Müqəddimə


VIII-ci Fəsil Salavatın vaxtı



Yüklə 0,93 Mb.
səhifə8/16
tarix14.06.2018
ölçüsü0,93 Mb.
#48867
1   ...   4   5   6   7   8   9   10   11   ...   16

VIII-ci Fəsil

Salavatın vaxtı


77 – Cümə günü tövsiyə olunur

Allahın Rəsulu (səlləllahu əleyhi və alihi) buyurdu:

“Cümə günündə mənə çoxlu salam və salavat göndərin. O gün elə bir gündür ki, mələklər onu görürlər və salavat deyən şəxs salavatdan fariq olana qədər mənə ərz olunur.”

78 – İki salavatın arasında hacət

İmam Sadiq (əleyhis-səlam) buyurur:

“Hər kəsin Allaha bir hacəti olsa, gərək onu Məhəmməd (səlləllahu əleyhi və alihi) və əhli-beytinə salavatla başlasın və sonra öz hacətini istəsin və yenə axırda Məhəmməd (səlləllahu əleyhi və alihi) və əhli-beytinə salavat göndərsin. Çünki Allah (əzzə və cəllə) ondan daha kərimdir ki, iki tərəfi qəbul etsin və ortanı buraxsın. Çünki, Məhəmməd (səlləllahu əleyhi və alihi) və əhli-beytinə salavat ondan məhcub olmaz.”

79 – Cümə günündə 1000 salavatın tə`siri

Allahın Rəsulu (səlləllahu əleyhi və alihi) buyurdu:

“Hər kəs cümə günündə 1000 dəfə mənə salavat göndərsə, onun 80 illik xətaları bağışlanar.”

80 – Cümə günündə çoxlu salavat

Allahın Rəsulu (səlləllahu əleyhi və alihi) buyurdu: “ Hər cümə günündə mənə çoxlu salavat göndərin: çünki ümmətimin salavatı hər cümədə mənə təqdim olunur və hər kəs mənə çoxlu salavat göndərsə onun məqam mərtəbəsi mənə daha yaxın olur.”



81 – Ona kömək edərəm

Allahın Rəsulu (səlləllahu əleyhi və alihi) buyurdu:

“Hər kəs hər sübhdə və gecədə 10 dəfə mənə salavat göndərsə, mən ona o, möhtac olan bir vaxtda kömək edərəm.”

82 – Axirətin 30 hacətinin həyata keçməsi

Məhəmməd ibn Füzeyl səkkizinci İmam (əleyhis-səlam)-dan rəvayət edib ki, buyurdu:

Allahın Rəsulu (səlləllahu əleyhi və alihi) buyurdu:

“Hər kəs cümə günü, mənə 100 dəfə salavat göndərsə, Allah onun altmış hacətini həyata keçirər, otuz hacət dünyası üçün və otuz hacət axirəti üçün.”



83 – Günahların məhv olma

İmam Sadiq (əleyhis-səlam) buyurdu:

“Cümə gecəsində və onun günündə sədəqə vermək və həmçinin “Məhəmməd (səlləllahu əleyhi və alihi) və onun əhli-beytinə” “salavat” göndərmək min ehsana bərabərdir və min günah onun vasitəsilə məhv olar və min dərəcə bir insanın məqamına artırılar.”

IX-cu Fəsil

Hər halda salavat.


84 – Mənə salavat göndərin!

Allahın Rəsulu (səlləllahu əleyhi və alihi) buyurdu:

“Hər halda olsanız mənə salavat göndərin, çünki sizin salavatınız mənə çatır.”

85 – Hər məkanda salavatın vacib olma

İmam Rza (əleyhis-səlam) buyurub:

“Muhəmməd və ali Muhəmmədə salavat göndərmək hər yerdə: asqıran zaman, yel əsən zaman, qoyun kəsdikdə və ayrı yerlərdə vacibdir.”

86 – İzdivac xütbəsi və bütün hallarda

Məşhur təfsirçi ibn Əbbas “Ya əyyuhəl-ləzinə amənu” ayəsinin təfsirində dedi:

“Namazda, məsciddə və harada olsanız, izdivac xütbəsində ona salavat göndərməyi unutmayın.”

87 – Məsciddən keçən zaman salavat

“Ammə (əhli-sünnət) Əmirəl-mö`minindən (əleyhis-səlam) rəvayət edib ki, buyurdu: “İza mərərtum bil məscidi səllu ələn-nəbiyyi səlləllahu ələyhi alihi.”

“Yə`ni, bir məscid yanından keçdiyiniz zaman Peyğəmbər (səlləllahu əleyhi və alihi)-a salavat göndərin.”

“Məscidə nəzəriniz düşən zaman salavat göndərmək lazımdır.”



88 – Allahın adını xatırlayan zaman

Bir kişi səkkizinci İmamdan (əleyhis-səlam) “Və zəkərəsmə rəbbihi səlla” ayəsinin təfsirindən sual etdi.

İmam buyurdu: “Məqsəd budur ki, Mutəal Allahın adı dilə cari olan zaman Məhəmməd və ali Məhəmmədə (səllallahu əleyhi və alihi) salavat göndərilsin.”


Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə