Müqəddİmə Bir neçə zəruri xatırlatma


Müsafirin (səfərdə olanın) namazı



Yüklə 9,34 Mb.
səhifə33/88
tarix26.09.2017
ölçüsü9,34 Mb.
#2194
1   ...   29   30   31   32   33   34   35   36   ...   88

Müsafirin (səfərdə olanın) namazı


Məsələ 1119: Müsafir səkkiz şərt ödənməklə dörd rəkətlik namazını iki rəkətli qılmalıdır:

Birinci şərt:

Səfər şər’i səkkiz fərsəxdən az olmasın


Məsələ 1120: Bir şəxsin bir yerə gedib qayıtması səkkiz fərsəx (təqribən 43 km) olarsa, dörd rəkətli namazlarını qəsr, yə’ni yarı qılmalıdır. Gedərkən (21,5 km.) dörd fərsəx məsafə qət etməsi vacib deyil. Əgər gedib qayıtdığı yol səkkiz fərsəx olarsa, namazı yarıdır. Müsafir getdiyi yerdən həmin gün qayıtmaya da bilər. Bir şərtlə ki, həmin yerdə 10 gün qalmaq qərarına gəlməsin.

Məsələ 1121: Bir şəxs səfərinin səkkiz fərsəx olub-olmadığını şəkk edərsə, namazını yarı qılmamalıdır. Amma şəkk yarandıqda bu məsələni bilənlərdən öyrənməli, araşdırma aparmalıdır. Bir şərtlə ki, bu araşdırma məşəqqət yaratmasın.

Məsələ 1122: Gedilən yolu müxtəlif vasitələrlə öyrənmək olar. Əvvəla, insan özü bu yolu ölçə bilər. İkincisi, bu yolun miqdarı camaat arasında mə’lum olar. Üçüncüsü, e’tibarlı bir şəxs yolun uzunluğu barədə mə’lumat verər.

Məsələ 1123: Səfərdə səkkiz fərsəx yol getdiyinə əmin olan şəxs namazını yarı qıldıqdan sonra həmin məsafənin səkkiz fərsəx olmadığını bilərsə, namazı batildir. Namazı təzələməli və dörd rəkət qılmalıdır. Vaxt ötmüşsə namazın qəzasını yerinə yetirmək lazımdır. Yolun səkkiz fərsəx olmadığını bildiyi halda, yolda həmin yolun səkkiz fərsəx olduğu mə’lum olarsa, namazını yarı qılmalıdır. Əgər bütöv qılmışsa təzələməlidir.

Məsələ 1124: Bir şəxs aralarındakı məsafə dörd fərsəxdən az olan iki məhəl arasında bir neçə dəfə gedib gəlsə, onun namazı yarı olmaz. Gedilən yol üst-üstə səkkiz fərsəxdən çox olsa belə bu səfər müsafir səfəri sayılmaz. Amma bu şəxsi hamı müsafir sayarsa, ehtiyata əsasən, namazını həm tam, həm də yarı qılmalıdır.

Məsələ 1125: Əgər bir yerə getmək üçün iki yol varsa, bu yollardan biri səkkiz fərsəxdən az, o biri səkkiz fərsəxdən çoxsa, birinci yolla getdikdə namazı tam, ikinci yolla getdikdə yarı qılmaq lazımdır.

Məsələ 1126: Səkkiz fərsəx məsafə şəhərin son evindən hesablanır.

İkinci şərt:

Əvvəlcədən səkkiz fərsəx getmək məqsədi olsun


Məsələ 1127: Bir şəxs əvvəlcə səkkiz fərsəxdən az yolu olan bir yerə getmək istəsə, yolda və ya həmin yerə çatdıqdan sonra səfərini davam etdirmək qərarına gəlsə, getdiyi yol üst-üstə səkkiz fərsəxdən çox olduqda əvvəlcədən bu məsafəni getmək qərarı olmadığından namazını bütöv qılmalıdır. Amma bir yerə çatdıqdan sonra daha səkkiz fərsəx yol getmək qərara alınarsa, namaz yarı qılınar.

Məsələ 1128: Bir şəxs itirdiyi bir şeyi axtarmaq üçün yola çıxmışsa və nə qədər yol gedəcəyini bilmirsə, namazını tam qılmalıdır. Amma qayıtdığı vaxt vətəninə qədər olan məsafə səkkiz fərsəx və ya daha artıq olarsa namazı yarıdır.

Məsələ 1129: Səkkiz fərsəx yol getmək qərarına gəlmiş şəxs gündə azca yol getsə də namazını yarı qılmalıdır. Bir şərtlə ki, onu müsafir saysınlar.

Məsələ 1130: Bir şəxs səfərdə başqasından asılıdırsa (məsələn, atadan asılı olan oğul) həmin şəxsin səkkiz fərsəx yol gedəcəyini bildikdə namazını yarı qılmalıdır. Hətta məcburi şəkildə aparılan məhbus kimi şəxs səfərinin səkkiz fərsəx və ya daha artıq olduğunu bildikdə müsafirin hökmünə əməl etməlidir. Bir şərtlə ki, dörd fərsəx yol getməmiş onlardan ayrılacağına ağlabatan ehtimalı olmasın.

Üçüncü şərt:

Yolda səfər məqsədinin dəyişməməsi


Məsələ 1131: Əgər dörd fərsəx yol getməmiş məqsədini dəyişsə və ya tərəddüddə olsa namazını tam qılmalıdır. Amma dörd fərsəx yol qət etdikdən sonra səfər məqsədindən daşınsa namazı yarıdır. Bir şərtlə ki, qalmaq və ya qayıtmaqla bağlı tərəddüddə olmasın, həmin yerdə on gün qalmaq qərarına gəlməsin.

Məsələ 1132: Bir şəxs səkkiz fərsəx və ya daha artıq uzaqlıqda olan yerə getmək istəyərsə səkkiz fərsəx yol getməmiş səfərini davam edib-etməməklə bağlı şəkk-tərəddüd keçirərsə və həmin yerdə bir qədər qalarsa, yolu davam etmək qərarına gəldikdə namazı yarıdır. Əgər tərəddüd halında yolun bir hissəsini gedib sonra yola davam etmək qərarına gələrsə, yolun qalan hissəsi səkkiz fərsəx və ya artıq olarsa, namazı yarıdır.

Dördüncü şərt:

Səkkiz fərsəx yol getməzdən qabaq vətənindən keçməsin və yolda on gün, on gündən artıq qalmaq qərarına gəlməsin.


Məsələ 1133: Əgər müsafir vətəninə daxil olsa səfəri qırılır, eləcə də on gün qalacağı yerə çatsa, vətənindən keçmək və ya bir yerdə on gün qalmaqla bağlı tərəddüddə olsa namazı tamdır.

Beşinci şərt:

Səfər haram iş üçün olmasın.


Məsələ 1134: Bir şəxs oğurluq, xəyanət və ya başqa bir haram iş üçün səfərə çıxarsa, namazını tam qılmalıdır. Eləcə də səfər özü haram səfər olsa (bədənə zərərli səfər, vacib ehtiyata əsasən, qadının ərindən icazəsiz səfərə çıxması, ata-anadan icazəsiz və onların əziyyətinə səbəb olacaq səfər) namaz tam qılınır. Amma səfər həcc kimi vacib səfər olarsa, ərin, ata-ananın razılığı şərt deyil və namaz yarı qılınır.

Məsələ 1135: Səfərin haram səfər olmamasına və haram iş üçün səfərə çıxılmamasına baxmayaraq səfərdə günaha yol verilsə (məsələn, şərab içilsə, qeybət edilsə, zülmə yol verilsə) namaz yarı qılınır.

Məsələ 1136: Əgər vacib bir işdən boyun qaçırmaq üçün səfərə çıxılsa (məsələn, borclu borcunu verməmək üçün səfərə çıxsa) namaz tam qılınmalıdır. Belə bir məqsəd olmasa, namaz yarıdır.

Məsələ 1137: Səfər haram olmasa da müsafir haram miniyə süvar olarsa və ya qəsbi yerə səfərə çıxarsa, ehtiyata əsasən, namazını həm tam, həm də yarı qılmalıdır.

Məsələ 1138: Bir şəxs zalım bir adamla səfərə çıxsa və onun səfərinə kömək etsə zalım sayılır və səfəri haramdır. Belə bir şəxs namazını tam qılmalıdır. Amma bu səfərə məcbur olsa və ya səfərə çıxmaqda məqsədi daha mühüm bir iş, məsələn, bir məzlumun həyatını xilas etmək olsa, namazı yarıdır.

Məsələ 1139: Əyləncə, gəzinti, istirahət üçün səfərə çıxmaq, su, hava və bu kimi şeylərdən istifadə etmək israf və haram işə səbəb olmasa, halaldır və namaz qəsr qılınır.

Məsələ 1140: Bir şəxs dolanışıq məqsədi ilə ova çıxsa səfəri halaldır və namazı yarıdır. Eləcə də, daha çox qazanmaq üçün ova gedənin namazı yarıdır. Amma bir şəxs əyləncə üçün ova çıxarsa, səfəri haramdır və namazını tam qılmalıdır.

Məsələ 1141: Günah səfərdən qayıdan şəxs tövbə etsə, qayıtdığı yerə səkkiz fərsəx və ya bir qədər artıq qalan məhəldən namazını yarı qılmalıdır. Tövbə etməsə də, geri qayıdarkən günaha yol verməzsə eyni hökmə əməl edir.

Məsələ 1142: Səfəri günah səfər olan şəxs yolda məqsədini dəyişsə, qalan yol səkkiz fərsəx və ya daha artıq olarsa, eləcə də gedib qayıdacağı yol üst-üstə səkkiz fərsəx olarsa, namazını yarı qılmalıdır. Amma günah üçün səfərə çıxmamış, yolda məqsədini dəyişib günah iş görmək istəyən şəxs namazını tam qılmalıdır. Amma əvvəlcə yarı qıldığı namazlar düzgündür.

Yüklə 9,34 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə