Müqəddimə


IV-cü Fəsil Salavatın deyilmə qaydası



Yüklə 0,93 Mb.
səhifə5/16
tarix14.06.2018
ölçüsü0,93 Mb.
#48867
1   2   3   4   5   6   7   8   9   ...   16

IV-cü Fəsil

Salavatın deyilmə qaydası



52 – Dəstəmazda salavat

Allahın Rəsulu (səlləllahu əleyhi və alihi) buyurdu:

Ya Əli! Dəstəmaz almaq istəyən vaxtda de:

Bismillahi vəssəlamu əla Rəsulillah.”



53 – Təharətlə tm

Salavatı xətm etmək istəyən şəxs gərək təharətlə üzü qibləyə və kamil diqqətlə aşağıdakı xətmləri yerinə yetirsin:

1-ci xətm: 786 dəfə “Bismillahir-rəhmanir-rəhim deyib sonra 132 dəfə salavat göndərsin.”

2-ci xətm: İzzət tapmaq üçün hər gündə 10 dəfə salavat göndərməklə davam etsin.



54 – Ucadan salavat deməyin sirri

Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi) buyurdu:

“Mənə salavat göndərən vaxtda səsinizi qaldırın, çünki bu iş nifaqı aradan qaldırır.”

V-ci Fəsil

Kamil salavat



55 – Ali-Muhəmmədin leyhimus-səlam) zikri

Əziz İslam Peyğəmbəri (səllallahu əleyhi və alihi) buyurdu:

“Mənə naqis salavat göndərməyin!.”

Soruşdular: Naqis salavat necədir (hansıdır)?

Allahın Rəsulu (səlləllahu əleyhi və alihi) buyurdu: Naqis salavat budur ki, “Allahummə səlli əla Muhəmməd” və ardını davam etməməyinizdir. Əksinə gərək deyəsiniz: “Allahummə səlli əla Muhəmməd ali Muhəmməd.”

56 – Naqis salavat

Allahın Rəsulu (səlləllahu əleyhi və alihi) buyurdu:

“Naqis salavatı (Ali Muhəmmədi zikr etmədən) mənim üçün dilinizə gətirməyin; əksinə mənim Əhli-Beytimə də salavat göndərin və salavat zamanı onları nəzərinizdən qaçırmayın; Çünki mənim nəsəbimdən (nəslimdən) başqa bütün nəsəblər qiyamət günü kəsilər.”

57 – Yığcam salavat

Əmmar Sabati deyir:

“Mən İmam Sadiq (əleyhis-səlam)-ın yanında idim, bir kişi dedi: “Allahummə səlli əla Muhəmməd əhli-beyti Muhəmmədin” İmam (əleyhis-səlam) ona buyurdu: “Ey kişi! Dairəni bizə təng tutdun, bilmirsənmi ki, əhli-beyt həmin kəsa-əhli beş nəfərdirlər və bəs?!.”

Kişi soruşdu: Necə deyim?

Buyurdu: “Allahummə səlli əla Muhəmmədin ali Muhəmmədin” de ki, biz və bizim şiələr də daxil olaq.”

58 – Behişt iyindən məhrum olmaq

Allahın Rəsulu (səlləllahu əleyhi və alihi) buyurdu:

“Bir nəfər mənə salavat göndərsə, lakin mənim əhli-beytimə salavat göndərməsə, behiştin qoxusunu hiss etməyəcəkdir.”

59 – Salavat göndərməyin qayda

Əziz islam Peyğəmbəri (səlləllahu əleyhi və alihi) buyurdu:

“Mənə naqis salavat göndərməyin, əksinə mənə salavat göndərən zaman mənim əhli-beytimə də salavat göndərin və onları salavat zamanı nəzərinizdən qaçırmayın, çünki qiyamət günü mənim nəsəbimdən başqa bütün nəsəblər kəsiləcək.”

60 – Salavatda “Alini (ali Muhəmmədi) zikr etməmək barədə bərdarlıq

Əziz İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi) buyurdu:

“Bir nəfər mənə salavat göndərsə və mənim “əhli-beytimə” salavat göndərməsə, behişt iyindən məhrum qalacaqdır.”


Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə