Müqəddimə


I-ci Fəsil Həzrət Fatimeyi-Zəhra (əleyha-salam) zikrinin əhəmiyyəti



Yüklə 0,93 Mb.
səhifə10/16
tarix14.06.2018
ölçüsü0,93 Mb.
#48867
1   ...   6   7   8   9   10   11   12   13   ...   16

I-ci Fəsil

Həzrət Fatimeyi-Zəhra (əleyha-salam) zikrinin əhəmiyyəti

« Çoxlu» zikrdən məqsəd nədir?

«O kişilər ki, Allahı çox xatırlayırlar və o qadınlar ki, Allahı çox xatırlayırlar1.

-İnsan Allahı xatırlamaqla hər halda və hər şəraitdə öz qəlbindən xəbərsizlik və qəflət pərdələrini kənara çəkir və şeytan vəsvəsələrini uzaqlaşdırır. «Çox zikrdən məqsəd nədir» sualına gəldikdə isə İslami rəvayətlər və müfəssirlərin (təfsir alimləri) söhbətlərində zikrin müxtəlif mə`naları qeyd olub ki, zahiri mə`nada zikr cəhətdən eynidir (bir-birinin oxşarıdır) və bu kəlmənin geniş məfhumu (mə`nası) bütün bunların hamısına şamil olur.

İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alihi) olan bir hədisdə oxuyuruq. «Bir vaxt kişi öz həyat yoldaşını gecə yuxudan oyatsa və hər ikisi dəstəmaz alıb gecə namazı qılsalar, Allahı çox xatırlayan və zikr edən kişilər və qadınlar sinfindən olacaqlar.”

-Həzrət İmam Sadiq (əleyhis-səlam) buyurur: Hər kəs Fatimeyi-Zəhranın (əleyha-səlam) zikrini gecədə desə bu ayə ona aid olar:

«Ey iman gətirənlər! Allahı çox xatırlayın»1.

-Maddi həyatda qəflətin amil və səbəbləri çoxdur və şeytanın zəhərli vəsvəsə oxları hər tərəfdən insana atılır. Onunla mübarizə üçün çoxlu zikrdən başqa yol yoxdur.

Əziz Peyğəmbərimizdən soruşdular: Qiyamət günü bəndələrdən hansı birinin məqamı daha üstündür? Buyurdu: Allahı çox xatırlayan şəxslər (daha üstün məqama sahib olarlar).

İmam Sadiq (əleyhis-səlam) buyurdu: «Hər kəs Allahı çox xatırlasa, Allah-taala ona öz lütfü sayəsində behiştlərində yer verəcək.”

Buradan mə`lum olur ki, «çoxlu zikrin» geniş mə`nası vardır. O cümlədən, rəvayətlərdə həzrət Fatimeyi-Zəhranın (əleyha-səlam) zikrinə (34 dəfə Allahu əkbər, 33 dəfə Əlhəmdulillahi, 33 dəfə Subhanəl-lahi) işarə olunur.

«Əlləzinə amənu və əmilus-salihati və zəkərəllahə kəsirən» «o kəslər ki, iman gətiriblər, saleh əməllər edirlər və Allahı çox xatırlayırlar».

İmam Sadiqdən (əleyhis-səlam) olan bir hədisdə oxuyuruq ki, buyurur: “Çoxlu zikrdən məqsəd Fatimeyi-Zəhranın (əleyha-səlam) zikridir ki, təkbir (Allahu əkbər), həmd(Əlhəmdulillahi) və təsbihdən (Subhanəl-lahi) ibarətdir”.1


Çoxlu zikr


İmam Sadiq (əleyhis-səlam) buyurdu:

«Təsbihu Fatimətəz-Zəhra (əleyha-səlamu) minəz-zikril –kəsirilləzi qaləl-ləhu əzzə və cəllə: Uzkurul-lahi zikrən kəsirən»

«Həzrət Fatimeyi-Zəhranın (əleyha-səlam) zikri o çoxlu zikrdəndir ki, Allah-taala buyurdu: Və Allahın zikrini çox deyin ».


Əhli-beyt (əleyhimus-səlam)-ın sirəsi (adəti, həyat tərzi)


İmam Hadi (əleyhis-səlam) buyurdu: «Biz əhli-beyt yatan zaman on əməli yerinə yetiririk: Dəstəmaz almaq… və 33 dəfə «Subhanəllahi» demək, 33 dəfə «Əlhəmdulillahi» demək və34 dəfə «Allahukbər» demək.”

Övladlara zikri öyrətmək


İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi) qızı Zəhraya (əleyha-səlam) zikrdən ibarət ən gözəl və ən üstün dərsi öyrətdi. O zamandan bizim dövrümüzə qədər milyonlarla insan öz namazlarının tə`qibatında (axırında) onu zikr edirlər. Allah dərgahından Fatimeyi-Zəhranın (əleyha-səlam) zikri hörmətinə hacətlərini ərz edir və həyatda çətinliklərin aradan getməsini və muvəffəqiyyət qazanmalarını istəyirlər.

«Qürbül-İsnad» kitabında İmam Sadiqdən (əleyhis-səlam) gəlmişdir: Biz öz övladlarımıza namazı əmr etdiyimiz kimi, Fatimeyi-Zəhranın (əleyha-səlam) zikrini də əmr edirik. Sən də (Əbu Haruna xitab edərək) özünü bu işə vadar et ki, hər hansı bir bəndə onu zikr etməsə, bədbəxtliyə düşər».


Zikr deməyə rəğbət və həvəsləndirmək


Bu zikr barədə mə`sum imamlardan varid olan əxbar və rəvayətlər çoxdur ki, o böyük şəxsiyyətlər öz şiələrini onun zikrinə (təsbihə) təşviq edirdilər. Bu o dərəcədə idi ki, həzrət İmam Məhəmməd Baqir (əleyhis-səlam) buyurdu: «Allah-taalaya hər namazdan sonra deyilən Həzrət Fatimənin (əleyha-səlam) zikrindən daha üstün bir əməl ilə ibadət olunmamışdır və əgər ondan daha üstün bir əməl olsaydı, Peyğəmbər (səlləllahu əleyhi və alihi) onu qızı Fatiməyə (əleyha-səlam) bəxş edərdi.”

İmam Zaman (əccələllahu təala fərəcəhuş-şərif) Həzrət Fatimənin (əleyha-səlam) zikrini tövsiyə etməsi


Həzrət Ayətul-lahul-uzma Mərəşi Nəcəfi (rə) deyir:

Əsgəreynin (əleyhiməs-səlam) (İmam Hadi(əleyhis-səlam) və İmam Həsən Əsgərinin (əleyhis-səlam) hərəmi) ziyarəti yolunda İmamzadə seyyid Məhəmməddə sona yetən bir şosedə yolu itirdim. Şiddətli aclıq və susuzluğun nəticəsində həyatdan mə`yus olub huşsuz bir halda yerə yıxıldım. Birdən gözümü açdım, başımın möhtərəm bir şəxsin ətəyində olduğunu gördüm. O şəxs mənə öz ömrümdə içmədiyim dadlı bir su verdi. Ondan sonra süfrəsini açdı və onun arasında iki-üç ədəd girdə çörək var idi ki, ondan da yedim. Bu vaxt mənə buyurdu: «Ey seyyid! Hara getmək qəsdin var?». Dedim: Seyyid Məhəmmədin pak ziyarətgahına (hərəminə). Buyurdu: «Bu Seyyid Məhəmmədin ziyarətgahıdır.” Baxdım gördüm ki, Seyyid Məhəmmədin sərdabəsi altında qərar tutmuşuq, halbuki mən Qadisiyyədə itmişdim və ora ilə İmamzadə Seyyid Məhəmmədin ziyarətgahı arasında xeyli məsafə vardır. O möhtərəm şəxslə olduğum bir müddətdə mənə faydalar nəsib oldu və mənə bir neçə əməl sifariş etdi; O cümlədən, Qur`an-kərimi oxumaq… və Fatimeyi-Zəhranın (əleyha-səlam) zikrini və... Lakin zehnimə gəlmədi ki, bu ağa kimdir, o zamana qədər ki, gözlərimdən qeyb olduğu zaman onun kim olduğunu anladım.


Fatimeyi -Zəhranın (əleyha-səlam) zikrinin üstünlüyü


Allah-taalaya heç həmd və sitayiş ilə Fatimeyi –Zəhranın (əleyha-səlam) zikrindən daha üstün heç bir ibadət yoxdur. Əgər ondan daha üstün bir şey olsaydı, əziz Peyğəmbərimiz (səlləllahu əleyhi və alihi) onu qızına bəxşiş edərdi. O (təsbih zikri) hər vacib namazdan sonra İmam Sadiqin (əleyhis-səlam) yanında hər gündə qılınan min rükət namazdan daha sevimlidir. Hər bir bəndə ona nisbət daimi surətdə əhəmiyyət verib çalışsa heç vaxt bədbəxt olmayacaqdır. Bu səbəbdən uşaqlara namaz qılmağa əmr etmək lazım olduğu kimi bu tə`qibatları oxumağa da əmr etmək lazımdır. Çünki baxmayaraq bu zikr dildə 100 ədəddir. Lakin İlahi tərəzisində 1000 ədəd sayılır. Şeytanı uzaqlaşdırır və Allahın razılığını cəlb edir. Qulaqlarda olan ağırlıqları aradan aparır. Fatimeyi –Zəhranın (əleyha-səlam) zikrini hər hansı bir bəndə zikr etsə, səccadədən (canamazdan) ayağını hərəkətə gətirib götürməzdən əvvəl Allah-taala onu bağışlayar və behişti ona vacib edər. Məxsusən, sübh namazından sonra onu «la ilahə illəllah»ı deməklə kamil etsin və sonra bağışlanma istəsin. Bu zikri deməklədir ki, Allah bəndəsi o kəslərin sırasında məşhur olar ki, onlar Allahı çox xatırlayırlar « əz-zakirinəllahə kəsirən» və Allahın onu xatırlamaq ləyaqətini qazanırlar. Necə ki, Allah və`də verib və buyurmuşdur «Fəzkuruni əzkurum» Məni xatırlayın ki, mən sizi xatırlayım»1

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə