Musa qasimli



Yüklə 4,62 Mb.
Pdf görüntüsü
səhifə3/185
tarix06.05.2018
ölçüsü4,62 Mb.
#42462
1   2   3   4   5   6   7   8   9   ...   185

 

yeni Türkiyənin müttəfiqə çevrilməsi onların həm ümumi düşmənə 



qarşı uğurlu hərбi əməliyyaтlar aparmalarına, həm də bir çox daxili 

problemlərinin  həllinə  kюmək  etdi.  XX  əsrin  20-ci  illərində  bol-

şevizmi beşiyində boğmaьa və türk mülklərinə sahib olmaьа çalışan 

bəzi  Qərb  dövlətlərinə  qarşı  müttəfiqə  çevrilən  Rusiya  və  Türkiyə 

beynəlxalq  mövqelərini  möhkəmləndirdilər.  Mustafa  Kаmal  Paşa-

nın  liderliyi  altında  yaradılan Türkiyə Böyük Millət  Məclisi  höku-

mətini ilk tanıyan məhz bolşevik Rusiyası oldu. Türk xalqının Qərb 

imperialistlərinə  qarşı  apardığı  milli  azadlıq  mühariбəsinə  sovet 

hökuməti  maliyyə,  silah,  sursat  və  yanacaqla  yardım  edərək  qaza-

nılan  qələbədə  rol  oynadı.  Ən  çətin  anlarda  türk  və  rus  xalqı  bir 

yerdə  oldular.  Bu  birlik  onların  çətinlikləri  aşmasına  və  qüdrətli 

olmalarına  kömək  etdi.  Rus-тürk  müttəfiqliyi  və  dostluьu  bədxah 

münasibət bəsləyən dövlətlərin onlarla hesablaşmasına gətirdi. Bəzi 

Qərb  ölkələrinin  rəsmi  dairələri  və  mətbuatı  SSRİ-Türkiyə  müttə-

fiqliyini dünya okeanlarına açar olan Qara dəniz boğazlarına nəza-

rətin zəifləməsi və iki ölkəni birləşdirən bu dənizin “rus-türk gölünə 

çevrilməsi” kimi qiymətləndirirdi.  

 Yaxşı münasibətlər 1921-ci il 16 mart və 1925-ci il 17 dekabr 

tarixli dostluq və hücum etməmək haqqında müqavilələrin imzalan-

ması ilə rəsmi olaraq möhkəmləndirildi. Bu sənədlərdə iki dövlətin 

razılaşmaları  sağlam  düşüncəyə  əsaslanan  faydalı  əməkdaşlıq  kimi 

təqdim  edilirdi.  1922-ci  il  sentyabrın  24-də  Lozan  konfransında 

Rusiya  boğazlara  dair  türklərin  hüquqlarını  tanıdı.  Lozan  konfran-

sından  sonra  sovet-Türkiyə  münasibətlərində  yeni  bir  mərhələ 

başladı.  Бu  konfransdan  sonra  Türkiyənin  Qərb  ölkələri  ilə  yaxın-

laşması  Ankara  ilə  Moskva  arasındakı  sıx  münasibətləri  müəyyən 

qədər  soyuqlaşdırsa  da,  kəsə  bilmədi.  SSRİ  ilə  dost  münasibətlə-

rinin  olmasına  baxmayaraq,  Türkiyə  Qərb  dövlətləri  ilə  yaxınlaşır, 

sovet  rəhbərliyinin  bəzən  açıq-aşkar  biruzə  verən  istəyinin  əksinə 

olaraq kommunist ideologiyasının ölkə ərazisinə yayılmasına imkan 

vermirdi.  Mustafa  Kamal  Paşa  xarici  düşmənə  qarşı  mübarizədə 

sovet  yardımları  ilə  kommunist  ideologiyasını  bir-birindən  yaxşı 

fərqləndirirdi. O birinciyə tərəfdar, ikincinin isə əleyhinə çıxırdı. Bu 

barədə rəsmi və ən məxfi məlumatları alan sovet rəhbərliyi türk hю-

kuməтinin siyasətini heç də yaxşı qarşılamırdı. Бununla бelə, 1927-

ci ildə SSRİ Xalq Komissarları Sovetinin sədri A.İ.Rıkov sovet-türk 




 

münasibətlərinin gözəl  səviyyədə olduğunu  söylədi. 1929-cu il de-



kabrın 17-də 1925-ci ildə imzalanmış müqavilənin müddəti 1945-ci 

ilədək uzadıldı. İki ölkə arasında iqtisadi münasibətlər də yaxşı inki-

şaf  edirdi.  20-ci  illərdə  SSRİ  Türkiyəyə  texniki  və  kapital  sarıdan 

yardım  edən  yeganə  xarici  dövlət  idi.  Türkiyəyə  gələn  rus  texnik-

ləri,  məsləhətçiləri  və  sovet  yardımları  hesabına  tikilən  metallur-

giya, toxuculuq, kimya sənaye müəssisələri Türkiyə iqtisadiyyatının 

inkişafında  mühüm  rol  oynadılar.  Türkiyə  Cümhuriyyəтinin  10 

illiyi  münasibəti  ilə  Ankaraya  səfər  edən  SSRİ  xalq  müdafiə 

komissarı  K.E.Voroşilov  türk-sovet  dostluğunun  sınaqdan  çıxmış 

dostluq  olduğunu  söylədi.  Türk  hökumətinin  antisovet  mühacirət 

liderlərini  ölkədən  çıxarması  Moskvada  razılıqla  qarşılandı.  Lakin 

1930-cu  ildə  Türkiyədə  kommunistlərə  qarşı  həyata  keçirilən  cəza 

tədbirləri sovetlərdə narazılıq yaratdı. Türkiyənin Qərb dövlətləri ilə 

yaxınlaşması  da  sovetləri  qəzəbləndirir,  münasibətləri  soyuq-

laşdırırdı. Amma soyuqluğun yaranmasında təkcə sovetlər təqsirkar 

deyildi.  Burada  türk  dövlət  xadimlərinin  də  müəyyən  «diqqətsiz-

likləri»  rol  oynadı.  İsmet  İnönü  baş  nazir  vəzifəsindən  getdi.  Yeni 

Türkiyənin qurucusu və rəhbəri olan Atatürk isə ağır xəstə idi. Бaş 

nazir Celal Bayar məlum xarici siyasət xəttini yeritməkdən tədricən 

uzaqlaşdı. 1938-ci il iyulun 4-də türk-fransız dostluq sazişi, 1939-cu 

il mayın 12-də türk-ingilis, iyunun 23-də türk-fransız bəyannamələri 

imzalandı. Həmin il oktyabrın 19-da Türkiyə İngiltərə və Fransa ilə 

ittifaqa  girdi.  Bütün  bunlar  SSRİ  ilə  Тürkiyə  arasında  ehтiyaтlı 

münasibətlərin  başlandığını  göstərirdi.  SSRİ-nin  düşmən  saydığı 

imperialist  ölkələri  ilə  Türkiyənin  isti  münasibətlər  qurması  sovet 

dövlətini  qane  etmirdi.  Əsrin  dörddə  biri  qədər  davam  edən  bu 

dostluq sovet lideri  İ.V.Stalinin təklifləri ilə dağıdıldı. 30-cu illərin 

sonlarından  sovet-Türkiyə  münasibətlərində  soyuqluq  yarandı. 

1939-cu  ildə  Moskvaya  səfər  edən  xarici  işlər  naziri  Şükrü  Sarac-

oğluna  sovet  rəhbərləri  Qara  dəniz  boğazlarına  dair  iddialar  irəli 

sürdülər

1

. Hələ dostluq və müttəfiqlik illərində belə, Türkiyəyə qarşı 



kəşfiyyat  işini  bir  an  dayandırmayan  SSRİ  40-cı  illərdən  etibarən 

onu  daha  da  gücləndirdi.  Casus  şəbəkəsi  genişləndirildi.  Mü-

haribədə bitərəfliyini elan edən Türkiyəyə Stalinin boğazlarda hərbi 

bazalar  yaratmaq  təklifi  Ankara  tərəfindən  rədd  edildikdən  sonra 

münasibətlər  daha  da  soyuqlaşdı.  Durьunluq  yarandı.  1925-ci  il 



 

müqaviləsini  ləğv  edən  Stalin  ikinci  dünya  müharibəsindən  sonra 



çar  Rusiyasının  siyasətini  həyata  keçirərək  Kars,  Ardahan  vilayət-

lərinə və boğazlara dair iddialar irəli sürdü. Sovet dövləti iki sistem 

юlkələri  arasında  yenicə  бaşlayan  soyuq  müharibənin  gedişində 

1946-cı il 7 avqusт və 24 senтyaбr tarixli notaları ilə boğazlara dair 

iddialarını  rəsmiləşdirdi.  SSRİ  Türkiyə  ilə  sərhədə  ordu  hissələri 

yığdı.  İdeoloji  kökləri  1917-ci  ilin  oktyabr  çevrilişinə  gedən, 

Çexoslovakiyanın  bölüşdürülməsinə  həsr  edilmiş  Münhen 

sövdələşməsinin, ikinci dünya müharibəsinin gedişində intişar tapan 

və  ondan  sonra  başlayan  soyuq  müharibənin  ilk  vaxtlarında  SSRİ-

nin  əsassız  ərazi  iddialarını  irəli  sürməsi,  Qara  dəniz  boğazlarına 

sahib  olmaq  niyyətləri  Türkiyənin  hələ  30-cu  illərin  sonlarından 

Qərb  dünyası  ilə  yaxşılaşmaqda  olan  münasibətlərinin  sıx 

müttəfiqliklə  başa  çatmasına  gətirdi.  Yeritdiyi  siyasət  nəticəsində 

sovet dövləti bir neçə il əvvəl müttəfiqi olduğu Türkiyəni özündən 

uzaqlaşdırdı.  SSRİ-Türkiyə  müttəfiqliyinin  regionda  özləri  üçün 

arzuolunmaz olduğunu başa düşən Qərb dövlətlərinin Türkiyəni so-

veтlərdən  uzaqlaşdırıb  öz  müttəfiqinə  çevirməkdən  ötrü  istifadə 

etdiyi  bütün  mümkün  vasitələr  də  öz  təsirini  göstərdi.  Qərb 

dövlətləri  iki  müxtəlif  sosial-iqtisadi  sistem  arasında  şiddətlənən 

soyuq  müharibədə  Türkiyə  kimi  əlverişli  hərbi-strateji  mövqedə 

yerləşən  bir  ölkə  ilə  müttəfiqliyə  ehtiyac  duyurdular.  Belə  müttə-

fiqlik Türkiyənin də maraqlarına cavab verirdi. Getdikcə artan sovet 

təzyiqləri  qarşısında  Türkiyə  Qərb  dövlətlərinin  müttəfiqinə  çevril-

di. Müharibədən qalib çıxmış, nüvə  dövləti  olan  şimal  qonşusunun 

təhdidləri qarşısında yaranmış ağır vəziyyətdə Türkiyə zəruri təhlü-

kəsizlik tədbirləri görməyə məcbur oldu. Sovet təhlükəsi qarşısında 

Türkiyə nəinki bitərəflikdən imtina etdi, eyni zamanda Qərbə daha 

da  yaxınlaşaraq  NATO hərбi-siyasi  blokunun  üzvü oldu.  Beləliklə, 

ABŞ başda olmaqla Qərb dюvləтlərinin təhlükəsini özündən uzaq-

laşdırmaьa  çalışan  sovetlərin  səhv  siyasəti  nəticəsində  SSRİ-nin 

cənub  sərhədləri  heç  bir  “sanitar  dəhlizi”  olmadan  amerikalıların 

təsir dairəsinə düşərək ölkənin təhlükəsizliyi üçün qorxu törətməyə 

başladı. Türkiyənin NATO-ya üzv olmasına SSRİ-nin etiraz etməsi 

münasibətləri daha da kəskinləşdirdi. Sovet təhlükəsi qarşısında бir 

neçə  il  sonra  Тürkiyə  ərazisində  xarici  hərbi  bazalar  yaradıldı. 

Türkiyə NAТO-nun cənub qanadında əsas dövlətə çevrildi. Bundan 




Yüklə 4,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə