Müqəddimə



Yüklə 0,93 Mb.
səhifə14/16
tarix14.06.2018
ölçüsü0,93 Mb.
#48867
1   ...   8   9   10   11   12   13   14   15   16

VI-cı fəsil

Fatimeyi-Zəhra (s) zikrini deməyin vaxtı



1) Namazdan sonra zikr

a) 1000 rəkət namazdan daha üstün

İmam Sadiq (əleyhis-səlam) buyurdu:

“Həzrət Fatiməyi-Zəhra (əleyha-səlam) zikri mənim yanımda hər gündə hər namazdan sonra min rəkət namazdan daha üstündür.”

b) Bağışlanmaya səbəb olur

İmam Sadiq (əleyhis-səlam) buyurdu:

“Hər kəs vacib namazdan sonra həzrət Zəhra (əleyha-səlam) zikri ilə 100 dəfə Allah-təalanın zikrinə məşğul olsa və onun ardınca “La ilahə illəl-lah”ı desə Allah-təala onu öz məğfirətinə (bağışlanmaya) aid edər.”

c) Namazın rədd olması

Əllamə Müqərrəm deyir: “Bu zikr barədə o qədər deyilib ki, hətta Allah-təalanın haqqı vardır, kamil şəkildə və bütün şəraitlərlə yerinə yetirilmiş, lakin Fatimeyi-Zəhranın (əleyha-səlam) zikri deyilməmiş bir ibadəti sahibinə qaytarsın və ondan qəbul etməsin. Pak imamlar (əleyhimus-səlam) bu barədə buyurmuşlar: “Zikri olmayan namaz sahibinə qaytarılır.” Çünki ibadət həzrət Zəhra (əleyha-səlam) zikri ilə birlikdə bəzəkli bir paltar kimidir ki, paltar bəzəksiz və zinətsiz bəyənilmir.

d) Zikrdə davam

Həzrət Zəhra (əleyha-səlam) xidmətçi almaq üçün Peyğəmbərin yanına gedən zaman əziz Peyğəmbərimiz (səlləllahu əleyhi və alihi) ona buyurdu: “Ey Fatimə! Sənə bir şeyi əta edirəm ki, xidmətçidən dünya və dünyada olanlardan daha üstün olsun. Namazdan sonra 34 dəfə “Allahu əkbər”, 33 dəfə “Əlhəmdulillah” və 33 dəfə “Subhanəllah”ı de və onu “La ilahə illəllah” ilə tamamla. Bu iş sənin üçün istədiyindən, dünya və dünyada olan şeylərdən daha yaxşıdır.”

Onda həzrət Zəhra (əleyha-səlam) hər namazdan sonra bu zikrə davam etdi və ona mənsub oldu.



2) Yatan zaman zikr demək:

a) Xidmətçidən daha yaxşı

Əmirəl-mö`minin Əli (əleyhis-səlam) buyurdu:

“Həzrət Fatimeyi-Zəhra salamullah əleyha Rəsuli-Əkrəmin (səlləllahu əleyhi və alihi) yanına getdi və ondan bir xidmətçi istədi, Allahın Rəsulu (səlləllahu əleyhi və alihi) buyurdu: “Görəsən sənə bir şeydən xəbər verməyim ki, sənin üçün xidmətçidən daha yaxşı olsun? Yatan zaman da 33 dəfə “Subhənallah”, 33 dəfə “Əlhəmdulillah” və 34 dəfə “Allahu əkbər” de.”


Yatan zaman zikr demək


İmam Sadiq (əleyhis-səlam) buyurdu:

“Hər kəs gecəni Fatimə (əleyha-səlam)-ın təsbihi ilə başa vursa (yatan zaman təsbih desə) Allahı çox xatırlayan və zikr edən kişilər və qadınlar zümrəsindən olacaq.”


Yatmazdan əvvəl zikr demək


Həzrət Fatiməyi-Zəhra (əleyha-səlam) zikrini (demək sifariş verilən yerlərdən biri) öz yatağına getdiyin bir vaxtda 34 dəfə “Allahu əkbər”, 33 dəfə “Əlhəmdulillah” və 33 dəfə “Subhanəllah”, “Ayətəl-kürsü”nü, “Müəvvəzzətəyn” (FələqNassurələri ) və Saffat surəsinin əvvəldə on ayəsi və axırda on ayəsini oxu1.

VII-ci fəsil

Fatimeyi-Zəhra (əleyha-səlam) zikrinin mə`nası

Həzrət Fatimə (əleyha-səlam) zikrinin uca məfhumları


İmam Sadiq (əleyhis-səlam) buyurdu: “Fatimeyi-Zəhran (əleyha-səlam) zikri bunlardan ibarətdir: Münəzzəhdir bir cəlal sahibi ki, mütəkkəbbir və böyükdür. Münəzzəhdir bir izzət sahibi ki, şə`ni və mərtəbəsi uca və yüksəkdir, münəzzəhdir bir səltənətin sahibi ki, fəxr və iftixarə sahibdir, münəzzəhdir gözəllik və cəmal sahibi, münəzzəhdir o kəs ki, nur və vüqarla bəzənmişdir. Münəzzəhdir o kəs ki, qarışqanın ayaqlarının əlamətlərini saf və şəffaf daşda görüb, ağaclar və güllərin üzərinə düşən quşlara nəzər salır.

Allahu Əkbər”in mə`nası


  • Allah bizim düşüncə və xəyalımızdan daha böyük və ucadır.

  • Allah bütün şeylərdən daha böyükdür.

  • Allah bütün varlıqlardan, o cümlədən: duyduğumuz maddi aləmdən, mələklərdən və qeyri-maddi (mələkuti, metafiziki) mövcudatdan daha üstündür.

  • İmam Sadiq (əleyhis-səlam) buyurur: “Elə ki, başlanğıcda təkbir (Allahu Əkbər) deyirsən gərək ondan (Allahdan) başqa bütün varlıqlar sənin nəzərində kiçilsin.”

  • Hər “Allahu Əkbər”, Allahın böyüklüyü duyğusunu insanın vücudunda genişləndirir və onu ülvi dərəcələrə nail edir.

  • Hər vaxt namazda münacatın şirinliyini daddınız bilin ki, sizin təkbiriniz Allah-təalanın qəbul və təsdiq məqamındadır.

  • Allahu Əkbərbir kəlmədir ki, müsəlman körpə doğumunun başlanğıcında azan və iqamə ünvanı vasitəsilə eşidir.

  • Və ən axırıncı bir kəlmədir ki, ölüyə oxunur.

  • Birinci və yeganə bir zikrdir ki, hər namazda vacibdir və həm də namazın rüknüdür.

Əlhəmdulillah”ın mə`nası


  • Həmd və sitayiş o Allaha məxsusdur ki, bütün kainat onunla bəslənir.

  • Bu zikri deməklə, şükr etmək hiss və duyğusu bizdə dirilir.

  • Bu zikri demək qəflətləri aradan aparır, ne`mətləri yada salır və bizi İlahi Rübubiyyətə diqqətli və ayıq edir.

  • Qur`anda Allah üçün 100 ad gəlmişdir ki, “Allah” onların ən yığcamıdır.

  • “Həmd” kəlməsində Allaha “sitayiş və şükr”dən əlavə ayrı bir mə`nada gizlənmişdir və o “pərəstişdir”

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə