66
N.Nərimanov, S.Kirov, G.Orcokinidze, M.Sübhi, Heydər
Əmioğlu, Y.Stasova və b. ilə yanaşı M.Hüseynov da daxil oldu.
1920-ci il oktyabrın 2-də Bakı Sovetinin sessiyası
keçirildi. Sessiyanın gündəliyində birinci məsələ xalq xarici işlər
komissarının «Çevriliş zamanından Sovet Azərbaycanının xarici
siyasəti haqqında» məruzəsi idi. Bu məsələ haqqında
M.Hüseynov geniş və ətraflı məlumat vermişdir. O,
məruzəsində Sovet Azərbaycanının yaxın qonşuları olan
Gürcüstan və Ermənistanla, Azərbaycan neftinə böyük maraq
göstərən Qərb dövlətləri ilə apardığı siyasi münasibətlərdən
ətraflı danışmışdır. Eyni zamanda qeyd etmişdir ki, Tiflisdə
olarkən ona Antanta dövlətlərinin nümayəndələri yaxınlaşmış və
Azərbaycan üçün çox xeyirli mal mübadiləsi təklif etmişlər.
Onlar Azərbaycan mazutunun əvəzində qatar, vaqon, sistern və
s. verməyə hazır olduqlarını bildirmişlər. M.Hüseynov
məruzəsində demişdir: «Bütün məsələ ondadır ki, biz öz
neftimizə ancaq əmtəə kimi baxmırıq. Yox. Neft indi bizim
qüdrətimizdir, … təkcə mal əldə etməyə deyil, cənab
imperialistlərə şərtlərimizi qəti surətdə təklif etməyə imkan
verir».
1921-ci il mayın 6-19-da I Ümumazərbaycan Sovetlər
qurultayı oldu. M.Hüseynov qurultayın Rəyasət Heyətinə
seçilmiş və qurultayın gündəliyinin 6-cı məsələsinə dair –
«Xarici siyasət haqqında» məruzə etmişdir. O, məruzəsində
bildirmişdir ki, Azərbaycan İnqilab Komitəsi çevrilişin ilk
günündən Sovet Rusiyası ilə birlikdə Antantanın simasında
bütün imperialistlərə qarşı mübarizə aparacağını bəyan etmişdir.
Sovet Rusiyası indi bizə köməklik göstərir, biz də inqilabı
müdafiə etmək məqsədi ilə borcumuzu yerinə yetirərək Sovet
Rusiyasına neft göndəririk. Avropanın Litva, Estoniya,
Almaniya, İtaliya, Finlandiya və s. ölkələri ilə dostluq
müqaviləsi bağlanmışdır və demək olar ki, müstəqilliyimizi
tanıyırlar.
67
1920-ci il mayın 14-də M.Hüseynov Bakıdakı İran,
Hollandiya, İsveç, Danimarka, sonra isə Litva və Estoniya
nümayəndələri ilə görüşərək Sovet Azərbaycanının onlarla
hərtərəfli əlaqələr qurmağa hazır olduğunu bildirmişdir.
M.Hüseynov xalq xarici işlər komissarı kimi bir sıra
dövlətlərə məktub, nota və teleqramlar göndərmiş, Tiflisdə
ingilis və fransız nümayəndələri ilə əsirlərin dəyişdirilməsinə
dair danışıqlar aparmış, Bakıdakı xarici ölkə nümayəndəlikləri,
Azərbaycanın xaricdəki nümayəndəlikləri ilə yazışmalar
aparmışdır. Bununla belə, onun xalq xarici işlər komissarı
işlədiyi müddətdə Azərbaycanın xarici ölkələrdəki
nümayəndəlikləri ləğv edilmiş, Azərbaycanda fəaliyyət göstərən
xarici dövlətlərin nümayəndəlikləri respublikadan çıxarılmışdır.
M.Hüseynov I Ümumazərbaycan Sovetlər qurultayında
Azərbaycan MİK üzvü seçilmiş və Azərbaycan MİK-in mayın
21-də keçirilmiş I sessiyasında Azərbaycan XKS tərkibinə daxil
olmuş, xalq xarici işlər komissarı və Ali İqtisadi Şuranın sədri
təsdiq edilmişdir.
M.Hüseynov bu dövrdə Azərbaycanın əsas siyasi rəhbərlə-
rindən biri kimi respublikada sovet hakimiyyətinin
möhkəmləndirilməsi, sosialist tədbirlərinin həyata keçirilməsi,
yeni sovet iqtisadiyyatı və mədəniyyətinin yaradılması uğrunda
var qüvvəsi ilə çalışmışdır.
Azərbaycan MİK 1922-ci il 15 may tarixli qərarı ilə
XXİK-i ləğv etdi. Azərbaycan XKS isə iyunun 21-də bu barədə
müvafiq qərar qəbul etdi.
1922-ci ildə Moskvaya çağırılmış M.Hüseynov RSFSR
milli işlər komissarının müavini vəzifəsində çalışmışdır.
1922-1929-cu illərdə M.Hüseynov bir sıra rəhbər
vəzifələrdə çalışmışdır. O, ZSFSR XKS sədrinin müavini, xarici
işlər komissarı, maliyyə komissarı olmuşdur. M.Hüseynov bu
vəzifələrdə Zaqafqaziya respublikalarının sənayesinin, kənd
təsərrüfatının inkişaf etməsi, maliyyə cəhətdən möhkəmlənməsi
sahəsində xeyli əmək sərf etmiş və özünü böyük və bacarıqlı
68
təşkilatçı kimi göstərmişdir. M.Hüseynov bu dövrdə
Zaqafqaziyada ağır sənayenin və kimya sənayesinin inkişaf
etdirilməsinə böyük diqqət yetirmişdir. O, qeyd edirdi ki, kənd
təsərrüfatının səmərələşdirilməsi, yeni fabrik və zavodların
tikilməsi kimya sənayesinin inkişafından asılıdır.
ÜİK(b)P MK M.Hüseynovu Moskvaya çağırmış və onu
rəhbər partiya işinə göndərmişdir. O, 1931-1934-cü illərdə
Tacikistan Kommunist Partiyası MK-nın birinci katibi
vəzifəsində çalışmışdır. Tacik xalqı birinci beşillikdə
sənayeləşmə sahəsində bir sıra nailiyyətlər əldə etmişdir. Tacik
xalqının bu müvəffəqiyyətlərində M.Hüseynovun da zəhməti
böyük olmuşdur. O, Tacikistanın mərkəzi Stalinabadın
elektrikləşdirilməsi və radiolaşdırılmasında, kollektivləşmənin
genişlənməsində, savadsızlığın ləğvində xeyli iş görmüşdür.
M.Hüseynov ömrünün son illərində Moskvada işləmişdir.
1934-1937-ci illərdə o, RSFSR Xalq Maarif Komissarlığında
qeyri-rus natamam və orta məktəblər idarəsi rəisinin müavini
işləmişdir. O, SSRİ-də sənayeləşmə və kollektivləşmənin başa
çatdığı bir dövrdə savadsızlığın tamamilə ləğv edilməsi və
ümumi yeddillik təhsil sisteminə keçilməsi, yeni-yeni
məktəblərin açılması sahəsində əzmlə çalışmışdır.
M.Hüseynov dəfələrlə AK(b)P MK, ÜİK(b)P MK
Zaqafqaziya Ölkə Komitəsi, Orta Asiya bürolarının,
Azərbaycan, ZSFSR, Tacikistan, SSRİ MİK üzvü, plenum,
konfrans, sessiya və qurultayların nümayəndəsi olmuşdur.
M.Hüseynov 1937-ci ildə repressiya edilərək öldürülmüş-
dür.
***
−
Azərbaycan Respublikası Siyasi Partiyalar və İctimai
Hərəkatlar Dövlət arxivi. F.1, s.122, iş 206; F.268, s.23, iş
182, 185, 186.
Dostları ilə paylaş: |