Муса Гасымов



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə17/47
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32750
növüDərslik
1   ...   13   14   15   16   17   18   19   20   ...   47

hətta pensiya pullarını verə bilməyən Rusiyanın Ermənistana 
yardımı ölkədə sosial gərginlik yaradır, ölkənin bütövlüyünün 
əsaslarından olan rus-türk xalqlarının münasibətlərinə  zərbə vurur, 
xarici siyasətin səmərəli qurulmasına, regionda sülhün və 
əməkdaşlığın bərqərar olmasına mənfi təsir göstərir, Qafqaz 
ölkələrinin demokratiya və azad bazar iqtisadiyyatı yolu ilə 
inkişafına mane olur. 
Əməkdaşlıq isə daha çox Ermənistana sərfəlidir. O, Rusiya 
pərdəsindən istifadə edərək öz məqsədlərinə çatmışdır, Azərbaycan 
torpaqlarını Moskvanın köməyilə  işğal etməklə onu Rusiya 
qarşısında zəiflətmişdir, Qafqazda işğalçılıq siyasətinin dayağına 
çevrilmişdir. O, Moskvaya özünü qorumaqda vasitə kimi baxır. 
Bunu da o, guya tarixi, müasir və perspektiv amillərlə  əsaslandırır. 
Lakin zorakılıqla uzunmüddətli istəklərinə çatmaq olmaz. Ona görə 
də Qərb ölkələri Qafqazda daha fəal olmalı, Ermənistanı Rusiyadan 
ayırmağa çalışmalıdırlar. 
Azərbaycan tərəfi: rəsmi Bakı  tərəfindən münasibətlərin 
normal inkişafı üçün heç bir maneə yoxdur; müəyyən dairələrin bizə 
münasibətindən asılı olmayaraq şimal qonşumuza münasibətdə 
mehribanlığa, qarşılıqlı anlaşmaya üstünlük verilməsi, meydan 
əhval-ruhiyyəsindən imtina edilməsi müsbət haldır. Bununla belə, 
beynəlxalq mədəni və humanitar əlaqələrlə  məşğul olan 
təşkilatlarımız Rusiyanın türk, müsəlman xalqları  və azərbaycanlı 
diasporu ilə  işləməli, onları  təşkilatlandırmağa kömək etməlidirlər
Şimal qonşumuza qarşı populist, düşmənçilik  şüarlar söyləmək 
yolverilməzdir, ona münasibətdə hövsələliyin, diqqətciliyin və 
çoxvariantlılığın gözlənilməsinin ciddi əhəmiyyəti vardır. Rusiya ilə 
mehriban münasibətlər dövlətçiliyimiz üçün səviyyəsindən asılı 
olmayaraq mövcud olan təhlükənin neytrallaşması  və ya 
zəiflədilməsi deməkdir. Baxmayaraq ki, hətta belə mehriban 
münasibətlər Rusiya - Ermənistan strateji müttəfiqliyini zəiflətmək 
iqtidarında deyildir; Qərbi Avropa dövlətlərinin  Şərqə doğru 
irəliləməsindən, keçmiş sovet məkanında möhkəmlənməsindən 
narahat olan Rusiyanın bu ölkələrlə münasibətlərindəki 
ziddiyyətlərdən Azərbaycan istifadə etməlidir. 
Qarşılıqlı münasibətlərdə imperiya təfəkküründən doğan 
çətinliklərin aradan qaldırılmasının və əməkdaşlığın bərabərhüquqlu 
əsasda inkişaf etdirilməsinin böyük əhəmiyyəti olardı. 
 
51


Bunun Rusiya üçün əhəmiyyəti: yeni imperiya instinktinndən 
imtina olunması onu Azərbaycanda və keçmiş sovet məkanında 
arzuolunan qonağa çevirərdi; rəsmi dairələrdə yersiz əsəbiliyə son 
qoyardı; Rusiya dövlətçiliyini möhkəmləndirərdi, daxili 
münaqişələrə son qoymaq üçün ağıllı addımla atılmasına  şərait 
yaradırdı; artıq fövqəldövlət rolunu itirərək region dövlətinə çevrilən 
Rusiyanın heç olmazsa, böyük dövlət kimi saxlanılmasına kömək 
edərdi; iqtisadi sabitliyə və çoxtərəfli əməkdaşlığa təkan vurardı. 
Azərbaycan üçün əhəmiyyəti: dövlətçiliyimiz möhkəmlənərdi; 
onun üçün törənə biləcək təhlükə aradan qalxardı və ya heç olmasa, 
xeyli zəifləyərdi; ölkə daxilində siyasi sabitlik möhkəmlənərdi; 
iqtisadi durğunluq aradan qaldırılardı; dəmir yolu blokadası aradan 
qalxardı; müxtəlif terrorçu və separatçı hərəkətlərin törədilməsi üçün 
xarici şərait zəifləyərdi. 
MDB iştirakçısı olan dövlətlər üçün əhəmiyyəti: Rusiyanın 
Azərbaycana münasibətdə  əməkdaşlığa və  bərabərhüquqluğa 
üstünlük verməsi təkcə bu ölkələr üçün deyil, bütövlükdə MDB 
iştirakçısı olan dövlətlər üçün mühüm əhəmiyyət kəsb edərdi
inteqrasiya prosesləri genişlənərdi; Azərbaycan məhsulları bu 
ölkələrin bazarında özünə yer tutardı və ya əksinə; xalqlar arasında 
mehriban münasibətlər bərpa olunardı; münaqişələrin həlli üçün 
əlverişli  şərait yaranardı; məqbul mənəvi-psixoloji vəziyyət  əmələ 
gələrdi. 
Azərbaycan dövlətinin MDB iştirakçısı olan dövlətlərlə 
münasibətlərində Gürcüstan özünəməxsus yer tutur. İki ölkə 
arasında diplomatik münasibətlər 1992-ci il noyabrın 18-də quruldu. 
Ölkələrimizin münasibətlərinin  əsasını beynəlxalq normalar, 
tərəflərin mənafelərinin tarazlığı  təşkil edir, üçüncü dövlətə  və ya 
dövlətlər qrupuna qarşı yönəldilməmişdir. Münasibətlərimizdəki 
özünəməxsusluq xalqlarımız arasındakı tarixi, müasir və perspektiv 
əməkdaşlıqla səciyyələnir. 
Əvvəla, Gürcüstanla dostluğumuz  ən təbii bir haldır və 
ölkələrimizi və xalqlarımızı tarixi ənənələr, coğrafi-siyasi sərhədlər, 
mehriban qonşuluq münasibətləri yaxınlaşdırır. Tarixən 
xalqlarımızın ümumi düşmənə qarşı birlikdə mübarizə aparmasına 
dair çoxlu faklar vardır. Gürcüstanın müstəqilliyinə  zərər gələrsə, 
xətəri Azərbaycana dəyə bilə və ya əksinə. 
 
52


İkincisi, Ermənistanın Gürcüstana qarşı irəli sürdüyü ərazi, 
torpaq iddiaları və gürcü torpaqlarına sahib olub Qara dənizə çıxmaq 
istəyi, erməni-gürcü müharibələri, erməni batalyonlarının 
Abxaziyada Gürcüstana qarşı vuruşmaları; separatizmdə fəal iştirak 
etmələri, Ermənistanın Azərbaycana təcavüzkarlığı,  ərazilərimizin 
20 faizdən çoxunun işğal edilməsi, bir milyon nəfərdən çox 
vətəndaşımızın qaçqın vəziyyətində olması Azərbaycan-Gürcüstan 
münasibətlərində  təmas nöqtələrinin tapılmasına, vahid mövqenin 
işlənib hazırlanmasına, onların birgə  çıxış etməsinə  və strateji 
müttəfiqə çevrilməsinə şərait yaradır. 
Hələ birinci dünya müharibəsindən sonra üç Qafqaz dövləti 
arasındakı münasibətlər Ermənistanın iddiaları ucbatından mürəkkəb 
idi. Onun Gürcüstana və Azərbaycana qarşı eyni vaxtda ərazi 
iddiaları irəli sürməsi və xalqımıza qarşı soyqırımı ölkələrimizi daha 
da yaxınlaşdırırdı. 1919-cu ildə keçirilmiş Paris sülh konfransında 
Azərbaycan və Gürcüstan nümayəndə heyətləri avantürist erməni 
iddialarına qarşı birgə  çıxış etməsinə  və strateji müttəfiqə 
çevrilməsinə şərait yaradır. 
Üçüncüsü, hətta Gürcüstanın siyasi xadimlərinin özlərinin 
etiraf etdikləri kimi Gürcüstanda inkişaf və islahatlar Azərbaycansız 
ciddi çətinliklərlə üzləşir. Gürcüstanın Azərbaycanda dərin iqtisadi, 
siyasi və b. maraqları vardır. Azərbaycan özü çətin vəziyyətdə 
olmasına baxmayaraq, həmişə onun istəklərini yerinə yetirmişdir. 
Ölkəmiz Gürcüstan üçün etibarlı ortaqdır və Asiyaya pəncərədir. 
Dördüncüsü,  şimal dəmir yolunun bağlanması, Ermənistanın 
təcavüzkarlığı nəticəsində İrana gedən dəmir yolunun işləməməsi ilə 
Azərbaycanın blokadaya düşməsi Gürcüstanın  əhəmiyyətini xeyli 
artırır, onu Avropaya pəncərəyə çevirir. Bu baxımdan Bakı - Tbilisi - 
Qara dəniz limanlarına çıxan dəmir yolunun Avropa Birliyi 
tərəfindən qurulmasının ciddi strateji əhəmiyyəti vardır. 
Beşincisi, Gürcüstanda yarım milyondan çox soydaşımızın 
yaşaması, onların bu ölkənin ictimai-siyasi-iqtisadi həyatında 
yaxından iştirak etmələri, daxili bazarı öz əllərində saxlamaları 
qonşu və dost ölkəyə xüsusi diqqət verməyi zəruri edir. 
Altıncısı, Azərbaycan-Gürcüstan münasibətləri hər iki tərəfə 
faydalı olmaqla, bölgədə sülhə, təhlükəsizliyə,  əməkdaşlığa xidmət 
edir və beynəlxalq normalara tamamilə uyğundur. İki ölkə başçısının 
Qafqazda sülh, sabitlik və  əməkdaşlıq barədə  sənədi imzalamaları, 
 
53


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə