131
Müqəddəs sübh
Birinci: Müqəddəs sübh (İlahi vəddir)
Hədislər qeyd edir ki, İslam dünyası ölkələrindən yollanan-
lar Hicaza gələcək və gizli şəkildə Məhdini (əleyhissəlam) axta-
racaqlar ki, ona beyət etsinlər (onlar yeddi nəfər din alimi və on-
ların köməkçiləri olacaq).
200
Bu əsnada Məhdi Mədinədən çıx-
mış, Məkkəyə sarı üz tutmuş halda olacaq. O, Musa ibn İmran
(əleyhissəlam) kimi qorxub, gözdə-qulaqda olacaqdır. Həmin
zaman onun vəzirləri və əshabı (313 nəfər) Məkkəyə gəlməyə
başlayacaqlar. Onlar müxtəlif üfüqlərdən və öncədən vədələş-
məmiş halda bir gecədə bir yerə yığılacaqlar.
Altıncı gün (Aşura günü – Məhərrəmin onu) sübh çağı (Günəş
doğmamışdan öncə), Məkkədə İbrahim (əlehissəlam) məqamı-
nın arxasında iki rəkət namaz qıldıqdan sonra rükn və məqam
arasında durar, birinci xitabını elan edər ki, xalq onu tanısın.
O, xalqı beyət etməyə dəvət edər. Ona birinci beyət edən (Kəbə
mizabının (navalçasının) üzərində duran ağ quş) Cəbrail (əley-
hissəlam), sonra hörmətli əshabı (313), sonra isə möminlər və
salehlər olar. O kəslər ki, ona kömək etmək üçün gəlmiş, onun-
la birlikdə cihad etmək naminə durmuşlar. O, Məkkədə yanın-
da on min yardımçı toplanana qədər qalar.
Yunis ibn Zəbyan İmam Sadiqin (əleyhissəlam) belə buyur-
duğunu nəql etmişdir: “Cümə gecəsi olunca Rəbb-taala dünya
səmasına bir mələk göndərər. Fəcr açıldığı zaman o mələk Bey-
tül-Məmurun üzərində ərşdə əyləşər və Muhəmməd, Əli, Həsən
və Hüseyn (əleyhimussəlam) üçün nurdan minbərlər hazırlayar.
Onlar bu minbərlərin üzərinə çıxarlar, mələklər, peyğəmbərlər
və möminlər isə onların ətrafına toplaşarlar. Səmanın qapıları
açılar. Günəş zəval etdiyi zaman Allah Rəsulu (sallallahu əleyhi
və alih) deyər: “Ey Rəbbim, öz kitabında mənə vəd etdiyin vəd (i
həyata keçir). O vəd həmin bu ayədir: “Allah sizdən iman gə-
tirib yaxşı işlər görən kəslərə vəd etmişdir ki, onları mütləq
200
Əl-Muməhhidun lil-Mehdi, s.60.
132
Müctəba Sadət
özlərindən qabaq olmuşları canişin etdiyi kimi yer üzündə
canişin və hakim edəcək, onlar üçün bəyəndiyi dini (İslam
dinini) onlar üçün bərqərar edərək möhkəmləndirəcək və
onların halını şübhəsiz, qorxu və vahimədən sonra əmin-a-
manlıq və xatircəmliklə əvəz edəcəkdir”.
201
Sonra mələklər və
peyğəmbərlər də belə deyərlər. Sonra Muhəmməd, Əli, Həsən
və Hüseyn (əleyhimussəlam) səcdəyə qapanar və deyərlər: “Ya
Rəbb, qəzəb et. Çünki sənin haram etdiyin şey tapdanıb, seç-
diyin insanlar qətlə yetirilib, saleh bəndələrin zəlil vəziyyətə
düşüblər”.
Beləliklə, Allah istədiyini edər. Bu, məlum olan bir gündə
baş verəcək
“.
202
1 – Xüruc günü
Şənbə günü (Aşura) Məhərrəm ayının onu
Əbu Bəsir İmam Sadiqin (əleyhissəlam) belə buyurduğunu
nəql edib: “.... (Qaim) Aşura günü qiyam edər. O gün Hüseyn ibn
Əlinin (əleyhissəlam) qətlə yetirildiyi gündür. Sanki mən şənbə
günü, Məhərrəmin onu onunla birlikdə rükn və məqam ara-
sında durmuşam. Cəbrail onun qarşısındadır. Ona beyət etmək
üçün nida çəkir. Onun şiələri yer üzünün ətraf məntəqələrin-
dən gəlir, yolu sürətlə qət edirlər ki, ona beyət etsinlər. Beləlik-
lə, Allah onun vasitəsi ilə yer üzünü zülm və haqsızlıqla dolmuş
olduğu kimi haqq-ədalətlə dolduracaqdır”.
203
Əli ibn Məhziyar İmam Baqirin (əleyhissəlam) belə buyur-
duğunu nəql etmişdir: “Sanki mən Qaimi görürəm ki, Aşura
günü, şənbə rüknla məqam arasında durmuşdur”.
204
201
Nur, 55.
202
Ğeybətun-Numani, s.184; Biharul-ənvar, c.52, s.297.
203
Əl-İrşadu lil-Mu id, c.2, s.379; Ğeybətun-Numani, s.189; İlamul-vəra,
s.430; Muntəxəbul-əsər, s.448; Yəumul-xilas, s.317.
204
Ğeybətut-Tusi, s.274; Tarixu ma bə`dəz-zuhur, s.222.
133
Müqəddəs sübh
2 – Xüruc etməmişdən bir neçə saat öncə (Ənsarının bir
yerə cəm olması)
Müfəzzəl ibn Ömər İmam Sadiqin (əleyhissəlam) belə bu-
yurduğunu nəql etmişdir: “O, təkbaşına zühur edər, təkbaşı-
na Kəbəyə daxil olar, gecəni təkbaşına keçirər. Gözlər yatdığı
zaman və gecə qaranlığa büründükdə Cəbrail, Mikail və sair
mələklər cərgə-cərgə ona nazil olar. Cəbrail ona deyər: “Ey
ağam, sənin sözün məqbul, əmrin caizdir”. Əlini onun üzünə çə-
kib deyər: “Həmd bizim barəmizdəki vədini gerçəkləşdirən
və cənnət yerini irsi olaraq bizə verən Allaha məxsusdur ki,
cənnətin istədiyimiz yerində məskən seçirik. Əməl edənlə-
rin mükafatı gözəldir!”
205
O, rükn ilə məqam arasında durar,
hayqırtı çəkərək deyər: “Ey mənim seçkinlərim, xüsusi kəslə-
rim, ey o kəslər ki, Allah onları yer üzündə zühur etməmişdən
öncə mənə kömək etmək üçün saxlamışdır, tələsərək tez bir
zamanda yanıma gəlin”. Onun fəryadı onlara yetişər. Halbuki
onlar mehrablarında, yer üzərinin şərq və qərbində fərşləri
üzərində olarlar. Hər bir kəs qulağı ilə bir səsləntidə onu eşi-
dər. Onlar ona tərəf gələrlər və onlar üçün heç bir göz qırpımı
keçməz. Nəhayət, hamısı rükn və məqam arasında onun qarşı-
sında olarlar. Allah nura əmr edər, yer üzərinə səmadan bir sü-
tun gələr. Yer üzündəki hər bir mömin onunla işıqlanar, evinin
içərisindən nur onun yanına girər, möminlərin canları bu nurla
fərəhlənər. Halbuki onlar (hələ) biz Əhli-beytin Qaiminin zühu-
runu (n baş verdiyini) bilməzlər. Sonra sübhü onun qarşısında
duran halda açarlar. Onlar üç yüz on üç nəfər olar və Bədr günü
Allah Rəsulunun (sallallahu əleyhi və alih) əshabının sayı qədər
olarlar”.
206
Müfəzzəl ibn Ömər İmam Sadiqin (əleyhissəlam) belə bu-
yurduğunu nəql etmişdir: “İmama izin verildiyi zaman Allahı
205
Zumər, 74.
206
İlzamun-nasib, c.2, s.256; Bəşarətul-İslam, s.268; Yəumul-xilas, s.318.
Dostları ilə paylaş: |