Müqəddimə



Yüklə 0,93 Mb.
səhifə3/16
tarix14.06.2018
ölçüsü0,93 Mb.
#48867
1   2   3   4   5   6   7   8   9   ...   16

37 – Şeytanı dəf etmək.


İmam Sadiq (əleyhis-səlam) buyurdu:

“Şeytan öz dostlarından birini bir insana (nəzarət üçün) tə`yin edir ki, xatirində olan şeyləri ondan alsın və onu unutqanlığa salsın. Şeytanın “xəllas” adlı həmkarı tə`yin olunmuş vəzifəsinə əməl etməyə çalışır. Bəs hər vaxt bir nəfər bir mətləbi yadına salmaq istəsə və hiss etsə ki, onu unutmuşdur əlini duaya qaldırsın və onu yadına gətirmək üçün Allahdan istəsin və Muhəmməd (səlləllahu əleyhi və alihi) və onun əhli-beytinə salavat göndərsin (Allahummə səlli əla Muhəmmədin ali Muhəmmədin əccil-fərəcəhum). Və Şeytanı lə`nətləsin. Bu əməl zikrə və unudulmuş məsələnin yada düşməsinə səbəb olur. Əgər yadına gəlməsə yaddan çıxan məsələnin yerinə Allahı zikr etdiyi və dilinə gətirdiyi salavata görə İlahi mükafatı vardır.”



38 – Ürəyin nuraniliyi

Xızr Peyğəmbər (əleyhis-səlam) İmam Həsən Müctəba (əleyhis-səlam)-ın məzhərində hazır oldu və onunla özü arasında müəyyən suallar etdi, o cümlədən soruşdu:

“Niyə adam bəzən bildiyi mətləbləri yadına sala bilmir.”

İmam (əleyhis-səlam) cavab verdi: “Bəşərin qəlbi “haqla” möhkəmlənmişdir və “haqq” ilə qarışmışdır və “haqq” üzünə örtük çəkilmişdir, onda əgər kim Muhəmməd və Ali Muhəmmədə (Allahummə səlli əla Muhəmməd Ali Muhəmməd) kamil salam və salavat göndərsin, onun “qəlbi” xüsusi nuranilik tapar və unutduğu mətləb yenidən yadına düşər. Əgər Muhəmməd və əhli-beytinə (Allahummə səlli əla Muhəmmədin ali Muhəmmədin əccil-fərəcəhum) salavat göndərməsə və yaxud naqis salavat göndərsə o “haqq” üzərinə çəkilmiş örtük elə o cür də qalacaqdır və bu haldadır ki, insan bildiyi mətləbi də yadından çıxarır.”



39 – Sağlamlıq

Əziz İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi) buyurdu:

“Əgər bir nəfər mənə bir salavat göndərsə, Allah-təala ona on salavat göndərər. Əgər bir nəfər mənə on salavat göndərsə, Allah-təala ona yüz salavat göndərər və əlbəttə yüz dəfə də Allahın min dəfə salavatını ardınca gətirər və bir nəfər min dəfə mənə salavat göndərsə heç vaxt əzab görməyəcək.”

40 – Ölüm və təhlükədən nicat tapmaq

“Yuzəbbihunə əbnaəhum” ayəsinin təfsirində gəlmişdir ki: “Bəni-İsrail öz oğlanlarını Məhəmməd və əhli-beytinə (Allahummə səlli əla Muhəmmədin ali Muhəmmədin əccil-fərəcəhum) salavat zikr etməklə ölümdən nicat verirdilər və həmçinin öz qızlarını da Muhəmməd və onun əhli beytinə (Allahummə səlli əla Muhəmmədin ali Muhəmmədin əccil-fərəcəhum) salavat zikr etməklə təhlükələrdən qoruyurdular.”



41 – Rəhmətdən bir qa

Həzrət Peyğəmbər (səllallahu əleyhi və alihi) buyurdu:

“Bir nəfər mənə bir dəfə salavat göndərsə, Allah-təala rəhmət və afiyətdən bir qapı onun üzünə açar.”

42 – Güna aradan aparmaq

Əziz İslam Peyğəmbəri (səllalahu əleyhi və alihi) buyurdu:

“Bir nəfər mənə salavat göndərsə, onun günahları aradan gedəcəkdir.”

43 – Hacətlərin həyata keçməsi

İmam Sadiq (əleyhis-səlam) buyurdu:

“Bir nəfər yüz dəfə “Ya rəbbi Səlli əla Muhəmmədin ali Muhəmmədin” desə, hacətlərindən yüzü, o cümlədən onun otuz dünya hacəti həyata keçəcəkdir.”

44 – Siratın işıqlı olma

Allahın Rəsulu (səllallahu əleyhi və alihi) buyurdu:

“Mənə göndərilən salam və salavat Siratı nurlu edər.”


Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə