Муса Гасымов



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə21/47
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32750
növüDərslik
1   ...   17   18   19   20   21   22   23   24   ...   47

dövlətlər Avropa Birliyinin federallaşdırılması  cəhdlərindən 
narahatdır. Avropalılar öz məcmu milli məhsulunun müəyyən 
hissəsini ABŞ ordusunun səviyyəsinə çatmaq üçün hərbi xərclərə 
sərf etmək istəmirlər, hətta bir-birilərinə ərazi iddiaları da vardır. 
Siyasi və iqtisadi cəhətdən Qərbi Avropanın  ən nəhəng 
ölkələrindən biri hesab olunan ALMANİYA ilə Azərbaycanın ənənəvi 
əlaqələri  əsasən XIX əsrin sonu-XX əsrin  əvvəllərindən başlanır. Bu 
dövrdə alman kapitalı Azərbaycan sənayesinin inkişafına kömək 
etmişdi. Eyni zamanda qeyd etmək lazımdır ki, hələ XIX əsrin 
əvvəlindən Azərbaycanda alman yaşayış  məskənləri yaradılmışdı. 
Vürtemberqdən çıxanlar Xanlar, (Yelendorf), Şəmkir (Anenberq) və 
Daşkəsəndə (Rüfergen) məskunlaşmışdılar. Almanlar sənaye 
şərabçılığının, metallurgiyanın və neft sənayesinin inkişafında böyük 
rol oynadılar. 
İkinci dünya müharibəsindən sonra Almaniya demək olar ki, 
bütün sahələrdə  sıçrayış etdi. Onun sənaye inkişafı  və birləşməsi isə 
bu dövləti dünyanın nəhəng siyasi və iqtisadi gücünə çevirdi. 
Azərbaycanla Almaniya arasında münasibətlərin qurulmasına və 
inkişafına müsbət təsir göstərən amillərdən biri də bu ölkədə geniş 
azərbaycanlı diasporunun yaşaması idi. 
Almaniya 1991-ci il dekabrın 12-də dövlət müstəqilliyimizi 
tanıdı, 1992-ci il fevralın 2-də diplomatik münasibətlər qurdu. 
Almaniya ilə münasibətlərdə tarixi ənənələri və yaxınlığı  əsas 
götürərək  Azərbaycan dövləti Avropada ilk dəfə olaraq bu ölkədə 
səfirlik açdı. 1992-ci ilin martın  əvvəlində Almaniya bundestaqı 
deputatlarının Hans Yozef Fogel başda olmaqla nümayəndə heyətinin 
Azərbaycana səfəri, sentyabrın 2-də Almaniyada Azərbaycanın 
fövqəladə  və  səlahiyyətli səfiri Hüseynağa Sadıqovun prezident 
Rixard fon Vaytzekkerlə görüşüb etimad məktubunu ona təqdim 
etməsi xarici siyasətimizin Avropa işlərində ilkin addımları kimi 
qiymətləndirilməlidir. 
1992-ci ilin sentyabrında respublika Ticarət Nazirliyinin, 
noyabrında isə Azərbaycan Respublikası Baş nazirinin birinci müavini 
başda olmaqla hökumət nümayəndə heyəti Almaniyaya səfər etdi. 
1993-cü ilin yayında Almaniya ilə Azərbaycan arasında 
birbaşa hava xəti açıldı. 
 
63


Azərbaycan Respublikasının dövlət katibi P.Hüseynov başda 
olmaqla nümayəndə heyətinin 1993-cü ilin yanvarında Almaniyaya 
səfəri bu illərin diqqəti cəlb edən hadisəsi  
Müstəqilliyin ilk illərində Azərbaycanla Almaniya 
arasınddakı iqtisadi əlaqələrə də diqqət yetirmək vacibdir. 
1992-ci ildə Almaniya ilə ticarətdə respublikanın idxalı 
9620,6 dollar, ixracı 12941,5 dollar olmuşdusa, 1993-cü ildə idxalı 
10292,4 dollar, ixracı isə 3680,9 dollar oldu. Bu dövrdə Azərbaycan 
Almaniyadan əsasən  ərzaq məhsulları və xalq istehlakı şeyləri alırdı. 
Öz növbəsində Almaniyaya neft emalı  sənayesi malları,  əlvan 
metallar, kimya və neft kimyası, maşınqayırma toxuculuq sənayesi 
məhsulları, ərzaq aə xalq istehlakı malları göndərirdi. 
Almaniya ilə ikitərəfli  əməkdaşlığı  çərçivəsində 1994-cü il 
martın 7-14-də Milli Məclisin aqrar məsələlər komissiyasının sədri 
A.Rəhimzadə başda olmaqla nümayəndə heyəti bu ölkədə  səfərdə 
oldu. Səfər müddətində nümayəndə heyəti Almaniya Bundestaqının 
sədri xanım R.Züsmutla görüşdü, parlament sədrinin məktubu ona 
təqdim olundu. Almaniyanın xarici işlər, iqtisadiyyat nazirliklərində, 
bir neçə  şirkətlərdə görüşlər keçirildi. Görüşlərdə Azərbaycan üçün 
aktual olan siyasi məsələlər, o cümlədən Ermənistanın ölkəmizə hərbi 
təcavüzü, özəlləşdirmə  və bazar iqtisadiyyatı, Almaniya ilə 
Azərbaycan arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edildi. 
1995-ci ildə Azərbaycan parlament nümayəndə heyəti 
Almaniya Bundestaqının sədri xanım Rita Züsmutun dəvəti ilə bu 
ölkədə  səfərdə oldu. R.Quliyevin federal prezident Roman Hersoqla, 
Bundestaqın sədri xanım Rita Züsmutla, xarici işlər nazirinin birinci 
müavini Helmut Şeferlə görüşlərində ikitərəfli 
əlaqələri 
genişləndirməyin zəruriliyi göstərildi.  Əməkdaşlıq Azərbaycanın 
xarici siyasətində Almaniyanın, Almaniyanın xarici siyasətində isə 
Azərbaycanın özünəməxsus yer tutduğunu göstərirdi. 
Həmin ildə Almaniyanın xarici işlər naziri Klaus Kinkel, bu 
ölkənin ATƏT-dəki nümayəndəliyinin başçısı Künter Yottsen, iqtisadi 
əməkdaşlıq və inkişaf naziri Karl Ditrix Şpranger Almaniyanın digər 
rəsmi və  işgüzar adamları, xarici işlər nazirinin birinci müavini 
Helmut Şefer, həmin nazirliyin Güney Qafqaz və Orta Asiya şöbəsinin 
müdiri Enno Barger, AFR Bundestaqının Qafqaz qrupunun rəhbəri, 
ATƏT-in Parlament Məclisinin vitse-prezidenti Villi Vimmer 
Azərbaycanda oldular. Klaus Kinkelin səfəri zamanı iki ölkə arasında 
 
64


maliyyə 
və texniki əməkdaşlıq haqqında memorandum
investisiyaların qorunması və b. barədə sənədlər imzalandı. Sənədlərin 
imzalanması Azərbaycan-Almaniya 
əlaqələrinin hüquqi-siyasi 
təməlini qoydu, əməkdaşlığın istiqamətlərini müəyyənləşdirdi. 
FRANSADA antiazərbaycan  əhval-ruhiyəsinin üstünlüyünə 
baxmayaraq bu ölkə ilə münasibətlərdə Azərbaycanın xoş  məramı 
diqqət cəlb edirdi. 
Fransa 1992-ci il 3 yanvarda Azərbaycanın dövlət 
müstəqilliyini tanıdı  və 1992-ci il 21 fevralda onunla diplomatik 
münasibətlər qurdu. Fransa xarici işlər nazirinin müavini Bernar 
Kuşner Azərbaycana səfər etdi. Fransa Qarabağın hər iki icmasına 
yardım göstərən ilk ölkələrdən biri oldu. O, Naxçıvana da yardım 
göstərdi. 
Fransa ilə münasibətlərdə bir sıra diqqətsizliklərə yol 
verilmişdi. Hər  şeydən  əvvəl, bu ölkədə erməni diasporunun güclü 
olmasını  və onun Ermənistana xoş münasibət bəsləməsini  əsas 
götürərək orada iş aparılmırdı, bu ölkəyə passiv münasibət 
bəslənilirdi. Fransanın rəsmi nümayəndələri, jurnalistləri Azərbaycana 
dəvət edilmirdilər.  Əslində mövcud münasibətlər və aparılan iş 
teleqramlar və müktublar göndərməklə  məhdudlaşırdı. Sistemli və 
səmərəli fəaliyyət göstərilməsə  də, çox vaxt Fransa tərəfini 
təqsirləndirənlər tapılırdı. Lakin unudulurdu ki, bu ölkə ilə siyasi, 
iqtisadi və  mədəni  əlaqələrin genişləndirilməsi Fransanın xarici 
siyasətində Azərbaycana münasibətdə müsbət dəyişiklik yaratmağa 
kömək edərdi. Və  hər hansı ölkədə qarşıdurma ilə deyil, 
mehribanlıqla, xoş münasibətlərlə möhkəmlənmək olardı. Fransa 
kapitalının Azərbaycana cəlb olunması iqtisadiyyatın dirçəlməsində 
müəyyən rol oynayır. 
Fransa Xarici İşlər Nazirliyinin Azərbaycan tərəfinə iki ölkə 
arasında «Dostluq, qarşılıqlı faydalı  əməkdaşlıq haqqında müqavilə» 
layihəsini birgə hazırlamaq barədə  təklifinə vaxtında cavab 
verilməməsi normal münasibətlərin qurulmasına və inkişaf 
etdirilməsinə mane olurdu. 
Fransa ilə münasibətlərin düzgün qurulmaması  nəticəsində 
BMT Təhlükəsizlik Şurasında Dağlıq Qarabağdakı vəziyyət müzakirə 
edilərkən bu ölkənin daimi nümayəndəsi hər vəchlə münaqişəni 
«Dağlıq Qarabağ-Azərbaycan» münaqişəsi kimi qələmə verməyə, 
ərazilərin tutulmasını «yerli erməni özünümüdafiə qüvvələrinin» işi 
 
65


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə