Musa qasimli



Yüklə 4,62 Mb.
Pdf görüntüsü
səhifə4/185
tarix06.05.2018
ölçüsü4,62 Mb.
#42462
1   2   3   4   5   6   7   8   9   ...   185

 

10 


sonra  SSRİ-Türkiyə  münasibətləri  daha  da  pisləşdi.  Müharibədən 

sonrakı  ilk  illərdə  təzyiqlər  və  silah  gücünə  “xalq  demokratiyası” 

adlandırılan  ölkələrdə  soveтpərəsт  hюkuməтlər  yaratmaqla  Qərb 

ölkələri ilə sərhədlərində “sanitar dəhlizi” qurmağa çalışan, SSRİ-ni 

“dəmir  pərdə”  ilə  əhatə  edərək  qapalı  cəmiyyətə  çevirən  sovet 

rəhbərliyinin siyasəti nəticəsində ABŞ və NATO Türkiyə vasitəsilə 

Sovet  İttifaqının  cənub  sərhədlərinə  xeyli  yaxınlaşdılar.  ABŞ  və 

NATO-nun  digər  dövlətləri  artıq  SSRİ  sərhədlərinin  tikanlı 

məftillərinin  yanından  ölkənin  içini  yaxşı  “görə  bilirdilər”.  Belə 

vəziyyət sovet dövlətinin mənafelərinə qətiyyən cavab vermirdi.  

Stalinin ölümü sovet xarici siyasətinə bir sıra yeniliklər gətirdi. 

SSRİ özünün birtərəfli qaydada dağıtdığı sovet-türk münasibətlərini 

бərpa  eтmək  xəttini  seçdi.  Sovet  dövləti  1953-cü  il  30  may  tarixli 

notasında sovet-türk münasibətlərinə yenidən baxdığını və Türkiyə-

dən heç bir torpaq ərazisi tələb etmədiyini bildirdi

2

. Sovet İttifaqının 



belə  mövqeyi  qarşılıqlı  münasibətlərdə  olan  soyuqluğun  tədricən 

aradan  qaldırılmasına  ciddi  təsir  etdi.  50-ci  illərin  sonlarından 

münasibətlərin  normallaşması  üçün  cəhdlər  edildi.  Stalindən  sonra 

hakimiyyətə  gələn  N.S.Xruşşov  xarici  siyasət  məsələlərinə  həsr 

edilmiş  bütün  nitqlərində  Türkiyə  ilə  münasibətlərin  yaxşılaşdırıl-

masından danışırdı. O, xarici siyasət məsələlərində Stalinin mövqe-

yindən  imtina  etsə  də,  stereotiplər  hələ  qalırdı.  Türkiyə  üçün  milli, 

həyati  məsələ  olan  Kipr  məsələsində  Xruşşovun  mövqeyi  bunu 

aydın şəkildə göstərirdi. Xruşşovun “Ermənistan” gəmisində Misirə 

səfəri  zamanı  Aralıq  dənizindən  keçərkən  kiprli  türklərə  qarşı 

dəhşətli  siyasəti  həyata  keçirən  Kipr  prezidenti  arxiyepiskop  III 

Makariosa  fəaliyyətində  uğurlar  arzulaması,  Türkiyəyə  isə  dostluq 

münasibətlərini izhar etməsi türklərin ümumi hiddətinə səbəb oldu. 

Münasibətlərdə  gərginlik  yaratdı

3

.  Lakin  NATO  bloku  ölkələrinin 



türklərin tale məsələsi hesaб eтdikləri Kipr problemində Türkiyənin 

haqq  işinə  biganə  qalmaları  sovet-türk  münasibətlərinin  normallaş-

masına təkan verən amillərdən biri oldu. 60-cı illərin əvvəllərindən 

sovet-Türkiyə münasibətlərində normallaşma baş verdi. Normallaş-

manın  çoxlu  səbəbləri  vardı.  Бunun  əsas  səbəblərindən  biri  Kipr 

məsələsində  SSRİ-nin  tutduğu  mövqe  və  onun  Türkiyənin  maraq-

larına cavab verməsi  ilə əlaqədar idi.  Türklər üçün ABŞ-a, Бюyük 

Бriтaniyaya  və  SSRİ-yə  etimad  bəsləmək  Kipr  məsələsinə  müna-




 

11 


sibətdən  keçirdi

4

.  Uzun  illərdən  sonra  1963-cü  ilin  may  ayında  iki 



ölkə  arasında  ilk  əlaqələr  quruldu.  TBMM  nümayəndə  heyəti 

senatın sədri Suat Hayri Ürgüplü başda olmaqla SSRİ-yə səfər etdi. 

SSRİ-nin Kipr məsələsində бəyan eтdiyi mövqe türk ictimai rəyində 

müsbət qarşılandı.  

 Xruşşovun ölkə liderliyindən uzaqlaşdırılmasından, Leonid İliç 

Brejnevin Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin 

birinci  katibi  seçilməsindən  sonra  yürüdülən  siyasi  realizm  xətti 

nəticəsində  ikitərəfli  qarşılıqlı  münasibətlərdə  yaxşılığa  doğru  dö-

nüş yarandı. Brejnev Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq xətti 

seçdi. Müxtəlif səviyyəli qarşılıqlı səfərlər artdı. İlk növbədə ticarət-

iqtisadi  əlaqələrdə  canlanma  baş  verdi.  Elmi-texniki,  mədəni  və 

başqa sahələrdə əməkdaşlığa dair bir sıra hökumətlərarası sənədlər 

imzalandı. Bununla sovet dövləti bir tərəfdən, Türkiyə ilə yaxınlaşıb 

onun  Qərb  dünyası  və  ABŞ-la  münasibətlərini  zəiflədərək  özünə 

dost  etməyə,  digər  tərəfdən,  Türkiyədə  öz  nüfuzunu  yaymağa  çalı-

şırdı. Əslində bu illərdə Türkiyədə, Kiprdə və İraq türkmənləri ara-

sında  ABŞ-la  SSRİ  arasında  nüfuz  qazanmaq  uğrunda  gərgin  mü-

barizə, soyuq müharibə gedirdi. Bu mübarizədə tərəflər bütün müm-

kün dinc vasitələri məqbul hesab edirdilər.  

 SSRİ-nin  Türkiyəyə  münasibətdə  yeritdiyi  siyasətdə  Azərbay-

can müstəsna rol oynayırdı. Sovet rəhbərləri iki ölkə arasında müna-

sibətlərin normallaşdırılmasında Azərbaycan faktoruna xüsusi önəm 

verirdilər. Öz növbəsində Azərbaycan rəhbərləri SSRİ-ni Türkiyəyə 

dost etməyə çalışır, bundan ötrü müvafiq tövsiyələrini söyləyirdilər.  

 İkitərəfli  münasibətlərin  yaxşılaşmasına  baxmayaraq,  sovet 

dövləti  ölkə  ərazisində  türkçülüyün,  pantürkizmin  və  turançılığın, 

Türkiyə isə kommunist ideologiyasının yayılmasının əleyhinə çıxır-

dı.  Tərəflər  imkan  düşən  kimi  bu  sahədə  gizli  fəaliyyətlər  göstə-

rirdilər.  SSRİ  Türkiyədə  kommunist  təşkilatlarına  kömək,  Türkiyə 

isə  türk  xalqlarının  milli  hisslərinin  qızışdırılmasına  səylər  edirdi. 

Sovetlər  xəlvəti  olaraq  Türkiyədə  kommunist  təşkilatlarını  ma-

liyyələşdirir, onların vasitəsilə ölkə həyatına nüfuz etməyə çalışırdı. 

Türkiyədə  kommunist  təşkilatlarının  fəaliyyəti  qadağan  edilmişdi. 

Xaricdə  qurulmuş  Türkiyə  Kommunist  Partiyası  soveт-тürk  müna-

sibətlərinin yaxşılaşdırılmasına тərəfdar çıxırdı.  

Xarici  ölkələrdəki  erməni  təşkilatları  sovet-türk  yaxınlaşma-




 

12 


sından  əndişə  duyurdular.  Soveт  İттifaqını  тəşkil  edən  respuбlika-

lardan  бiri  olan  Ermənistan  SSR  rəhbərləri  sovet  dövlət 

başçılarından  тarixdə  heç  zaman  olmamış  uydurma  “erməni 

soyqırımı”nı  tanımağı  inadla  xahiş  edirdilər.  Erməni  dairələrinin 

təqsiri  ucbatından  SSRİ  Qafqazda  Türkiyə  üçün  dost  ölkəyə  çox 

çətinliklə  çevrilirdi.  Fərqli  ideoloji  təməllərə  dayanmasına  baxma-

yaraq,  həm  erməni  kommunistlərini,  həm  də  ölkədən  qovulmuş 

antisovet  təşkilatları-Daşnaksüтyunu  və  digərlərini  Türkiyəyə  qarşı 

ümumi düşmənçilik birləşdirirdi. Xarici ölkələrdə fəaliyyət göstərən 

müxtəlif  yönümlü  erməni  təşkilatları  türklərə  qarşı  terror  təşkil 

edərək amansızlıqla həyata keçirirdilər…  

Təqdim olunan bu monoqrafiya Azərbaycan Respublikası Döv-

lət  Arxivinin  (ARDA),  Azərbaycan  Respublikası  Siyasi  Partiyalar 

və  İctimai  Hərəkatlar  Dövlət  Arxivinin  (ARSPİHDA),  Azərbaycan 

Respublikası  Milli  Təhlükəsizlik  Nazirliyi  Arxivinin  (ARMTNA), 

Azərbaycan  Respublikası  Dövlət  Foto  və  Kino  Sənədlər  Arxivinin 

(ARDFKSA),  Rusiya  Dövlət  Sosial-Siyasi  Tarix  Arxivinin  (rusca 

RQASPİ), Rusiya Dövlət Ən Yeni Tarix Arxivinin (rusca RQANİ), 

Rusiya  Federasiyası  Xarici  Siyasət  Arxivinin  (rusca  AVPRF), 

Rusiya  Federasiyası  Dövlət  Foto-Kino  Sənədlər  Arxivinin  (rusca 

QAFKDRF)  uzun  illər  boyu  “məxfi”,  “tam  məxfi”,  “xidməti  isti-

fadə  üçün”  qriflər  altında  saxlanılmış  materialları,  Türkiyə  Böyük 

Millət  Məclisi  Arxivi  və  kitabxanasının,  Türкiyə  Cümhuriyyəti 

Başbakanlık  Basın  Yayın  və  İnformasiya  Genel  Müdirliyi  Arxivi-

nin,  Türkiyə  Cümhuriyyəti  Başbakanlık  Cümhuriyyət  Arxivinin 

fondlarının  materiаlları,  ABŞ  xarici  siyasət  və  Mərkəzi  Kəşfiyyaт 

İdarəsinin  sənədləri,  müxtəlif  ölkələrin  dövri  mətbuatı  və  müəllif-

lərin  əsərləri  əsasında  yazılmışdır.  Həmin  arxiv  və  kitabxanaların 

rəhbərliyinə və əməkdaşlarına təşəkkür edirəm.  

Monoqrafiyanın  yazılmasında şifahi тarix meтodundan, soveт-

тürk münasiбəтlərinin həyaтa keçirilməsində işтirak eтmiş ayrı-ayrı 

şəxslərin fikirlərindən də isтifadə edilmişdir. 

Rusiya  və  Тürkiyənin  müxтəlif  arxivlərində  çalışmaьıma,  ma-

тerialları тoplamaьıma eтdikləri yardımlar üçün БSТ (Бakı Sюhбəт 

Тoplanтı Kluбu) rəhбərlərinə və üzvlərinə, monoqrafiyanın nəşrinə 

eтdiyi kюməyə gюrə isə ТÜSİAБ-a, şəxsən Dr. Бaтaçar Бaysala də-

rin тəşəkkürümü бildirirəm.  



Yüklə 4,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə