Müqəddimə



Yüklə 0,93 Mb.
səhifə13/16
tarix14.06.2018
ölçüsü0,93 Mb.
#48867
1   ...   8   9   10   11   12   13   14   15   16

Şeytanın uzaqlaşması


İmam Baqir (əleyhis-səlam) buyurdu:

“Hər kəs Fatimeyi-Zəhranın (əleyha-səlam) zikrindən sonra istiğfar etsə, (bağışlanma istəsə) bağışlanar və o zikr dildə yüz ədəddir və əməllər tərəzisində 1000 olacaq, şeytanı uzaqlaşdırıb və rəhman Allahı razı edir.”



IV-cü fəsil

Fatimeyi-Zəhranın (əleyha-səlam) zikrinin qaydası (ədəbləri)

Fatimeyi-Zəhranın (əleyha-səlam) zikrində davamlı olmaq


Məhəmməd ibn Cə`fər (əleyhis-səlam) nəql edir:

“İmam Cə`fər Sadiq (əleyhis-səlam) həzrət Fatimeyi-Zəhranın (əleyha-səlam) zikrini ardıcıl olaraq yerinə yetirirdi və onu kəsmirdi”1.


Fatimeyi-Zəhra (əleyha-səlam) zikrinin deyilmə qaydası


İmam Sadiq (əleyhis-səlam) buyurur:

“Fatimənin (əleyha-səlam) zikri “Allahu Əkbər” ilə başlayıb 34 dəfə deyirsən, ondan sonra 33 “Əl-həmdulillah” və sonra isə 33 dəfə “Subhənallah” deyirsən”2.


Zikr zamanı göz yaşı tökmək


Şeyx Qasım Əli ibn Hilal Cəzairi həzrət Fatimeyi-Zəhranın (əleyha-səlam) zikrini bir saatdan çox uzadardı. Çünki zikrlərindən hər bir kəlməni dilinə gətirsəydi onunla bərabər göz yaşlarını axıdardı.

V-ci fəsil

Zikrin növü

Fatimeyi-Zəhranın (əleyha-səlam) zikrinin növü


“Məkarimul-əxlaq” kitabında nəql olunub ki, Fatimeyi-Zəhranın (əleyha-səlam) əlində 100 düyün vurulmuş sapdan bir parça var idi. Onda o təsbihdə təkbirlərin sayı qədər düyün var idi ki, əlində dolandırırdı və təkbir deyib zikr edirdi. O vaxta qədər ki, Peyğəmbərin əmisi Seyyiduş-şühəda Həmzə (rə) şəhid oldu. Həmzənin şəhadətindən sonra təsbih dənələrinin düzəldilməsi üçün onun türbətindən istifadə olundu. Şəhidlər ağası Həzrət Əba Əbdillahil-Hüseyn (əleyhis-səlam) şəhadət hadisəsi baş verən zaman, camaat təsbih dənələrini düzəltmək üçün o əziz şəxsiyyətin türbətindən istifadə etdilər. Çünki dünya fədakarlarının ağasının torpaq və türbətində böyük bir fəzilət vardır. İmam Sadiq (əleyhis-səlam) buyurdu: “Təsbih (abi ümmün) göy saplarından düzəldilmiş və 34 dənəsi var idi və o anamız Fatimeyi-Zəhra (əleyha-səlam) zikri idi. Həmzə şəhid olan vaxt onun qəbrinin torpağından təsbih dənələri düzəldildi ki, hər namazdan sonra onunla zikr olunurdu.”

Türbət təsbihi


İmam Sadiq (əleyhis-səlam) buyurdu:

“Həzrət Fatimənin (əleyha-səlam) təsbihi təkbirlərin sayı qədər -34 ədəd– düyün vurulmuş bir sapdan ibarət idi və onu Həmzə şəhid olana qədər əlində dolandırırdı. Onun qəbrinin türbətindən bir təsbih düzəltdi və ondan sonra təsbih düzəltmək camaat arasında rəvac (adət) tapdı.”


İmam Hüseyn (əleyhis-səlam) türbəti ilə zikrin fəziləti


İmam Sadiqdən (əleyhis-səlam) iki türbətdən istifadə etmək barədə sual olundu ki, bu iki türbətin – həzrət Həmzə və İmam Hüseyn – hansı birindən təsbih düzəltmək daha fəzilətlidir?!

Həzrət cavabında buyurdu: “Həzrət İmam Hüseynin (əleyhis-səlam) qəbrinin torpağından düzəldilən bir təsbihin dənələri zikr deyilməzdən qabaq özü zikr deyir.”


Şiənin əlamətləri


“Rövzətül-vaizin” kitabından nəql olmuşdur ki, Həzrət Musa ibn Cə`fər (əleyhis-səlam) buyurdu: “Bizim şiələr dörd şeydən ehtiyacsız deyildirlər: üstündə namaz qıldığı səccadədən (ya möhürdən) barmağına taxdığı bir üzükdən, dişlərini yumaq üçün misvakdan və İmam Hüseynin (əleyhis-səlam) qəbrinin türbətindən düzəldilmiş 33 dənəli bir təsbihdən ki, onu zikr deyən halda əlində dolandırsa Allah-təala onun üçün hər bir dənəsinə görə qırx savab yazar, səhv və qəflət halda dolandırsa, Allah-təala onun üçün iyirmi savab yazar.”

Haqq zikri demək


İmam Sadiq (əleyhis-səlam) buyurdu:

“İmam Hüseynin (əleyhis-səlam) qəbrinin türbətinə səcdə etmək yeri yeddinci qatına qədər nurlu edir və bir nəfər Hüseynin (əleyhis-səlam) qəbrinin torpağından düzəldilmiş bir təsbihi özü ilə gəzdirsə, haqq zikr edən hesablanar, baxmayaraq ki, onunla zikr demir”1.


İmam Səccadın (əleyhis-səlam) adəti (xasiyyəti)


Rəvayət olmuşdur ki: Həzrət İmam Zeynul-Abidini (əleyhis-səlam) Yezidin (lə`nətullah əleyh) yanına aparan zaman Yezid (lə`nətullah əleyh) onu öldürmək qərarına gəlir. Bu cəhətdən söhbətə başladı ki, həzrət onun qətlinə səbəb olan bir söz desin, lakin İmam Səccad (əleyhis-səlam) Yezid (lə`nətullah əleyh) onunla danışdığı qədər söhbət edirdi. Həzrətin əlində kiçik bir təsbih var idi ki, barmaqları ilə onu çevirirdi və söhbət edirdi. Yezid –(lə`nətullah əleyh) dedi: “Mən səninlə söhbət edirəm və sən barmaqlarınla təsbih çevirən halda cavabımı verirsən. Bu işi necə rəva görürsən?

Həzrət buyurdu: “Atam Cəddimdən (əleyhis-səlam) mənə danışıbdır ki, sübh namazını qılan zaman yerindən hərəkət edirdi, bir şey deməzdi, o vaxta qədər ki, təsbihi əlinə götürüb bu duanı oxuyardı:



  • Allahummə inni əsbəhtu usəbbihukə və uhəmmidukə və uhəllilukə və ukəbbirukə və uməccidukə biədədi ma udiru bihi subhəti”



  • Pərvərdigara! Mən səni çevirdiyim təsbih dənələri və sayı qədər təsbih, təhmid, təhlil təkbir və təmcid etdiyim halda sübh etdim.”

Sonra təsbihi əlinə götürüb onu çevirərdi və heç bir zikr demədən ürəyi istədiyi hər sözü deyərdi və buyururdu ki, bu onun üçün hesablanıb onun qorunmasına səbəbdir o vaxta qədər ki, öz yatağına gedərdi. Yatağına uzanan zaman bu zikri deyirdi və təsbihini başı altına qoyardı. O andan yuxudan oyanana qədər o həzrət üçün zikr və təsbih sayılırdı. Mən bu işdə cəddimə iqtida edib və ondan itaət etməyə görə yerinə yetirmişəm.”

Yezid -(lə`nətullah əleyh)- neçə dəfələrlə o həzrətə dedi ki, mənə qalib gəldi. Sonra o həzrət qətl etmək fikrindən yayındı, onların azad edilməsinə görə göstəriş verdi.


Mələklərə yol göstərən


Rəvayət olmuşdur ki: “Hər vaxt hurəl-eyn mələklərdən, birini görsələr ki, yer üzünə bir işdən sarı enirlər İmam Hüseynin (əleyhis-səlam) qəbrinin torpağından düzəldilmiş bir təsbihlə onun yolunu tapırlar.”

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə