzimlənməsi zərurəti ya­ran­mışdır. Tarixdən bəllidir ki, istər ideoloji sistemlərin, yaxud müharibə edən tərəflərin təbliğatına qarşı aparılan mübarizə işi informasiya müba­di­lə­si­nin yeni parametrlərini müəyyənləşdirmiş və onun tənzimlənməsində xü­su­si rol oynamışdır. Müharibə dövrlərinə aid elmi-tarixi ədəbiyyatın müəl­lif­lərinin qənaətinə görə, qanlı-qadalı illərdə informasiyanın təsir gücü sila­hın gücündən heç də az olmamışdır. “Mütəxəssislərin fikrincə, müharibə, xüsusilə də İkinci Dünya müharibəsi yalnız ABŞ-da deyil, həm də Böyük Britaniya, Almaniya, Fransa və başqa ölkələrdə ictimaiyyətlə əlaqələrin inkişafı üçün təkan olmuşdur” (11, 62).

Ölkələr arasında informasiya mübadiləsi həm rəsmi dövlət qurumları (diplomatik nümayəndəliklər, yüksək səviyyəli nümayəndə heyətlərinin sə­fər­ləri, hökumətlərarası komissiyalar, müvafiq nazirliklər və s.), həm də mil­li xəbər agentlikləri vasitəsilə həyata keçirilir. Müstəqil Azərbaycan Res­pub­likasında bu funksiyanın yerinə yetirilməsində rəsmi dövlət infor­ma­si­ya agentliyi olan AzərTAc-ın da mühüm rolu vardır. Dünyanın müxtəlif öl­kə­lə­rinin milli xəbər agentlikləri ilə informasiya mübadiləsinə dair mü­qa­vi­lə və sa­zişlərin imzalanması AzərTAc-ın fəaliyyətinin üstün isti­qa­mət­lə­rin­dən bi­ridir. Bu barədə agentliyin Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş Əsasnaməsində deyilir: “AzərTAc xarici ölkələrin informasiya agentlikləri və digər kütləvi infor­ma­siya orqan­la­rı ilə mübadilə və ya kommersiya şərtləri əsasında informasiya verilməsi (əl­də edilməsi) haqqında müqavilələr bağlayır” (2, 104).

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra AzərTAc in­for­masiya mübadiləsinə dair ilk rəsmi sənədi 1992-ci ildə Türkiyə Cüm­hu­riyyətinin Anadolu Agentliyi ilə bağlamışdır. Hazırda Asiya və Avropanın 25 dövlətinin milli xəbər agentlikləri ilə imzalanmış müqavilə və sazişlər əsa­sında informasiya mübadiləsi aparılır (www.azertag.gov.az / “Bizim tə­rəf­daşlar bölməsi”). Son illər Azərbaycanın regionun geosiyasi həyatında oy­nadığı rola artan marağın nəticəsidir ki, bu müqavilə və sazişlərin böyük ək­səriyyəti müvafiq ölkələrin milli agentliklərinin təşəbbüsü ilə bağ­lan­mışdır. Rusiyanın İTAR-TASS, Ukraynanın Ukrinform, Yaponiyanın Kyo­do, İndoneziyanın ANTARA, İtaliyanın ANSA, Bolqarıstanın BTA, Misirin MENA, İordaniyanın PETRA, Küveytin KUNA, Qazaxıstanın Kazinform, Monqolustanın Montsame agentlikləri və digər nüfuzlu milli agentliklər in­for­masiya mübadiləsi sahəsində AzərTAc-ın tərəfdaşlarıdır. AzərTAc cə­miy­­yət həyatının ən müxtəlif sahələrinə dair yenilikləri təkcə müqavilələr və saziş­lər əsasında deyil, həm də birbaşa əlaqələr yolu ilə beynəlxalq aləmdə və ölkədə yayır. Hazırda AzərTAc dünyanın 90-dan çox dövlətinin milli xəbər agentliyi ilə informasiya mübadiləsi aparır.

AzərTAc-ın dünyanın ən böyük informasiya alyanslarının – Şərqdə Asi­­ya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının – OANA-nın (www.oananews.org), Qərbdə Avropa Xəbər Agentlikləri Al­yan­­sının – EANA-nın (www.newsalliance.org) üzvü olması həmin regionlardakı dövlətlərin ictimai-siyasi və mədəni həyatına dair xəbərləri Azər­baycan cəmiyyətinə, respublikamızda gedən proseslər barədə infor­ma­siyaları isə həmin ölkələrin auditoriyasına çatdırmağa imkan vermişdir.

Asiya və Sakit okean regionunda 33 ölkənin 39 informaiya agent­li­yi­nin üzv olduğu OANA-nın saytında 2009-cu ildə AzərTAc-ın 5015 in­for­ma­si­yası yerləşdirilmişdir. Həmin xəbərlər Azərbaycanın ictimai-siyasi həyatı­nın bütün sahələrini – Prezident İlham Əliyevin xarici və daxili sə­fər­lə­rin­dən, qəbul və görüşlərindən hazırlanmış informasiyalardan tutmuş, iq­ti­sadiyyatı, mədəniyyəti, elm və təhsili, hərbi iş və hüququ, idman xəbərlərini əhatə etmişdir. OANA-ya üzv olan ölkələrin agentlikləri arasında AzərTAc il ərzində qurumun informasiya resursunda yerləşdirilmiş məlumatların sayına görə 1-3-cü yerləri bölüşmüşdür. Gün ərzində agentliyimizin ən azı 10-12 xəbəri OANA-nın internet portalının baş səhifəsində yerləşdirilir ki, bunların da böyük əksəriyyəti günün ən çox oxunan xəbərləridir.

AzərTAc EANA-nın üzvü olan milli infromasiya agentlikləri ilə qarşılıqlı faydalı əməkdaşlıqdan da səmərəli surətdə istifadə etməyə çalışır.

AzərTAc Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan öl­kə­lərin Milli İnformasiya Agentlikləri Assosiasiyasının – BSANNA-nın (www.bsanna. news.ukrinform.ua) üzvü kimi də Azərbaycan haqqında xə­bər­lərin bu qurumun informasiya resursunda geniş yer almasına xüsusi diq­qət yetirir. Keçən il BSANNA-nın internet saytında AzərTAc-ın 3423 informasiyası yerləşdirilmişdir.

Hazırda Türkdilli Xəbər Agentlikləri Birliyində – TKA-da (www.tkaonline.org) sədrlik edən AzərTAc 2009-cu ildə üzv agentliklər ara­sında əlaqələrin inkişaf etdirilməsinə səy göstərməklə yanaşı, Azər­bay­ca­nın sosial, siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrinə dair xəbər­lə­rin geniş yayılması üçün Birliyin informasiya resursunun imkanlarından ge­niş istifadə etmişdir. Həmin il TKA-nın saytında AzərTAc-ın 4587 xəbəri yer­ləşdirilmişdir.

AzərTAc MDB-nin üzvü olan ölkələrin Milli İnformasiya Agentlik­lə­ri Assosiasiyasının – ANİA-nın (www.ania-news.info), Asiya Xəbər Agent­lik­ləri Konsorsiumunun – AsiaPulse-nin (www.asiapulse.com) inter­net resursları ilə informasiya yayımı işini daha da genişləndirir. AsiaPulse ilə bağlanmış müqaviləyə əsasən, bu konsorsium Azərbaycanın iqtisadi in­ki­şafı, əlverişli biznes və investisiya mühiti, respublikamızın iştirakı və tə­şəbbüsü ilə həyata keçirilən transmilli layihələr haqqında informasiyaları 30 öl­kənin biznes strukturları və dövlət qurumları arasında yayır. Konsor­si­u­mun tərəfdaşları arasında Sinxua (Çin), İRNA (İran), ANATRA (İndo­ne­ziya), habelə Yaponiya, Avstraliya, Koreya Respublikası, Tayvan, Hin­dis­tan, Birləşmiş Ərəb Əmirlikləri, Pakistan və digər ölkələrin nüfuzlu infor­masiya agentlikləri vardır.



Mübadilə prosesində informasiyanın xüsusiyyətləri və formaları haq­qın­da məsələ də böyük əhəmiyyət kəsb edir. Tədqiqatçılar dövlətlər arasın­da mübadilə olunan informasiyaları “mənşəyinə” görə iki qrupa – rəsmi (for­mal) və qeyri-rəsmi (qeyri-formal) informasiyaya bölürlər. Bunlardan bi­rincisi rəsmi strukturlarda və ictimaiyyətlə rəsmi əlaqə kanallarında, ikin­ci­si isə qeyri-rəsmi strukturlarda və kanallarda dövr edir. Formal infor­ma­si­ya sosial idarəetmə sistemində rəsmi orqanlar tərəfindən hazırlanır və ötü­rü­lür, xarici əlaqələrin qurulmasında çox mühüm və həlledici rol oynayır. Ru­siyalı sosioloq V.Afanasyev yazır ki, formal informasiya məzmunundan və formasından asılı olmayaraq, aşağıdakı beş ümumi tələbə cavab verməlidir:

1) maksimum dəqiq olmalı, həqiqi vəziyyəti əks etdirməlidir (infor­ma­­siyanın qəsdən təhrif edilməsinə gəldikdə isə, bu, etika problemlərinə aiddir);

2) yetərli olmalıdır. İnformasiyanın yetərli olmaması sosial ünsiyyəti zəiflədir, onun səmərəsini azaldır. Lakin informasiyanın azlığı kimi, onun çox­luğu da işin zərərinədir, çünki bu, ümumi informasiyanın içində ən baş­lıca və mühüm olanı aydınlaşdırmağı və başa düşməyi çətinləşdirir;

3) informasiya vaxtında daxil olmalıdır. Hətta son dərəcə qiymətli in­for­masiya da ünvan sahibinə çox gec və ya çox tez çatanda əhəmiyyətini iti­rir. Sonuncu halda informasiya kifayət qədər aktual təsir bağışlasa da, onu alan şəxs buna diqqət yetirməyə bilər;

4) informasiya anlaşıqlı olmalıdır. Bu, istifadə olunan informasiyanın məzmunu və ifadə forması baxımından semantik birtiplilik hesabına əldə edi­lir. İnformasiyanın məzmununda yekrənglik mətnlərdə ümumi qəbul edil­miş və müəyyən olunmuş anlayışlardan, terminlərdən, işarələrdən, gös­tə­ricilərdən istifadə edilməsini nəzərdə tutur. İnformasiyanın verilmə forma­sı, ilk növbədə, onun daşıyıcısı ilə bağlıdır və forma razılaşdırılmalı, hətta stan­dartlaşdırılmalıdır. Məsələn, geniş əhali təbəqələri üçün hakimiyyət or­qan­larının bu və ya digər hərəkətlərini izah edən informasiya sadələşdirilmiş formada təqdim edilməlidir; İnformasiyanın ötürülməsinin bir formasından digərinə, məsələn, sənəd formasından çap formasına keçmək imkanının olması da faydalıdır;

5) informasiya maksimum yığcam olmalı, onun bütün vətəndaşlar tərəfindən asan qavranılması təmin edilməlidir (1, 52).



Bəs qeyri-rəsmi informasiya nədir? Onu rəsmi informasiyadan necə fərq­ləndirmək olar? Müasir media məkanında bu cür informasiyalar bloq­ger­lər şəbəkəsi tərəfindən hazırlanıb dövriyyəyə buraxılır. Qeyri-rəsmi in­for­masiyaların mənbəyi qeyri-rəsmi kanallardır. Bu informasiyalar müəyyən ma­raq qrupları tərəfindən şayiələr, uydurmalar və fərziyyələr əsasında ha­zır­la­nır. Müasir kommunikasiya sistemində rəsmi informasiya azlıq təşkil edən­də qeyri-rəsmi informasiyanın həcmi artır. Ona görə də internet re­surs­larından əldə edilən informasiyaların etibarlılığının yoxlanılmasının, o cüm­lə­d­ən məlumatı yayanın identikləşdirilməsinin əhəmiyyətini xüsusi vur­ğulamaq lazımdır.

Beləliklə, yuxarıda deyilənləri ümumiləşdirərək bu qənaətə gəlmək olar ki, informasiya və onun mübadiləsi müasir cəmiyyətin həyatında inkişafın mühüm tərkib hissəsidir.
Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə